Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   ...   45   46   47   48   49   50   51   52   53

 
 
184 
 
Papa çonqan mosaval 
maytxovs, 
Qonş dahdevs brotsol 
maytxovs. 
Uçov dedebel tselayti  
Uşov dğobel kon itxovs. 
 
Çrel pepela mosula, 
Çon sopeli avsila. 
Lamas kali derdibey
Çon quli avsila. (S: 19; Tr: 15) 
 
 
İya sada vardis şoris, 
Me qaqaço mirçevniya. 
Aliabadel qoqoyevşi, 
Me şentavi mirçevniya. 
 
Babam məndən bar istər
Heyva qoyub nar istər. 
Çalınmamış qatıqdan  
Çalxanmamış yağ istər. 
 
 
 
Rəngli kəpənək gəlib,  
Bizim kəndi doldurub. 
Gözəl qızın xatirinə, 
Bizim ürəklər dolub.  
(S: 19; Tr: 15) 
 
Bənövşə qızılgüldən aralı, 
Mən laləni seçmişəm. 
Əliabadlı qızlardan, 
Mən səni seçmişəm. 
 
 
Layla  (S: 19;  Ttr: 16) 
 
Lay-lay, kene lay-lay
Dayzin şilo dayzin. 
Lay-lay kene bala,  
Lay-lay kene lay-lay.  
 
Lay-lay, kene lay-lay. 
Dayzin kalo dayzin. 
Lay-lay kene bala,  
Lay-lay kene lay-lay. 
 
Lay-lay, yat, lay-lay,  
Yuxula, oğlum yuxula, 
Lay-lay, yat, bala, 
Lay-lay, yat, lay-lay. 
 
Lay-lay, yat, lay-lay. 
Yuxula qızım, yuxula. 
Lay-lay, yat, bala, 
Lay-lay, yat, lay-lay. 
 
Tapmaca (Ə: 2; Əlavələr: s: IV ) 
 
Davambav midis qovsov dqеba  
 (kalmani
 
Bağlayıram, gеdir, açıram, durur 
     (çarıq


 
 
185 
Azərbaycan dilində 
 
Mahnı-bayatılar (S: 18) 
 
Pəncərənin qabağı, 
Asılıb limon yaprağı. 
Xəstələrin dərmanı 
Əliabadın bulağı.  
 
Birdi bizim sinimiz, 
Birdi bizim dinimiz. 
Ölməyib ayrı düşdük, 
Nədir bizim günümüz. 
 
Əliabadın yolları, 
Burma-burma yolları. 
Bilsəydim, sən gəlirsən 
Süpürərdim yolları. 
 
Mahnı mahnının başı, 
Mahnıdı yol yoldaşı. 
Ağ kəlağay alınca, 
Gülün rəngi solunca. 
Qəbrim üsdə ot bitər 
Sən mənə yar olunca. 
 
Mahnının ustasıyam, 
Bir gülün dəstəsiyəm. 
Bir gün səni görməyəndə 
İllərin xəstəsiyəm. 
 
Qızıl üzük məndədi, 
Axtarma cibimdədi. 
Dünya malı versələr 
Mənim gözüm səndədi. 
 
Mahnımız elə şeydi 
Qəribliyin yoldaşı. 
 
 
Şəxsiyyətlər haqqında rəvayətlər 
 
Qaçaq Şuay (S: 21) 
 
30-cu  illərdə  qaçaqlar  var  imiş.  Bu  qaçaqlar  xalq  qaçağı 
deyilmiş, quldur qaçağı imiş. Kəndi çapıb talayırmışlar.  
Günlərin  bir  günü  Qaçaq  Şuay  beşatılanı  qoyar  çiyninə, 
Əskibazar  tərəfdən  gələr  Əliabada.  Orada  Sarı  körpü  deyilən  yer 
var,  ora  çatanda  bir  nəfər  deyər,  əllər  yuxarı.  Qaçaq  Şuay 
çevriləndə bu beşatılanı çəkər yuxarı. Deyər, düş qabağıma. Düşər. 
Bir  xeyli  gələrlər  onlar.  Deyər,  hara  gedirsən.  Deyər,  vallah, 
Əliabadda  Balabəygilə  gedirəm.  Deyər,  baho,  nə  pis  oldu.  Deyər, 
niyə. Deyər, Balabəyə görə sənə toxunmayacağam. Bir də bu kəndə 


 
 
186 
girsən, təpəni dağıdacağam. Deyər, kimsən. Bu adam deyər, Qaçaq 
Şuay.  Daha  bu  heç  nə  soruşmaz.  Gələr  Balabəygilə.  Balabəygildə 
bunun  qabağına  yemək-zad  gətirərlər.  Nə  qədər  eləyərlər,  Qaçaq 
Şuay  çörək  yeməz.  Deyirlər,  niyə  yemirsən.  Deyər,  başıma  bu  iş 
gəlib.  Deyirlər,  ə,  çörəyini  ye,  bu  bizim  Pərizad  olacaq.  Pərizad 
deyən qadın var, o olacaq.  
Onun  qabağını  elə  kəsib  nə  təhər  təpinmişdisə,  Qaçaq  Şuay 
Əliabada bir də gələ bilmədi. 
 
 
Haşan Sultanın kəraməti
 
(S: 17) 
 
Bizdə  Alazan  vadisində  Haşan  Sultan  ziyarətgahı  vardır.  O 
vaxt  Qızıl  Ordu  gələndə  dindarları  çox  incidirdilər.  Eşidirlər  ki, 
Haşan  Sultan  gizlənib,  əsgərlərə  əmr  eləyirlər  ki,  onu  tapıb 
gətirsinlər.  Əsgərlər  onu  tutmaq  istəyirlər.  O,  qaçır.  Bu  Alazanı, 
suyun üstündən onların gözünün qabağında elə keçir ki, elə bil ki, 
toprağın  üstündə  gedir.  Heç  ayaqqabıları  da  islanmır.  Əsgərlər 
bunu  görüb,  yerlərində  quruyublar.  Gəlib  başçılarına  deyirlər  ki, 
belə iş olub. Biz çayı keçə bilmədik. Biz onu atmadıq.  
Allah-taala  onu  batırmayıb.  Onun  belə  kəraməti  olub.  Onun 
basdırıldığı  yer  Gürcüstan  ərazisindədi.  Biz  də  Alazanın  sahilinə 
qəbri  ilə  üzbəüz  bir  yerə  gedirik,  niyyət  eləyirik,  nəzir  qoyuruq, 
qurban kəsirik. Buraya  uşağı olmaq üçün və başqa  niyyətlər üçün 
gəlirlər. 
 
Rza Əfəndi
 
(S:17) 
 
Mənim babam danışardı. Babam sufi idi. Onlar orada oturub 
zikr edirdilər. Namaz qılana qədər. O vaxt işıq yox idi. Lampa var 
idi. Bu Rza Əfəndi o qədər halal adam idi ki, bir cibinə qoz tökərdi, 
o  biri  cibinə  fındıq,  qoz-fındıq  bağlarından  keçib  qəbristanlığa 
gedərdi.  Heç  kimin  qoz-fındığına  toxunmazdı.  Getdiyi  yola 
fındıqdan,  qozdan  tökərdi  ki,  sabah  onun  ayaq  izini  görən  adam 
deməsin ki, kimsə bu bağdan keçib, kiminsə bir fındığını, qozunu ya 
əzib, ya sındırıb. 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə