Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə6/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   2   3   4   5   6   7   8   9   ...   135

 

 

18 



I. MIFLƏR 

 

Ovçu Əhməd ** 

Şərurda  bir  ovçu  varmış,  adına  ovçu  Əhməd 

deyərlərmiş.  Ovçu  Əhməd  bir  gün  ova  çıxır.  Gəlib  oturur  bir 

daşın üstə. Bir də görür ki, bir yaralı ağ ilan ona tərəf sürünür. 

Ilan  ona  çatıb  arxasınca  gəlməsini  işarə  edir.  Ovçu  Əhməd 

durub ilanın dalınca gedir. Gəlib bir qara daşın dibinə çatırlar. 

Ilan  girir  bir  mağaraya,  bir  azdan  bir  qara  ilanla  vuruşa  – 

vuruşa gəlir. Ovçu Əhməd oxunu yaya qoyub qara ilanın başını 

vurur. Bu vaxt ilanın başı atılıb ovçu Əhmədin üzündən vurur. 

Əhməd  özündən  gedir.  Bir  vaxt  ayılıb  görür  ki,  ağ  ilan  onun 

üzünün yarasını yalayır. Ovçu Əhmədin üzünün yarası sağalır. 

O gündən ovçu Əhməd ağ ilanla dost olur. 

 

Ucubılıx ** 

Naxçıvan  ərazisi  bir  vaxt  böyük  bir  dərya  imiş. 

Əlincəçaydakı Ilanlı, Genni dağları da ada. Bu adada kələntər, 

azman  adamlar  yaşayırdılar.  Adlarına  da  Ucubılıx  deyirdilər. 

Odları,  ocaxları  da  yox  idi.  Bunlar  unu  suda  yoğurub,  xəmiri 

günə tutub bişirirdilər. Kələnətərlər ayaqlarının birini Ilannıya, 

birini  də  Genni  dağına  qoyarmış.  Əyilib  dəryadan  balıq  tutub, 

günün  qabağında  oyıza  –  bıyıza  döndərib  bişirərmişlər. 

Ucubılıxlar  çox  yeyib,  çox  işləyərmiş.  Yeməyin  çatdırmaq 

olmazmış. Deyirlər vaxt gəlir, çox isti olur, dərya çəkilir. 

Bir  qoca  əkin  əkirdi.  Ucubılıxdan  birinin  yanına  getdi 

dedi: 


– Gedək mənə yer şumla. 

Ucubılıx dedi: 

 

Üzərində  **  işarəsi  qoyulan  mətnlər  "Azərbaycan  folkloru  antologiyası. 



Naxçıvan  folkloru"  (Bakı,  1994)  kitabından  götürülüb  (Tərtib  edənlər 

Təhmasib Fərzəliyev, Məhərrəm Qasımlı, redaktoru Israfil Abbasov) 

– Əvvəl yeyib, sonra şum edərəm. Günün sonunda da  

səndən muzdumu alaram. Qoca dedi: 




 

 

19 



– Yaxşı, ancaq gərək yeməmişdən üç dəfə yerə, üç dəfə 

göyə and içəsən. Ucubılıx dedi: 

– Yox qoca, biz and içmərik. 

Qoca dedi: 

– Olmaz, günah eləmə. Gərək and içib yeyəsən. 

Ucubılıx nə  qədər  inad  etdisə, qoca  əl çəkmədi. Axırda 

and içdi. Qoca dedi: 

– Hə, indi olar, çörəyini ye. 

Ucubılıx gündə  yediyindən çox az yedi. Doyub  çəkildi. 

Özü də bu işə mat qalıb qocadan soruşdu: 

 

Qoca, neynədin doydum? 



Qoca dedi: 

–  Çörək  yerin  –  göyün  bərəkətidi.  Gərək  ona  itaət 

edəsən. 

Deyirlər ki, bunnan sonra Ucubılıxlıların nəsli cılızlaşıb 

adi adamlar kimi oldu. Yerə – göyə and içdilər, amma əvvəlki 

kimi işləyə bilmədilər... 

 

 



 

 



 

Ucubılıx  çox  nəhəng  adam  olup.  Üç  yüz  il  yaşayıp. 



Pütün ömrü boyu əlləşip ki, özünə bir ev tiksin. Əmə, vır – tut 

bir  kalafa  tikip  ki,  bi  da  onun  topuğuna  ancaq  çatıp.  Ölənə 

yaxın  da  deyip  ki,  bilsəydim  dünyanın  vəfası  bıdı,  heç  bı 

kalafanı da tikməzdim. 

 

 



 

 



 

Bir  gün  Ucubılıx  bir  kətdən  keçirmiş.  Kəndin 



camahatının bına yazığı gəlir. Yığışıp deyillər ki, gəlin bına bir 

köynək tikək. Irazı olurlar. Bir il əlləşip parça toxuyullar. Əmə 

Ucubılıx  bınnara  heç  bir  yaxşılıq  eliyəmmir.  Hər  bı  kənddən 

keçəndə xəcalət çəkirmiş ki, mən bınnara borclu qaldım. 

 



 

 

20 



 

 



 



 

Bir  gün  Musa  peyğəmbərin  Ucubılıxınan  sözü  olur. 

Musa  peyğəmbər  isdiyir  ki,  onu  ağacla  vırsın.  Əmə  nə  qədər 

happılırsa ağac Ucubılıxın topuğuna ancaq çatır. 

 

 



 

 



 

Bir  gün  Əzrayıl  gəlir  ki,  Ucubılıxın  canın  alsın. 



Ucubılıx onu görəndə bir – iki addım o tərəfə çəkilir. Bının da 

addımı  o  qədər  yekəymiş  ki,  Əzrayıl  nə  qədər  yol  gedənnən 

sonra  ona  çata  bilmirmiş.  Elə  ki,  Əzrayıl  gəlip  çatır,  Ucubılıx 

təzədən  əvvəlki  yerinə  qəyidir.  Əzrayıl  ha  –  hu  eliyib  geri 

dönüncə  Ucubılıx  bir  də  oyana  çəkilir.  Ta  belə  –  belə,  axırı 

əzrayıl  görür  ki,  Ucubılıxa  çatammayacax,  götürüp  bir  ağacın 

ucunu  yonur,  dikinə  yola  qoyur.  Ucubılıx  gəlip  keçəndə  ağac 

batır qıçına. 

Ucubılıxın  bir  bacısı  da  varıymış.  Nil  dəryasından  o 

yanda yaşayırmış. Ucubılıx qıçını uzadır ki, bacı, qıçıma tikan 

batıp,  çıxat.  Bacısı  bı  dirək  boyda  tikanı  çıxarınca,  Əzrayıl 

onun canını alır. Ucubılıx ölənnən sora heç kimin gücü çatmır 

ki,  bının  ayağını    Nil  dəryasının  üstündən  götürsün.  Bir  az 

keçənnən  sonra  Ucubılıxın  əti  çürüyüp  tökülür,  sümüyü  isə 

dəryanın  bu  başınnan  o  başına  uzanan  körpü  olur.  Deyilənə 

görə, onun lülə sümüyünün içindən arapa keçirmiş. 





 



 

Bir  padşah  olur.  Onun  bir  oğlu  olur.  Camaat  ona  deyir 

ki,  oğluvun  bir  yaşı  olanda  onu  ilan  vuracax.  Padşah  uca  bir 

çinar  ağacının  üstündə  qəsr  tihdirir,  arvadı  ilə  uşağı  həmin 

qəsrə  qoyur.  Gündəlih  onun  yeməyini  aparıb  orada  verillər. 

Qəsri  elə  tikdirillər  ki,  oraya  heç  nə  keçə  bilməz.  Uşağın  bir 

yaşı  tamam  olanda  anası  uşağa  süd  verəndə,  saçı  ilan  olub 

uşağı vurur.  

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə