Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə9/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   5   6   7   8   9   10   11   12   ...   135

 

 

27 



gəlip Ucuquluya deyillər ki, bə sən odun yığıp şəhərə gətirəndə 

əziyyət  çəkirsən.  Biz  bına  irazı  olmarıx.  Icazə  ver  bı  əziyyəti 

biz özümüz çəkək, amma səni də, atını da hər gün doyuzdurax. 

Ucuqulu  irazı  olur.  Camahat  Ucuquluynan  anasına 

gündə  neçə  mal  –  davar,  nə  qədər  əppək  verillər,  onları 

yedizdirirlər. Amma Ucuqulunun atı çox yeyimcilimiş, onun ot 

–  ələfini  çatdıra  bilmirmişlər.  Camahat  görüb  ki,  belə  getsə 

ətrafdakı  pütün  ot  –  ələf  qurtaracax,  bınların  öz  heyvanlarına 

bir  şey  qalmayacax.  Genə  yığışıb  danışıllar,  ağsaqqalar  deyir 

ki,  innən  belə  Ucuqulunun  atına  yem  aparanda  o  yemi 

mındarlamaq lazımdı. 

Belə  də  eliyillər.  Otun  xeyli  hissəsini  mundarlayırlar, 

üstünə də bir az təmiz ot qoyup aparıllar Ucuqulunun atına. At 

təmiz  ot  yeyip,  mındarlanmış  ota  çatanda  durup,  ta  yemir. 

Ucuqulu  bını  görəndə  duruxur.  Çağırıp  anasından  soruşur  ki, 

mənim  atım  yem  yemir?  Anası  da  deyir  ki,  a  bala,  bı 

cırtdanlarınan  işin  olmasın.  Bınlar  dünyanın  bicidirlər.  Elə 

bicliklərindən də belə cırtdan oluplar... 

Ucuqulunun  ayağına  batan  tikan  üç  –  dörd  arşınlıq  tir 

olarmış.  Ucuqulu  özü  əyilip  bı  tikanı  çıxardammazmış.  Ona 

görə də oturarmış  yerə, ayağını da Arazın üstünnən uzadarmış 

o  taya.  Bının  o  tayda  yaşayan  bir  bacısı  varmış,  özü  kimi 

nəhəngmiş.  Bacısı 

Ucuqulunun 

ayağındakı 

tikanı 


iki 

barmağıynan çəkib çıxararmış. 

Ucuqulu o qədər yekə, o qədər güclüymüş ki, Əzrayılın 

da  gücü  çatmırmış  onu  öldürsün.  Ona  görə  də  Əzrayıl  həmişə 

fürsət  axtararmış    ki,  Ucuqulu  uzansın,  bı  da  onun  sinəsinə 

çöküb canını alsın. 

Günlərin bir günü Ucuqulunun ayağına yenə tikan batır. 

Ucuqulu ayağını uzadır o taya ki, bacısı tikanı çıxartsın. Amma 

bu  dəfə  Ucuqulu  oturmur,  uzanır.  Elə  o  saat  Əzrayıl  çökür 

onun sinəsinə, canını alır. Bacısı görür ki, tikanı çıxarıp, amma 

Ucuqulu  tərpəşmir.  Çağırıp  anasına  deyir  ki,  Ucuquluya  nə 

olup  ki,  tərpəşmir.  Anası  baxan  kimi  deyir  ki,  bə  qardaşıvı 




 

 

28 



öldürüplər.  Bacısı  tez  gəlir.  Ana  –  bala  belə  biliplər  ki, 

Ucuqulunu  adamlar  öldürüp.  Ona  görə  Şərur  şəhərini 

dağıdıllar, ölən – ölür, qaçan da sonralar burda Sədərək kəndini 

salır.  Deyilənlərə  görə,  neçə  yüz  min  malın  dərisinnən 

Ucuquluya  paltar  çıxarmış.  Bu  paltarı  da  neçə  yüz  adam  neçə 

aya tikərmiş. 

Ucuqulu  su  içmək  istəyəndə  bir  əlini  Ağrı  dağına,  bir 

əlini də Haça dağa qoyup əyilərmiş Arazdan su içərmiş. 

Ucuqulu öləndən sonra onun üstünü yavaş – yavaş toz – 

torpax basır, sonra bı toz – torpax bərkiyip dağ – daşa çevrilir. 

Ucuqulunun ayağı ki, Arazın o tayına uzanılı qalmışdı, sonralar 

körpüyə dönür. Camahat bı körpüynən o tay – bu taya gedip – 

gəlirmiş. Çox xatalar elədiyinə görə camahat Ucuqulunun adını 

dəyişip  Buculux  qoyur.  Ucuqulunun  ayağından  düzələn 

körpüyə də Buculux körpüsü deyillər. 

 

Tilsimli ilan ** 



 

Belə  deyirlər  ki,  Ölən  şəhərdə  tək  bir  kişi  varmış.  Bu 

kişi  hər  dərdin  dərmanın,  hər  tilsimin  sirrin  bilirmiş.  Kişi 

qocalır, ölüm  vaxtı  gəlib  çatır. Ölüm  yatağında  gözünün ağı  – 

qarası bircə qızını yanına çağırıp deyir: 

–  Qızım,  mən  ölürəm.  Məndən  sonra  sənə  yaşamaq 

çətin  olacaq.  Ona  görə,  mən  deyənə  əməl  edərsən.  Bizim 

zirzəmidə  bir  ilan  var.  Əlini  üç  dəfə  ilanın  qarnının  altına 

çəkərsən. Gedib ondan sonra hər şeyin sirrini biləcəksən. Xoş 

güzəran keçirəcəksən. 

Kişi  ölür.  Qız  atasını  dəfn  edir,  zirzəmiyə  gəlir.  Ilanı 

görüb  qorxur,  istəyir  qaçsın.  Bu  vaxt  ilan  arxası  üstə  çevrilir. 

Qız  özündən  aslı  olmayaraq  gedib  əlini  üç  dəfə  ilanın  qarnına 

çəkir. O gündən qız hər şeyin sirrini bilir, xoşbəxt ömür sürür. 



Küp qarısı ** 

 


 

 

29 



Deyilənlərə  görə  üç  arvad  ot  biçiminə  gedirlər. 

Axşamüstü qaydanda  bir qalaya rast gəlirlər. Qalanın ətrafında 

gəzinirlər,  içəri  girməyə  yer  olmur.  Görürlər,  bir  cin  gəlir, 

arvadlar gizlənib cini tuturlar. Ətinə sancaq batırırlar. Deyirlər 

ki, bu qala nə qaladı? Biz belə  qala görməmişik. Cin deyir ki, 

bu, sirli qaladı. Arvadlar soruşur ki, buranın içərisində nə var? 

Cin deyir ki, burda bir qız, bir oğlan var. Oğlan heykəldir, qız 

da  tilsimlidir.  Əgər  qız  yatanda  əlindəki  çomağı  alsanız,  nə 

desəniz  o  da  olar.  Arvadlar  tələsiyə  düşüb  cini  buraxırlar. 

Sevincək  qalaya  girirlər.  Onlar  cinin  sözünü  unudurlar.  Içəri 

girəndə  qız  bunları  görüb  üçünü  də  yaylıx  eliyir.  Arvadların 

oğlanları anaların axtarırlar, tapa bilmirlər. Axırda gedirlər küp 

qarısının  yanına. Küp qarısı  fallayıp deyir ki, onları necə  azad 

edə  bilərik.  Qarı  deyir,  onun  çarası  məndə.  Oğlanlar  qarıya 

qızıl verib çarəsini öyrənirlər. 

Oğlanlar qalaya girirlər. Qalanın başına çıxıb oradan bir 

deşik açırlar. Içəri qarmaq salıb yaylıqları çıxarırlar. Qarı gəlib 

bir lövh oxuyur, arvadlar tilsimdən qurtarır. 

 

Zəncirlənmiş əjdaha ** 

 

Yaylax  vaxtıymış.  Bir  oba  köçür,  dağda  yurt  tutur, 

çadırlarını qurur. Elə bu vaxtı yel əsir, yağış yağır, boran olur. 

Camahat bir də baxır ki, göydən boynu zəncirli bir əjdaha endi. 

Tez  gətirib  bına  bir  öküz  qurban  kəsillər.  əjdaha  heç  kimə 

dəymir, ancax bir cavan iyidə deyir ki, mən hara getsəm, sən də 

dalımca gəl. 

Bınnar  yola  düzəlip  gedillər.  Xeylah  gedənnən  sora  Ac 

dağına  çatıllar.  Ac  dağında  bı  əjdaha  üzün  tutur  Ağrı  dağına 

sarı, bir  üşkürəh  atır. Ağrı  dağınnan bir  əjdaha  enir ki, bınnan 

da  yekə.  Demiyəsən,  bı  əjdahalar  düşmandılar.  Neçə  dəfə 

vırışmışdılar, hər dəfə də Ağrı dağındakı gücdüyürmüş. Indi bı 

əjdaha iyidi özünə arxa gətiripmiş. 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə