Azsayli xalqlarin folkloru



Yüklə 1,45 Mb.
səhifə13/13
tarix11.03.2018
ölçüsü1,45 Mb.
#31143
1   ...   5   6   7   8   9   10   11   12   13

57 Qoca nənələr uşaqları bellərinə alıb yatızdırmaq üçün həmpəley oxu­yar­dı­lar

58 Qarğıdalı çörəyini pendir suyu ilə yeyirdilər bal – çörək yeyən kimi. Pendir suyunu bir az qaynadırdılar. O da çöküntü verirdi. Ona arxaney deyilir. Həmin pendir suyu ilə çörək yeyilərdi

59 luxun - damın üstünü torpaqla örtmək məqsədilə hamının köməkli şəkildə bayramsayağı gördüyü iş

60 orada işlənən ağac alətlərdir

61 səhəng

62 eti

63 Hər sürünü otarmağın öz səsi var. Sürü çobanın çağırışına öyrəşir. Çoban sürünü öz səsiylə necə çağırırsa, qoyunlar da o səsə o cür öyrəşir

64 Təmbur çalan cavanlar mahnı oxuyurlar, təmbur mahnılarına tulaylar de­yir­lər. Tulayların öz oxunuş tərzi var. Ola bilsin ki, laylalarda layla sözü vur­ğu­lanan kimi, tulaylarda da tulay sözü vurğulanır. “Ay tulay, ay tulay” sözü iş­lənir

65 Boşanmış qadın ikinci dəfə ərə gedəndə ona toy olmurdu. Onu qaranlıq qarışanda xəlvəti aparırdılar. Çünki xəbər tutsaydılar, təhqir edərdilər. Açıq-aşkar getsəydi, arxasınca kösöv atardılar, ibrət kimi

66 Burada qədim nağılların adı çəkilir. “Sazını ver mənə, quşcuğaz.” Bu nağıl məşhur nağıldır.

67 Ardavay nağıl qəhrəmanı Ərdoydur. Bizdə nağıllarda var ki, Ərdoyu ya­pış­dır­maq üçün onun gəzdiyi yerlərə su səpirlər. Bu, buzun üstündə oturur. Ya­pı­şır buza.

Belə nağıllar var. İnsan yatır. Narahat yatır. Durmaq istəyəndə dura bilmir. Yuxuda sayaqlayır. Ağlı üstündədir. Fiziki cəhətdən oyana bilmir. Onda deyirlər ki, Alex-lexa üstünə cumub, oyanmağa qoymur.



68 Alex-lexa fantastik heyvandır. Belə bir nağıl var: Alex-lexa. Deyirlər, bir qarı hey şikayət edirmiş ki, Alex-lexa məni incidir, gecələr yatmağa qoymur. Bo­ğur məni. Buna məsləhət görürlər ki, sən həmişə yatdığın yerdə yatma. Hə­mişə yatdığın yerə də bir dənə kötük qoy. Sən də qıraxda yat, görək nə olur. Alex-lexa gedir qarı yatan yerə, üstünə cumur.

69 Kığabay da fantastik nağıl qəhrəmanıdır. Kığabay əmr verəndir. Alex-lexa isə icraçıdır. Kığabay Alex-lexaya deyir ki, burda qarı var. Alex-lexa deyir ki, bu qarı deyil, kötükdü. Qarı yoxdu. Ona görə deyirlər ki, tək yatmasınlar. Tək olmasınlar.

70 Bığaleçak qadınların baş örtüyüdür. Cəngavər sayağı. Amazonkalılar sa­yağı. Gümüşdən hazırlanmış. Saç onun içində olurdu. Qabın içində. Mane olmasın deyə

71 Dəridən düzəldilən qab - pendir yığmaq üçün və s.

72 Cümə baba axşam qoyunun ağzını bağlamaq üçün dua oxuyur ki, sağ-sa­la­mat olsunlar. (Umlen canavar deməkdir) Cümə baba qurdun ağzını bağladı. Sə­hər bir də görürdün ki, qartallar uçur hardansa. Cümə babanın duası baş tut­­mayıbdı. Canavar qoyunu dağıdıb.

73 Gəlin gələndə iki gündən sonra onu bulaq başına aparırlar. Gəlin abır-həya et­diyi üçün üzündə duvax olurdu. Əlinə şirni, pay verirlər ki, orada olanlara pay­lasın. Gəlindən pay alanlar gəlinə dua oxuyurlar: Evində qarısın. Oğullu-uşaqlı olsun. Qollu-budaqlı olsun.

74 Tsaylax yer adıdır. Bəlkə də ildırım vuran yerdir. Orada qamış bitir. Baş ör­tüyü, şlyapa düzəltmək üçün oraya gedərdilər. Çaylaqda uşaqlar gildən müx­təlif heyvanlar, qoçlar düzəldirdilər. Qamışlardan da baş örtükləri dü­zəl­dir­dilər

75 dağ adıdır. Orada bir mərasim keçirilmişdi. Atna ğotxi qarın içindən birinci yol açana deyilir. Etna qotxi isə bağ, qırılmaq deməkdir. Bilinmirdi ki, bu yolun çəkilməsidir, yoxsa ipin, bağın qırılmasıdır

76 Arab ot çalımı mərasiminə deyilir. Ot çalan alətə də arab deyilir

Göydə bir bulud görünsəydi, hamının ovqatı təlx olurdu. Ot çalımı zamanı ota yağış dəyməməlidir. Yağış adı çəkiləndə insanlar təlaş keçirirdilər. Gü­nəş­li havada yağış görünəndə deyərdilər: “Ayı balalayıb.”



77 kiçik ot tayası və ya bağlaması

78 Hər hansı bir şəxsin adı. Başqa adam da ola bilər

79 yer adıdır

80 sıldırım qaya mənasındadır

81 Hin layla nümunəbı sikılda farklıda Əli Süleymanovni “Babaseşina hikmet xaz­na (xuruni miletbışın folklor)” kitabe vodun. Bakı-“Apostroff”-2011; səh:130 nəşr ıxaynı

Bu layla nümunəsi bir qədər fərqli şəkildə Əli Süleymanovun “Babaların hik­mət xəzinəsi (milli azlıqların folkloru)”, Bakı-“Apostroff”-2011;səh:130-da nəşr olunmuşdur

82 süd məhsuludur. Duz vurmursan. Şirin şor

83 milli ornamentdir. Bişirilmiş, isti suya verilmiş pendirdən müxtəlif heyvan fü­qurları – qoç, keçi füqurları düzəldirlər. Çobanlarda bu füqurları düzəltmək üçün taxtadan düzəldilmiş dopu olurdu. Dopunun alt tərəfində taxtadan üs­tün­də turukkay bıçaqla yonulmuş hazır şəkildə olur. Bunun içərisini müxtəlif ot­larla doldururlar. Rəngli mamırı döyüb çuxura tökürlər. Turukkay dü­zəl­di­lə­cək pendiri isti sudan çıxarıb bu mamırın üstünə yayırlar. Quruyandan son­ra götürürlər. Həm pendir quruyur, həm də rəng keçir buna.

84 Belke hin cuvab həyvanni mizeyleme eyhe

Bəlkə də bu söz heyvanın dilindən deyilir



85 Əzizləmə mənasında olan söz, yırğalana-yırğalana oxuyardılar

86 Suvagilli Aşıq Nəzir. Kor olub. Boyaqçılıqla məşğul olub

87 baş örtüyü. tənzifdən hazırlanırdı

45

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə