Azsayli xalqlarin folkloru


Tubul pəhləvan haqqında rəvayətlər



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 
 
48 
Tubul pəhləvan haqqında rəvayətlər 
Burulmuş ağaclar 
Birinci rəvayət (S: 5; Tr: 5) 
 
Biri varıydı, biri yoxdu, kənddə Tubul adlı cantaraq
7
 bir adam 
vardı.  Gəncliyindən  əkin-biçinlə  məşğul  olmuş,  yeri  düşəndə  də 
neçə-neçə  qoluzorlunun  kürəyini  yerə  vurmuşdu.  Bir  az  dəliqanlı 
görünsə  də,  əslində  sakit  adam  idi.  Di  gəl  ki,  acıqlandıranda 
pələngə  dönər,  qarşısına  çıxanı  şil-küt  edərdi.  Camaata  xeyri  də 
çox  dəyirdi.  Taxta  çəkdirmək  istəyənlər  iri  kötükləri  döşəyib 
dəzgaha  qaldırmaq  üçün  hamıdan  qabaq  Tubulu  axtarırdılar. 
Palçığa  batmış  arabanı  təkbaşına  çıxarardı.  Tubulun  bir  adəti 
vardı. Evə əliboş qayıtmazdı. Ələ düşən şaxdan, budaqdan çiyninə 
alıb  gətirərdi  həyətə.  Odun  gətirməyə  araba  qoşduğunu  da  görən 
olmamışdı. Odunu şələ ilə gətirirdi. İki şələsi bir araba odun idi. 
Günlərin birində Tubul əli oraqlı çəltik biçməyə gedirdi. Xan 
yolunu keçəndə gördü ki, baldır yoğunluğunda bir yalanqoz ağacını 
çəkib  kökündən kimsə çıxarıb  çubuq  kimi  burub  yolun  gözəgəlimli 
bir  yerinə atıb. Bildi ki,  bu adi  Allah bəndəsinin  işi deyil, hansısa 
bir  pəhləvanın  əməlidi.  O  vaxtlar  kəndlərin  qənşər
8
indəki  yollara 
pəhləvanların  nişan  qoymaları  dəbdə  idi.  Vurulmuş  bir  ağacı, 
dəmiri,  yaxud  da  başqa  bir  ağacı  kökündən  çıxarıb  yola  atıb 
gedirdilər. Yəni bu yoldan pəhləvan keçib, qorxmaz bir oğul varsa, 
çıxsın meydana. 
Tubul  ağacı  görəndə  hər  şeyi  başa  düşdü.  Sağa-sola  baxdı. 
Gözünə  kəl  boyunduruğu  boyda  bir  qara  ağac  sataşdı.  Onun 
dibindən  çəkib  qopartdı.  Ayağı  ilə  üstündən  basıb  bir  neçə  dəfə 
burdu,  yalanqozun  böyründə  uzadıb  oradan  getdi  öz  işinə.  Ertəsi 
günü səhər yolu  Qəbələyə sarı bir  karvan keçirdi. Sarvan burulub 
yan-yana qoyulmuş ağacları qoşa görən kimi karvanı saxladı. 
-
 
Bu  kənddə  pəhləvan  var,  özü  də  lap  zırpısı.  Onu  tapıb 
pəhləvanımızla güləşdirməliyik. 
                                                           
7
 Burada: pəhləvan cüssəli 
8
 Girəcək mənasında başa düşülür 


 
 
49 
 Xeyli  dayanıb  keçənlərdən  öyrəndilər  ki,  kənddə  həqiqətən 
Tubul  adlı  bir  oğuz  oğlu  var.  Özü  də  zəmidə  çəltik  biçir.  Karvanı 
sürdülər çəltik sahəsinə. Tubulu çağırdılar iri bir ağacın kölgəsinə. 
Sarvan dedi: 
-
 
Karvanı mərdimazardan qorumaq üçün özümlə bir pəhləvan 
gəzdirirəm.  Yalanqozu  o  eşib  yola  atmışdı.  Qara  ağacı  da  sən 
atmısan.  Qaydaya  görə  hər  ikiniz  güləşməlisiniz.  Pəhləvanımı 
yıxsan,  satılmamış  qalan  beş  yük  soğanı  sənə  verib  gedəcəyik,  o, 
səni yıxsa, səndən beş yük çəltik alacağıq. 
Tubul ha dedi lazım deyil, Sarvan razı olmadı: 
-
 
Bizə  həmşəhərli  deyərlər,  güləşməsən,  uduzarsan.  Beş  yük 
çəltiyimizi ver, gedək. 
Tubulun güləşməkdən savayı çarəsi qalmadı. Karvan əhli də, 
Tubulun  biçinçi  yoldaşları  da  yığıldılar.  Güləşənləri  aldılar 
dövrəyə. Onlar da üst paltarlarını soyunub başladılar süpürüşməyə. 
Elə  ilk  əlbəyaxada  Tubul  hiss  etdi  ki,  qonaq  ondan  bəs  qədər 
gücsüzdür. Amma onu yıxmaq istəmədi. Çünki qonaq idi. Qonaq isə 
getdikcə  qızışır,  onun  qolunu  burur,  üz-gözünü  cırmaqlayır,  əlini 
dişləyirdi.  Tubul  bir  dəli  nərə  çəkib  qonağı  qaldırıb  başı  üstünə, 
ikinci  nərəni  çəkib  var  gücü  ilə  onu  atdı  kənardakı  böyürtkən 
kolluğuna.  Yazıq  çox  çətinliklə  kolluqdan  çıxıb  dili  dolaşa-dolaşa 
yoldaşlarına dedi: 
-
 
Soğan  çuvallarını  açın,  düşürün  yerə.  Zalım  oğlu  əsl  Zal 
oğlu Rüstəm imiş. 
Tubul soğandan bir xurcun götürüb dedi: 
-
 
Qalan  soğanları  yükləyin  dəvələrə,  qonaqsınız,  sizə  halal 
eyləyirəm. Qonağı soymaq bizlərdə günahdır. 
Sarvan  və  yoldaşları  Tubulun  təkcə  gücdə  yox,  ağılda  da 
qüdrətli  olduğunu  görüb  ona  sağ  ol  dedilər  və  xan  yolu  ilə  üzü 
günbatana  səfə  düzüldülər.  Tubul  o  gündən  sonra  daha  da 
məşhurlaşdı. 
 
 
 
 
 


 
 
50 
 
Xane Yaka Buşurubsuz
 
Pəmci nağıl
 (Exlətepi: 5; Taranedi: 5)
 
 
Əkeə  xuzeyn  aize  calxesi  amdarxoxuney.  İşa  aizemoqo, 
şəhəre kele dostrux, hema-hema calxalconoy. Misik ğarena xüyəre 
nişanlaşey.  Usum-usum  çax  qudoxun  akeksay.  Şotoko  haki 
irəziləştun  baki,  payıze  axire  laşkoy  farbestekatun.  Biyəsin  farpi-
əcipsunaxun oşa savaxtan amdarxo kirbi əycindəri bin eştatun tasi. 
Xüyəri koya papatan, arsi kəy-ütunği. Oşal bina yenginə, xüyəri işa 
xüyərmoğo  faytona  arsesti,  xuyeri  məlinaxun  certun.  Yake  toqal 
bakala  aizemoxoy  camaten  bin  içuxun  eğala  amdarxo  aki  aki 
müktün  baksay.  Covakitoğoxun  oşa  xe  bosalaxol  buney.  Camat 
"Sarı  Suya"  covakitoxun  oşa  yaka  kayesi  sulfanun  aki.  Qoyal 
kalabədənli, lopa bığla sa amdar suftin toğ curpeney. Bin cire Əkel 
usum beş cobaki. Yaka boti amdari şu baksuna zombaksune curesi, 
yaka,  hetər  kaypestuna  fikirbi.  Me  yaka  botal,  Şəki  xane 
pehlivaneymiş.  Sulfinan  kaykalo,  elə,  şumal  laxiyo  şoneymiş. 
Əkelin bine: 
– 
A bici, va xələt taden, tabak taden, sulfina qırba. Yayna şad 
yak upa tağen. 
– 
Zu  pehlivanzu,  yaka  xələt  hakseyna  tez  bote.  Zoxun 
buşurukala amdar eca. Bez bacana oka duğayn, vəyna vardla-sisiklə 
yak,  zu  şotay  bacana  duqayz  yaka  fırıpi  taqalnan.  Movalki  ev 
əcizluq upsune. 
Bin  ecaltoyğoxun  zorba,  buşurkala  amdar  tenoy.  Əkelen  eka 
lasi  camata  barti  yaka  hare  aize.  Tubul  pehlivana  laşkan  məline 
camati  boştan  bəbi,  exlətipi.  Tubul  Xane  peylivanxun  buşurpsun 
tene xureci. 
Pineki, mər bayz zərəl zapkoz. 
Əkelen xounçane burki: 
– 
Bina yaka baltaz hare. Yaka boti peylivanaxun əiten bul nu 
bikaynmahala  biabur  bakoz.  Tetər  avabaka  bitez,  kula  boxoda 
okaxun za exta. 
Tubulen  iz  eka  lasi  Əkelə  qər  baki  taneci.  Tubulen  nu 
buşurpsuna covaksunane pi. 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə