•œAzÉŽrbaycanâ•š



Yüklə 29,11 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü29,11 Kb.
#50265
növüYazı


“Xalq Cəbhəsi”.-2011.-19 yanvar.-N 10.-S.11.

20 Yanvar gecəsinin qəhrəmanları

Dənizçilərimiz sovet ordusuna güclü müqavimət göstəriblər

Tariximizin  səhifələrinə  qara  hərflərlə  yazılmış  20  Yanvar  faciəsindən  21  il  ötməsinə  baxmayaraq,  lent  kimi

gözümüzün  qabağından  çəkilməyən  o  gecəyə  "Şahid  gecə"  demək  olardı, "Şəhid  gecə"  də...  Yüksək  kürsülərdən,

qəzetlərin səhifələrindən, radio və televiziyadan "gəlin birləşək" kəlməsi nə qədər ucuz səslənirdisə, bunun əksinə

olaraq həmin Qara Yanvar gecəsi Bakıda axıdılan günahsız qanlara özü qan içində boğulan Qarabağ, Mil, Muğan,

Şirvan, Cənubi Azərbaycan, Türkiyə, bütün dünya azərbaycanlıları, habelə insanlıq ölçüsüylə yaşayanlar şəxsi dərdi

kimi  yanaşdı.  Azərbaycan  radiosu  və  televiziyası  terrorun  qurbanı  olub  partladılan  vaxt  Şuşa  televiziyası  bütün

Azərbaycana bu dərdin  böyüklüyünü  çatdırdı, xalqı səbirli,  təmkinli,  eyni  zamanda  mübariz  olmağa  çağırdı.  Şuşa

televiziyası  susdurulanda  isə  estafeti  Lənkəran  televiziysı  davam  etdirdi.  Kim  necə  bacardısa,  eləcə  də  xalqın

ümumi  dərdini  aradan  qaldırmaq  üçün  vətəndaşlıq  borcunu  həyata  keçildi.  O  ağbirçək  analarımızın,  ötkəm  sözlü

ağsaqqallarımızın,  kürəkləri  lay  di-  var  olan  oğlanlarımızın,  ismətli  qız-gəlinlərimizin,  məsum  körpələrimizin

kütləvi  surətdə  şəhid  olduqları gecə  də  şəhidliyimizin  şahid  olduğu  gecə  idi.  O  gecədən  21  il  keçdi.  O  gecə  heç

zaman  unudulmayacaq.  O  gecənin  qurbanlarının  hələ  də  rahatlıq  tapa  bilməyən  ruhları  qarşısında  21  ilin

uzaqlığından üzü bəri nə qədər narahatıqsa, elə beləcə də narahat olacağıq. Ta o vaxta qədər ki, şəhidlərimizin ruhu

rahatlıq tapa bilməyib, torpaqlarımız yağı ayaqlarının tapdağından xilas olmayıb.

O gecə azadlığımız uğrunda şəhidlik zirvəsinə gedən yolun başlanğıcıdır.

Sovet imperiyasına qarşı sonsuz qəzəblə, dost kimi tanıdığımız düşmənlə Bakı buxtasında ölüm-dirim savaşına

çıxan,  faciəmizi  ilkin  olaraq  dünya  ictimaiyyətinə  çatdıran,  heç  kəsin  xəyalına  belə  gətirmədiyi  qəhrəmanlıq

göstərən,  şəhərdəki  qırğınların  qarşısını  öz  etiraz  aksiyaları  ilə  alan  Xəzər  Dəniz  Neft  Donanma  İdarəsinin

dənizçilərinin şücaəti  haqqında çox danışılsa  da az yazılıb.  Bu qan dolu gecənin səhəri  hüzn  və  matəm içərisində

olan  bakılı-  ların  ürəyində  ümid  işığı  yandıran,  gecə  ikən  Bakı  buxtasını  mühasirəyə  almış  hərbi  gəmilərin

hərəkətinə  yol  verməyən,  sovet  ordusunun  törətdiyi  amansız  qırğını  və  vəhşiliyi  bütün  dünyaya  çatdıran  Xəzər

dənizçiləri  oldular.  "Xəzər-  neftdonanma"  idarəsinin  100-  ə  yaxın  gəmisi  yanvarın  20-də,  günün  ikinci  yarısında

Bakı buxtasında idi. Onların aramsız həyəcan siqnalları şəhidlərimizi son mənzilə yola salana qədər və ondan sonra

davam edildi. Sahildən dənizçilərə zənglər olunurdu: "Bizim qeyrətli qardaşlarımız, ümidimiz sizədir". Bütün dünya

Azərbaycandan  danışırdı.  Və  bütün  danışıqlar  da  yalanla,  iftira  ilə  dolu  idi.  Dənizçilərin  verdikləri  "SOS"  isə

həqiqəti dünyaya çatdırdı. Dənizçilərin dilində "Ölüm həqiqətləri" deyilən bir termin var: hər saatdan bir üç dəqiqə

bütün  dünyanın  dənizçiləri  yeni  məlumatlar  alırlar.  Yanvarın  20-  dən  21-nə  keçən  gecə  də  4  dəfə  təkrar  olunan

"SOS" un ilk mətninin bəhrəsini dənizçilər bir saatdan sonra gördülər. Əvvəl Kalininqraddan, Qara dənizdən, Baltik

dənizindən verilən radioqramlarda deyilirdi: "Bratı, derjites. Naviqasiya net, ne smojem plavat v Kaspi".

Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin

səsinə səs verdilər, onlarla həmrəy olduqlarını, dərdlərinə şərik çıxıb məlumatın bütün dünyaya yayılmasına kömək

edəcəklərini  bildirdilər.  Tarixdə  dünya  dənizçilərinin  görünməmiş  həmrəyliyi  günü  idi  bu.  Həyat  tərzləri,  sosal

qayğıları eyni  olmayan  dənizçilər  ağır  gündə  birləşməyin  mümkünlüyünü  bir  daha  sübut  etdilər.  Bakı buxtasına

yığışan  gəmilər  dor  ağaclarından  qara  bayraqlar  asmışdılar.  O  günlər  İran  İslam  Respublikasının  Bakıya  yük

gətirmiş  və  kapitanı azərbaycanlı (türk)  olan  "İran  Bəşir"  gəmisinin  də  dor  ağacından  qara  bayrağın  asıldığının,

həyəcan siqnalı verərək şəhidlərimizə yas saxladığının şahidi olduq.

Yanvarın  19-u  saat  22.30  olardı.  Gəmini  lövbərdə  saxlayıb  kapitanla,  onun  baş  köməkçisi  Saleh  Nurəliyevlə

sabah görəcəyimiz işi planlaşdırırdıq. Radio vasitəsi ilə Bakıda qırğın olduğunu eşidib kapitan körpüsünə qalxdım.

Eşitdiyimi  hava  telefonu  vasitəsi  ilə  "Neft  daşları"nın  ətrafında  olan  gəmilərə  xəbər  verdim.  Vaxt  itirmədən

hadisəni  bütün  təfsilatı ilə  öyrəndik  və  telefonla  yaxındakı gəmilərin  kapitanları ilə  kiçik  məşvərət  keçirildi.  Son

vaxtlar  paytaxtımızdakı  siyasi  gərginlik  barədə  radiodan  verilən  məlumatın  dəqiqliyi  bizi  vadar  etdi  ki,  sahilə

qayıdaq. Xatırladım ki, səsimizə ilk səs verən "Aleksey Kortunov", "Sovet Naxçıvanı","Neftqaz-19" gəmiləri oldu.

Biz  Bakı  buxtasına  yanvarın  20-si  saat  11.00-  da  çatdıq.  Buxtanı  "Xəzər-neftdonanma"  idarəsinin  gəmiləri

mühasirəyə  almışdı.  Qərargahdan  -  "Sabit  Orucov"  gəmisinin  kapitanı Mövlud  Əliyevdən  tapşırıq  alıb  müəyyən

olunan nöqtədə durduq. Hərbi gəmilərin hərəkətinin qarşısını demək olar ki, tamamilə almışdıq.  Qırğın günündən

əvvəl - 13 yanvardan başlayaraq biz gəmilərlə erməni ailələrini Türkmənistana çatdırırdıq. Bu o vaxt idi ki, Moskva

erməni  ailələrinə  təxritibatlar  təşkil  etməklə  xalqımızın  müstəqillik  uğrunda  apardığı  hərəkatı  boğmağa  bəhanə

axtarırdı. Hadisə günü gəmimiz Neft Daşlarının yaxınlığında dayanmışdı. Kayutda kitab oxuyurdum. Matroslardan

biri  həyəcanla  içəri  daxil  oldu  ki,  bəs  radiodalğalarında  Bakıda  qırğın  olduğu  barədə  xəbərlər  verildi.  Rejim

qaydasını  pozaraq  kapitanı  gözləmədən  rabitə  vasitəsi  ilə  bütün  gəmilərimizə  "Məni  eşidən  gəmilər,  Bakıda

qırğındır, Bakıya qayıdın" deyə SOS siqnalı verdim. Çox keçmədən "Sovet Naxçıvanı", "Neft Qazon" gəmilərindən

bizimlə  əlaqəyə  girib  məlumatı  dəqiqləşdirdilər.  20  Yanvarın  səhərisi  isə  bizim  Xəzər  Dəniz  Neft  Donanma

İdarəsinin  100-ə  qədər  gəmisi  Bakı Buxtasını mühasirəyə  aldı.  Dənizçilər  Kapitanlar  Şurası yaratmışdı ki,  dinc  

vətəndaşlarımızın  güllələnməsinə  cavab  olaraq  sistemli  etiraz  dalğası  təşkil  edə  bilsinlər.  Bu,  Moskvaya



nümayişkaranə tətil etirazı olmaqla yanaşı, həm də sovet ordusunun hərbi gəmilərinin şəhərə hücumunun qarşısını

alırdı. Buxtadan şəhərdə törədilən vəhşiliklər aydınca görünürdü. Şəhərə basqın etmək istəyən hərbi ğəmilərdən isə

aramsız  olaraq  bizə  hədə-qorxu  gəlirdi.  Dənizçilər  5  müddəa  ilə  çıxış  edirdi.  Biz  Moskvanın  Azərbaycandan  üzr

istəməsini, ordunun Bakıdan çıxmasını tələb edirdik. Qeyd edim ki, hər yarım saatdan bir "SOS" siqnalı ilə bütün

ölkələrin  gəmilərinə  20  Yanvar  faciəsi  ilə  bağlı  məlumat  göndərirdik.  Onlar  da  bizə  cavab  göndərib  dənizçi

həmrəyliyi göstərirdilər. Hadisə haqqında beynəlxalq rabitə vasitəsi ilə məlumatlar ötürülürdü. Çünki artıq Bakının

dünya  ilə  əlaqəsi  kəsilmişdi.  Həmin  vaxt  Bakı  tam  işğal  olunmuşdu,  yalnız  Bakı  Buxtası  unudulmuşdu.  Səhv

etdiklərini  sonradan  SSRİ  müdafiə  naziri  Yazov  etiraf  etdi:  "Mənim  yeganə  və  ən  kobud  səhvim  Bakı  Buxtasını

nəzarətsiz buraxmağım və dənizçilərin belə döyüşkən olduqlarını bilməməyimdəydi".

Bakı Buxtası təslim  edilməmiş  tənha  ada  idi.  Məsələ  burasındadır  ki,  fövqəladə  vəziyyət  elan  edilərkən  dəniz

amili nəzərə alınmamışdı və bu da bizə əlavə şans verirdi. Qurudan bizə soydaşlarımız ümidlə dözüm arzulayırdılar.

Kapitanlar  Şurası dəniz  hərəkatının  dinc  tətilə  keçməsini  istəyirdi  ki,  hərbçilərə  yeni  qırğın  törətmələrinə  bəhanə

verməsinlər. Çünki artıq dənizdə də fövqəladə vəziyyət elan edilirdi.

Tələblərimizi  şura  üzvlərindən  ibarət  nümayəndə  heyəti  yanvarın  21-də  Moskvadan  gəmiş  SSRİ  müdafiə

nazirinin hərbi donanma üzrə birinci müavini, admiral Sidirova çatdırdı. O isə qışqırıb bağırmış "40 let VLKSM"ın

kapitanına güllələnmə, "Sabit Orucov" gəmisinin kapitanına isə 15 il həbs cəzası verməklə hədələmişdi. Bayıla tərəf

hərbi maşın karvanını müşahidə etmişdik. Dəqiqləşdirdiyimiz məlumata görə, meyitləri  dənizə tökmək üçün hərbi

gəmilərə yığırdılar. Sovet ordusu öz cinayətini ört- basdır etmək istəyirdi. Buna isə yol vermək olmazdı. "Vosxod"

hərbi  gəmisinə  rabitə  vasitəsi  ilə  xəbərdarlıq  etdik  ki,  əgər  belə  bir  cinayətə  əl  atılsa,  həmin  hərbi  gəmiləri

batıracağıq.  Tələb  etdik  ki,  hərbi  gəmilər  yerindən  tərpənməsinlər.  Hərbçilər  bizi  əmin  etməyə  çalışdılar  ki,  iki

hərbi  gəmi  buxtadan  çıxacaq  və  onlar  hərbçi  ailələrini  Mahaçqalaya  aparacaqlar.  Yoxlama  tələb  etdik.  Əvvəlcə

razılaşsalar  da,  sonra  yenə  bəhanəyə  əl  atıb  sözlərini  dəyişdilər.  Bu  halda  "40  let  VLKSM"  başda  olmaqla  5

gəmimiz döyüşə atıldı.  Döyüş hərbçilərin güclü avtomat atəşləri altında gedirdi. Buna baxmayaraq, hərbi gəmiləri

öz yerlərində oturtmaq mümkün oldu. Admiral Sidirov mənən məğlub oldu. Yanvarın 24-də Yazovun xüsusi əmri

ilə Xəzər dənizində və Bakı Buxtasında fövqəladə vəziyyət elan edildi. Artıq belə vəziyyətdə biz dinc tətilə keçmək

məcburiyyətində qalırdıq.  Ancaq bu dəfə də sovet ordusu hiyləgər və  qaniçən  addımını atdı.  Bizə  verilmiş  vaxtın

bitməsinə 30 dəqiqə qalmış gəmilərimizə qəfil hücum  başlandı.  BMP-lərdən,  vertolyotlardan  atəş  açılır,  desantlar

tökülürdü. "Vodoley-4" gəmisinə sahildən tanklar atəş açırdı, gəmi 3 yerdən top zədəsi aldı və yanğın başladı. Gəmi

güllələrdən  deşik-deşik oldu.  Eləcə  də  "Sabit  Orucov"  gəmisi  yandırıldı.  Digər  gəmilər  də  eyni  aqibəti  yaşayırdı.

Gəmilər  həbs  edilir,  qarət  edilir,  dənizçiləri  avtomatların  qundağı  ilə  döyürdülər.  Yanvarın  25-də  isə  hələ  də

müqavimət göstərən "Vixr-12", "Atlet-24" gəmilərini də ələ keçirib qarət etdilər. "Atlet-24"ü ələ keçirən hərbçilərin

saqqalları uzun,  yaşları da  30-dan  yuxarı  idi.  Ümumilikdə  47  nəfər  dənizçi  həbs  olunub  Rusiya  və  Azərbaycan



zindanlarına salındı. 

 Faİq Balabəylİ.

Yüklə 29,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə