Azärbaycan Respublìkasí



Yüklə 6,67 Kb.
tarix05.03.2018
ölçüsü6,67 Kb.
#30478

İndometasin məlhəmi 10%

tibbi istifadəsinə aid təlimat

Tərkibi:

25 q məlhəmin tərkibində 2,5 q indometasin vardır.

Köməkçi maddələr: vazelin yağı, ağ vazelin, arı mumu.

Farmakoloji təsiri:

İltihab əleyhinə qeyri-steroid vasitə olub, güclü ağrıkəsici və ödem əleyhinə təsiri ilə fərqlənir. Prostaqlandinlərin ingibitoru kimi məlhəm keratolitik və antiseptik təsir göstərir. Bununla əlaqədar olaraq, məlhəm revmatizm əleyhinə və dermatoloji praktikada istifadə edilir.

Göstəriş:

Revmatologiya: revmatìk poliartrit, degenerativ dəyişikliklərlə müşahidə edilən revmatizmlər.

Nevrologiya: nevrìt, pleksit, radikulit və s.

Cərrahiyyə və travmatologiya: ödemlər, kontuziya.

Angiologiya: tromboflebit, limfangit.

Dermatologiya: artropatik psoriaz, hiperkeratolitik ekzemlər və klimakterik keratoz.

Əks göstəriş:

Dərman mənşəli allergiya, mədə və onikibarmaq bağırsaq yaraları, leykopeniya.

İstifadə qaydası:

Bədənin müxtəlif nahiyyələrinə və oynaqların ağrıyan yerlərinə bağlı sarğı şəklində gündə 2-3 dəfə sürtməklə istifadə olunur.

Buraxılış forması:

Məlhəm 25 q-lıq tüblərdə buraxılır.

Buraxılış şərti:

Həkim resepti olmadan.

Saxlanılması:

Preparat 15-25oC temperaturda, quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti:



3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.



İstehsalçı:

“Azərfarm”LTD, Azərbaycan respublikası, Bakı ş., Bünyadov küç., 14.
Yüklə 6,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə