•œAzÉŽrbaycanâ•š



Yüklə 26,92 Kb.
Pdf görüntüsü
tarix29.11.2017
ölçüsü26,92 Kb.
#13166


Gündəm  xəbər”.- 2011 .- 31 yanvar - 1 fevral.- N  12.- S.13.

Masonluğun  tarixi

"Bütün  dövrlərdə,  başqa  vaxta  nisbətən  dünyanı  indi  daha  çox  gizli  təş kilatlar  idarə  edir.  Siyasətdə

təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutulur."

Franklirı Delano Ruzvelt,

 sabiq ABŞ prezidenti

Ümumdünya mason ordeninin son məqsədi cəmiyyətin və ayrı- ayrı fərdlərin mənəvi, zehni və fiziki inkişafına

təsir göstərib, millətlər, dinlər arasındakı fərqi silmək və dünya hökmranlığına, Astrey şahlığına nail olmaqdır. Bu

məqsədə  çatmaq  üçün  masonlar  yorulmadan,  səbr  və  təmkinlə  əsrlər  boyu  iş  aparırlar.  Onlar  bənnalar  kimi,

kələ-kötür daşı yonub lazımı formaya saldıqdan sonra onu çar Salamonun məbədinin divarına düzməklə, məbədin

tikintisində iştirak edirlər.



Masonluq sistemi

Masonluqda bütün qollar, forma və iş  qaydaları sistem adlanır. Sistemə masonluğun iş  qaydaları, lojalar, Şərq,

konstitusiya,  rituallar,  simvollar,  mason  dili,  masonluğa  qəbul  qaydaları və  sair  prosedurlar  daxildir.  Sistemdəki

müxtəlifliyə baxmayaraq, terminlər, dil, simvollar, quruluşun əsasları bütün mason təşkilatları üçün eynidir.

Loja  -  Mason  qardaşların  yığışıb,  iş  apardıqları binaya  deyilir.  Loja  həmçinin  qardaşlıq  ittifaqına  da  deyilir.

Konkret olaraq, hər bir mason müvafiq lojanın üzvü olur. Lojaları fərqləndirmək üçün onlara müvafiq adlar verilir.

Məsələn:  Müqəddəs  Georgi,  Moisey,  Oziris,  Laton,  Astrey,  Böyük  Şərq  və  s.  adlarda  mason  lojaları  fəaliyyət

göstəriblər. Çox vaxt lojalara görkəmli masonların adları da verilir. Bu yaxınlarda məşhur rus masonu Novikovun

adına Moskvada yeni mason lojası açılıb.

Lojanın işi

Lojanın  işinə  müxtəlif  mərasimlər,  məsələn:  masonluğa  qəbul  mərasimi,  yeni  lojaların  yaradılması mərasimi,

masonların yüksək dərəcələrə keçirilməsi mərasimi, mason ziyafətlərinin keçirilməsi mərasimi və s. aiddir.

Şərq - Yüksək idarə etməyə deyilir. Masonluğun əsası şərqlə bağlıdır.  Şərq qədim müdrikliyin əsası da sayılır.

Masonluğun  fəaliyyət  prinsipləri  qədim  Şərqdə  fəaliyyət  göstərən  sufizm,  dərviş  ordenlərinin  pirinsipinə  uyğun

gəlir.  Bu  prinsiplər  məxfilik,  alleqoriya,  mistika,  özünütərbiyə  və  özünü  təkmilləşdirmədə  və  s.  özünü  göstərir.

Konstitusiya. Lojaların yaradılmasına əsas verən şəhadətnamə nəzərdə tutulur. Şəhadətnamə yeni yaradılan lojalara

yuxarı lojalar  (məsələn,  İngiltərə  böyük  şərq  lojası)  tərəfindən  verilir.  Əks  halda  yeni  yaranan  loja  qanunsuz  və

özbaşına yaranmış hesab olunur.

Ümumiyyətlə masonluğun və lojaların işinin idarə olunması konstitusiyaya əsasən aparılır. İlk konstitusiya kimi,

1722-ci ildə C. Anderson və sonra 1782-ci ildə Vilhemsbad konstitusiyası yaranıb.

Masonluğun qolları

Masonluq qədim tarixi ənənəyə görə, müntəzəm (daimi), qeyri müntəzəm və simvolik qollara ayrılır.

Müntəzəm masonluq özünü mason adlandıranların əksəriyyətini təşkil edir. Müntəzəm masonluğu fərqləndirən

cəhət onların mason qanunlarına ciddi əməl etmələridir. Müntəzəm masonlar ancaq Kainatın Ulu Memarına tapınır,

ancaq  onu  qəbul  edirlər.  Müntəzəm  masonlar  mason  ordeninə  qadınları qəbul  etmirlər.  Müntəzəm  masonluq  ali

hüquqi-ərazi prinsipi üzrə təşkil olunur. Onun fəaliyyət göstərdiyi ərazilərdə başqa mason lojaları yaradıla bilməz.

Nizami böyük lojalar bir-birini tanıyır, qəbul edir və birbaşa əlaqə saxlayırlar. Nizami Böyük Lojalara qəbul olunan

mason  qardaş  öz  dərəcəsinə  uyğun  olaraq  lojanın  işində  iştirak  edir.  Müntəzəm  masonluq  universal  ümumdünya

qardaşlıq  təşkilatıdır  ki,  daim  əlaqədə  fəaliyyət  göstərirlər.  Ümumdünya  nizami  masonluğu  100-dən  çox  böyük

lojanı birləşdirib.



Qeyri müntəzəm masonluq

Onlar mason ənənələrinə, mərasimlərinə tam əməl etməyən, ümumdünya masonluğunun tərkib hissəsi olmayan

mason  lojaları  sayılır.  Qeyri  müntəzəm  mason  lojaları  masonluq  ənənələrinə  və  qanunlarına  tam  əməl  etmədiyi

üçün qədim masonluqla bağlılıq qırılır. Qeyri mason lojalarına qadınların qəbuluna və siyasətlə məşğul olmağa yol

verilir.



Simvolik masonluq

Masonluğun  bu  qolu  masonluğun  ən  qədim  hissəsidir  və  üç  dərəcədən  ibarətdir.  Bu  üç  dərəcə  şagird,  usta

köməkçisi və usta dərəcəsidir. Simvolik masonlar lojalarda, həmin lojalar isə ərazi prinsipinə görə Böyük Lojalarda

birləşirlər.  Simvolik  masonluq  sonralar  yaradılmış  müxtəlif  masonluq  üçün  baza  rolunu  oynayır.  Bunlardan  ən

məşhur qurumlar Şotland və Yok nizamnamələridir. Simvolik masonluğun bu qurumlara tabeliyi yoxdur. Müstəqil

fəaliyyət göstərir, onlarla yaxşı münasibət şəraitində işləyir.



Masonluğa qəbul qaydaları

Masonluğa  qəbul  mərasimi  xüsusi  əhəmiyyət  kəsb  edir  və  masonluğun  davamlı  fəaliyyətini  nizama  salır.

Masonluğa qəbul şərtləri müxtəlif yollarla həyata keçirilə bilir. Mason lojalarının hərəsi özünə məxsus ənənələr və

mərasimlər əsasında masonluğa yeni üzvləri qəbul edirlər. Masonluğa qəbul olunanların yaş həddi 21 yaşdan yuxarı

olmalıdır.  Mason  uşaqları  üçün  lazımı  hədd  18  yaş  nəzərdə  tutulur.  Müntəzəm  masonluğa  ancaq  kişiləri  qəbul

edirlər.


Masonluqda əsas simvollar

Mason simvolları masonlar üçün böyük məna və əhəmiyyət kəsb edir. Mason simvolları sirr və gizlilik rəmzidir.

Zahirən adi adam üçün heç bir məna daşımayan simvol masonlara dərəcələrindən asılı olaraq, çox şey ifadə edir.

Memar  Sinan  yazırdı: "Masonluq  - bir  tərəfi  alleqoriya  pərdəsi  arxasında  gizlənən  simvollarla  təfsir  edilən  əxlaq

sistemidir.  Loja  içində  dilsiz,  sözsüz,  hətta  tozlanmış  nişanların  mənasını  incələmək  və  bu  surətlə  həqiqətləri

meydana  çıxarmaq  masonların  əsas  vəzifələrindən  biridir.  Yəni,  masonluq  sistemi  alleqoriliyi  ilə,  simvollarla  nə

öyrənmək istədiyi haqqında bilgidir."

Biz  gündəlik  həyatımızda,  televiziya  verilişlərində,  mətbuat  səhifələrində,  reklamlarda  çoxlu  mason

simvollarına rast gəlirik. Lakin masonluq haqqında biliyimiz olmadığından, onların mənasını bilmirik. Masonlar isə

usta dərəcələrindən asılı olaraq, onları başa düşür, işlərini və vəzifələrini qururlar.



Göz şəkli nəyi ifadə edir?

Son vaxtlarda - 2000-ci ilin əvvəllərindən başlayaraq qeyri dövlət televiziya kanallarında, bəzi

qəzet səhifələridə göz şəklini tez- tez göstərirlər. Sən demə, göz şəkli mason simvollarının ən önəmlisidir. Göz şəkli

kainatın  Ulu  Memarının  işıq  saçan  və  hər  şeyi  görən  gözünün  simvoludur.  Amerikanın  bir  dollarlıq  əskinasında,

üçkünc  sütunun  yuxarı küncündə  də  göz  şəkli  əks  etdirilib.  Amerikada  azad  qadın heykəlinin  başında  yeddiqollu

şamdan vardır. Yeddiqollu şamdan yəhudi masonlarının ən önəmli simvollarından biridir. Yeddiqollu şamdan İsrail

parlamentinin nişanıdır. İngilis masonları onu İsrail parlamentinə hədiyyə vermişlər. Bütün bunlar bir daha göstərir

ki, Amerikanın əsasını masonlar qoymuşlar. Bir çox ölkələrin küçə və meydanlarında istifadə olunan reklamlarda

tac,  aslan,  yeddiqollu  şamdan,  zeytun  çələngi  və  s.  kimi  simvollara  rast  gəlmək  olur  ki,  bütün  bunlar  mason

simvollarıdır.



Üçkünc sütun, beşguşəli ulduz

Üçkünc  sütun  simvolu  masonların  dünya  imperiya  quruluşunun  rəmzidir.  Beşgüşəli  ulduz  isə  masonların

planetin beş  güşəsində yaşayan bənna qardaşları ilə əlaqəsini əks etdirən simvoldur. Davud  peyğəmbərin  möhürü

kimi  də  dəyərləndirilir.  Ümumdünya  masonluğunun  ümumi  simvoludur.  Altıguşəli  ulduz  ümumdünya

masonluğunun  böyük  dövlət  möhürü  kimi  qəbul  olunur.  İsrail  dövlət  bayrağında  də  öz  əksini  tapmışdır.  Ay  və

günəş  simvollarının  mənasına  nəzər  yetirək.  Günəş  kainatın  Ulu  Memarının  gözüdür.  Hər  şeyi  görür.  Dairə

təkərliliklə,  hərəkətlə  bağlıdır.  Ay  ən  önəmli  simvollardan  biridir.  Ay  təbabətlə  bağlıdır,  bolluğu,  təbabətin

zənginliyini  ifadə  edir.  Yeddiqollu  şamdan  mason  məbədinin  ülvi  atəşidir.  Usta  mason  dərəcəsində  yeddiqollu

şamdan  əsası  şərtdir.  Aslan  isə  yeni  qurulan  gənc  İsrail  dövlətinin  emblemidir.  Altıguşəli  ulduzun  içində  şaha

qalxmış aslan vardır. Sionist konqresinin emblemidir. Belçika Böyük Mason lojasının emblemində də aslan vardır.



Toxmaq və çəkic

Mason simvolları arasında toxmaq önəmli yer tutur. Amerikanın ilk prezidenti C. Vaşinqtonun əlində toxmaqla

çəkic  tutub  və  mason  libasında  heykəli  vardır.  Tac  ümumdünya  yəhudi  krallığı  simvoludur.  Sümük  və  kəllə  isə

ölüm  rəmzidir  (mason  sirrini  açanlar  və  masonluğu  tərk  edən  yüksək  dərəcəli  masonlar  üçün).  Amerikanın YEL

universitetində  qədimdən  "sümük  və  kəllə"  lojası  fəaliyyət  göstərir.  İki  sütun  masonların  təməl  simvollarından

biridir. İki sütun Y və B mövcuddur. Yaxın və Boğaz sütunları lojanın girişində qoyulur, Y və B hərifləri ilə işarə

olunur  və  çoxalma,  artma  siyasətini  simvolizə  edirlər.  Məbədin  girişində  qoyulur.  Şotland  viskisinin  etiketində

vardır.  Mason  simvolları  çoxdur.  Onlardan  göyərçin,  ilan,  zınqırov,  üç  sütun  və  s.  göstərmək  olar.  Mason




simvollarının hər birinin öz mənası vardır. Bütün bunlar masonların usta dərəcələrinə uyğun tətbiq edilir.

Yüklə 26,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə