Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə4/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   2   3   4   5   6   7   8   9   ...   135

 

 

12 



Əl – ayağı yaş gülül. 

Sən duaya əl yetir

Qoy yağsın yağış, gülül. 

Ay göylərin buludu, 

Əkinnərim qurudu. 

Döl xatının naxışı, 

Əndər gəlsin yağışı". 

 Informasiyada  söyüd,  gülül,  Döl  xatın  mənəvi  enerji 

tutumunu müəyyənləşdirən komponentlərdir. Deyirlər ki, ilaxır 

gecəsi  söyüdün  budaqları  yerə  dəyir,  kim  bunu  görsə,  nə 

niyyəti  olsa,  ona  çatır.  Söyüd  yarpaqları  ilə  su  atmaq  yağış 

yağdırmaq  niyyətini,  diləyini  ifadə  edir.  Döl  xatın  Çömçə 

xatunla eyni missiyalıdır. 

Eləcə  də  "Godu  –  godu"  mərasiminin  tərkibinə  daxil 

olan  poetik  mətn  səkkiz  misradan  ibarətdir  və  hər  hansı  bir 

misra bir hərəkəti bildirir: 

Godu  –  godunun  axtarılması  (Godu  –  godunu  

gördüyünüz varmı?); 

Goduya  salam  verilməsi  (Goduya  salam  verdiyiniz 

varmı?); 

Godunun getməsi (Godu gedənnən bəri); 

Günəşin yoxa çıxması (Gün üzü gördüyünüz varmı?); 

Godunun atdan salınması (Godunu atdan düşürün); 

Goduya yemək verilməsi (Goduya süddü aş bişirin); 

Godunun qorxudulması (Godu sabah gün çıxartmasa); 

Veriləcək cəzanın izah olunması (vırın atdan düşürün). 

Məsələnin  psixoloji  tərəfi  onunla  üzə  çıxır  ki,  mətn 

daşıyıcısı bütün bunları gerçəklik kimi danışır və onlara inanır. 

Naxçıvanda  qeydə  alınmış  mif  mətnlərinin,  əfsanələrin 

onu  yaddaşlarında  yaşadanların  milli  mənlik,  tarixi  kimlik 

düşüncəsi  ilə  bağlılığı  tamamilə  təbiidir.  Həmin  mətnlərin 

böyük  qismində  bölgədən,  onun  tarixi  toponimlərindən 

danışılması ilə mifin, folklorun tarixə "iddiası" reallaşır. 


 

 

13 



Folklor  xəritəsinə  Gəmiqaya,  Əlincəqala,  Ilanlı  dağ, 

Əshabü  –  Kəhf,  Arpaçay,  yüzlərlə  ziyarətgah  və  təbii 

obyektlərlə qeyd olunan bölgədə bu mətnlərin zənginliyi, geniş 

yayılması da  tamamilə təbiidir. 

Bölgədə  mifoloji  mətnlərin  xüsusi  çəkisi,  mif  –  nağıl 

münasibətlərinin dərinliyi, çoxqatlılığı ciddi faktordur. 

Nağıllarda gələcəkdən xəbərvermə missiyasının müxtəlif 

formulları  ilə  rastlaşırıq.  "Üçayaq  at"  nağılında  atanın  üç 

oğlu,  üç  qızı  var.  Ata  son  nəfəsində  oğlanlarına  deyir:  "Məni 

basdırdığınız  günün  səhərisi  qəbrimin  üstünə  gedin.  Qəbrimin 

üstündə  hansı  canlını  görsəz,  böyük  bacınızı  ona  verin.  Ikinci 

günü yenə qəbrimin üstünə gedin, ortancıl bacınızı da bu dəfə 

qəbrim  üstündə  olana  verin,  üçüncü  günü  qəbrim  üstündə 

hansı canlını görsəz, kiçik bacınızı da ona verin". 

Başqa  bir  situasiyada  atanın  dedikləri  butavermə  kimi 

də  qəbul  oluna  bilərdi  –  atanın  hamilik  funksiyası  ön  planda 

üzə  çıxardı. Bu nağılda  isə  vəziyyət  başqa cürdür: ata  hardan 

bilir  ki,  o,  öləndən  sonra  üç  gün  dalbadal  qəbrinin  üstünə 

gələn olacaq və qızları da onlara ərə verilməlidir? 

Gələn  divlər  olur,  kiçik  qardaş  bacılarını  divlərə  ərə 

verir.  Deyirlər  ki,  div  adam  cildinə  də  düşə  bilir,  amma  bu 

çevrilmə  zamanı  o,  özünü  tamamilə  gizlədə  bilmir,  hər  iki 

halında  onun  gözləri  göy,  dişləri  seyrəkdir  (bir  çox  mətnlərdə 

bunlar pisin, mənfinin portretinin əsas cizgiləridir). 

Bölgədən  toplanmış  ayrı  –  ayrı  mətnlərdə  deyilir: 

"Divlər  səbirsiz  olar";  "Ağ  div  insanlara  əl  tutardı,  qara  div 

şər gətirərdi, göy div haqqı qoruyardı". 

Bu  əfsanəvi  varlığa  münasibətin  özünəməxsusluğu  ilə 

bağlı nə demək olar: 

–  Insanın  yaxşılığını,  pisliyini  ifadə  edən  folklor 

"qəliblərindən" istifadə olunur; 

– Divlər "bəni–adəmlə" evlənir; 

–  Rəngləri  divlərin  xarakterini  və  missiyasını 

müəyyənləşdirir. 


 

 

14 



"Iki  dağ"  əfsanəsində  təbiət  obyektlərinin  əmələ 

gəlməsinin  izahı  zamanı  üz  tutulan  div  obrazları  dünyanın 

tərəflərini (məğrib və məşriqi) də, kişi – qadın qarşıdurmasını 

da  simvollaşdırır.  Əski  dünya  obrazının  bütöv,  tam  olduğu 

mətndə  qarşılaşma  elementləri  miflərin  ən  əsas  və  ilkin 

ünsürlərindəndir. 

Mifdəki  hadisələrin  Naxçıvanla  bağlanması  isə  xüsusi 

əhəmiyyət  daşıyır.  Naxçıvanlı  mətn  daşıyıcısının  tarix 

haqqında düşüncəsi bu mifdəki simvollara söykənmişdir. 

Ilkin  təsəvvürlərin,  arxaik  görüşlərin  izləri  lirik 

mətnlərdə də qabarıqdır. 

  

 

Ağ almanı  at, oğlan, 

  

 

Armud gəti, sat, oğlan. 

  

 

Qonşu qızı yaxşıdı, 

  

 

Al, yanında yat, oğlan. 

Ziyarətgahlarda  olan  armud  ağacına  övlad  diləyi  ilə 

nənni  asırlar,  armud  ağacı  onları  arzularına  çatdırır.  Övladı 

olmayanlara  dastanlarda, nağıllarda alma verilir. 

Qonşu  qızı  ilə  ailə  quran  oğlana,  belə  görünür  ki,  bu 

inanclarla övlad arzulanır. 

Naxçıvan bayatılarında butavermənin müxtəlif cəhətləri  

reallaşır. 

                                            1.  Yetiməm, yoxdu atam, 

  Məxmərəm, yoxdu butam. 

  Düşmüşəm yaman dərdə

  Bir yer də yoxdu atam. 

 

        2. Yetiməm, atam yoxdu

 Qəribəm, butam yoxdu. 

 Düşdüm qəm dəryasına, 

 Qolumdan tutan yoxdu. 

 

Nümunələrdə  birinci,  ikinci  misraların  semantik  yükü, 

təxminən,  eynidir;  birincidə  aşiq  subyekt  olduğundan  buta  da 

subyekt  (məşuq)  şəklində  funksionallaşır,  ikincidə  isə  hər  iki 


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə