Azsayli xalqlarin folkloru



Yüklə 365,57 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix11.03.2018
ölçüsü365,57 Kb.
#31153
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 
 
20 
 
Qəlib variant isə budur: 
Başında ağ şalı var, 
Yanağında xalı var. 
Özü ceyran balası 
Gör kimə oxşarı var?!  
         Belə nümunələr saysız-hesabsızdır. 
 
İstər avarların, istər ləzgilərin, istər saxurların, istərsə də başqa 
etnosların  istifadə  etdikləri  hər  bir  örnək  Şəki-Zaqatala  bölgəsində 
yaşayan bütün azərbaycanlıların - bütün etnosların xəzinəsidir
Bu  kitabın  ərsəyə  gəlməsində  bir  çox  insanların  xidməti 
danılmazdır.  Birinci  növbədə  bizimlə  birgə  bu  materialların 
toplanmasında  əvvəldən  axıradək  iştirak  edən  AMEA  Dilçilik 
İnstitutunun  “Sosial  linqvistika  və  dil  siyasəti”  şöbəsinin  müdiri 
filologiya elmləri doktoru Mayıl Əsgərova, Zaqatala rayon XTŞ-nin 
inspektoru  Qəhrəman  Əhmədova,  XTŞ-nin  metodisti  Nurəddin 
Dadaşova,  Zaqatala  rayonu  Suvagil  qəsəbəsi  2  saylı  tam  orta 
məktəbin  direktoru  Cərullah  Əhmədova,  Qəsəbə  1  saylı  tam  orta 
məktəbin direktoru Əbdürrəhman Soltanova, bu məktəbin müəllimi 
Nüsrət  İsmayılova,  Zaqatala  rayonu  Danaçı  kənd  2  saylı  tam  orta 
məktəbin  direktoru  Məryəm  Rzaqovaya,  Danaçı  qəsəbə  3  saylı 
ümumi  məktəbinin  direktoru  Məmmədəmin  Buqliyevə,  Zaqatala 
şəhər  sakini  mühəndis  xanım  Gülcahan  Əhmədovaya,  Şəki  Zona 
Elmi Mərkəzinin baş elmi  işçisi fəlsəfə doktoru Əli  Süleymanova, 
Zaqatala  rayonu  Mina  Nəzirova  adına  orta  məktəbin  baş  müəllimi 
Oktay  Camalova,  Zaqatala  rayonu  Əliabad  qəsəbəsinin  icra 
nümayəndəsi Ramiz Şabanova, Əliabad icra nümayəndəliyinin baş 
mühasibi  Əlican  Əlicanova,  Əliabad  kənd  kitabxanasının 
kollektivinə,  Qəbələ  rayonunun  Nic  kəndinin  bələdiyyə  sədri 
Vidadi Mahmudova, “Orayin” Udi Mədəniyyət Mərkəzinin rəhbəri 
Oleq  Danakariyə,  Nic  qəsəbə  bələdiyyəsinin  əməkdaşı  Sergey 
Antonova,  Nic  Mədəniyyət  evinin  direktoru  Vitali
 
Keçarxoy
a, 
Qəbələ  rayonunun  Nic  qəsəbəsi  3  saylı  orta  məktəbin  müəllimi 
Sevil  Atayevaya,  qəsəbə  4  saylı  orta  məktəbin  müəllimi  Venera 
Antonovaya,  Nic  qəsəbəsinin  Alban-Udi  dini  icmasının  sədri 
Robert  Mobiliyə,  Alban  məbədinin  işçi  kollektivinə,  Nic 


 
 
21 
qəsəbəsinin el şairləri Yaşa Drazariyə, Aşot Udioğluna, Zaqatala və 
Qəbələ  rayonlarının  yaradıcı  insanlarına,  Oğuz  Rayon  İcra 
Hakimiyyəti  Aparatının  İctimai-siyasi  və  humanitar  məsələlər 
şöbəsinin əməkdaşı Abdullayeva İlhamə xanıma, AMEA Coğrafiya 
İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Cuma 
Həzrət  oğlu  Məmmədova,  AMEA  Tarix  İnstitutunun  aparıcı  elmi 
işçisi  tarix  elmləri  üzrə  fəlsəfə  doktoru  Güntəkin  Nəcəfliyə, 
tədqiqatçı  Akif  Məmmədliyə,  AMEA  Folklor  İnstitutunun  aparıcı 
elmi  işçisi,  sənətşünaslıq  elmləri  üzrə  fəlsəfə  doktoru  Bəxtiyar 
Şahverdiyevə, filologiya elmləri üzrə fəlsəfə doktoru Asiyyat Kamil 
qızı  Tinayevaya,  AMEA  Dilçilik  İnstitutunun  elmi  əməkdaşı 
Keysərovskaya  Cəmilə  xanıma  bizə  hər  cür  dəstəklərinə  görə  öz 
təşəkkürlərimizi bildiririk.  
Kitabda  janrlar  üzrə  vеrilən  nümunələrin  mənbəyini 
göstərmək  məqsədilə  xüsusi  kodlaşdırma  sistеmindən  istifadə 
olunmuşdur. Hər bir nümunənin sonunda mötərizə içərisində  onun 
mənbəyini göstərən kod işarələri vеrilir. Mötərizə içərisində vеrilən 
kodda böyük “S” hərfi “söyləyici” sözünün ilk hərfi, ondan sonrakı 
rəqəm  həmin  söyləyicinin  ümumi  söyləyicilər  siyahısında  nеçənci 
olduğunu  göstərir,  “Tr  “tərcümə  edən”  sözünün  qısaldılmış  şəkli 
ondan  sonrakı  rəqəm  həmin  tərcüməçinin  tərcümə  edənlər 
siyahısında nеçənci olduğunu göstərir; böyük “Ə” hərfi “ədəbiyyat” 
sözünün  ilk  hərfidir,  ondan  sonrakı  rəqəm  həmin  ədəbiyyatın 
ümumi  ədəbiyyat  siyahısında  nеçənci  olduğunu  göstərir,  kiçik  “s” 
hərfi  “səhifə"  sözünün  ilk  hərfidir,  ondan  sonrakı  rəqəm  həmin 
ədəbiyyatın səhifəsini göstərir, məsələn: 
Folklor  nümunəsindən  sonra  vеrilən  (S.10,  Tr.5)  kodu 
aşağıdakı  mənanı  ifadə  еdir:  S.10  -  bu  nümunə  söyləyicilər 
siyahısındakı  10 nömrəli söyləyicinin,  yəni  Qəbələ rayonunun Nic 
qəsəbə sakini Yaşa David oğlu Drazarinin dilindən, Tr.5 - tərcümə 
edənlər siyahısındakı  5 nömrəli tərcüməçi,  yəni  Qəbələ rayonunun 
Nic  Qəsəbə  4  saylı  orta  məktəbinin  müəllimi  Sevil  Yusif  qızı 
Atayeva tərəfindən tərcümə edilmişdir. 
Folklor  nümunəsindən  sonra  vеrilən  (Ə.8,  s.134-147)  kodu 
aşağıdakı  mənanı  ifadə  еdir:  Ə.8  -  bu  nümunə  ədəbiyyat 
siyahısındakı  8  nömrəli  ədəbiyyatdan,  yəni  Qəmərşah  Cavadov. 


 
 
22 
Azərbaycanın azsaylı xalqları və milli azlıqları (tarix və müasirlik). 
Bakı- “Elm”- 2000, kitabından, s. –134-147-ci səhifədən alınmışdır. 
Topluda  azsaylı  xalqların  dilində  verilmiş  mətnlərin 
qarşısında  da  söyləyənlərin  və  tərcümə  edənlərin  adları 
göstərilmişdir.  
Rеgionu  əks  еtdirən  əlifba,  fotoşəkillər  və  xəritə  topluya 
xüsusi zənginlik vеrir.  
Bizcə,  bu  toplu  Şəki-Zaqatala  rеgionunda  yaşayan  azsaylı 
xalqların milli adət-ənənələri haqqında tam təsəvvür yaradacaqdır.  
 
Mətanət YAQUBQIZI 
Aparıcı elmi işçi, fəlsəfə doktoru 
 


 
 
23 
UDİYOXE 
UDİLƏR 
 
 
 
 
Nij  Qəbəlin  ən  kala  yəşəinş  kanxoxun  sağol  Nije,  İz  kalalığ 
100  km
2
 –te.  İz  amdarxo  6500  tantun  motaxun  4500  yo  udiyoğe. 
Udeğo  əyitqala  muz  udin  muze.  Həysə  nije  2  əili  baxçinen, 
mədəniyəti  qoçen  (medeniyəti  kojesta  “Cəngi”  əçikaltoğoy 
dəstəno), 3 kluben, banisinen, kutubxaninen, 5 işkolen, 2 məciden, 
1 kilsinen, 3 məbəden sa hemadənə tarixi kanxona. Qəsəbin ərazine 
Udi  dini  icminen  əşensa.  Hamal  icmin  hoş  “ORAYİN”  udin 
mədəniyyət mərkəznal əşepsa. 
 
Qəbələdə ən böyük yaşayış  məntəqələrindən biri Nic qəsəbə-
sidir, ərazisi 100 kv.km-dir. Əhalisi 6500 nəfər, bunlardan 4500-nü 
Udilər  təşkil  edir.  Udilərin  danışıq  dili  Udi  dilidir.  Nicdə  hal-


Yüklə 365,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə