39
* Palıd ağacında qozalar sıx olarsa, onda qış sərt
keçəcək.
* Qaranquş yuva quran həyətdə şadlıx olar.
* Ayağının baş barmağı böyük olanın bəxti açıq olar.
* Qaşları çatma olan qız qohuma ərə gedər.
* Bir adamın başında, yaxud paltarında sap olarsa,
deyərik ki, həsrətini çəkillər.
* Axır çərşənbə günündə alma yeyəllər. Cecədə olan
toxumnarı sayırsan, on dənəsini yasdığın altına qoyursan və
yatırsan, yuxuda qismətini görürsən.
* Ilaxır çərşənbənin səhərisi günü qadınlar bulaq başına
gedib bulağın gözündən kiçik daşlar götürəllər, sonra isə onları
evə gətirib, buğdanın, duzun içinə atar, un kisələrinin üstünə
qoyar və evin künclərinə düzəllər. Bu daşlar evin bərəkətli
olmasını təmin edir.
* Evi süpürəndə süpürgə üstünə dəysə, ya yerə düşsə,
gərək onun üstünə tüpürəsən. Yoxsa şərə düşərsən.
* Qəbri barmaqla göstərməzlər, göstərsən ziyan
çəkərsən. Odur ki, gərək barmağını dişləyib ayağının altına
qoyasan.
* Qəbrin içinə gərək yağış düşməsin, – deyəllər .
Yoxsa bir başqası da ölər.
* Çörək ayağının altında qalsa, gərək üç dəфə öpüb,
gözünün üstünə qoyasan, yoxsa səndən qaçar.
* Taxıl zəmisinin içinə girmək olmaz, taxılı ayaqlasan,
gözlərin tutular,–– deyərlər.
* Gərək evə corab qoymayasan, yoxsa adam dara düşər.
* Toyuğun banlaması bədbəxtlik əlamətidi, gərək onu
kəsəsən.
* Lap çox istədiyin adamın şəklinə gərək tez–tez
baxmayasan, yoxsa araya ayrılıq düşər.
* Yazdığın məktub yiyəsinə çatmamış onu gərək heç
kim oxumasın. Yoxsa yiyəsinə gedib çatmaz.
40
* Evdə gərək hörümçək toru qalmasın. Yoxsa tora
düşərsən.
* Evdə çirkli qab saxlamazlar.
* Leyləyin yuvasını dağıtmazlar.
* Yanmış ağacı çöldən evə gətirməzlər. Deyəllər, ziyan
çəkərsən.
* Həyətdə yasəmən kolunu, söyüd ağacını əkəndə,
gərək sınayasan. Bunların düşər–düşməzi də olur.
* Aya, bir də aynıya çox baxmazlar. Hər ikisi
ağılaparan şeydi.
* Çinarı kəsmək günahdı.
* Həyətdə dovşan saxlamağın düşər–düşməzi olar.
* Ocağın odunu suyunan keçirməzlər. Qaynar suyu yerə
tökməzlər. Adama zəфər toxunar,– deyərlər.
* Gecələr duz–çörəyi stolun üstündə saxlamazlar,
şeytan bərəkəti oğurlar.
*
*
*
Qancıx (doğan it) balalır. Sənin də gəlinin zahıdır yatıb,
uşağı qalmır. O gəlin durub gedir o qancığın üstünə. Onun əgər
balaları öldü, sənin uşağın qalacax. Yox, balaları ölmədi,
səninki öləcəx, ta qalmıyacax. Həylə də olub ha, mən özüm
şəxsən sınamışam.
*
*
*
Ağacların öz sahibinə yas saxlaması olur. Bir nəфər
dünyasını dəyişənnən sonra onun həyətində olan ağac və ya
ağaclar ya qurumağa başlıyır, yaxud da bar vermir. Onda
deyillər ki, ağac yas saxlıyır, onu yasdan çıxarmaq gərəkdir. Bu
zaman ağaclara həna yaxıllar, yaxud qırmızı lent bağlıyıllar.
Bar vermiyəndə də ağacın dibinə şirin çay və ya şirin su
töküb deyillər: «Mən üzə çıxdım, sən də çıx».
*
*
*
41
Gəlin gələndə bəy uca bir yerdə durar, almanı pıçaxla
bölüh – bölüh edip gəlinin başına atar. Subayların hərəsi də
almanın bir parçasın götürüp yiyər, diyər mənə də qismət
olsun. Bəyin ucada durmağı ondan ötrüdü ki, ailədə onun sözü
ötkün olsun. Alma da xoşbəxtlik gətirdiyinnən gəlinin başına
atallar. Almanın dağılmağı bu ailədən hər yana xoşbəxtlih
yayılmağınnan ötrüdü.
*
*
*
Qarşına it çıxanda deyərih ki, yoldan qayıt, a bala.
Yoldaşın yolda səə it kimi yəcəx. Qayıt, otur yerinə.
Qırmızını qabaxlar xoşbəxtliyin rəngi bilərdilər.
Gəlinnərə qırmızı paltar geyindirər, qırmızı duvax salardılar
başına. Evdən çıxan gəlinə qırmızı toyux verəllər, ya da ağ
toyuğu rəhliyəllər.
*
*
*
Dizə kəndi yaxınlığındakı Aydaşda Aygün adlanan
daşın yanında pak olmuş adam ürəyində tutduğu arzunun,
niyyətin həyata keçdiyini bilmək üçün orda yatır, yuxu görür
və yaxud onun arzusunun həyata keçəcəyini əyələr ona
bildirillər.
*
*
*
Soyuq münasibətdən ağacların küsməyi də olur. Bu
zaman şirin sözlərinən onların gərək könlünü alasan.
*
*
*
Getdim gördüm evdə uşağın boğazı qavışır. Dedim ki,
ay əmqızı, bə bı uşağın boğazı qavışır. Dedi Məhəmmədəlinən
Şabı bırdan keşdi getdi Kəhrizə. Dedi bay, onnar şeşəlidi.
Gəldim şeşəsin götdüm, boğazın basdım, qaşdım onnara.
Getdim hamısın əlin suva çəydim, gətdim səpdim uşağa, bir də
içitdim. Onnan tay qoydu getdi. Nə şeşə oldu, nə bir şey. Indi
maşallah nəvəsi, nəticəsi var.
*
*
*
Dostları ilə paylaş: |