Azsayli xalqlarin folkloru


SAXUR XALQININ TARIXƏN SÖNMÜŞ



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 

SAXUR XALQININ TARIXƏN SÖNMÜŞ  
ÇIRAĞININ YENIDƏN İŞIQLANMASI 
 
Coğrafi mövqeyinə görə saxurların yaşayış məskənləri Böyük 
Qafqaz  ərazisinin  (Samurun  və  Muxaxçayın,  Talaçayın  orta  və 
yuxarı,  Süskənçay  və  Kürmükçayın  yuxarı  sutoplayıcı  sahələri) 
dağlıq və dağ ətəyi sahələrini təşkil edir.  
Saxur dili mənşəyi etibarilə Dağıstan xalqları sırasına daxildir. 
Müasir  dövrdə  Dağıstan  MR  və  Azərbaycan  Respublikasının  bir 
sıra kəndlərinin əhalisi bu dildə danışır. Dağıstan MR-da - Qurtul, 
Qilmez, Mikek, Xiyaq, Saxur, Xoyik, Muslaq, Mişleş, Korş, Cınıq, 
Attal,  Baş  Kalel,  Baş  Muxax  (qismən  Mahacqala  ş.,  Rutul  rayon 
mərkəzi),  Azərbaycan  Pespublikasında  -  Zaqatala  rayonunun 
Ağdam  Kalel,  Mişleş,  Gözbarax  (Qudbarağ),  Ələsgər  (Harasqal), 
Sabunçu,  Suvagil,  Yeni  Suvagil,  Qas,  Qarqay,  Qalal,  Əzgilli, 
Mamrux, Lahıc, Əli Bayramlı, Çincar, qismən (Cimcimax, Muxax, 
Çobankol, Yuxarı Tala, Qımır, Yuxarı Çardaxlar və Zaqatala ş.) və 
Qax  rayonunun  -  Ləkit-Kötüklü,  Qum,  Çinarlı,  Üzümlü,  (qismən 
Güllük,  İlisu, Sarıbaş, Zərnə, Ağçay, Qaşqaçay  və Qax ş.)  yaşayış 
məntəqələrinin  sakinləri  qismən  və  ya  tam  şəkildə  saxurlardan 
ibarətdir. 
Qeyd  edək  ki,  qismən  adlandırdığımız  əksər  yaşayış 
məntəqələrinin  əhalisi  keçmişdə  saxurlar  olmuş  və  o  dildə  də 
danışmışlar  (prof.  A.Qenko,  Saxskiy  Alfavit,  1934).  Başqa  bir 
tədqiqatçının  fikrincə,  saxurların  sayı  əvvəllər  daha  çox  olmuşdur 
(A.M.Dirr, 1913). Bunun səbəblərindən biri odur ki, SSRİ dövründə 
və  indi  Azərbaycan  Respublikasında  yaşayan  saxurların  təxminən 
90%-nin  milliyyəti  rəsmi  sənədlərdə  onların  öz  istəkləri  ilə 
azərbaycanlı kimi göstərilmişdir. 
Saxur  dilinə  olan  diqqətə  bir  sıra  tədqiqatçıların  əsərlərində 
rast  gəlirik  [N.Trubetzkov,  1931;  E.F.Djeyranaşvili,  1953; 
E.A.Bokarev,  1961;  B.B.Talıbov,  1961;  S.Ulman,  1962;  A.M.As-
lanov, 1965 və s.]. 
Böyük  xalqların  folkloru  ilə  yanaşı,  azsaylı  xalqların 
folklorunu  da  öyrənmək  tələb  olunur.  Bu  barədə  Azərbaycan 


 
 

Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən  sərəncam 
imzalanması azsaylı xalqları çox sevindirmişdir.  
Respublika  Prezidentinin  bu  etimadına  digər  azsaylı  xalqlar 
kimi saxur xalqı da çox sevinir və ona minnətdarlığımızı bildiririk. 
Prezidentimizin hərtərəfli siyasəti bizə böyük ruh yüksəkliyi verir və 
Azərbaycanda  yaşayan  xalqları  bir-birinə  bağlayan  dostluq  və 
qardaşlıq tellərini daha da möhkəmləndirir.  
Şübhəsiz  ki,  Yer  kürəsidə  təbiətin  gözəlliyi  onun  müxtəlif 
relyefə, torpağa, suya və iqlimə malik olması ilə müəyyən olunduğu 
halda,  cəmiyyətdə  bu  gözəllik  xalqların  dil  müxtəlifliyi,  onların 
folkloru,  adət-ənənələri  və  mədəniyyəti  ilə  təmsil  olunur.  Azsaylı 
xalqların  folklorunun  böyük  xalqların  mədəniyyətinə  inteqrasiya 
etməsi  onların  daha  böyük  mədəniyyətin  kulminasiya  zirvəsinə 
ucalmasına səbəb olur.  
Bununla  yanaşı,  saxur  xalqının  folklorunun,  dil  və  adət-
ənənələrinin  öyrənilməsi  onun  mədəniyyətinin  qorunub  saxlanıl-
masına  səbəb  olacaqdır.  Şübhəsiz  ki,  saxur  xalqının  folkloru  və 
dilinin öyrənilməsi, saxur xalqına məxsus yaradıcılıq nümunələrinin 
gələcək  nəsillərə  çatdırılmasında  və  qorunmasında  böyük  rol 
oynayacaqdır. Bunun da əhəmiyyəti əvəzsizdir. 
Azərbaycanın  böyük  mədəniyyətə  malik  olmasında  və 
çiçəklənməsində saxur xalqının da övladları daima iştirak etmiş və 
indi də bu fəaliyyətlərini davam etdirirlər. Onlar sənaye sahələrində
kənd  təsərrüfatında,  hərb  işinidə,  səhiyyədə,  elm  və  təhsil 
sahələrində  çalışmaqla  daima  respublikanın  tərəqqisində  digər 
millətlərlə çiyin-çiyinə çalışmağı davam etdirirlər.  
Saxur  xalqının  tanınmış  ziyalılarından  biri  Azərbaycanda 
dilçilik  sahəsində  çalışan  və  özünəməxsus  yer  tutan  filologiya 
elmləri doktoru, professor Səlim Abdullətif oğlu Cəfərovdur. Onun 
bu  sahədə  göstərdiyi  xidmətlərindən  bəzi  məqamları  Bakı  Dövlət 
Universitetinin əməkdaşı f.e.d. prof. M.Qiyasbəylinin 24 may 1997-
ci  ildə  «Naxçıvan»  qəzetində  Azərbaycan  SSR  Dövlət  mükafatı 
laureatı, fililogiya elmləri doktoru, professor Səlim Əbdüllətif oğlu 
Cəfərova  həsr  etdiyi  məqaləsində  öz  əksini  tapmışdır.  «O  da 
dilimizin  fədaisi  idi  ...»  adlı  məqaləsində  M.Qiyasbəyli  bundan 
geniş şəkildə bəhs edir.  


 
 
10 
Azərbaycan  dilçiliyindəki  uğurları  ilə  yanaşı,  alim  öz  doğma 
dilini  də  unutmamış,  1934-1941-ci  illərdə  saxur  dilinin  əlifbasını 
yaratmış və bu dilin qrammatikasına və fonetikasına aid bir neçə kitab 
nəşr  etdirmişdir.  Sonradan  f.e.n.  Abdulla  Qarayev,  f.e.n.  Əhməd 
Qurbanov, f.e.d., prof. Əhməd Aslanov tərəfindən inkişaf etdirilmişdir. 
Dağıstan  MR  f.e.d.  prof.  Rusiya  EA  akademiki  Harun  İbrahimov 
tərəfindən saxur xalq dilinin fonetikası yazılmışdır. 
Bununla  yanaşı,  Azərbaycan  Pespublikasında  elm,  təhsil, 
səhiyyə və memarlıq sahələrində çalışmış və çalışan saxur xalqının 
nümayəndələrindən  bəzilərinin,  o  cümlədən  f.r.e.d.,  AMEA–nın 
müxbir  üzvü  Prezident  təqaüdçüsü  Abdulla  Muxtarovun,  b.e.d. 
AMEA-nın müxbir üzvü İbrahim Əzizovun, tibb.e.d., prof. Bəhram 
Aşurovun, tibb e.ü.f.d. Arif Yusibovun, c.e.ü.f.d. professor Mamed 
Çobanzadənin,  c.e.ü.f.d.  Cuma  Məmmədovun,  f.r.e.f.d.  İsmayıl 
Yusibovun,  f.r.e.ü.f.d.  Bəhram  Mehdiyevin,  f.r.e.ü.f.d.  Elmira 
Muxtarovanın,  f.r.e.ü.f.d.  Murad  Muxtarovun,  f.r.e.ü.f.d.  Əkrəm 
Aslanovun,  f.r.e.ü.f.d.  Kamran  Rəhimovun,  t.e.ü.f.d.  Eldar 
Mehdiyevin,  t.e.  ü.f.d.  Aidə  Cəfərovanın,  f.e.ü.f.d.  Afət 
Cəfərovanın,  t.e.ü.f.d.  prof.  Xalıq  Yahudovun,  t.e.ü.f.d.  Aslan 
Əhmədovun,  f.e.ü.f.d.  Ramazan  Məmmədovun    adlarını  çəkmək 
olar.  
Qeyd  etmək  lazımdır  ki,  saxur  xalqı  az  saylı  olmasına  baxma-
yaraq,  dil,  danışıq,  davranış,  müraciət  qaydalarına  görə  də,  özünə-
məxsus  mədəniyyəti  ilə  digərlərindən  fərqlənir.  Xalqın  qədimliyi, 
onun  dilində  çörək,  su  və  hərəkətin  dinamikasında  müxtəlif  cinslərə 
müraciət qaydalarının  sadəliyi ilə  digər xalqlara  bənzəməməsi  və sırf 
özünəməxsus olması ilə müəyyən olunur. Belə ki, qadının gəlişi k e r 
a, kişinin gəlişi k o r a, qadının getməsi h e r a, kişinin getməsi isə h o r 
a sözləri ilə çox incəliklə ifadə olunur.  
Rus və ya başqa dillərdə çörək anlayışında qeyri-müəyyənlik 
müşahidə  olunur.  Belə  ki,  çörəyin  buğda  unundan  və  ya  başqa 
undan  bişirilməsi  məlum  deyil.  Saxur  dilində  çörək  sözündə  onun 
hansı undan bişirilməsinə də işarə vardır. Məsələn, q ı k - qarğıdalı 
unundan,  q  n  e  y  -  buğda  unundan,  ş  ı  l  ğ  ı  d  i  y  -  arpa  unundan 
bişirilmiş  çörək  deməkdir.  Yəni  bu  kimi  məqamlarda  ikinci  sözün 
işlənməsinə lüzum qalmır. 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə