Azsayli xalqlarin folkloru



Yüklə 1,45 Mb.
səhifə11/13
tarix11.03.2018
ölçüsü1,45 Mb.
#31143
1   ...   5   6   7   8   9   10   11   12   13

Ğu doxxan he-e

Şehid dayi sa vaxt kolxoze yanğınsöndürənni vorna. İn­san­aşe kolxozni sadrıkle eyhen, ğu Şehid dayis havayi ciqe maaş he­le. Sadre Şehid dayi ceska kortul eyhen:



Şehid daye işbişka stolni oka huvobxur eyhen:

  • Sadrı ğu yera tayebı doxxan he-e, zı zara iş ha-as ka­les­da.


Sən yandır

Bir dəfə Şəhid dayını kolxozda yanğınsöndürən kimi işə gö­türürlər. Adamlar kolxoz sədrinə deyirlər ki, sən Şəhid dayıya ha­vayı maaş verirsən. Kolxoz sədri onu yanına çağırıb deyir:

  • Ay kişi, Şəhid, sən heç bir iş görmürsən, amma maaş alır­san.

Şəhid dayı cibindən kibrit çıxarıb stolun üstünə ataraq de­yir: - Sən get kolxozun ot tayalarını yandır, mən də gəlib sön­dü­rə­rəm.
Hizda əməle Mışleşeli

Sa yiğıl Asvar əməleşika suvake alla Mışleşni xiveka əni vor. Sayıd Mışleşka hixarme cihil qadebışe ulozar hı-ı eyhen:



  • Qare hayınbı neni cıqayn əməleri?

Asvare əməle haqu eyhen:

Zı Qalalençe vor, hina əməle Mişleşeli vob.


Eşşəyim Mışleşdəndi

Bir dəfə Asvar dağ yolu ilə Mışleş kəndinə gedirmiş. Mış­le­şə çatanda bir dəstə cavan oğlan onun qabağını kəsib sataşır:

  • Ay kişi, bunlar haranın eşşəkləridir?

Asvar eşşəyi göstərib deyir:

- Mən Qalaldanam, eşşəyim Mışleşdəndi.
Şa pılsızda vod

Koyre maktabna direktor şahare Asvarıka rastlaşmışexe. Uv­hin hinna sikırra Asvar incıka-as:

-Asvar qare həşde şi iclasence kığebçı, mıssençıka ha­ba­tan­bı, kollan sikinın pıl abed ha-as.

Asvare narazıda eyhen:

- Qare şu beynavabıne, insane otxunis pıl hele ye. Hudura ha­şa Qaqarine yas vobna, qırqın pılsızda, hımeni ıkkan oxne.
Orda pulsuzdur

İki nəfər məktəb direktoru şəhərdə Asvarla qarşılaşır. As­va­ra sataşmaq məqsədilə deyirlər:


  • Asvar, iclasdan çıxmışıq, acından ölürük, bir az pul ver­sə­nə, nahar edək.

Asvar narazı halda deyir:

A kişi, siz dəlisiz, nəsiz, gedin orda Qaqarində yas var, ye­mək də, içmək də pulsuzdur. Nə qədər istəyirsiniz, yeyin.
Filankase eyhe

Şahare insan kikin ciqa vodxe Asvarıkle qırqınqule za­ra­ba­nı xabar vexe. Qırquna məhəttalxa axa. Sa adame eyhen:



  • Asvar çoci, qare manşaallah, vas hime zarabana xabar hi­vi­xar.

Asvare eyhen:

  • Ay çoc, mançe dağamivala zı miçed xançe kiğəmə molla Kə­həvni xaka haykan, manbışed zakle eyhen filan ciqe yas vob­na.


Bilməyə nə var ki?!

Şəhərdə yas varsa, hamıdan tez Asvar xəbər tutardı. Hamı məəttəl qalırdı ki, bu necə olur. Bir nəfər soruşur:

  • Asvar, qardaş, sən nə tez xəbər tutursan, maşallah.

Asvar deyir:

-Ay qardaş, bunu bilməyə nə var, səhər evdən çıxanda mol­­­la Kəhovun evinə dəyirəm, onlar da deyirlər ki, filankəsin ya­sına gedib.
Ne baruqus, neyid qareşis

Sa çayxane adameşe qafi ha-a. Manbişdi sanqve eyhen:



  • Qare ay insanar, hizdime qed maraxlıda vod. Na-as şi haynimeqa işlemişebaxhe hexaxhen sa karıd exhe deş.

Lap matna vorna na-as şi mebinbı xhine yaşamışebxhes də­xə.

Asvare eyhen:



  • Ay beynavabı hişın pılpı. Ne qareşis, neyid baruqbuşus ay­kan.


Nə barıya, nə qarıya

Bir çayxanada kişilər oturub söhbət edirdilər. Onlardan bi­ri deyir:

  • A kişilər, mənim üçün çox maraqlıdır. Biz səhərdən ax­şa­ma qədər işləyirik, amma heç nədə artan bir şey olmur. Baş­qa­­ları kimi də yaşaya bilmirik, lap məəttələm.

Asvar onlara xeyli qulaq asandan sonra deyir:

  • Ay ağılsız adamlar, biz müsəlmanların pulu ya qapıya, ya da barıya gedir, ona görə başqaları kimi yaşaya bilmirik.


Xaybı badal he-e

Sa yığıl koyre Suvaqıli raykomeka şikayatıs habkın. Du-ur ray­kom qozet ha-ani are sayır Asvar karı manbışıkle eyhen:



  • Qare Ömər dayi xoş geldi, hucon xabar?

Ömər daye eyhen:

  • Qare Asvar hasrenla sa damce şinena deşda, məhəllə yı­var kekku, diriqbı deş.

Asvare mani sanqukle eyhe:

  • Qare Nuray çoci ğu nişısna arı?

Nuray daye eyhen:

  • Hizdab derd xəppa vobna. Asvar məhəllençe şan əlkə na­kan­me ha-as axu.

Asvare zarada eyhen:

-Ay beynavabı mançınime na-as raykomuska abı, xaybı ba­dal he-e horacın.


Evləri dəyişin

Bir gün iki Suvagilli raykom katibinin yanına şikayətə ge­dir­lər. Onlar oturub gözləyən vaxt Asvar bunlara rast gəlir. Xoş əh­valdan sonra Asvar soruşur:



  • A kişi, Ömər dayı, xoş gördük, nə xəbərdi, niyə gəl­mi­sən?

Ömər dayı deyir:

  • Asvar, bilirsən, dərdim çoxdur, həyətimdə bir damcı su yox, dirrik, ağaclar quruyub gedir.

Asvar sonra o birisindən soruşur:

  • Ə Nuray qardaş, sən xeyir ola, niyə gəlmisən?

-Mənim də dərdim çoxdur. Asvar, mənim həyətimdən su çı­xır, neyləyim, bilmirəm?!

Asvar tez bunlara baxıb deyir:




Haynaxüdne eyxe xinkalbı?

(Ə: 11, s: 22-23; Tərcuma hı-na:13)

Suvagıli Nezire eyhen. Sa yiğıl zəifaykle xinkalbı he-eva uv­vu. Mani yiğıl cuna qohar Umar mihmanni ayres. Xinkalbı man­qus utumda kadı. Mançıka qora xinkalbı med tezedanda kox­reva uvvu. Umərikle uvhin: Ehe şosne nə xüdnahinbı ha-a. Sa havule zəife xinkalbı heki ixa kadı. Mançika qora Nezire med Umərıkle eyhen:



  • Qare şosneyid həyinxude exe hayinbı. Ehes qırqınqusse hin xoraq ha-as əxə deş. Xoraq hinəxüd alınmışxava Nezire xin­kal­bışıs şe-er uvhu:

Kubute urva alişu, hııda, (Ə: 11, s: 22-23)

Gapal sayxı, kumkumeyqa kiıda.

Mırt üvxümey tesseyqa alqıda,

İxhada çike kut xink albı.

Ay can mama-oğliy, Umar, vuşinbıd,

Ehe, haynaxüdne eyxe xinkalbı?

Med tezal dan kumkumeyqa kiıda,

Avqa zı lap xhadda tsayid qııda.

Kabute dyubaraada alqııda.

İxhada hekuy-halakuy xinkalbı.

Ay can mama-ogliy, Umar, vuşinbıd,

Ehe, haynaxüdne eyxe xinkalbı?


Beləmi olur xəngəl? (Ə: 11, s: 22-23)

Suvagilli Nəzir86 söyləyirdi ki, günlərin bir günü ar­va­dın­dan xəngəl bişirməsini xahiş etmişdi. O gün onun qohumu Ömər on­lara qonaq gəlməli idi. Bişirilmiş xəngəllər ona sərt və bərk gəl­di. Odur ki, arvadından onları yaxşıca bişirməsini xahiş etdi. Uma­ra dedi: Danış, sizdə bu yeməyi necə bişirirlər. Bir müddət son­ra arvadı xəngəl gətirəndə gördülər ki, xəngəl artıq xəşil olub. Arvadının bişirdiyi xəngəlin yaxşı alınmadığını görən Nə­zir Umardan təkrar soruşdu: Sizdə də belə bişirirlər? Burdan gö­rünür ki, bu yeməyi hər kəs bişirə bilmir.

Yeməyin belə alındığını görən Nəzir xəngələ şeir qoş­muş­du:

Kubut un aldı, bişirdi,

Əli ilə yastılayıb qazana tökdü.

Bir burum qaynadıb siniyə çıxardı,

Oldu küt xəngəl.

Ay mamoğlu, Umar, sizinki də,

De görüm, beləmi olur xəngəl?

Təzədən yenə qazana tökdü,

Mən altını lap güclü yandırdım.

Kubut yenə xəngəlləri çıxardı,

İndi oldu tamam xəşil xəngəl.

Ay mamaoğlu, Umar, sizinki də,

De görüm, beləmi olur xəngəl?

Yikbışın kuxna (Ə: 11, s: 23; Tərcuma hı-ına: 13)

Saxurların mətbəxi (Ə: 11; s: 23; Tr: 13)
Hinkıli - beş sm-lik xamirın tikabı. Har tika xədni tubuka bır­mış ha-a. Man yarpaxık akaran xamır koyxaran. Hisseyni çu­ru­nuka ca ciqe alikkı oyxan.

Sürhüllü - beş sm-lik kiçik xəmir tikələridir. Hər xəmir ti­kə­­si şəhadət barmağı ilə eşilir, burulmuş bir yarpaq və ya qayıq şək­lini alır. Ondan sonra bu yarpaqları qaynar bulyonda bi­şi­rir­lər və suda bişmiş qaxacla birlikdə verirlər.
Tsınt – hinkılile sikılda xuruda exe. Çurunukayi lubyeyka oyxan.

Tsınt - sürhüllüdən xırda olan borucuqlar. Ət və lobya ilə verilir.
Qırts – çurunuka, nissenıka ha-an, alabışka ha-an xamren xoraq.

Qırts - ətli və ya kəsmikli düşbərə. Həmçinin qurudulmuş ot­la: gicitkan, dəvədabanı, turşəng, bağayarpağı və s. ilə də bi­şi­rilir.
Maxxara – Sacıl o-ad ha-an fatirık akaran xoraq. Urva, nak, xınal, kuk alivkav-u ha-an məhlul.

Maxara - qabarıq sferik, isti sacda bişirilir. Undan dü­zəl­miş həlim isti sacın üstünə tökülür və saçaqlı forma alır.
Bircəh – Nikne ha-an xamren xoraq

Bırcax - südlü əriştə
Telebı – kvadrat formayl datxin xamren xoraq

Telebı - müxtəlif formada olan nazik xəngəllər, içi cür­bə­cür olur.
Qutsyar – qabax, çuru, nissenike ha-an qutab formaylin xo­raq

Qutsyar - boranı, ət və ya kəsmikdən bişirilən kökə
İNGİLOYLAR
Əlifbası yoxdur
Qafqaz Albaniyası etnoslarından birinin nəsilləri olan in­gi­loylar hazırda Azərbaycanın şimal-qərb zonasında - Qax, Za­qa­tala, Balakən rayonları ərazisində yaşayırlar. İngiloyların cü­zi bir hissəsi Türkiyə və Gürcüstanda məskunlaşmışdır.” (Ə: 12; s: 18)

İngiloyların dili çox qədimdir.

İngiloylar əsasən Balakən rayonunun İtitala kəndində, Za­qatala rayonunun Əliabad qəsəbəsindəMosul kəndində, Qax rayonunun Qaxingiloy, Əlibəyli, İngiloy Kötüklü, Böyük Ala­tə­mir, Kiçik Alatəmir, Meşəbaş, QaxbaşQarameşə kəndlərində yaşayırlar.

Hazırda respublikamızın 1205 şagird əhatə olunmaqla, 6 mək­təbində təlim yalnız gürcü dlində aparılır. Təlim Azər­bay­can-gürcü dillərində aparılan 5 məktəbdə 1101 nəfər gürcü böl­mə­sində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 mək­təbdə 146 şagird gürcü bölməsində, 90 şagird rus böl­mə­sin­də təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 12 mək­tə­bin­də 2452 şagird gürcü dilində təhsil alır. Balakən, Qax, Zaqatala böl­gəsində ingiloyların məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq təhsillərini Azərbaycan, gürcü və rus dillə­rində alırlar.

Mədəniyyət Nazirliyi milli azlıqların bədii kollektivlərinə xü­­­su­si diqqət və qayğı göstərir. Bir çox kollektivlər nazirlik tə­rə­fin­­­­dən geyim, müsiqi alətləri və texniki vasitələrlə təchiz olun­muş­­­lar.

Eyni zamanda milli azlıqların vokal instrumental ansamblı da onların istifadəsindədir. (Ə:17) Hazırda Əliabad kəndində bir neçə klub fəaliyyət göstərir. Bu klubda ingiloyların “İn­gi­loy” folklor ansamblı fəaliyyət göstərir.
Bayatı-mahnılar (S: 18; Tr: 15)


Tsxals ikiti kalma lamazma,

Çikila damikniva.

İs ikiti mokla tsxurvilma.

Meakati imisim dome.


Suyun o tayında gözəl qız,

(S: 18; Tr: 15)

Çikila87 yellədi (işarə etdi).

Onu o tayda sevgi öldürdü,

Məni burada istəyim.
Kalo kalo şençon zalo,

Deday kalo, mamay kalo.

Tsaxol moxol, moxol, tsaxol.

Mosulasukan veğar tsaxol.


Ay qız, ay qız, bizim gəlin,

Ananın qızı, atanın qızı.

Gedərsən, gələrsən,

gələrsən, gedərsən.

Gələndən sonra gedə

bilməzsən.
Traxkidbani zöljijimi,

Şentsiliya eyse zalo.

Ayğev moxol,

Hamişaluğa veğar tsaxol.


Boş sandıq, kohnə palaz,

Sənin payındı gəlin.

Götürərsən, gələrsən,

Həmişəlik bir daha

gedə bilməzsən.
Dedamtilo saxli tiro,

Mamam tilo saxli boy tiro.

Mulo, mulo lanqri qulo,

Mazlo, mazlo mindri qrilov.


Qaynanam evin dirəyi,

Qaynatam evin dam tiri.

Baldız, baldız dövrənin ürəyidir,

Qaynın, qaynın çölün kölgəsidi.
Mindorşi er kuva iko,

Keli davkare ukan qamamko.

Kaloşen sikvaruli

Sad sevele ik qamamko.


Çöldə bir daş var idi,

Əl vurdum, dalımca gəldi.

Qızın sevgisi

Hara getdim, dalımca gəldi.
Tet sindebi matsiya,

Nabadevi tviliya.

Kaluşən çem sikvaruli

Şakarivi tkbiliya.


Ağ corab geyinmişəm,

Yapıncı kimi istidi.

Sənin ilə məhəbbətim

Şəkər kimi şirindi.
Me es minda daqitero,

Rasas quli mebneba.

Şenqan çem damirskeba

Heç vaxt arikneba.


Mən yazmaq istəyirəm,

Nəinki ürəyim deyir.

Səndən məni unutmaq

Heç vaxt mümkün olmaz.
Tsetsxli, tsetsxli,

Ancaq tsetsxli.

Tsetsxli ari

Sindume.


Ocaq, ocaq,

Ancaq ocaq.

Ocaq sevgi

Deməkdir.
Tsetsxli kreba

Ancaq tskalit.

Mondomeba

Araprit.
Ocaq sönür



Ancaq su ilə.

Sevgi isə

Sönə bilməz.
Gеminatkivar quli,

Gеmidərdiyan quli.

Roqorgitxro roqor qayqo,

Çonindtkivar quli.



(Ə:2; Əlavələr: s: III )

Mənim ağrıyan ürəyim,

Mənim dərdli ürəyim.

Necə deyim, eşidəsən

Bizim ağrıyan qəlbimiz. (Tr:15)
Mеçavaqdе qətsavit,

Avavsi iеsavit.

Bico, mе ar qamtеxo

Şvid tsliyan şüşəsavit.


Mən saldım mеşə kimi,

Doldum bənövşə kimi.

Oğlan, məni sındırma,

Yеddiillik şüşə kimi.
Sindebi mamiksoniya,

Jurbajur sindebi.

Mamzonxar ancaq raqiko

Qulşi ver çeqesindebi.



(S: 18; Tr: 15)
Corabları toxumuşam,

(S: 18; Tr: 15)

Cürbəcür corabları.

Xoşum gəlir, ancaq, neyləyim,

Ürəyinə toxuna bilmirəm.
Moy kalo puri vçamot,

Şavatanot qöl tan.

Er maktubi damitser,

Şen lamaz kelitan.


Gəl, gözəl qız, çörək yeyək,

Pendirlə çörək yeyək.

Gəl bir məktub yaz mənə,

Sənin gözəl əllərinlə.

Papa çonqan mosaval maytxovs,

Qonş dahdevs brotsol maytxovs.

Uçov dedebel tselayti

Uşov dğobel kon itxovs.
Babam məndən bar istər,

Heyva qoyub nar istər.

Çalınmamış qatıqdan

Çalxanmamış yağ istər.
Çrel pepela mosula,

Çon sopeli avsila.

Lamas kali derdibey,

Çon quli avsila. (S: 19; Tr: 15)


Rəngli kəpənək gəlib,

(S: 19; Tr: 15)

Bizim kəndi doldurub.

Gözəl qızın xatirinə,

Bizim ürəklər dolub.
İya sada vardis şoris,

Me qaqaço mirçevniya.

Aliabadel qoqoyevşi,

Me şentavi mirçevniya.


Bənövşə qızılgüldən aralı,

Mən laləni seçmişəm.

Əliabadlı qızlardan,

Mən səni seçmişəm.


Layla (S: 19; Tr: 16)


Lay-lay, kene lay-lay,

Dayzin şilo dayzin.

Lay-lay kene bala,

Lay-lay kene lay-lay.


Lay-lay, kene lay-lay.

Dayzin kalo dayzin.

Lay-lay kene bala,

Lay-lay kene lay-lay.


Lay-lay, yat, lay-lay,
Yuxula, oğlum yuxula,

Lay-lay, yat, bala,

Lay-lay, yat, lay-lay.
Lay-lay, yat, lay-lay.

Yuxula qızım, yuxula.

Lay-lay, yat, bala,

Lay-lay, yat, lay-lay.


Tapmaca (Ə: 2; Əlavələr: s: IV )
Davambav midis

Qovsov dqеba. (kalmani)


Bağlayıram, gеdir,

Açıram, durur. (çarıq)

Azərbaycan dilində
Mahnı-bayatılar (S: 18)


Pəncərənin qabağı,

Asılıb limon yaprağı.

Xəstələrin dərmanı

Əliabadın bulağı.
Birdi bizim sinimiz,

Birdi bizim dinimiz.

Ölməyib ayrı düşdük,

Nədir bizim günümüz.
Əliabadın yolları,

Burma-burma yolları.

Bilsəydim, sən gəlirsən

Süpürərdim yolları.
Mahnı mahnının başı,

Mahnıdı yol yoldaşı.

Mahnımız elə şeydi

Qəribliyin yoldaşı.
Ağ kəlağay alınca,

Gülün rəngi solunca.

Qəbrim üsdə ot bitər

Sən mənə yar olunca.
Mahnının ustasıyam,

Bir gülün dəstəsiyəm.

Bir gün səni görməyəndə

İllərin xəstəsiyəm.
Qızıl üzük məndədi,

Axtarma cibimdədi.

Dünya malı versələr

Mənim gözüm səndədi.


Şəxsiyyətlər haqqında rəvayətlər
Qaçaq Şuay (S: 21)
30-cu illərdə qaçaqlar var imiş. Bu qaçaqlar xalq qaçağı de­yilmiş, quldur qaçağı imiş. Kəndi çapıb talayırmışlar.

Günlərin bir günü Qaçaq Şuay beşatılanı qoyar çiyninə, Əs­kibazar tərəfdən gələr Əliabada. Orada Sarı körpü deyilən yer var, ora çatanda bir nəfər deyər, əllər yuxarı. Qaçaq Şuay çev­­riləndə bu beşatılanı çəkər yuxarı. Deyər, düş qabağıma. Dü­şər. Bir xeyli gələrlər onlar. Deyər, hara gedirsən. Deyər, vallah, Əliabadda Balabəygilə gedirəm. Deyər, baho, nə pis ol­du. Deyər, niyə. Deyər, Balabəyə görə sənə toxunmayacağam. Bir də bu kəndə girsən, təpəni dağıdacağam. Deyər, kimsən. Bu adam deyər, Qaçaq Şuay. Daha bu heç nə soruşmaz. Gələr Ba­la­bəygilə. Balabəygildə bunun qabağına yemək-zad gətirərlər. Nə qədər eləyərlər, Qaçaq Şuay çörək yeməz. Deyirlər, niyə ye­mir­sən. Deyər, başıma bu iş gəlib. Deyirlər, ə, çörəyini ye, bu bizim Pərizad olacaq. Pərizad deyən qadın var, o olacaq.

Onun qabağını elə kəsib nə təhər təpinmişdisə, Qaçaq Şu­ay Əliabada bir də gələ bilmədi.
Haşan Sultanın kəraməti (S: 17)
Bizdə Alazan vadisində Haşan Sultan ziyarətgahı vardır. O vaxt Qızıl Ordu gələndə dindarları çox incidirdilər. Eşidirlər ki, Haşan Sultan gizlənib, əsgərlərə əmr eləyirlər ki, onu tapıb gə­tir­sinlər. Əsgərlər onu tutmaq istəyirlər. O qaçır. Bu Alazanı, su­yun üstündən onların gözünün qabağında elə keçir ki, elə bil ki, toprağın üstündə gedir. Heç ayaqqabıları da islanmır. Əs­gər­lər bunu görüb, yerlərində quruyublar. Gəlib başçılarına de­yir­lər ki, belə iş olub. Biz çayı keçə bilmədik. Biz onu atmadıq.

Allah-taala onu batırmayıb. Onun belə kəraməti olub. Onun basdırıldığı yer Gürcüstan ərazisindədi. Biz də Alazanın sa­­hilinə qəbri ilə üzbəüz bir yerə gedirik, niyyət eləyirik, nəzir qo­yuruq, qurban kəsirik. Buraya uşağı olmaq üçün və başqa niyyət­lər üçün gəlirlər.
Rza Əfəndi (S:17)
Mənim babam danışardı. Babam sufi idi. Onlar orada out­rub zikr edirdilər. Namaz qılana qədər. O vaxt işıq yox idi. Lam­pa var idi. Bu Rza Əfəndi o qədər halal adam idi ki, bir cibinə qoz tökərdi, o biri cibinə fındıq, qoz-fındıq bağlarından keçib qəbi­ris­tanlığa gedərdi. Heç kimin qoz-fındığına toxunmazdı. Get­diyi yola fındıqdan, qozdan tökərdi ki, sabah onun ayaq izini gö­rən adam deməsin ki, kimsə bu bağdan keçib, kiminsə bir fın­dı­ğını, qozunu ya əzib, ya sındırıb.

Günlərin bir günü bu adamı tuturlar. Qızıl Ordunun gəl­di­yi vaxtda. Orda bizim bir adamımız varıydı. Görür ki, bu kişini qo­ca vaxtında, 85 yaşında incidirlər, onu tutacaqlar, sürgün elə­yə­cəklər. Bu kişi orada icazə alıb dəstəmaz almağa çıxır. Dəs­ta­ma­zı­nı alıb gəlib əsgərə deyir ki, mən nə desəm, sən “amin” de. Bir dua var. Hamının bilmədiyi dua. Bu duanı da ancaq din alim­ləri bilir. Çətinlik zamanı oxunan dua. Ya səni dindən uzaq­laş­dırmaq istəyəcəklər, bu, Allah qarşısında böyük günahdı, ya da ruhunu təslim edirsən. O kişi də o duanı orda oxuyub, əsgər də amin deyib, kişi də orda rəhmətə gedib.
Əliabadlı Dovşan tabunundan olan Aşıq Salamdan (S:20)
Hara getdin, ay cavanlıq,

Nə təhər gəldin, sən qocalıq.

Cavanlıq heç kəsə qalmaz.

Yaman dərdsən, sən qocalıq.
Heç yeriməz, gözü görməz,

Arvad-uşaq cavab verməz.

Dost-aşna hesaba saymaz.

Yaman dərdsən, ay qocalıq.
Nəsil adları. Ləqəblər (S: 17)
Əliabadda təxminən 11 minə yaxın ingiloy yaşayır.

Əliabadda ingiloylar yaşayan ərazidə böyük nəsillər olub­lar. Bu nəsilləri tabun kimi (oba) adlandırıblar. Sonra kolxoz döv­ründə bunları ayırmaq üçün briqadalar üzrə ayırıb və nöm­rə­lər qoyublar. 12 briqada adlanan tabunumuz var.
Nəsil adları (S: 17)
Nəsil adları Tabun, həm də briqada adlanıb.

Dəyirman tabunu (ilk elektrik dəyirmanı orada tikilib) Bri­­qada1

Kürə tabunu (peç, orada yemək-içmək bişirilirmiş) Bri­­qada 2

Dovşan tabunu (çöllüyə yaxın olub. Ona görə də orada dov­şan çox olub) Briqada 3

Natsilan oba (Dəyişdirilən bir oba, yəni nəslini dəyişən oba) Briqada 4

Beşinci oba (əvvəldən beşinci oba deyiblər)Briqada 5

Koxa tabunu (Deyildiyinə görə bu tabun vaxtilə Əliabadın paytaxtı olub. Böyüyüb olub Əliabad. Məskunlaşma ilk olaraq həmin tabunda olubdu. Orada bir adam olubdu. Onu koxa adlandırıblar. Ona görə də bu tabun Koxa tabunu adlandırılıb) Briqada 6

İt tabunu Briqada 7

Sərçə tabunu Briqada 8

Asiştiyan tabunu Briqada 9

Muradtalyan tabunu (Murad adı ilə bağlı olub. Əlyan, yə­ni Muradlar deməkdir)Briqada10

Zemo tabunu (Yuxarı deməkdir. Yol qırağına yaxın olduğu üçün) Briqada11

Məmmədəlyan tabunu (Məmmədəlilər tabunu) Briqada12
Ləqəblər (S: 17)
Xruşşov Nizaməddin

Bank Nizaməddin

Keçi (tsiko) Nizaməddin

Para Əmrulla (o zamanlar saat yox idi. Bir dənə Əmrulla­nın saatı var idi. O da saatı köynəyin qolunun üstündən taxır­mış. Saatı soruşan olan kimi “para vremya” deyərmiş.)

Cəbi Əmrulla
Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə