•œAzÉŽrbaycanâ•š



Yüklə 31,82 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü31,82 Kb.
#31206


“Azərbaycan”.-2012.-5 dekabr.-N 271.-S.1..

“Azərbaycan 2020: gələcəyə baxış» Konsepsiyası respublikamızın inkişaf etmiş ölkəyə çevrilməsində

mühüm rol oynayacaq

Akademik Ramiz MEHDİYEV: "Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara

cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaq"

Ümummilli  lider  Heydər  Əliyevin  uzaqgörənliklə  irəli  sürdüyü,  həyata  keçirilməsinin  elmi,  nəzəri  və

praktiki  yollarını  müəyyənləş dirdiyi  inkişaf  prioritetlərinin  Prezident  İlham  Əliyevin  ötən  9  ildə  dövrün

sosial-iqtisadi  tələblərindən  irəli  gələrək  keyfiyyətcə  yeni  mərhələdə  davam  etdirilməsi  nəticəsində

Azərbaycanın  uğurları  davamlı  və  sabit  xarakter  alıb.  Ölkəmiz  nəqliyyat,  ərzaq  və  enerji  təhlükəsizliyini

təmin  edərək  öz  siyasi  və  iqtisadi  müstəqilliyinə  nail  olub.  Bu  gün  respublikamızda  sosial-iqtisadi

modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün

sahələrdə öz nəticələrini göstərir.

Prezident  İlham  Əliyevin  yeni  dövrün  tələblərinə  uyğun  həyata  keçirdiyi  sürətli  və  davamlı  inkişaf

strategiyasının  nəticəsi  olaraq  2009-cu  ildə  Azərbaycan  iqtisadi  sahədə  keçid  dövrünü  başa  vurdu.  Özünün

uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən müstəqil Azərbaycan dünya miqyasında iqtisadi

artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının

yüksəlişi,  çoxşaxəli  iqtisadiyyatın  ahəngdar  inkişafı  təmin  olunub.  Ümumi  daxili  məhsul,  büdcə  və  valyuta

ehtiyatları ildən-ilə artır.

Ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli

formalaşıb.  Bu  modelin  əsasında  əsas  məqsədlərinə  çatıb.  Azərbaycanda  sərbəst  bazar  münasibətlərinə  və  inkişaf

qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş   iqtisadiyyat  formalaşıb və  dünya  təsərrüfat  sisteminə

inteqrasiya  tam  təmin  olunub.  Davamlı  və  dinamik  inkişaf  məntiqinə  əsaslanan  bu  siyasətin  həyata  keçirilməsi

nəticəsində  əvvəllər  qazanılmış  uğurlar  daha  da  möhkəmləndirilib,  qeyri-neft  sektorunun,  regionların  inkişafı

sürətlənib, strateji valyuta ehtiyatları artıb, sahibkarlığa  dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı

olaraq  yaxşılaşıb.  Bütün  bunlar  isə,  təbii  ki,  həm  də  Azərbaycanın  beynəlxalq  imicinin  və  dövlət  müstəqilliyinin

daha da möhkəmlənməsinə xidmət edən çox mühüm amillərdir.

Qarşıda isə daha böyük hədəflər durur. Ümdə vəzifələrdən, o cümlədən Azərbaycan xalqının ən xoş arzularından

biri ölkəmizdə əldə edilmiş uğurların davamlı olması, Azərbaycanın inkişaf etmiş ölkələrin cərgəsinə qoşulmasıdır.

Prezident  İlham  Əliyev  Yeni  Azərbaycan  Partiyasının  20  illiyinə  həsr  olunmuş  təntənəli  mərasimdə  bu  barədə

deyib:  "Bizim  artıq  güclü  dövlətimiz  vardır  -  müstəqil  Azərbaycan  dövləti.  Bizim  dəqiq  konsepsiyamız,  inkişaf

proqramımız  vardır.  Bu  proqramın  reallaşması  nəticəsində  Azərbaycan  inkişaf  etmiş  ölkələrin  sırasına  daxil

ediləcəkdir.  Əgər  gələcəklə  bağlı  fikirlərimizi  bir  cümlə  ilə  ifadə  etsək,  deməliyik:  biz  inkişaf  etmiş  ölkəyə

çevrilməliyik!  İnkişaf  etmiş  ölkələrin  meyarları vardır.  Bunları  bilirik  və  biz  hər  bir  istiqamət  üzrə  o  meyarlara

çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə".

Bəli, bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycanın qarşıdakı

hədəfləri  də  bəllidir.  Bu  baxımdan  Azərbaycanın  hazırkı inkişaf  mərhələsinin  əsas  hədəfi  çoxşaxəli,  səmərəli  və

innovasiyayönümlü  iqtisadiyyatın  formalaşdırılması,  əhalinin  rifahının  layiqli,  qabaqcıl  beynəlxalq  standartlara

uyğun səviyyəyə çatdırılması, həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Prezident İlham

Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamına əsasən hazırlanacaq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf

Konsepsiyasının mahiyyətində məhz bu məsələlər dayanır.

Sərəncamda  da  qeyd  olunduğu  kimi,  son  dövrdə  ölkəmizdə  həyata  keçirilən  islahatlar  bütün  sahələrdə  müsbət

nəticələrin əldə olunmasına şərait yaradıb. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi

sabitliyə,  dinamik  iqtisadi  artıma  nail  olunub,  yoxsulluğun  azaldılmasında  və  əhalinin  sosial  rifahının

yüksəldilməsində uğurlar qazanılıb. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və

sahibkar  təşəbbüskarlığına  söykənən  iqtisadiyyat  modelinin  bərqərar  olması,  iqtisadi  və  sosial  infrastrukturun

təkmilləşdirilməsi  ölkəmizin  gələcək  inkişafı  üçün  geniş  imkanlar  açıb.  Bu  mənada  2020-ci  ilədək  dövrü  əhatə

edəcək  "Azərbaycan  2020:  gələcəyə  baxış"  İnkişaf  Konsepsiyası  respublikamızın  perspektiv  inkişaf  hədəf  və

istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm sənəd olacaq.

Hazırda  Azərbaycanda  60-a  yaxın  proqram  və  strateji  sənəd  müvəffəqiyyətlə  icra  olunmaqdadır.  "Azərbaycan

2020:  gələcəyə  baxış"  İnkişaf  Konsepsiyası zəncirvari  bağlı olan  bütün  istiqamətləri  həm  öz-özlüyündə,  həm  də

bir-biri  ilə  uzlaşdırılmış  şəkildə  əhatə  edəcək  və  başlıca  məqsəd  olan  "dayanıqlı  inkişaf"  məsələsinə  konseptual

baxış  və  yanaşma  imkanı  yaradacaq.  Dayanıqlı  inkişaf  təbii  resursların  istismarını,  investisiya  istiqamətlərini,

innovasiya  və  ekoloji  yönümlüyü,  insan  inkişafını,  institusional  dəyişiklikləri  bir-biri  ilə  uzlaşdıran  prosesdir  və

burada  başlıca  məqsəd  mövcud  və  gələcək  potensialın  möhkəmləndirilməsi,  gələcəkdə  həyat  tərzinin  yeni

keyfiyyətinin təmin olunmasıdır.

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar  Mərkəzinin,  BMT-nin  İnkişaf



Proqramının, PwC şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə dekabrın 3-də Bakıda keçirilən

"Azərbaycan  2020:  gələcəyə  baxış" mövzusunda  beynəlxalq  konfransda  da  bu  məsələlərə  toxunuldu.  Azərbaycan

Prezidenti  Administrasiyasının  rəhbəri  akademik  Ramiz  Mehdiyevin  ötən  20  il  ərzində  Azərbaycanın  keçdiyi

inkişaf  yolları  ilə  bağlı  fikirləri  konfrans  iştirakçıları  tərəfindən  böyük  maraqla  qarşılanıb.  İyirmi  il  ərzində

Azərbaycanın  siyasi  və  iqtisadi  müstəqilliyini  möhkəmləndirərək  dövlətçiliyini  inkişaf  etdirdiyini,  demokratik

dəyərlərə yiyələndiyini və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratdığını deyən akademik Ramiz

Mehdiyev bütün bu uğurların ümummilli lider Heydər  Əliyevin  müəyyənləşdirdiyi prinsiplərin  həyata  keçirilməsi

nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

Artıq  "Azərbaycan  2020:  gələcəyə  baxış"  İnkişaf  Konsepsiyasının  layihəsi  hazırdır.  Burada  yüksək  rəqabət

gücünə  malik  iqtisadiyyata  doğru,  səmərəli  dövlət  tənzimləməsinə  və  yetkin  bazar  münasibətlərinə  əsaslanan

iqtisadi modelin formalaşması, iqtisadiyyatın strukturunun, nəqliyyat, tranzit və logistika  infrastrukturunun,  sosial

müdafiə  sisteminin  təkmilləşdirilməsi,  qeyri-neft  sektorunun  inkişafı, elmi  potensialın və  innovasiya  fəaliyyətinin

dəstəklənməsi,  bölgələrin  tarazlı  inkişafı,  informasiya-kommunikasiya  texnologiyalarının  inkişafı  və  informasiya

cəmiyyətinə keçidin təmin olunması göstərilib. Konsepsiyada insan kapitalının inkişafı və səmərəli sosial müdafiə

sisteminin  qurulması,  əhalinin  sağlamlığı  və  səhiyyə  sahəsində  qarşıda  duran  başlıca  vəzifələr,  müasir  təhsil

sisteminin  formalaşdırılması,  gender  bərabərliyinin  təmin  olunması  və  ailənin  inkişaf  etdirilməsi,  gənclərin

potensialının  və  idmanın  inkişafi,  qanunvericiliyin  təkmilləşdirilməsi  və  institusional  potensialın  gücləndirilməsi,

vətəndaş  cəmiyyətinin  inkişaf  etdirilməsi,  mədəni  irsin  qorunması  və  səmərəli  idarə  edilməsi,  ətraf  mühitin

qorunması və ekologiya kimi məsələlər öz əksini tapıb.

Təqdim olunan konsepsiyanın beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi

sahələrə  görə  fərqləndiyini  deyən  akademik  Ramiz  Mehdiyev  bildirib  ki,  bir  qayda  olaraq,  beynəlxalq  təcrübədə

hazırlanmış  uzunmüddətli  strateji  sənədlər  daha  çox  sosial-iqtisadi  hədəfləri  özündə  əks  etdirir,  hazırda  təqdim

edilən sənəd isə cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini özündə ehtiva edib.

Təbii  ki,  İnkişaf  Konsepsiyası  yeni  proqramların  da  qəbul  edilməsini  şərtləndirəcək.  Prezident

Administrasiyasının  rəhbəri  akademik  Ramiz  Mehdiyev  bu  barədə  deyib:  "Azərbaycan  2020:  gələcəyə  baxış"

İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif

sahələri  əhatə  edən  məqsədli  proqramlar  qəbul  ediləcəkdir.  İnkişaf  Konsepsiyası orta  və  uzun  müddətli  iqtisadi

proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı

yollarını,  həmçinin  resursların  rasional  bölüşdürülməsini  təmin  edəcəkdir.  Konsepsiya  çərçivəsində  Azərbaycan

qlobal  miqyasda  çağırışlara  cavab  verərək  innovasiya  və  modernləşmə  fəaliyyətini  keyfiyyətcə  yeni  müstəviyə

qaldıracaqdır.  İqtisadi  inkişafın  innovativ  xarakteri  rəqabətədavamlılığı  yüksəldəcək  və  dünya  iqtisadiyyatına

səmərəli inteqrasiya imkanları yaradacaqdır".

Konfransda  BMT-nin  İnkişaf  Proqramının  Azərbaycanda  rezident  nümayəndəsi  Antonius  Bruk,  Azərbaycanın

rabitə  və  informasiya  texnologiyaları naziri  Əli  Abbasov,  PwC  şirkətinin  baş  qlobal  məsləhətçisi  Yan  Sturesson,

nəqliyyat nazirinin müavini Musa Pənahov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko,

Asiya  İnkişaf  Bankının  ölkəmizdəki  daimi  nümayəndəliyinin  rəhbəri  Olli  Noroyono,  Dövlət  Sosial  Müdafiə

Fondunun sədri Səlim Müslümov konsepsiya ilə bağlı fikirlərini bildirərək bu sənədin uğurla həyata keçiriləcəyinə

əminliklərini ifadə ediblər.

Tədbirdə  o  da  qeyd  olundu  ki,  Azərbaycanın  strateji  vəzifəsi  biliklərə  əsaslanan  iqtisadiyyatın  yaradılması və

inkişaf  etdirilməsidir.  Lakin  inkişaf  birtərəfli  olmayacaq,  davamlı  xarakter  daşımaqla  iqtisadi,  sosial  və  ekoloji

məsələləri  əhatə  edəcəkdir.  Bu,  konsepsiyanın  əhatə  etdiyi  dövrdə  ölkədə  adambaşına  düşən  ümumi  daxili

məhsulun həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılmasına imkan verəcək.

Yeni İnkişaf Konsepsiyasının icrası nəticəsində Azərbaycanın növbəti faza üçün daha böyük nailiyyətlərə imza

atacağı şübhəsizdir. Qarşıya qoyulacaq məqsədlərin reallaşması ilə respublikamız dövlət müstəqilliyinin bərpasının

30-cu ildönümündə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

Ümumiyyətlə, hər bir ölkənin uzunmüddətli inkişafının hədəflərini və prinsiplərini özündə əks etdirən bir sənədə

ehtiyacı  vardır.  Bu  mənada  qarşıya  qoyulmuş  məqsədlərin  həyata  keçirilməsi  baxımından  "Azərbaycan  2020:

gələcəyə  baxış" İnkişaf  Konsepsiyası böyük  əhəmiyyətə  malik  bir  strategiyadır.  Bu  mükəmməl  konsepsiyada  heç

bir sahə diqqətdən kənarda qalmayıb. Konsepsiya üzrə qarşıda duran məqsədləri reallaşdırmaq üçün Azərbaycanın

geniş  imkanları var  və  burada  əksini  tapan  məsələlərin  həyata  keçirilməsi  ölkəmizin  daha  sürətli  inkişafını təmin



edəcək. 

 

Yüklə 31,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə