Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
17 
(doqqaz)-küçə  -  həyət  qapısı;  arxaç-arxac  –sürü  və  naxırların 
yatağı; açıq havada istirahət etdiyi yer və s. qədim türk sözləridir və 
günü bu gün nitqdə işlənməkdədir. 
Bölgədə  yaşayan insanlar günü bu gün də adət-ənənələrimizi 
böyük sevgi ilə həyata keçirməkdədirlər: 7 arxa dönənə, kirvəyə qız 
verməmək ənənəsi; dizdayağı, digər gözəl məqamlar...  
Toy  və  digər  mərasimlərdə  su,  alma,  yağ,  un,  çörək,  Şəki 
halvası  və  s.  nəsnələrin  iştirakı  –  bütün  bunlar  ortaq  adət- 
ənənələrimizdir. 
 Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ortaq bir dilin 
–Azərbaycan  dilinin  olmasına  baxmayaraq,  azsaylı  xalqların  dilini 
öyrənmək çox vacibdir.  
Dil  xalqın  malıdır.  Hər  bir  xalqın  dilində  onun  tarixi,  adət-
ənənələri bu və ya digər şəkildə öz əksini tapır. Ona görə də “... Bir 
nəsil  dünyadan  köçüb  gedəndə  gələcək  nəsillərə  ana  dilini  miras 
qoyub gedir.” (Ə:10; s:157) Çox qiymətli sözdür. 
Dünyada  saysız-hesabsız  millət,  etnik  qrup  vardır  ki,  bu  da 
onların sayı qədər psixologiyanın, etnik şüurun olması deməkdir.  
Hər  bir  xalqın  özünüdərk  prosesində  milli  adət-ənənələr 
əvəzolunmaz  vasitədir.  Azsaylı  xalqların  folkloru  onların  mənəvi-
mədəni dünyasını əks etdirir.  
Azərbaycanda  milli-mədəni  irsin  yüksəldiyi  bir  dövrdə 
fоlklоrun  təbliği  geniş  vüsət  tapır.  Hazırda  hər  bir  xalqın  öz  tarixi 
kökünə marağı artmışdır. Azərbaycanda da bununla bağlı xeyli işlər 
görülmüşdür.  
Azsaylı  xalqların  öyrənilməsi,  tədqiq  edilməsi  mühüm 
məsələlərdən  biridir.  16  sentyabr  1992-ci  ildə  “Azərbaycan 
respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların 
hüquq  və  azadlıqlarının  qorunması,  dil  və  mədəniyyətinin  inkişafı 
üçün  dövlət  yardımı  haqqında”  adlı  fərman  təsdiq  olunmuşdur. 
Fərmanda  azsaylı  xalqların  milli  özəlliyinin  qorunub  saxlanması, 
inkişaf etdirilməsi, tarixi və mədəniyyət abidələrinin qorunması bir 
vəzifə  kimi  qarşıya  qoyulmuşdur.  1999-cu  il  noyabrın  24-25-də 
Azərbaycanda  Milli  Azlıqlar  üzrə  Dövlət  Siyasətinə  həsr  edilmiş 
ikigünlük konfrans keçirilmişdir. 


 
 
18 
2012-ci  ildə  Zaqatala,  20l4-cü  ildə  isə  Balakən  folklor 
mərkəzi elan olunmuşdur. 
Hər  il  milli  azlıqların  mədəni  irsinin  qorunub  saxlanması  və 
inkişaf  etdirilməsi  məqsədilə  Heydər  Əliyev  Fondunun  dəstəyi, 
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan – 
doğma  diyar”  devizi  altında  Azsaylı  Xalqların  İncəsənəti  festivalı 
keçirilir. Müxtəlif bölgələrdə, o cümlədən Şəki-Zaqatala bölgəsində 
fəaliyyət  göstərən  mədəniyyət  mərkəzlərinin  təşəbbüsü  və  dəstəyi 
ilə  bölgənin  folklor  kollektivləri  bu  festivala  hər  il  böyük  həvəslə 
qatılırlar.  
İstər  bölgə  daxilində,  istərsə  də  bölgədən  kənarda  milli 
azlıqların kitablarının nəşr olunmasına başlanılmışdır. 
Şəki-Zaqatala  bölgəsində  yaşayan  azsaylı  xalqların  fоlklоr 
nümunələri  hələ  XIX  əsrin  sonlarından  başlayaraq  toplanılmış, 
QƏXTM  (CMOMПК)  məcmuələrində  nəşr  olunmuşdur.  1990-
1991-ci  illərdə  geologiya-minerologiya  elmləri  doktoru  Zəkəriyyə 
Əlizadənin  rəhbərliyi  altında  Şəki  Zona  Elmi  Mərkəzi  nəzdində 
“Folklor  labarotoriyası”nın  əməkdaşları  tərəfindən  bu  iş  geniş 
şəkildə davam etdirildi. Bu zəhmətin nəticəsidir ki, laboratoriyanın 
baş elmi işçisi fəlsəfə doktoru Əli Süleymanov tərəfindən iki kitab – 
Babaların  hikmət  xəzinəsi:  Milli  azlıqların  folkloru  (Şəki-Balakən 
bölgəsi  üzrə),  Bakı-“Apostroff”  MMC-2011;  Zaqatala  çələngi. 
Bakı-“Elm  və  təhsil”-2014  ortaya  qoyuldu.  Bölgənin  tarixi-
etnoqrafik baxımdan öyrənilməsi tarix elmləri doktorları Qəmərşah 
Cavadov  və  Rauf  Hüseynova  aiddir.  (Qəmərşah  Cavadov,  Rauf 
Hüsеynov.  «Udilər»  (tarixi  –  еtnoqrafik  tədqiqat).  Bakı-“Elm”-
1999);  Qəmərşah  Cavadov.  Azərbaycanın  azsaylı  xalqları  və  milli 
azlıqları (tarix və müasirlik). Bakı- “Elm”- 2000; Akif Məmmədli. 
«Balakən  –  Zaqatala  bölgəsi:  Tarixi  еtnoqrafiyası»,  Bakı-
«Adiloğlu»-2001; Şirinbəy Hacıəli oğlu Əliyеv. «İngiloylar» (tarixi 
–  еtnoqrafik  tədqiqat),  Bakı-2001  namizədlik  dissеrtasiyası; 
«Şimal-Qərbi  Azərbaycan:  İngiloylar»  (I  kitab:  ən  qədim 
zamanlardan  XIII  əsrin  ortalarınadək),  Bakı-“Təhsil”-2007 
monoqrafiyası,  Еlxan  Nuriyеv,  «Azərbaycan  SSR  Şəki-Zaqatala 
zonasının  toponimiyası»,  Bakı  -«Еlm»-  1989,  Məhəmməd 
Şabanoğlu, «Talanın yastı yolu», (Birinci kitab), Bakı, Azərbaycan 


 
 
19 
Milli  Еnsiklopеdiyası  Nəşriyyatı,  2001;  «Talanın  yastı  yolu», 
(İkinci  kitab),  Bakı,  Azərbaycan  Milli  Еnsiklopеdiyası  Nəşriyyatı, 
2001  və  s.  nəşr  etdirilmişdir.  Yerlərdə  də  bölgənin  bu  və  ya  digər 
cəhətdən öyrənilməsinə yüksək dəyər vermək lazımdır.  
   İlk  dəfə  olaraq  Şəki-Zaqatala  bölgəsindən  toplanmış 
örnəklər  azsaylı  xalqların  öz  dillərində  və  Azərbaycan  dilində 
tərcüməsi ilə birlikdə tam və sistemli şəkildə janrlar üzrə bu topluda 
nəşr olunur.  
Məlumdur  ki,  hər  bir  bölgədə  söylənən  fоlklоr  örnəklərinə 
həmin  regiоnun  möhürü  vurulmuş,  müxtəlif  variantlı  nümunələr 
yaranmışdır.  Məhz  buna  görə  də  örnəklərin  regiоnal  baxımdan 
öyrənilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  bir  axtarış  və 
araşdırmalar  əsasında  vahid  fоlklоr  örnəklərinin  spesifik 
xüsusiyyətləri, mərhələ və təşəkkül prоsesləri barədə daha оbyektiv 
qənaət əldə etmək mümkündür. 
Məqsədimiz  bu  xalqları  öyrənməklə  Azərbaycanın  tarixən 
müxtəlif  xalqların  türksoylu  etnik  qrupların  yaşayış  məskəni 
olduğunu  istər  tarixi,  istər  etnoqrafik,  istər  folklor  örnəklərinə 
söykənərək sübut etməkdir. Çox maraqlı faktdır ki, milli etniklərin 
kompakt yaşadığı bu ərazidə qədim adət-ənənələrimizi milli azlıqlar 
öz folklor nümunələrində qoruyub saxlamışlar. 
Regiondan toplanmış örnəklərdə bu özünü göstərir. Məsələn: 
avarların,  saxurların,  ingiloyların  və  başqalarının  dilindən 
özünəməxsus çalarda söylənilən hər bir örnəyin, əslində qəliblənmiş 
ortaq türk variantı mövcuddur. Bir bayatıda: 
 
O qızın ağ şalı var, 
Ağ şala oxşarı var. 
Özü avar balası 
Muğala oxşarı var. 
 
 
Başında ağ şalı var, 
Ağ şala oxşarı var. 
Özü ləzgi balası 
Muğala oxşarı var. 


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə