Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 

bir  qədər  təhrif  edilmiş  forması  olan  “çiqb”  kimi  Qafqaz 
Albaniyasının sakinlərindən biri kimi qeydə almışdır. 
İngiloylara  gəlincə,  əsasən  Azərbaycanın  Qax  və  Zaqatala 
rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu hesab edilən 
bu  xalqın  nümayəndələri  I  Şah  Abbasın  dövründə  müsəlmanlığı 
qəbul  etmişlər.  Tarixi  mənbələr  onlardan  “gel”  (qel)  adı  altında, 
Qafqaz Albaniyasının sakinlərindən biri kimi söz açılır. 
Qafqaz  Albaniyasının  qafqazdilli  xalqlarndan  danışarkən,  udin-
lərin üzərində xüsusi durmağa çox böyük ehtitac var. Şərqi Qafqazda 
qədim xalqlardan biri olan və özlərini “udi” adlandıran udinlər Oğuz 
şəhərində,  eləcə  də  Qəbələ  rayonunun  Nic  qəsəbəsində  yaşayırlar. 
Onlara Rusiya, Gürcüstan (Oktomberi kəndi), Qazaxıstan, Ukrayna və 
başqa olkələrdə də rast gəlmək mümkübdür. 
Udinlər udin dilində danışırlar, dinləri xristianlıqdır. Alban dilinin 
guya udin dili olduğu barədə fikir elmdə çox yayılmışdır. Lakin tarixi 
mənbələrin  heç  biri  bunu  təsdiqləmir.  Əksinə,  həm  erməni,  həm  də 
alman  qaynaqları  birmənalı  şəkildə  bildirirlər  ki,  alban  əlifbası  məhz 
qarqar  dili  əsasında  yaradılmışdı  və  bu  dil  əsrlər  boyu  Albaniyanın 
ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. 
Əski rus-sovet elmindən  gələn ənənəyə  əsaslanaraq, bir  çoxları 
qarqarları qafqazdilli xalq hesab edirlər. Lakin faktlar başqa şeyi diktə 
edir.  Fakt  budur  ki,  məşhur  qırğız-türk  dastanı  “Manas”da  əsərin 
qəhrəmanı Manasın atasının mənsub olduğu xalq  gah  qarqar, gah  da 
qıpçaq  adlanır.  Abramzonun  yazdığına  görə  isə  XVI  əsrdə 
Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı 
çəkilir.  Yəni  faktlar  bu  xalqın  qıpçaq  xalqı  olduğunu  sübut  edir. 
Maraqldır  ki,  hazırda  Avropanın  bir  çox  kitabxana  və  əlyazma 
fondlarında  bu  dildə  çox  sayda  alban  ədəbiyyatı  nümunəsi  qorunub 
saxlanmaqdadır  ki,  onlardan  Mxitar  Qoşun  “Törə  Biriqi”  kitabının, 
Kirakos  Gəncəlinin  “Tarix”  kitabının  II  fəslinin,  alnab  karalikosu 
Nersesin moizəsinin və s. adlarını çəkmək olar.
 
 
 
Bəxtiyar Şahverdiyev 
 
 


 
 

AVAR FOLKLORU 
 
Folklor  hər  bir  xalqın  yüksək  mənəvi-əxlaqi  dəyərlərini,  etik 
və  estetik  düşüncəsini  özündə  əks  etdirən  onun  mənəvi  sərvətidir. 
Hər  bir  xalqın  tarixi,  adət-ənənəsi,  ictimai-siyasi  düşüncəsi,  əxlaqi 
keyfiyyətləri,  qəhrəmanlığı  və  vətənpərvərliyi  bütöv  və 
özünəməxsus şəkildə onun folklorunda cəmlənmişdir. Bu baxımdan 
Azərbaycanda yaşayan avarların foklor nümunələri maraq doğurur. 
Avarlar  Azərbaycanın  şimal-qərb  bölgəsində  -  Zaqatala  və 
Balakən,  qismən  də  Qax  rayonlarında  yaşayırlar.  Əhali  əsasən 
əkinçilik, maldarlıq, tərəvəzçiliklə məşgul olur. 
Avar  xalq  ədəbiyyatı  mövzu  və  məzmun  baxımından 
rəngarəng olsa da, Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq 
cəhətlərə  malikdir.  Şifahi  söz  sənətində  bir  çox  mətnlərin  üst-üstə 
düşməsi  həmin  örnəklərin  vahid  etnocoğrafi  məkanda  əmələ 
gəlməsini göstərir. Azərbaycanın zəngin folkloruna daxil olan nağıl 
və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-
məsəllər  tarix  boyu  burada  yaşayan  xalqların  şifahi  söz  sənətinə 
güclü təsir göstərmişdir. Qodu-qodu ilə bağlı olan nəğmələrin ilk iki 
sətri Azərbaycan dilindədir: 
Qordi, qordi, qordina, 
Qordi salam vardina. 
Bir çox atalar sözləri və zərbi-məsəllər (Məsələn: Bir əldə iki 
qarpız  tutmazlar),  Molla  Nəsrəddinlə  bağlı  olan  lətifələr  də  buna 
əyani misal ola bilər.  
Azərbaycan  folklor  nümunələri  ilə  bir  sıra  ortaq  cəhətlərlə 
yanaşı,  avar  folklorunun  özünəməxsus  cəhətləri  az  deyildir.  Bu 
cəhətlər daha çox xalqın iradəsini əks etdirən xalq dastalarında, toy, 
dəfn  kimi  mərasimlərdə,  mərasim  və  mövsüm  nəğmələrində,  milli 
adət - ənənələrdə özünü göstərir. 
Yazın  ilk  günlərində  avarlar  əkinçiliklə  bağlı  olan  Ots  bay 
bayramını  keçirirlər.  Bundan  başqa  yaz  aylarında  Rohi  bog 
mərasimi,  gül  bayramı  keçirilir.  Avarlar  arasında  geniş  yayılan 
yağıs  və  gün  istəmə  mərasimi  uşaqların  və  böyüklərin  həvəslə 
keçirdiyi  mərasimdir.  Yagış  istəmə  mərasimində  burcah  və  gün 
istəmə  mərasimində  maxara  bişirilir  və  hər  kəsə  verilirdi.  Sulu 


 
 

burcah  (əriştə)  yagış  damlalarını,  sac  üstündə  bişirilən  saçaqlı 
maxara isə günəşi xatırladır. 
Avar  toy  adətlərinin  özünəməxsusluğuna  gəldikdə  isə  onu 
deyə  bilərik  ki,  nişan  mərasimi  keçirilmir,  elçilikdən  az  sonra  toy 
mərasimi keçirilir, evlənəcək olan oğlan üçün mütləq ayrı ev tikilir, 
onun təsərrüfatı ayrılırdı. 
Avar  xalq  dastanlarını  el  arasında  yetişən  xalq  ozanları  təmbur 
çalaraq  söylərdilər.  “Xoçbar”,  “Baxtika”,  “Kamalil  Başir”  kimi  xalq 
dastanları  Dağıstanda  olduğu  kimi  bu  bölgədə  də  dillər  əzbəridir. 
“Xoçbar”  dastanında  xalq  qəhrəmanı  Xoçbarın  zülmkar  xana  ölüm 
anında  belə  boyun  əymədiyini,  “Kamalil  Başir”  dastanında  gözəlliyi 
dillərdə  dastan  olan  Kamalın  oğlu  Başirin  gözəlliyinin  başına  bəla 
olmasından,  atası  tərəfindən  öldürülməsindən  danışılır.  Bu 
dastanlardan  biri  olan  “Baxtika”da  göstərilən  baş  qəhrəman  Baxtika 
Avar xanı Umaxan Avarın bacısıdır. Qarabağ xanı İbrahimxəlil xanla 
müttəfiq  olan  Umaxan  çox  gənc  olan  bacısını  yaşlı  xana  ərə  verir. 
Baxtika qardaşına üsyan etsə də bunun heç bir faydasının olmaması, ər 
evinə  getməyə  məcbur  qaldığından  çəkdiyi  iztirablar  dastanda  öz 
əksini tapmışdır.  
 Avar  xalqının  qəhrəmanlq  keçmişini,  onun  qəhrəman 
övladlarının  göstərdiyi  şücaətləri  “Carli  Şaban”  və  Ğoloda 
sakinlərinin  qəhrəmanlığını  əks  etdirən  müxtəlif  xalq  şeirlərində, 
İmam Şamil və onun əfsanəvi naibi Hacı Muradla bağlı olan əfsanə 
və  rəvayətlərdə  görə  bilərik.  İmam  Şamilin  30  ilə  yaxın  Rus 
İmperiyasına  qarşı  igidliklə  vuruşması,  Hacı  Muradın  göstərdyi 
misilsiz  qəhrəmanlıqlar  xalqın  yaratdığı  rəvayət  və  əfsanələrdə, 
nəğmələrdə şişirdilmir, öz real əksini tapır. 
Azərbaycanda  yaşayan  avarların  folklor  nümunələrinin 
toplanmasına və araşdırılmasına dərin ehtiyac duyulur. Bu kitabdan 
bölgənin folklorunu araşdıran tədqiqatçılar, tələbələr, orta məktəbdə 
avar dilini tədris edən müəllimlər istifadə edə bilər. 
 
 
Asiyyat Tinayeva 
 
 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə