•œAzÉŽrbaycanâ•š



Yüklə 74,25 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü74,25 Kb.
#7124


Azərbaycan”.-2010.-31 mart.-N 66.-S.4.

  

Ermənistanın soyqırımı siyasəti bəşəriyyət üçün qlobal təhdiddir



Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən İrandan və Osmanlı

imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləş dirilməsi, demoqrafik vəziyyətin zorla

dəyiş dirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi

qırğınlar,  1920-ci  ildə  Zəngəzurun  Ermənistana  verilməsi,  Dağlıq  Qarabağa muxtariyyət  statusunun  təmin

edilməsi, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlının indiki Ermənistan

ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir". 

İlham ƏLİYEV

Hər  il  martın  31-i  respublikamızda  azərbaycanlıların  soyqırımı  günü  kimi  qeyd  olunur,  ermənilərin  dövlət

səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi ehtiramla yad edilir. 92

il  əvvəl  -  1918-ci  ilin  martında  daşnak-bolşevik  birləşmələrinin  Azərbaycanın  müxtəlif  bölgələrində  törətdikləri

amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına

yiyələnmək  olmuşdur.  Başqa  dövlətlərin  ərazisi  hesabına  "böyük  Ermənistan"  yaratmaq  istəyən  məkrli  erməni

ideoloqlarının  əsl  xislətini  nümayiş  etdirən  bu  kütləvi  və  amansız soyqırımı aktı Azərbaycanın ərazi  bütövlüyünə

qarşı yönəlmiş təcavüzkar qəsd olmaqla, bütövlükdə bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir. 

Bədnam  qonşularımız  iki  əsrdən  artıq  müddətdə  başqa  xalqların  himayəsinə  sığınaraq  əsassız  iddialarını

gerçəkləşdirməyə  çalışmış,  bu  məqsədlə  terrorizm,  soyqırımı  və  deportasiya  kimi  dəhşətli  cinayətlərə  əl  atmış,

azərbaycanlıları və türkləri kütləvi qırğınlara məruz qoymuşlar. Hələ XIX əsrin əvvəllərindən başlayaraq ermənilər

tarixi  Azərbaycan  torpaqlarında  kütləvi  şəkildə  məskunlaşdırılmağa  başlanmış,  azərbaycanlılar  qədim

torpaqlarından,  ata-baba  yurdlarından  qovulmuş,  onların  deportasiyası məqsədyönlü  şəkildə  həyata  keçirilmişdir.

Şərqdə öz təsir dairəsini genişləndirmək, regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar

Rusiyası  XVII  əsrin  sonu,  XVIII  əsrin  əvvəllərindən  Türkiyə  və  İrana  qarşı  müharibə  apararkən  məhz  "erməni

kartı"ndan siyasi alət kimi yararlanmağa çalışmışdır. 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış

"Gülüstan" və "Türkmənçay" müqavilələri isə tarixi ədalətsizliyin əsasını qoymuş, Azərbaycanın ərazisi iki dövlət

arasında bölüşdürülmüşdür. 

"Türkmənçay  müqaviləsi"nin  15-ci  maddəsində  İran  vilayətində  yaşayan  ermənilərin  Rusiyaya  sərbəst

keçmələri üçün bir il vaxt verilmişdi. Müqavilənin bu maddəsinə əsasən, 1828-ci ildən İrandan 40 min, Türkiyədən

isə  84  min  erməninin  İrəvan  və  Qarabağ  xanlıqları ərazisinə  köçürülməsi  təmin  edilmişdir.  İrəvan,  Naxçıvan  və

Qarabağ xanlıqlarının  ərazilərində  məskunlaşdırılan  ermənilər  tədricən  Azərbaycan  torpaqlarının  ilhaqı  prosesinə

başlamış,  havadarlarının  himayəsi  altında  1828-ci  ildə  "erməni  vilayəti"  adlandırılan  inzibati  bölgünün

yaradılmasına nail olmuşlar. 

Belə  qondarma  ərazi  bölgüsü  ilə  azərbaycanlıların  öz  tarixi  torpaqlarından  qovulması  və  məhv  edilməsi

siyasətinin  bünövrəsi  qoyulmuşdur.  Bundan  ruhlanan  erməni  qəsbkarları  1905-1907-ci  illərdə  Rusiyada  gedən

inqilabi proseslərdən istifadə edərək azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Həmin

illərdə  Bakıda,  Şuşada,  Zəngəzurda,  İrəvanda,  Ordubadda,  Naxçıvanda,  Eçmiədzində,  Cavanşirdə  və  Qazaxda

azərbaycanlıların  tarixi  torpaqlarından  çıxarılması prosesi  geniş  vüsət  almış,  ümumilikdə,  75  azərbaycanlı kəndi

məhv  edilmişdir.  Bu  dövrdə  azərbaycanlıların  kütləvi  qırğınları ilə  bağlı tarixi  faktlar  M.  S.  Ordubadinin  "Qanlı

illər", M. M. Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında aydın əksini tapmışdır.  

Birinci  dünya  müharibəsindən,  habelə  Rusiyada  baş  vermiş  1917-ci  il  fevral  və  oktyabr  çevrilişlərindən

istifadə  edən  ermənilər  öz  iddialarını  bolşevik  bayrağı  altında  reallaşdırmağa  nail  oldular.  1918-ci  ilin  martında

əzəli  Azərbaycan  torpaqlarında  "Ararat  respublikası" yaradılmış,  eyni  zamanda  əksinqilabçı  ünsürlərlə  mübarizə

şüarı  altında  Bakı  kommunası  tərəfindən  ümumən  Bakı  quberniyasını  azərbaycanlılardan  təmizləmək  məqsədi

güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdır. 

1917-ci il dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar

təyin  edilmiş  Stepan  Şaumyan  Bakı  Sovetinin  iclasında  bildirmişdi  ki,  bu  təşkilat  Zaqafqaziyada  vətəndaş

müharibəsinin başlıca istehkamına çevrilməlidir. Brest-Litovsk (mart, 1918-ci il) sülh müqaviləsinin bağlanması ilə

Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batumini tərk etdilər. İran və Türkiyə cəbhəsindən geri dönən rus

və  erməni  əsgərlərinin  bir  qismi  də  Bakıda  yerləşdirildi.  Bu  vəziyyətdən  yararlanan  Şaumyan  həmin  qüvvələrdən

azərbaycanlılara  qarşı  istifadə  etmək  qərarına  gəldi.  Həmin  dövrdə  Bakıda  çox  az  sayda  könüllü  müsəlman

əsgərinin  olması ona  mənfur  planını həyata  keçirməyə  əlverişli  imkan  yaradırdı.  Böyük  qırğınlara  başlamağa  isə

yalnız  bəhanə  lazım  idi.  Bu  bəhanə  isə  Hacı  Zeynalabdin  Tağıyevin  oğlu  Məhəmmədin  cənazəsinin  "Evelina"

gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Şaumyanın göstərişi ilə ermənilər

şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş  alıblar.  Bundan sonra

isə o, gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Bundan narazı qalan yerli əhali isə küçələrə çıxıb

zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama start verildi. Martın




30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən atəşə tutdular. Bunun arxasınca silahlı daşnaklar

azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış

istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. 

1918-ci  ilin  mart-aprel  aylarında  ermənilər  Bakı,  Şamaxı,  Quba,  Muğan  və  Lənkəranda  30  mindən  çox

azərbaycanlını  qətlə  yetirmiş,  10  minlərlə  insanı  öz  torpaqlarından  qovmuşlar.  Təkcə  Bakıda  10  minə  yaxın

azərbaycanlı  xüsusi  qəddarlıqla  öldürülmüş,  Şamaxıda  58  kənd  dağıdılmış,  7  min  nəfər  məhv  edilmişdi.  Quba

ərazisində 112, Qarabağda 157, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 82 kənd yerlə yeksan

olunmuşdu.  İrəvan  azərbaycanlılarının  çoxsaylı  müraciətlərinin  birində  ("Əməkçi"  qəzeti,  2  noyabr  1919-cu  il)

göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920

ev yandırılmış, 131 min 970 nəfər öldürülmüşdür.

Ermənilər  həmin  dövrdə  Azərbaycanla  yanaşı, Gürcüstana  da  ərazi  iddiaları irəli  sürmüş, bir  sıra  bölgələri

zorla  işğal  etmişlər.  Ermənilər  1918-ci  ilin  dekabrında  Gürcüstana  müharibə  elan  etmiş,  ağır  döyüşlərdə  Borçalı

qəzasının cənub hissəsini (Lori və onun ətrafını) təcavüzkarlıqla ələ keçirmişlər.

1920-ci  ilin  aprelində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  və  Azərbaycanda  sovet  hakimiyyəti

qurulandan  sonra  da  bədnam  qonşularımız  adət  etdikləri  çirkin  metodlarla  azərbaycanlıları  daimi  yaşadıqları

ərazilərdən  çıxarmış,  eləcə  də  qonşu  respublikaların  torpaqları  hesabına  "ərazilərini"  böyütmüşlər.  1920-ci  ildə

Zəngəzuru  və  Azərbaycan  torpaqlarının  bir  hissəsini  Ermənistan  SSR-in  ərazisi  elan  etmişlər.  1923-cü  ildə  SSRİ

rəhbərliyinin  qərarı  ilə  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Dağlıq  Qarabağ  "muxtar  vilayət"  elan  edilmişdir.

Sonrakı  dövrdə  isə  ermənilər  bu  ərazilərdəki  azərbaycanlıların  deportasiyası  siyasətini  daha  da  genişləndirmək

məqsədilə yeni vasitələrə əl atmışlar. Onlar 1943-cü ildə Tehranda keçirilən konfransda İranda yaşayan ermənilərin

Sovetlər  birliyinə  köçürülməsinə  icazə  verilməsi  xahişi  ilə  SSRİ  xarici  işlər  naziri  V.Molotova  müraciət

ünvanlamışlar.  İosif  Stalinin  buna  razılıq  verməsi  isə  faktiki  olaraq  azərbaycanlıların  1948-53-cü  illərdə  kütləvi

şəkildə Ermənistandan deportasiyasının əsasını qoymuşdur. 

Ümummilli  lider  Heydər  Əliyevin  1997-ci  il  18  dekabr  tarixli  "1948-1953-cü  illərdə  azərbaycanlıların

Ermənistan  SSR  ərazisindəki  tarixi-etnik  torpaqlarından  kütləvi  surətdə  deportasiyası  haqqında"  fərmanı  ilə

1948-1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi-etnik  torpaqlarından  kütləvi  surətdə

deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi

cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası

yaradılmışdır. Fərmanda bu deportasiya aktları ilə bağlı vurğulanır: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr

tarixli  4083  nömrəli  və  1948-ci  il  10  mart  tarixli  754  nömrəli  qərarları Azərbaycan  xalqına  qarşı  növbəti  tarixi

cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR

ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd

olan  bu  qərarların  icrası  zamanı  avtoritar-totalitar  rejimin  mövcud  repressiya  qaydaları  geniş  tətbiq  edilmiş,

minlərlə  insan,  o  cümlədən  qocalar  və  körpələr  ağır  köçürülmə  şəraitinə,  kəskin  iqlim  dəyişikliyinə,  fiziki

sarsıntılara  və  mənəvi  genosidə  dözməyərək  həlak  olmuşlar.  Bu  işdə  erməni  şovinist  dairələrinin  və  SSRİ

rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi,

soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır".

Erməni  millətçiləri  ötən  əsrin  50-ci  illərindən  etibarən  Azərbaycan  xalqına  qarşı  kəskin  mənəvi  təcavüz

kampaniyasını  daha  da  genişləndirmişlər.  Ermənistanda  yaşayan  azərbaycanlı  əhalinin  hüquqları  ermənilər

tərəfindən kobudcasına pozulmuş, ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata

keçirilmişdi.  Azərbaycan  kəndlərinin  tarixi  adları  dəyişdirilmiş,  toponimika  tarixində  misli  görünməyən  qədim

toponimlərin  müasir  adlarla  əvəzolunma  prosesi  baş  vermişdi.  Saxtalaşdırılmış  erməni  tarixi  gənc  ermənilərin

şovinist  ruhda  böyüməsinə  zəmin  yaratmaq  üçün  dövlət  siyasəti  səviyyəsinə  qaldırılmışdı.  Azərbaycan  xalqının

mənəviyyatına,  milli  qüruruna  və  mənliyinə  yönəlmiş  böhtanlar  siyasi  və  hərbi  təcavüz  üçün  ideoloji  zəmin

yaratmaq  məqsədinə  yönəlmişdi.  Ermənilərin  sovet  rejimindən  bəhrələnərək  həyata  keçirdikləri  antiazərbaycan

təbliğatı ötən əsrin 80-ci illərinin sonunda daha da güclənmişdi. 

Bu mərhələdən təcavüzkar erməni millətçilərinin Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli

sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların kütləvi qırğını və əsrlər boyu

yaşadıqları tarixi  ərazilərdən  deportasiyası, şəhər  və  kəndlərimizin,  maddi-mədəniyyət  abidələrimizin  dağıdılması

ilə  nəticələnmişdir.  1918-ci  il  iyunun  4-də  Türkiyə  ilə  Ermənistan  arasında  imzalanmış  Batumi  müqaviləsinə

əsasən, cəmi 9 min kvadratkilometr ərazisi olan ermənilər 1988-ci ilədək onu 30 min kvadratkilometrə çatdırmışlar

(hazırda isə işğal etdikləri ərazilərlə birlikdə təqribən 45 min kvadratkilometr əzəli Azərbaycan torpaqlarını nəzarət

altına  almışlar).  Erməni  şovinistləri  1988-ci  ildən  başlayaraq  azərbaycanlılara  qarşı  kütləvi  təqiblər  -  fiziki

zorakılıqlar, qətllər, talanlar, yanğınlar həyata keçirməyə başlamışlar. 

Ermənistan  SSR  Ali  Soveti  sessiyasının  məxfi  göstərişinə  əsasən,  1988-ci  il  noyabrın  22-dən  28-dək  olan

müddətdə  22  rayonda  sırf  soydaşlarımızın  yaşadığı  170,  ermənilərlə  qarışıq  94  yaşayış  məntəqəsi

azərbaycanlılardan  tam  təmizlənmişdir.  Nəticədə  200  mindən  artıq  azərbaycanlı,  18  min  müsəlman  kürd,  min

nəfərdən  çox  rusdilli  əhali  Azərbaycana  pənah  gətirmişdir.  1991-ci  il  avqustun  8-də  (18  fevral  1929-cu  ildə

Ermənistanın  tərkibinə  verilib)  sonuncu  Azərbaycan  kəndi  Nüvədidən  əhalinin  çıxarılmasından  sonra  Ermənistan

faktiki olaraq monomillətçi dövlətə çevrilmiş, daşnakların "Türksüz Ermənistan" ideyası reallaşmışdır. Deportasiya




zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti  almış,

on minlərlə ailənin əmlakı qarət olunmuşdur. 

Ümumiyyətlə,  1990-1993-cü  illərdə  Ermənistan  silahlı  qüvvələri  Dağlıq  Qarabağdan  əlavə,  Azərbaycanın

daha  7  rayonunu,  877  şəhər,  kənd  və  qəsəbəsini  işğal  etmiş,  dağıtmış  və  yandırmış,  20  minə  yaxın  Azərbaycan

vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər. 10 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox

adam  əlil  olmuş,  bir  milyona  yaxın  azərbaycanlı  öz  torpaqlarından  didərgin  salınmış,  ölkə  iqtisadiyyatına  60

milyard  ABŞ  dollarından  çox  ziyan  vurulmuşdur.  1992-ci  il  fevralın  26-da  törədilən  Xocalı soyqırımı isə  dünya

tarixində bənzəri olmayan vəhşiliyin daha bir nümunəsi olmuşdur.

1944-cü ilədək "soyqırımı" anlayışı beynəlxalq ictimaiyyətə məlum olmamış, bu termini ilk dəfə məhz yəhudi

mənşəli  polşalı hüquqşünas  Rafael  Lemkin  işlətmişdir.  O  hesab  edirdi  ki,  soyqırımı -  müəyyən  insan  qruplarının

mövcudluğunun  vacib  əsaslarını  məhv  etməyə  yönəlmiş  müxtəlif  cinayətkar  hərəkətlərin  koordinasiya  olunmuş,

planlı  şəkildə  həyata  keçirilməsidir.  Bir  ildən  sonra  isə  Nürnberq  beynəlxalq  hərbi  tribunalı  faşist  liderlərini

"bəşəriyyət  əlehyinə cinayətlərdə"  ittiham etmişdir. İlk dəfə olaraq Nürnberq  Hərbi  Tribunalının Nizamnaməsinin

6-cı maddəsində  beynəlxalq  cinayətlərin  nədən  ibarət  olduğu  göstərilmişdir.  Sənəddə  beynəlxalq  cinayətlərin  üç

növü - sülh, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri fərqləndirilir. Soyqırımı cinayəti insanlıq əleyhinə

olan cinayətlər kateqoriyasına aid edilmişdir. 

BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il

tarixli  Konvensiyasında  isə  soyqırımı  cinayətinin  mahiyyəti  tam  olaraq  əksini  tapmışdır.  12  yanvar  1951-ci  ildə

qüvvəyə  minmiş  bu  konvensiyada  ilk  dəfə  olaraq  beynəlxalq  hüquqda  insan  qruplarının  milli,  etnik,  irqi,  dini

fərqlərinə  görə  kütləvi  məhv  edilməsinə  yönələn  cinayətlər  soyqırımı  adlandırılmışdur.  Eyni  zamanda,  bu

konvensiyaya  qoşulan  dövlətlərin  üzərinə  bu  cinayətin  qarşısının  alınması  və  bu  cinayəti  törədənlərin

cəzalandırılması vəzifəsi qoyulmuşdur. Konvensiyanın 2-ci maddəsinə görə, soyqırımı hər hansı milli, etnik, irqi və

dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: 

a) bu cür qrup üzvlərinin öldürülməsi;

b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;

c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması;

d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; 

e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi. 

Konvensiyanın  3-cü  maddəsinə  görə,  soyqırımı;  soyqırımı törətməyə  yönəlmiş  gizli  sövdələşmə;  soyqırımı

törətməyə  birbaşa  iştirak  və  açıq  təhrik;  soyqırımı  törətməyə  yönəlmiş  qəsd;  soyqırımıda  iştirak  cəzalandırılan

əməllər sırasındadır. Bu kriteriyalar baxımından 1918-ci ilin 31 mart və Xocalı qətliamlarının soyqırımı kimi tövsif

olunmasına ciddi hüquqi əsaslar vardır. Ümumən Azərbaycan hakimiyyəti bu məsələdə həm də keçmiş Yuqoslaviya

üzrə  Beynəlxalq  Cinayət  Tribunalının  IV  maddəsini,  Ruanda  üzrə  Beynəlxalq  Tribunalın  Nizamnaməsinin  I

maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statutunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan

Respublikası  Milli  Məclisinin  24  fevral  1994-cü  il  tarixli  qərarını,  Azərbaycan  Respublikası  Prezidentinin

"Azərbaycanlıların  soyqırımı  haqqında"  26  mart  1998-ci  il  fərmanını  və  Azərbaycan  Respublikası  Cinayət

Məcəlləsinin 103-cü və 104-cü maddələrini əldə əsas tutur. Azərbaycanlılara qarşı tarixən tətbiq olunan soyqırımı,

deportasiya, işgəncələr və qeyri-insani rəftar eyni zamanda  Avropa  İnsan Hüquqları Konvensiyasının, İşgəncələrə

qarşı BMT və Avropa Şurası konvensiyalarının və digər aktların kobud şəkildə pozulması deməkdir. 

Azərbaycan  1996-cı il  mayın  31-də  BMT-nin  9  dekabr  1948-ci  il  tarixli  "Soyqırımı  cinayətinin  qarşısının

alınması və  onun  cəzalandırılması haqqında"  Konvensiyasını ratifikasiya  etmiş, milli  qanunvericiliyini  bu  sənədə

uyğunlaşdırmaq istiqamətində tədbirlər görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölməsinin

fəsillərə bölünməsində bu konvensiyanın tələbləri nəzərə alınmış, 16-cı fəsil "Sülh və insanlıq əleyhinə cinayətlər",

17-ci  fəsil  "Müharibə  cinayətləri"  adlandırılmışdır.  Konvensiyadan  irəli  gələn  öhdəliklərin  həyata  keçirilməsi

istiqamətində  görülən  tədbir  kimi  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə  "Soyqırımı",  (maddə  103),

"Soyqırımının törədilməsinə təhriketmə" (maddə 104) maddələri daxil edilmişdir. 

Erməni  silahlı  qüvvələrinin,  Dağlıq  Qarabağın  separatçı  silahlı  qüvvələrinin  və  Xankəndiyə  dislokasiya

olunmuş keçmiş SSRİ-nin 366-cı alayının hərbçiləri ilə birlikdə Xocalıda törətdikləri qətliamda Birləşmiş Millətlər

Təşkilatı Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il 9

dekabr tarixli Konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı

cinayətinin  tərkibi  vardır.  Cinayət  işi  öyrənilərkən  həmçinin  müəyyən  edilmişdir  ki,  Xocalı  soyqırımını  həyata

keçirən  Ermənistan  hərbi  birləşmələri,  Dağlıq  Qarabağdakı silahlı separatçı birləşmələr  və  SSRİ-nin  Xankəndidə

yerləşən  366-cı alayının  hərbçiləri  tərəfindən  dünya  dövlətlərinin  qəbul  etdiyi  beynəlxalq  hüquq  normalarına  da

riayət edilməmişdir. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin

yaxşılaşdırılması  haqqında",  "Hərbi  əsirlərlə  rəftar  haqqında"  və  "Müharibə  zamanı  mülki  əhalinin  qorunması

haqqında"  Cenevrə  konvensiyalarının  müvafiq  maddələrində  nəzərdə  tutulan  -  döyüş  əməliyyatlarında  bilavasitə

iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək,

şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən

təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.

366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların




Azərbaycan  Respublikası  CM-in  soyqırımına  görə  məsuliyyət  nəzərdə  tutan  103-cü  maddəsi,  habelə  sülh  və

insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyəti nəzərdə tutan CM-in 107-ci (əhalini deportasiya etmə və

ya məcburi köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama,

cinsi  köləlik,  məcburi  fahişəlik,  məcburi  sterilizasiya,  məcburi  hamiləlik,  habelə  cinsi  zorakılıqla  əlaqədar  başqa

hərəkətlər etmə) maddələri  ilə  nəzərdə  tutulan  cinayəti  etməkdə  təqsirləndirilən  şəxs  kimi  cəlb  olunmaları barədə

qərarlar  çıxarılmışdır.  Həmçinin  barələrində  məhkəmələr  tərəfindən  həbs  qətimkan  tədbiri  seçilmiş  və  beynəlxalq

axtarışlarının  həyata  keçirilməsi  üçün  müvafiq  sənədlər  İnterpolun  Azərbaycan  Respublikası  Milli  Bürosuna

göndərilmişdir.

Tarixi  ədalətsizlik  üzündən  ötən  əsrin  sonlarınadək  xalqımızın  üzləşdiyi  bu  ağır  faciələrə  obyektiv  qiymət

vermək mümkün olmamışdır. Xalqımız uzun illər bu gerçək tarixindən məlumatsız olmuş, saxta ideoloji ehkamlar

və  yalan  tarix  nəticəsində  yaddaşımız  uzun  illər  tamamilə  yad  istiqamətdə  köklənmişdir.  Bədnam  erməni

millətçilərinin  tarixi  saxtalaşdırmağa,  dünya  ictimaiyyətini  çaşdırmağa  yönəlmiş  saxta  kampaniyasına  qarşı

mütəşəkkil  müqavimət  yalnız  ulu  öndər  Heydər  Əliyevin  xalqın  təkidi  ilə  1993-cü  ildə  Azərbaycanda  siyasi

hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. 

Ümummilli  liderin  1998-ci  il  26  mart  tarixli  "Azərbaycanlıların  soyqırımı  haqqında"  fərmanı  ilə  tarixi

həqiqətlərin  üzə  çıxmasına  təkan  vermiş,  bu  mühüm  sənəddə  ilk  dəfə  olaraq  azərbaycanlılara  qarşı  törədilmiş

kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik

düşmənçilik siyasətinin kökləri açıqlanmışdır.  "Böyük  Ermənistan"  xülyasını həyata  keçirməyin  əsas  yolunu  tarix

boyu  bu  ərazilərin  yerli  sakinləri  olmuş  azərbaycanlıların  məhv  edilməsində,  köçürülməsində,  onların  tarix  və

mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş  xəyanətkar erməni millətçilərinin

mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmanda deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə baş  verən bütün

faciələri  torpaqlarının  zəbti  ilə  müşayiət  olunaraq,  ermənilərin  azərbaycanlılara  qarşı  düşünülmüş,  planlı  surətdə

həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il

mart  qırğınına  siyasi  qiymət  vermək  cəhdi  göstərilmişdir.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi  kimi

Azərbaycan  Respublikası  bu  gün  onun  axıra  qədər  həyata  keçirə  bilmədiyi  qərarların  məntiqi  davamı  olaraq

soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Fərmanla, həmçinin, 31 mart

günü  son  yüz  ildən  artıq  müddətdə  şovinist  erməni  millətçilərinin  qurbanı  olmuş  günahsız  insanların  xatirəsinə

ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir. 

31  mart  və  Xocalı  soyqırımlarının  dünya  ictimaiyyətinə  çatdırılması  üçün  hər  il  hökumət  səviyyəsində

mühüm  tədbirlər  həyata  keçirilir.  Eyni  zamanda,  Milli  Məclisin  dünya  parlamentlərinə  müraciətində  soyqırımı

aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır.

Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımı ilə bağlı

xalqa  2006-cı  il  28  mart  tarixli  müraciətində  də  ermənilərin  müxtəlif  dövrlərdəki  terror  siyasətinə  geniş

toxunulmuşdur.  Müraciətdə  soydaşlarımızın  yurd-yuvalarından  didərgin  salınmaları, ərazilərimizin  işğalı, şovinist

erməni  millətçilərinin  xalqımıza  qarşı  təcavüzünün  bu  gün  də  davam  etməsi  qeyd  olunmaqla  yanaşı,  belə  bir

zamanda  dövlətin  və  hər  bir  vətəndaşın  qarşısında  duran  başlıca  vəzifələr  göstərilir.  Sənəddə  qarşıda  duran

məqsədlər kimi erməni millətçilərinin cinayətlərinin dünya dövlətlərinin parlamentləri tərəfindən pislənməsi, tarixi

ədalətin  bərpa  edilməsi,  soyqırımı  siyasəti  yürüdənlərin  beynəlxalq  ictimaiyyət  qarşısında  ittiham  olunmasının

vacibliyi vurğulanır: "Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi  və  məqsədyönlü  fəaliyyəti,  Azərbaycan

rəhbərliyinin  siyasi  iradəsi  sayəsində  biz  qarşımıza  qoyduğumuz  bütün  məqsədlərə,  o  cümlədən  ərazi

bütövlüyümüzün  və  suverenliyimizin  bərpasına,  onilliklər  boyu  planlı  olaraq  əsl  soyqırımı  həyata  keçirənlərin,

insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq".

Dünyada  sivil  birgəyaşayış  və  əməkdaşlıq  prinsiplərinin  getdikcə  daha  çox  uğur  qazandığı,  hərtərəfli

inteqrasiya  proseslərinin  geniş  yayıldığı  bir  zamanda  ermənilərin  "böyük  dövlət"  yaratmaq  iddiasında  olan

ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, xalqları bir-birinə qarşı qoyur, milli və

dini əlahiddəlik, ayrı-seçkilik siyasəti və təbliğatı aparırlar. Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar

siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir.

Bu  siyasətə  qarşı  geniş  potensiala  malik  Azərbaycan  dövləti,  onun  getdikcə  artan  iqtisadi  qüdrəti,  siyasi  nüfuzu,

dünya  azərbaycanlılarının  gündən-günə  möhkəmlənən  həmrəyliyi,  nəhayət,  güclü  və  müasir  Azərbaycan  ordusu

dayanır.  Dövlət  başçısı  İlham  Əliyev  bu  il  martın  21-də  Novruz  bayramı  ilə  əlaqədar  bayram  şənliyində  çıxış

edərkən  ölkəmizin  qətiyyətli  və  prinsipial  mövqeyini  bir  daha  bəyan  etmişdir:  "Biz  danışıqlar  prosesində  öz

prinsipial  mövqeyimizdən  bir  addım  geri  atmamışıq.  Bir  neçə  il  bundan  əvvəl  nəyi  demişiksə,  bu  gün  də  həmin

mövqeyin  üstündə  dayanırıq.  Azərbaycanın  ərazi  bütövlüyü  heç  vaxt  danışıqlar  mövzusu  olmayıbdır  və

olmayacaqdır.  Azərbaycanın ərazi  bütövlüyü  bərpa  olunmalıdır.  İşğalçı qüvvələr  işğal  edilmiş  bütün  torpaqlardan

çıxarılmalıdır,  Azərbaycan  vətəndaşları  oraya  qayıtmalıdırlar.  Bütün  kommunikasiyalar  açılmalıdır.  Dağlıq

Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda

yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, - onu gələcək göstərər. O gələcək ki sabah da, yüz ildən sonra da ola

bilər və olmaya da bilər". 

Azərbaycan  Prezidenti,  İlham  Əliyevin  vurğuladığı  kimi,  Azərbaycanın  Dağlıq  Qarabağ  üçün  təklif  etdiyi

yüksək  muxtariyyət  statusu  münaqişənin  həllinin  ən  optimal  yoludur  və  gec-tez  separatçı  rejimin  havadarı  olan




Ermənistan bu reallıqla barışmalı olacaq. Cənab İlham Əliyev Dağlıq Qarabağa dünya miqyasında mövcud olan ən

yüksək  muxtariyyət  statusunun  verilməsi  təklifini  beynəlxalq  hüquq  normalarına  tamamilə  adekvat  hesab  edir.

Bununla yanaşı, dövlət başçısı Ermənistanın bu təklifi düzgün dəyərləndirməyəcəyi təqdirdə, Azərbaycanın həmin

təklifə yenidən baxmalı olacağı mesajını da vermişdir. Ölkə başçısının yeritdiyi prinsipial daxili və xarici siyasətə

ürəkdən inanan Azərbaycan vətəndaşları erməni işğalının tezliklə aradan qaldırılacağına və haqq-ədalətin öz yerini

tapacağına əmindirlər. 



Zahid CƏFƏROV, 

hüquq elmləri namizədi,

BDU-nun Mülki proses

əmək və ekologiya hüququ 

kafedrasının dosenti

 

 

 

Yüklə 74,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə