Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
14 
Avarlar
2
  (onlar  Zaqatala  rayonunun  Car,  Kebeloba, 
Axaxdərə, Zilbal, Dardoqqaz, Mazıx, Qobizdərə, Maqov, Uzuntala, 
Danaçı,  Paşan,  Hötala,  Abaylı,  Çardaxlar,  Balakən  rayonunun 
Katex,  Qabaqçöl,  Mahamalar,  Binə,  Sarıbulaq  və  s.  kəndlərində 
kompakt halda yaşayırlar.  
Macar  tarixçisi  Andras  Rona-Tasa  görə  avarlar  ilk 
dönəmlərdən etibarən Türk dilinin bir ləhcəsini danışırdılar. Szarvas 
şəhərində tapılan iynə qutusundakı  yazılar Andras Rona-Tasa görə 
Türk dilində yazılmışdır. (Ə:20)
 
“Qafqaz  avarlarına  edilən  DNT  testləri  və  araşdırmaları 
nəticəsində  avarların  İranlı  bir  millət  olmadığı  aydın  bir  şəkildə 
faktlarla təsdiq olunmuş, avarların Dağıstan türkləri ilə qohumluğu 
ilə bağlı vacib məlumatlara rast gəlinmişdir. 
Bu  gün  tarixə  bitərəf  şəkildə  yanaşan  və  tarix  elminə  inanan 
bütün  tədqiqatçılar  bunu  çox  yaxşı  bilirlər  ki,  avarlar  da,  onların 
əcdadları olan iskitlər də öz be öz türk oğlu türkdür.” (Ə:19) 
 “Avar dilinin çoxlu dialektləri vardır ki, bu dialektdə danışan 
bu  dilin  daşıyıcıları  bir-birini  çətin  başa  düşürlər.  Avar  dilinin 
dialektləri  şimal,  cənub-qərb,  cənub-şərq  qrupuna  bölünür  ki, 
Zaqatala bölgəsində yaşayan avarlar andalan, antsux, karah, kusur, 
Zaqatala (car) dialektində danışırlar.” (Ə:14; s:21)
 
“Tarixən Asiya ilə Avropanı bir-birinə çulğalaşdıran ilk Asiya 
xalqı  Saka  türkləri,  onlardan  sonra  isə  Hun  türkləridir.  Hun 
türklərinin  ən  yaxın  xələfləri  isə  Topa,  Sabir  və  Avar  türkləridir. 
Avar türkləri imperatorluq quran iyirmi beş türk xalqından biridir... 
Bu gün Macarıstanda, Dunay sahillərində qapalı toplum kimi qədim 
adət-ənənələrini  yaşadan  Avar  türkləri  Bolqarıstanda  yaşayan 
türklərin mühüm bir qismini təşkil edirlər” (Ə:15) 
 
Saxurlar
3
  özlərini  “yıkbı”  adlandırırlar.  Onlar  Rusiyada, 
Dağıstanın  Rutul  rayonunun  qərb  bölgəsində,  Samur  çayının  yu-
xarılarında, Dağıstanın Babayurd rayonunda, Maxaçqala, Dərbənd, 
Kizlər və digər şəhərlərində, Azərbaycanda isə şimal-qərb rayonları 
                                                           
2
 Avarlar haqqında geniş məlumat üçün bax: səh: 97 
3
 Saxurlar haqqında geniş məlumat üçün bax: səh: 133 


 
 
15 
olan  Qax,  Zaqatala,  Balakən  rayonlarında,  habelə  Bakı,  Gəncə, 
Sumqayıt və Şəki şəhərlərində yaşayırlar. (Ə:11; s: 2)  
“Alban  tarixində  və  V-VII  əsrlərə  aid  qədim  mənbələrdə 
həmin  bölgədə  yaşayan  ıpin  (ıbin),  silv  və  ciqb  tayfalarının  adları 
çəkilir.  Ibinlər  avarların  Albaniyada  yaşayan  hissəsinin,  silvlər 
Dağıstanda  yaşayan  hissəsinin  etnik  adlarıdır,  ciqblər  indiki 
saxurlardır, onlar özlərinə indi də yixbı deyirlər.” (Ə:16)
 
“Ehtimal  var  ki,  saxurlar  leq,  gel,  qarqar,  bəlkə  də  elə  sak 
tayfalarından törəyiblər” (Ə:5; səh:234)  
 
İngiloylar
4
 Qafqaz Albaniyası tərkibinə daxil olan, beləliklə 
Azərbaycanın  etno-siyasi  tarixinin  ayrılmaz  tərkib  hissəsi  olan 
qədim gel tayfasının varisləridir” (Ə:12; s:6)
 
“İngiloylar  qədim  Alban  soykökünə  bağlı  müstəqil  etnos 
olmuşdur” (Ə:12; s:59)  
Akademik Y.Yusifov, akademik M.İsmayılov, Z.İ.Yampolski, 
Q.Qeybullayev, K.Əliyev, Z.Bünyadov, Ş.Kaya, M.Bala, F.Cəlilov, 
X.Xəlilli  albanları  türk  mənşəli  tayfa  hesab  edir.  Tədqiqatlar 
göstərir  ki,  bəzi  alban  tayfaları  əsasən  Dağıstanla  həmsərhəd 
bölgələrdə  yaşayan dağıstandilli, alban etnik adını daşıyanlar,  yəni 
alban  tayfası  olmuşdur,  daha  bir  neçə  tayfa  isə  türkdilli  idi. 
Dağıstandilli  tayfalar  indiki  udilərin,  ləzgilərin,  avarların, 
saxurların, qrızların, buduqların əcdadları idi. (Ə:16)
 
Milli  Məclisin  deputatı,  AMEA  Tarix  İnstitutunun  direktoru, 
professor  Yaqub  Mahmudov  “Gündəlik  teleqraf”  qəzetinin 
“Brifinq” layihəsi çərçivəsində siyasət müxbiri Nərgiz Ehlamqızına 
15  fevral  2014-cü  ildə  verdiyi  müsahibədə  gözəl  bir  fikir  irəli 
sürmüşdü:  “Müstəqillik  dövründə  “Altay  dünyası”  adlı  jurnal 
buraxmışdıq.  O  jurnalda  qosqoca  palıd  ağacı  verilmişdi.  O  palıd 
ağacının  bir  kökü  Altaylardadır,  o  biri  kökü  Cənubi  Koreyadadır, 
digər kökü Qafqazdadır, gedir Bosniya-Hersoqovinaya çıxır. Sonra 
budaqlardır,  hər  biri  müasir  türk  xalqlarıdır.  Tarixin  dərin  qatında 
eyniləşirik...  Türkçülüyün  vətəni  Azərbaycandır.  Azərbaycan 
möhürü  o  qədər  güclüdür  ki,  bu  möhür  üstümüzdə  getməlidir.  O 
                                                           
4
 İngiloylar haqqında geniş məlumat üçün bax: səh: 198 


 
 
16 
möhür olmazsa, parçalana bilərik. (Ə:18) 
Azərbaycan  suveren  və  demokratik  respublikadır.  Respubli-
kamız onun ərazisində yaşayan bütün etnosların Vətənidir.  
“Azərbaycanda  yaşayan  ruslar,  beloruslar,  tatlar  və  talışlar, 
avarlar  və  ləzgilər,  udilər  və  ingiloylar,  kürdlər  və  tatarlar, 
ümumiyyətlə özünü bu ərazinin bərabər hüquqlu sakini sayan bütün 
xalqların  nümayəndələri  öz  hərəkətləri  ilə  sübut  etdilər  ki, 
Azərbaycan təkcə azərbaycanlıların deyil, eyni dərəcədə onların da 
Vətənidir.  Hüquqi  baxımdan  özünü  bu  respublikanın  vətəndaşı 
sayan  hər  bir  xalqın  nümayəndəsi  elə  azərbaycanlı  sayılmalıdır, 
çünki bu ərazinin sakinidir, onun çörəyi, suyu, havası ilə qidalanır.” 
(Ə:9;s:5) 
Azərbaycan  özünü  bu  torpağın  vətəndaşı  hesab  edənlərin 
vətənidir.  Azərbaycan  milli  azlıqların  -  udi,  avar,  saxur,  ingiloy, 
ləzgi və başqalarının Vətənidir.  
Hər  bir  xalq  qoynunda  boya-başa  çatdığı  bu  torpağın 
yetirməsidir.  
Ümummilli  Liderimiz  Heydər  Əliyev  deyirdi:  “...Mən 
görüşlərimi  milli  azlıqların  nümayəndələri  ilə  görüş 
adlandırmaq  istəməzdim.  Bu,  Azərbaycanın,  Azərbaycan 
xalqının nümayəndələri ilə görüşdür.” 
Böyük  alimlərimizin  fikirlərinə  hörmətlə  yanaşaraq,  bu  alim-
lərimizdən  bəhrələnərək  ümummilli  liderimiz  Heydər  Əliyevin 
söylədiyi  fikrə  söykənərək  bu  qənaətə  gəlirik  ki,  Şəki-Zaqatala 
bölgəsində  yaşayan  azsaylı  xalqların  nümayəndələri  müxtəlif  dil 
daşıyıcıları olmasına baxmayaraq, azərbaycanlıdırlar
Tarixən Azərbaycan müxtəlif dilli xalqların məskəni olmuş və 
bu  xalqları  birləşdirən  Azərbaycan  dili  olmuşdur.  Bu  dil  həm 
Azərbaycan  türklərinin,  həm  də  bu  bölgədə  yaşayan  etnosların 
ünsiyyət vasitəsinə çevrilmişdi. Bu da Azərbaycanda yaşayan bütün 
xalqlar arasında ortaq bir dilin yarandığını sübut edirdi.  
Çox  maraqlı  faktdır  ki,  azsaylı  xalqların  örnəklərində  qədim 
sözlər mövcuddur ki, bu da dilçilər üçün ən sanballı mənbədir. Bir 
neçə  nümunəyə  diqqət  edək:  Məsələn,  udi  dilində  işlənən  siyux  - 
sıyıq,  tabak  (tabax)  -  xonça  –  sini,  yəxni  –  (yəxnə)  -  ət  yeməyi; 
saxur dilində işlənən qadax (qədək) - mismar; ərava – araba; doxxaz 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə