•œAzÉŽrbaycanâ•š



Yüklə 39,12 Kb.

tarix21.06.2018
ölçüsü39,12 Kb.


“Kaspi”.-2012.-15 may.-№315.-S.12.

Fətəli xan İsgəndər xan oğlu Xoyski

F.Xoyski xalqımızın görkəmli ictimai-siyasi xadimi, böyük istiqlal mücahidi, Azərbaycan Xalq

Cümhuriyyətinin Nazirlər Şurasının və ilk daxili işlər naziri olmuşdur.

Fətəli xan İsgəndər xan oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində əsilli-nəcabətli ailədə anadan

olmuşdu.  Əsli-nəsli  Cənubi  Azərbaycanın  Xoy  şəhərindən  idi.  Fətəli  xanın  ulu  babası  Cəfərqulu  xan  Dünbülü

Batmanqılınc  və  onun  oğlu   İsmayıl xan  Xoyski  hələ  X1X  əsrin  əvvəllərində  Şəki  xanlığına  rəhbərlik  etmişdilər.

Cəfərqulu  xan  və  onun  oğlu,  Fətəli  xanın  atası  İsgəndər  xan  rus  ordusunun  general-ieytenantı rütbələrinə  layiq

görülmüşdülər  Beləliklə,  Fətəli  xan  hərbçi  ailəsində  böyüyüb-başa  çatmışdı.  İlk  təhsilini  Gəncə  klassik

gimnaziyasında almışdı. 

1897-ci  ildə  Moskva  Universitetinin  hüquq  fakültəsinə  daxil  olaraq  1901-ci  ildə  oranı yüksək  qiymətlərlə

bitirmiş,  ilk  öncə  Gəncədə,  sonra  isə  Suxumi,  Batumi  və  Kutaisi  dairə  məhkəmələrində  müxtəlif  vəzifələrdə

çalışmışdı. O, 1907-ci ildə Yekatinadar dairə məhkəməsində prokuror köməkçisi təyin edilmişdi. 

1907-ci  ildə    Fətəli  xan  Xoyski  Yelizavetpol  (Gəncə)  quberniyasından  Rusiyanın  İİ  Dövlət  Dumasına

kadetlər  (Konstitusiya  burjua  demokratik  partiyası)    partiyasından  deputat  seçilmişdi. O  zaman  Azərbaycandan  II

Dumada  Fətəli  xan  Xoyski  ilə  bərabər  Xəlil  bəy  Xasməmmədov,  İsmayıl Tagıyev,  Məhəmməd  ağa  Şahtaxtinski,

Mustafa  Mahmudov  və  Zeynal  Zeynalov  da  millət  vəkili  missiyasını  daşıyırdılar.  Kadetlər  partiyasının  üzvü

olmasına  baxmayaraq,  müsəlman  fraksiyasına  daxil  olan  Fətəlixan  1907-ci  il  fevralın  20-də  açılan

Sankt-Peterburqun  məşhur  Tavriya  sarayında  Rusiya  Dumasındakı  cəsarətli  çıxışlarında  çar  hökumətinin

Zaqafqaziyada, o cümlədən Azərbaycanda yeritdiyi müstəmləkəçilik və milli ayrı-seçkilik siyasətini tənqid atəşinə

tuturdu. O, Rusiyanın müstəmləkə xalqlarına məhəlli (milli-mədəni) muxtariyyət verilməsini tələb edirdi. F.Xoyski

1917-ci  ilin  martınadək  Gəncə  və  Bakı dairə  məhkəmələrində  iş  kəsmək  üzrə  andlı  müvəkkil  vəzifəsini  də  icra

etmişdi.


Bundan  sonra  Partiya  mənsubiyyəti  üzrə  bitərəfliyini  bəyan  edən  Fətəli  xan  Xoyski  1917-ci  ilin  martında

yaradılmış  Zaqafqaziya  Müsəlmanları  Mərkəzi  İcraiyyə  Komitəsinin  üzvü  seçilmişdi.”  Müsavat”  (ərəbcə

“Bərabərlik” deməkdir) firqəsinin 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən I qurultayında iştirak edən Fətəli

xan Xoyski demişdi:- “Mən müxtəlif səbəblərə görə heç bir firqəyə girməmişəm, amma hamısı ilə çalışmışam.Ona

görə  də  hər  bir  firqənin  fəaliyyətini  bitərəfanə  təhqiq  edə  bilmişəm.”.  F.  Xoyski  “Müsavat”  partiyasının  1

qurultayında irəli sürülən “Azərbaycana Muxtariyyət” (Özünüidarə) şüarının qızğın tərəfdarı olmuşdu. 

Fətəli  xan  Zaqafqaziya  Komissarlığının  maarif  naziri,  həm  də  Zaqafaqziya  Mərkəzi  İcraiyyə  Komitəsinin

sədri idi. Millətinin mənafeyini hər şeydən üstün tutan,onu müqqəddəs hesab edən Fətəli xan Xoyski Zaqafqaziya

Müsəlmanları  Mərkəzi  İcraiyyə  Komitəsinin  sədri  kimi  böyük  nüfuza  malik  olmuşdur.  Tiflisdə  Zaqafqaziya

Seyminin  üzvü,  Zaqafqaziya  Federativ  Respublikasının  ədliyyə  naziri  olması  heç  də  təsadüfi  deyildi.Fətəli  xan

Xoyski hələ Zaqafqaziya Komissarlığı hökumətində çalışarkən Azərbaycanda ibtidai və ali məktəblərin açılmasına

səy göstərmişdi. Tiflis şəhərində Zaqafqaziya Darülfününün (Universitetinin) təsis məsələsi qaldırılanda Fətəli xan

demişdi:”...Hə  üçün  Tiflisdə?  Axı,burada  həm  Ali  Texniki  Məktəb,  həm  də  Gürcüstan  Universiteti  var.  Yaxşı

olmazmı ki, bu Darülfünün hər bir şəraiti olan Bakıda təsis edilsin...”.

Fətəli  xan  Xoyski  Zaqafqaziya  Komissarlığında  nazir  olarkən  1917-ci  ilin  noyabrında  Azərbaycan

Ordusunun  yaradılması  haqqında  da  məsələ  qaldırmışdı.  Çünki  o,  nizami  ordu  yaradılmasını  milli  müstəqilliyə

aparan doğru yolda ən vacib və ciddi addım hesab edirdi. Komissarlıgın sədri Y. P. Geqeçkori 1917-ci il noyabrın

15-də Fətəli xana qaldırdığı məsələ ilə əlaqədar rəsmi münasibətini bildirmiş, Zaqafqaziya Müsəlman Kol (nizami)

ordusunu  təşkil  etmək  haqqında”  7  bənddən  ibarət  qətnaməni  isə  11  dekabr  1917-ci  ildə  imzalamış,onun  həyata

keçirilməsini Fətəli xanın özünə həvalə etmişdi. 

...1918-ci  il  Mayın  28-də  Tiflisdə  sabiq  Qafqaz  canişini  Qrandükün  oturduğu  sarayda  Zaqafqaziya

Seymində  4  partiyanı təmsil  edən  44  nəfər  azərbaycanlını birləşdirən  Azərbaycan  Milli  Şurası axşam  saat  20  on

dəqiqədə  adbaad  səsvermə  yolu  ilə  Şərqdə  yeni  respublikanın-Azərbaycan  Xalq  Cümhuriyyətinin  (Azərbaycan

Demokratik Respublikasının) yarandığını elan edən “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Elə həmin axşam, bundan

bir  saatlıq  fasilədən  sonra  Azərbaycan  Milli  Şurası  tərəfindən  ilk  müvəqqəti  hökumət  təsis  olundu.  Hökumətin

təşkili məhz Fətəli xan Xoyskiyə həvalə edildi. Özü bitərəf olan Fətəli xan 4 partiyanı təmsil edən birinci koalisiyalı

(sazişli) Azərbaycan Müvəqqəti hökumət kabinetini 9 nazirdən ibarət təşkil etdi. Özü Milli Şura Heyəti-Vükalə rəisi



(Nazirlər  Şurasının  sədri)  olmaqla  yanaşı,  daxili  işlər  naziri  vəzifəsini  də  üzərinə  götürdü.Beləliklə,ali  təhsilli

hüquqşünas  olan  Fətəli  xan  İsgəndər  xan  oğlu  Xoyski  1918-ci  il  Mayın  28-də  təsis  olunan  müstəqil  Azərbaycan

Respublikasının ilk daxili işlər naziri oldu.

Qeyd  etmək  lazımdır  ki,Fətəli  xan  Xoyski  Azərbaycan  Xalq  Cümhuriyyətinin  5  hökumət  kabinetinin  ilk

üçündə Nazirlər Şurasının sədri işləyib.

Fətəli xan Xoyskinin yaratdığı Azərbaycan Xalq Cümuriyyətinin Müvəqqəti hökuməti Tiflisdə cəmi 20 gün

fəaliyyət göstərdi... F. Xoyski hökuməti başqa ölkənin (Gürcüstanın) ərazisində fəaliyyət göstərdiyi üçün DİN-in və

onun orqanlarının təşkili əslində,formal xarakter daşiyırdı.Yəni belə şəraitdə nə mükəmməl struktur,nə də ki nizami

hissələrin  yaradılması mümkün deyildi. Qeyd etmək lazımdır  ki, o zaman Fətəli xan Xoyskinin baş  nazir və eyni

zamanda  daxili  işlər  naziri  vəzifələrini  öz  üzərinə  götürməsi  Qərbi  Avropa  modeli  idi.Özü  də  Fətəli  xan  Xoyski

mülki nazir idi. 

...1918-ci  il  iyunun  16-da  Azərbaycan  Müvəqqəti  hökuməti  Tiflisdən  Gəncəyə  köçdü.  Hökumətin

iqamətgahı  Fətəli  xanın  Gəncədəki  Ata  Evi  seçildi..(Sonra  hökumət  indiki  Azərbaycan  Kənd  Təsərrüfatı

Akademiyasının  binasına  köşmüşdü).Ertəsi  gün,  iyunun  17-də  yenə  Fətəli  xan  Xoyskinin  başçılıq  etdiyi  ikinci

hökumət kabineti yaradıldı. F. Xoyski həm ikinci  (17 iyun-7 dekabr 1918-ci il) və üçüncü (26 dekabr 1918-ci il-14

mart  1919-cu  il)  hökumət  kabinetləri  dövründə  və  sonrakı  fəaliyyətində  də  çox  böyük  işlər  görmüş,  onların

təşkilatçısı, həyata keçiricisi olmuşdu. Azərbaycan Cümhuriyyətinin dövlət dilinin türk dili olduğunun elan edilməsi

(27 iyun 1918-ci il),Gəncədə gizirlər məktəbinin açılması (1918-ci ilin iyulu),üçrəngli, aypara və səkkiz guşəli milli

bayrağımızın  qəbul  edilməsi  (9  noyabr  1918-ci-il),Azərbaycan  milli  polisinin  təsis  edilməsi  (2  iyul

1918-ci-il),Yelizavetpol  şəhəri  və  quberniyasının  adının  dəyişdirilərək  Gəncənin  tarixi  adının      yenidən    özünə

qaytarılması  (30  avqust  1918-ci  il),  xalqımıza  qan  uddurmuş  çar  polkovniki  Pavel  Karyaginin  adını  daşıyan

“Qaryagin” (indiki Füzuli rayonu) qəzasının adının götürülərək Cəbrayıl qəzası adlandırılması (30 avqust  1918-ci

il),Ağdaş  qəzasına  şəhər  statusunun  verilməsi  (30  avqust  1918-ci  il),Bakının  erməni-daşnak  qüvvələrindən  azad

edilmısi (15 sentyabr 1918-ci il),Azərbaycan Məclisi Məbusanının (Parlamentinin) açılması (7 dekabr 1918-ci il) və

çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Cümhuriyyətinin pul və poçt markalarının buraxılması,

ana  dilində  məktəb  və  seminariyaların  təsis  olunması,Azərbaycanın  beynəlxalq  aləmdə  tanınması  və  xarici

əlaqələrin aparılmasında və digər mütərəqqi işlərdə Fətəli xan Xoyski əvəzsiz xidmətlər göstərmişdir. 

Qeyd etmək lazımdır ki, Gəncəyə köçəndən sonra Fətəli xan Xoyski yaranmış yeni əlverişli şəraitdə əməli

olaraq,2  iyul  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  ilk  müstəqil  milli  polisini  təsis  etmişdi.  Bu  zaman

sosial baza da vardı...Beləki, vaxtı ilə Bakıda və Azərbaycanın digər yerlərində xidmət edən sabiq polis və burjua

milisi  əməkdaşları  Gəncəyə  toplaşmışdılar.  F.  Xoyski  hökuməti  həmin  qüvvələrdən  istifadə  etməklə  ilk

milli-müstəqil  polis  orqanlarının  yaradılması zamanı həm  də  qeyri  millətlərin  sədaqətli  olan  nümayəndələrindən

istifadə  etmişdi.  Bununla  əlaqədar  Fətəli  xanın  başçılıq  etdiyi  Azərbaycan  hökuməti  “Hökumət  müəssisələri  və

idarələrinin öz vəzifələrini tərk etmiş qulluqçuları haqqında” 178 nömrəli qərar vermişdi.

Qərara  uyğun  olaraq  məhz  Fətəli  xan  Xoyskinin  və  daxili  işlər  naziri  Behbud  xan  Cavanşirin  rəhbərliyi

altında  1918-ci il iyulun 2-dən etibarən Gəncə quberniyasına  daxil olan, əhalisi 1 milyon 64  min  647  nəfər  təşkil

edən,9  qəzada  (Gəncə,  Zəngəzur,  Cəbrayıl,  Cavanşir,  Qazax,  Şuşa,  Cavad,  Nuxa  və  Ərəş  qəzalarında)  müstəqil

Azərbaycan polisinin yaradılmasına başlanmışdı... 

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə ordularının birgə hücumu ilə Bakı azad edilmiş və Fətəli

xan Xoyski hökuməti Bakıya köçmüşdü...Əksər nazirlərin və Fətəli xan Xoyskinin öz iş  otagı əvvəlcə “Metropol”

mehmanxanasında  (indiki  Nizami  Gəncəvi  adına  Azərbaycan  Ədəbiyyatı  Muzeyində)  yerləşirdi.  Fətəli  xan

“Metropol” mehmanxanasındakı 31 saylı otaqda hər gün saat 12-dən 14-dək vətəndaşları qəbul edirdi. 

Fətəli xan Xoyski o zaman böyük hörmətə malik olan, neft sənayesində öz fəaliyyəti ilə ad çıxarmış Behbud

xan  Cavanşiri  daxili  işlər  naziri  təyin  etmiş,  həmçinin  general-mayor  Məhəmməd  Sadıx  bəy  Ağabəyzadəni

vitse-nazir kimi milli-müstəqil polisimizin təşkilinə cəlb etmişdi. Yeri gəlmişkən, Azərbaycan Respublikası DİN-də

Qərb modelli vitse-nazir institutu Fətəli xan Xoyski hökuməti tərəfindən ilk dəfə Şərqdə məhz  Azərbaycanda tətbiq

olunmuşdu...

...Fətəli  xan  Xoyski  Nəsib  bəy  Yusifbəylinin  başçısı olduğu  dördüncü  (14  mart-22  dekabr  1919-cu  il)  və

beşinci  (24  dekabr  1919-cu  il-1  aprel  1920-ci  il)  hökumət  kabinetləri  dövründə  xarici  işlər  naziri  vəzifəsini

tutmuşdu.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  beynəlxalq  aləmdə  və  əcnəbi  dövlətlər  tərəfindən  tanınmasında,

müstəqil  xarici  siyasət  aparılmasında  Fətəli  xan  Xoyskinin  rolu  az  olmamışdı...Hələ  1918-ci  il  dekabrın  2-də

Müttəfiq dövlətlərin (ABŞ, İngiltərə, Fransa) hərbi nümayəndəliyinin başçısı general Uilyam Tomson Bakıda ikən

Fətəli  xan  Xoyskinin  başçılıgı  ilə  yaradılmış  koalisyon  hökumətini  Azərbaycanda  yeganə  qanuni  hökumət  kimi



tanıyaraq,Fətəli  xanı  bacarıqlı  adamlardan  biri  hesab  etdiyini  və  baş  nazirə  dərin  rəğbət  bəslədiyini

bildirmişdi...Azərbaycan Milli Şurasının və Cümhuriyyətinin rəhbəri Məhəmmməd Əmin Rəsulzadə isə yaxın dostu

və  məsləkdaşı  Fətəli  xanı  müstəqil  Azərbaycanın  təşəkkülündə  mühüm  rol  oynamış  şəxsiyyətərdən  biri

adlandırmışdı. 

Fətəli  xan  Xoyski  canından  artıq  sevdiyi  xalqına,  Vətəninə  axıradək  sadiq  qalıb.  Başlanğıc  həmişə  çətin

olur.  Milli  istiqlaliyyətimizin  qazanılmasında,  dövlət  müstəqilliyimizin  bərpa  edilməsində  onun  xidmətləri

böyükdür. O cümlədən müstəqil Daxili İşlər Nazirliyimizin təsis edilməsində və onun polis orqanlarının təşəkkülü

və inkişaf  etdirilməsində də müstəsna xidmətlər göstərmişdir.  Təəssüf ki, xalqımızın  bu görkəmli oğlunun aqibəti

faciə ilə sona yetmişdir. O, erməni terrorunun qurbanı olmuşdur...

...1920-ci il aprelin 27-də Bakının X1 qırmızı ordu tərəfindən işğalından bir gün sonra Azərbaycanda sovet

hakimiyyəti elan olundu. Bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimlərinə toxunmayacaqlarına

əmin olmayan Fətəli xan təqibdən və “qırmızı terrordan“ yaxa qurtarmaq üçün zirehli qatarla Tiflisə gedib ailəsilə

birlikdə  orada  yaşayırdı.Lakin  düşmənlər  onu  “unuda”  bilmir,izləyir  və  fiziki  cəhətdən  məhv  etmək  üçün  fürsət

gözləyirdilər.

...Budur,  həmin  müdhiş  19  iyun  1920-ci  il...Fətəli  xan  öz  yaxın  silahdaşı,  Azərbaycan  Xalq

Cümhuruyyətinin  rəhbər  vəzifələrində,o  cümlədən  daxili  işlər  naziri  vəzifəsində  işləmiş  (26  dekabr  1918-ci  il-14

mart 1919-cu il) Xəlil bəy Xasməmmədovla birlikdə Tiflisdəki İrəvan meydanından (indiki Patiaşvili adına Opera

və  Balet  Teatrının  yanı)  söhbət  edə-edə  keçərkən  qəfil  atılan  atəşlərə  düçar  olmuşdu...Fətəli  xan  səndirləyib

yıxılmış,  Xəlil  bəy  cavab  olaraq  tapançanı çıxarıb  terrorçulardan  birini  yaralamış  və  onun  dalınca  yüyürmüşdü.

Lakin terrorçular axşamın qaranlığında aradan çıxmışdılar...

...Xəlil  bəy  özü  də  terrorçunun  atdığı  qəfil  güllədən  ağır  yaralansa  da,yenidən  özünü  Fətəli  xana

yetirmişdi.Fətəli  xan  güllə  səsinə  yığışan  insanlarla  əhatə  olunmuşdu.Xəlil  bəy  ona  yetişəndə  fəqət  Fətəli  xan

gözlərini əbədilik yummuşdu.Xəlil bəy hönkür-hönkür ağlayırdı... 

Beləliklə,  Fətəli  xan  Xoyski  45  yaşında  erməni  terrorçularının əli  ilə  həyatdan  vaxtsız  köçmüşdür.  Tarixi

ədəbiyyatların verdiyi məlumatlara görə, Fətəli xan Xoyskini Türkiyənin Ərzrum şəhərindən gəlmiş muzdlu erməni

terrorçuları Aram Erkayan və Murad Qriqoryan qətlə yetirmişdilər... 

Fətəli  xan  Xoyski  Tiflisdə  Azərbaycan  dramaturgiyasının  banisi    Mirzə  Fətəli  Axundovun  qəbri  yanında

dəfn olunmuşdur...Yeri behiştlik olsun! 



İLTİFAT  ƏLİYARLI

Tarix  üzrə  fəlsəfə doktoru  

: docs -> qazet
qazet -> Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
qazet -> “Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur
qazet -> “Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi
qazet -> •œAzÉŽrbaycanâ•š
qazet -> Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
qazet -> Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
qazet -> “Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı
qazet -> Xalq Cəbhəsi. 011. yanvar.№ S. 10-11. Dini tolerantlıq dərsi… Bəhmən Faziloğlu
qazet -> •œAzÉŽrbaycanâ•š


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə