Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə2/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   2   3   4   5   6   7   8   9   ...   135

 

 



olan Azərbaycan geyimlərini muzeylərimizdə, ayrı – ayrı tarixi 

teatr  tamaşalarında  və  filmlərdə  görə  bilirik.  Müxtəlif  folklor 

ansambl  və  qrupları  da  bu  gün  milli  geyimlərimizi  yaşadır  və 

təbliğ edirlər. 

Xalq yaradıcılığının ən qədim sahələrindən biri də şifahi 

poetik  yaradıcılıq  kimi  dəyərləndirilən  folklordur.  Azərbaycan 

ərazisində  folklorun  tarixi  ilk  insan  məskənlərinin  meydana 

gəlməsi  dövrü  ilə  bağlıdır.  Xalqımızın  həyatında  elə  bir 

əhəmiyyətli  hadisə  yoxdur  ki,  o,  şifahi  yaradıcılıqda,  aşıq 

poeziyasında, xalq musiqisində bu və ya digər şəkildə öz əksini 

tapmasın.  Dünyanın  qədim  və  mədəni  xalqlarından  olan 

Azərbaycan  xalqı  ən  qədim  dövrlərdən  başlayaraq  xalq 

yaradıcılığında  öz  tarixini  bu  və  ya  digər  şəkildə  əks 

etdirmişdir. Xalqımızın mifoloji – bədii dünyagörüşünün izləri 

indi  də  folklorda  özünü  büruzə  verməkdədir.  Müxtəlif  ayin, 

mərasim  və  əmək  proseslərinin  nəticəsi  olaraq  meydana  gələn 

Azərbaycan 

folkloru 

ilk 

növbədə 


janr 

baxımından 

rəngarəngliyi  ilə  diqqəti  cəlb  edir.  Xalqımızın  yaradıcı 

düşüncəsinin  məhsulu  olan  miflər,  əfsanələr,  nağıl  və 

rəvayətlər,  zərb–  məsəllər,  tapmacalar,  dastanlar,  aşıq 

yaradıcılığı,  meydan  tamaşaları,  xalq  musiqi  və  rəqsləri 

nəsildən – nəsilə, əsrdən – əsrə Azərbaycan türklərinin ruhunu 

yaşadaraq zəmanəmizə qədər gətirib çıxartmışdır. 

Ənənəvi  xalq  bayramları,  Novruz  və  Xıdır  Nəbi 

mərasimləri  Azərbaycan  folklorunun  zənginliyini  nümayiş 

etdirir.  Yurdumuzun  qədim  sakinlərinin,  əcdadlarımızın 

dünyagörüşünün,  bədii–estetik  təfəkkürünün  təzahür  forması 

olan  folklorun,  musiqi  və  rəqs  sənətinin  ən  qədim  qaynaqları 

eramızdan  əvvəl  4–cü  –  1–ci  minilliklərə  aid  Gəmiqaya 

təsvirlərində,  "Avesta"  və  "Kitabi–Dədə  Qorqud"  kimi  qədim 

qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv 

ifa  növlərindən  olan  Azərbaycan  xalq  yallıları  xoreoqrafiya, 

instrumental  və  vokal  musiqisini  özündə  birləşdirən  nadir 

yaradıcılıq nümunəsidir. 



 

 



Qədim  rəqs  və  musiqi  mədəniyyəti  ilə  sıx  bağlı  olan, 

vaxtilə  geniş  yayılmış  qədim  çalğı  alətlərimizin  də  bu  gün 

geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə 

tanıdılmasına  ciddi  ehtiyac  vardır.  Cəng,  ud,  təbil,  tənbur, 

qanun, qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban kimi 

çalğı  alətlərimizin  adlarına  musiqi  tarixinə  dair  mənbələrdə, 

"Kitabi–Dədə  Qorqud",  "Koroğlu"  dastanlarında,  eləcə  də 

klassik  şairlərimizin  əsərlərində  rast  gəlinir.  Qədim  çalğı 

alətlərinin  bir  çoxu  bərpa  olunmuş  və  yenidən  musiqi 

alətlərinin sırasına daxil edilmişdir. 

Xalqımızın  müstəqillik  yoluna  qədəm  qoyduğu  indiki 

şəraitdə  xalq  yaradıcılığının,  əsrlər  boyu  yaranan  mənəvi  və 

maddi-mədəniyyət  nümunələrinin  öyrənilməsi,  ənənəvi  sənət 

sahələrinin dirçəldilməsi, onların geniş  şəkildə  tətbiq və  təbliğ 

olunması mühüm  əhəmiyyət kəsb edir. 

Naxçıvan  Muxtar  Respublikasında  xalq  yaradıcılığının 

inkişafı  və  qorunub  saxlanması  istiqamətində  bir  sıra  işlər 

görülmüş, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti 

gücləndirilmiş, onlar milli geyim dəstləri ilə təmin olunmuşlar. 

Hal–hazırda  muxtar  respublikada  mövcud  olan  50  folklor 

kollektivinin 600 –  ə  yaxın  üzvü xalq  yaradıcılığının bu və  ya 

digər sahələrini qoruyub yaşatmaqdadır. 

Xalqların,  ölkələrin  bir  –  birinə  daha  çox  inteqrasiya 

olunduğu,  dərin  qloballaşma  proseslərinin  getdiyi  indiki 

şəraitdə  azərbaycanlıların  milli  kimlik  pasportu  olan  xalq 

yaradıcılığının qorunub saxlanması və inkişaf etdirilməsi, xalq 

sənəti  nümunələrinin,  milli  mətbəxin,  folklorun,  milli  rəqs  və 

mahnı  sənətinin  daha  geniş,  sistemli  şəkildə  təbliğ  olunması, 

böyüməkdə olan gənc nəslə milli–mənəvi dəyərlərin aşılanması 

məqsədi ilə qərara alıram: 



 

1.  "Novruz  bayramı"  şənliklərində  Xalq  yaradıcılığı 

günləri keçirilsin. 



 

 



2.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Naxçıvan 

Bölməsi: 

 

2.1.  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  mövcud 



olan  etnoqrafik  və  folklor  materiallarının  yenidən  toplanması, 

sistemləşdirilməsi  və  elmi  tədqiqatlara  cəlb  olunması  üçün 

tədbirlər  görsün,  əldə  olunmuş  materiallar  əsasında  "Naxçıvan 

folkloru antologiyası"nı hazırlayıb nəşr etdirsin

 

2.2. Naxçıvan folkloru atlasını işləyib hazırlasın; 



 

2.3.  Naxçıvan  Muxtar  Respublikasının  Mədəniyyət  və 

Turizm    Nazirliyi  ilə  birlikdə  xalq  yaradıcılığı  nümunələrinin 

sistemli şəkildə təbliği üçün təsirli tədbirlər görsün

 

3.  Naxçıvan  Muxtar  Respublikasının  Mədəniyyət  və 



Turizm  Nazirliyi  və  Naxçıvan  Muxtar  Respublikasının 

Bəstəkarlar  Təşkilatı  xalq  mahnı  və  rəqslərinin,  Naxçıvanla 

bağlı  saz  havalarının  tədqiqinə  və  təbliğinə,  qədim  çalğı 

alətlərinin tətbiqinə diqqəti artırsınlar. 

 

4.  Muxtar  Respublikada  mövcud  olan  xalq  teatrlarının 



və  folklor  ansambllarının  fəaliyyətinə  hərtərəfli  köməklik 

göstərilsin. 

 

5. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir. 



 

Naxçıvan Muxtar Respublikası 

        Ali Məclisinin Sədri:              VASIF TALIBOV 

 

 

Naxçıvan şəhəri, 07 fevral 2009–cu il 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə