Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə7/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   2   3   4   5   6   7   8   9   10   ...   135

 

 

21 



 



 

Ağ  div–insannara  əl  tutardı, qara div–şər gətirərdi, göy 



div–haqqı qoruyardı. 

 



 



O  vaxtlar  bir  arvad  olur,  arvadın  uşağı  olmur.  Ay 

dolanır, il  keçir, arvadın bir uşağı olur. Uşağın alnında  yazılır 

ki,  uşax  4  yaşına  çatanda  əzrayıl  onun  canın  alacax.  Arvad 

uşağı  götürüb  kəndbəkənd  gəzir,  əzrayıl  onu  tappasın.  Axırda 

bir işıx gələn yerə çatır. Görür ki, bir arvad eşiyə çıxdı,  arvad 

onnarı qonax aparır. Səhərisi gün ev sahibi çörəh yapır, arvad 

köməh eyləyir, uşağı da yanına qoyur. Uşax çox şulux eyləyir. 

Anası  hirslənir,  çubuğu  götürüb  uşağın  əlinnən  vuran  kimi 

uşağın canı çıxır. 

 

 



 



 

Cin, uşağı ya ana qarnında, ya da olannan sonra 

dəyişdirir. Belə uşağa çarə yoxdur. Əyər uşağın başının altına 

quran qoysan, bu uşax qorxusuz olar. 

 



 



 



Ucubılıx  tez–tez  Əlincə  çayını  qurudardı.  O,  bir  əlini 

Əlincə  qalasının  üstünə,  o  biri  əlini  isə  Haçadağın  üstünə 

qoyub əyilib Əlincədən su içərdi.  

 



 

 



Dağda  qoyun  otaran  çoban  təsadüфən  əjdahaynan 

rastlaşır. Üzünü allaha tutub yalvarır ki, ya məni daş elə, ya da 

əjdahanı. Allah da əjdahanı daş eliyir. Indi həmin əjdaha dağı 

Ərəzin kəndinin yuxarı hissəsində yerləşir.  

 



 

 



 

Çörəyi uşağın başının altına qoymax günah sayılır. Bir 



tikə öküz əti qoyanda günah sayılmaz.  

 



 

 

22 



 



 

 



Cin  adam  kimi  paltar  geyər.  Ancaq  siфəti  çox  əceyib 

olur.  Paltara    iynə  vurullar  ki,  cin  onu  apara  bilməsin.  Çünki 

cin iynədən qorxur. 

 



 

 



 

 



Cinnər  pişirdiyi  yeməhlər  hamısı  peyindi,  at  təsidi,  o, 

adamın gözünə yeməh kimi görünür.  

 



 



 



 

 

Bir pişih var imiş, cinnər ilə əlaqədə imiş. Gündə bunu 



bir  pişih  gəlib  qaçırırmış.  Bu  da  durub  gedərmiş.  Bir  gün  bu 

evin  gəlini  bu  pişiyi  güdür.  Pişiyi  cin  qaçıranda  durub  düşür 

bunun dalına. Görür ki, pişih bir xaraba dəyirmana gedir. Baxır 

ki, burda çoxlu pişih var, pişihlər cinnərinən yığışıb dəyirmana, 

çalıb oynuyullar. Sən demə bu pişih də düdəh çalan imiş. Ona 

görə  də  buna  ustaqulucan  deyirmişlər.  Düdəyi  verillər  pişiyə, 

çalır. Özləri də deyillər: – Ustaqulucan, çal oynayax. Ona görə 

pişih  фiriştədir,  yəni  cinnərinən  əlaqədardır.  Cin  hər  şeyi 

tərsinə edir. Get deyəndə gəlir, gəl deyəndə gedir. 

 



 



 

Təpəgöz  indi  deyilmir.  O  vaxtlar,  qədim  vaxtlar 

deyilirdi  ki,  filan  yerdə  təpəgöz  varıydı.  Biri  gedir  bir  şəhərə, 

görür  ki,  ora  təpəgöz  şəhəridi.  Gəzir–dolanır,  görür  hamı 

təpəgözdü.  Hamısı  pis  millətdi  da.  Qəribimiş,  görür  plov 

qazannarı  qaynıyır.  Öz–özünə  deyir  ki,  yaxşı  oldu  gəldim 

çıxdım  bura,  burda  da  işlərəm.  Baxır  ki,  hamısı  təpəgözdülər, 

qazan qaynıyır, çalan–çalır, oxuyan oxuyur. Əmə hamısı pisdi. 

Ordan qayıdır. 

 



 



 


 

 

23 



 

Bir  oğlan  gedir  meşiyə,  onu  bir  yerdə  cinnər  tutullar. 

Gətirillər yığıncağa. Görür ki, yeyib–içməh var, buna da yeməh 

təkliф  edillər.  Bu  yemədihdə,  cinnər  deyir:–  Onda  apar 

dolmanı basdır, oğlan aparıp basdırır kalaфıya.  

 

Bunnan  sonra  oğlan  olur  dəli.  Onu  molluya  aparıllar, 



molla  deyir  ki,  əyər  cinnərin  ona  verdiyi  dolmanı  basdırdığı 

yeri  desə,  mənə  gətirsəniz  sağalar.  Nə  qədər  eyliyillər  oğlan 

demir,  bunu  dilə  tutullar,  deyillər  ki,  deməsə  dəli  qalacax. 

Oğlan  yerin  deyir,  gedib  daşı  qovzayır,  baxıllar  ki,  bir  parça 

çörəh ilə at təsidi. Gətirillər molluya, oğlan sağalır. 

 



 

 



Bir  kişi  elçi  gedəcəyi  evdən  daş  götürür,  evinə  qoyur, 

gecə  qoşları  təndirə  düşür.  Daşı  aparıb  yerinə  qoyur.  Qızı 

oğluna almır. 

 



 

 



 

Yağış  yağmırmış.  Bir  arvad  gedir  pirə,  dəsdəmaz  alır, 

namaz  qılır,  allaha  duva  eliyir  ki,  yağış  yağsın.  Pirdə  bir  quru 

ağaş  var  imiş,  ona  su  tökur,  axşam  evə  gəlir.  Bu  vax  yağış 

yağmağa başlıyır.  

 



 

 



 

Nənəmin babası xan imiş. O vaxlar danışardı ki, bizim 



evdə bir kəniz vardı. Bı o qədər qoçağ idi ki, nə desəydin tez 

yerinə  yetirirdi.  Amma  bir  şey  istəyəndə  gərək  deməzdin  ki, 

get mənə tez su gəti. Onda gedib gec gələrdi.  

 

Bı  qızı  istəyənnər  çox  olur.  Onnardan  biri  ürəyini  bı 



qıza açır. Amma qız bı oğlana deyir ki, sənə bir şərtlə gələrəm. 

Gərək  biz  xəlvətdə  görüşəh,  mən  sənə  söz  deyəm.  Sən  əməl 

elə,  mən  də  razılıx  verim.  Oğlan  qızın  dedihləri  ilə  razılaşır. 

Qız deyir:  




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə