AzSığorta Açıq Səhmdar Cəmiyyəti 31 Dekabr 2010-cu IL tarixinə Mühasibat Uçotunun Əsas Prinsipləri və Hesabatların Tərtib Edilməsinə qeydlər



Yüklə 143,83 Kb.

tarix17.09.2017
ölçüsü143,83 Kb.


 

AzSığorta Açıq Səhmdar Cəmiyyəti 

 

31 Dekabr 2010-cu il tarixinə Mühasibat Uçotunun Əsas Prinsipləri və Hesabatların Tərtib Edilməsinə 

qeydlər  

 

 (Pul vahidi: Manat (AZN)) 



 

1. 

CƏMİYYƏT HAQQINDA MƏLUMAT 

 

“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Cəmiyyət”) 11 oktyabr 2006-cı il tarixdə “AzSığorta” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi 



Azərbaycan Respublikası qanunvericiliyi əsasında yaradılmışdır. 24 sentyabr 2007-ci il tarixdə Cəmiyyətin təşkilati hüquqi forması dəyişərək Açıq 

Səhmdar Cəmiyyətinə çevrilmişdir. 

 

“AzSığorta”  Açıq  Səhmdar  Cəmiyyətinə  sığorta  fəaliyyəti  göstərmək  üçün  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  tərəfindın  qeydiyyat 



nömrəsi 81 olmaqla 18 oktyabr 2007-c il tarixli 018924 nömrəli lisenziya verilmişdir. Lisenziyanın müddəti 22 noyabr 2011-ci il tarixinədəkdir. 

 

Şirkətin Nizamnamə kapitalı hər birinin dəyəri 46,636.83 manat olan 100 paydan ibarət olmaqla, 4,643,683 manat (dörd milyon altı yüz qırx üç 



min altı yüz səksən üç) manat təşkil edir. Nizamnamə kapitalında səhmdarların payı aşağıdakı kimidir: 

 

 



 

 

 



 

 

 



 

31.12.2010 

 

31.12.2009 



 

İsmayılov Hikmət Abuzər oğlu  

 

 

         100% 



 

         100% 

 

Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, M.Muxtarov küçəsi, 190. 



 

 

2. 

TƏQDİMATIN ƏSASLARI 

Şirkət  mühasibat  yazılışlarını  Azərbaycanın  sığorta  və  mühasibat  uçotu  qaydaları  əsasında  aparır.  Bu  maliyyə  hesabatları  Azərbaycan 

Respublikasının sığorta və mühasibat qaydaları əsasında hazırlanmış və zəruri düzəlişlər edilmişdir. 

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin 

qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur. 

 

Əməliyyat valyutası 

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan manatıdır (“AZN”). 



 

 

3. 



UÇOT SİYASƏTLƏRİ 

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq eidlmişdir. 

 

Uçot metodu 

Maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır. 



 

Əsas əməliyyat gəliri 

Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma sığortalı ilə müqavilənin bağlandığı andan başlanır. 

 

Digər gəlirlər 

Digər gəlirlər aidiyyatı əməliyyatlar başa çatdıqda gəlir hesabının kredit hissəsinə müvafiq yazılış edilir. Əməliyyat xərcləri və digər xərclər adətən 

mallar alındıqda və ya xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeyd olunur. 

 

Pul vəsaitləri və ekvivalentləri 

 

Pul vəsaitləri nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir. 



 

Pul  vəsaitlərinin ekvivalentləri ödəmə müddəti  üç ayadək olan pul  vəsaitlərinin əvvəlcədən məlum  olan məbləğinə asan  çevrilə  bilən və dəyərin 

dəyişməsi kimi cüzi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitlərinin ekvivalentlərinə  hesabat ilinin sonunda xalis pul vəsaitləri və 

onların ekvivalentlərinə əlavə edilən hər-hansı bank overdraftı da daxildir. 

 

Banklarda yerləşdirilmiş əmanətlər 

 

Banklarda yerləşdirilmiş əmanətlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklarda  yerləşdirilmiş əmanətlər pul vəsaitinin qarşı tərəfə 



ödəmə şəklində verildikdə qaytarılır. 

 

Ödəniş tarixinədək saxlanılan investisiyalar 

 

Ödəniş  tarixinədək  saxlanılan  investisiyalar  müəyyənləşdirilən  və  sabit  ödənişli  borc  qiymətli  kağızlarıdır.  Bu  cür  qiymətli  kağızlar  ilk  olaraq 



ədalətli dəyər üztəgəl birbaşa əməliyyat xərcləri məbləğində tanınır. 

 



 

Debitor borclar və qabaqcadan ödənişlər 

 

Debitor borclar sığortalanan şəxslərdən alınacaq birbaşa sığorta ödənişlərindən, təkrarsığorta və riski başqa tərəfə verən şirkətdən alınacaq sığorta 



mükafatlarından  və  iddialar  üzrə  riskin  digər  tərəfə  transferi  nəticəsində  debitor  borclarından  və  digər  vəsaitlərdən  ibarətdir.  Təkrarsığorta  üzrə 

debitor və kreditorlar bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Debitor borclar sığorta müqaviləsi bağlandığı tarixdə qeydə alınır və xidmətlər 

göstərildiyi zaman mənfəət və zərər hesabatına silinir. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə mənfəət 

və zərər hesabatına daxil edilir. 

 

Torpaq, tikili, avadanlıq və amortizasiya 

 

Aktiv  kimi  tanına bilən torpaq, tikinti  və avadanlıq obyekti əldə olunan  zaman ilkin  dəyəri əsasında tanınır.  Ilkin dəyər  ödənilmiş pul  və  ya pul 



ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyərinə bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər 

hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır. Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi “azalan qalıq metodu” əsasında 

aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır: 

 

Bina və tikililər 



 

 

 



 

 

  7% 



Maşın və avadanlıqlar 

 

 



 

 

25% 



Nəqliyyat vasitələri   

 

 



 

 

25% 



Digər aktivlər  

 

 



 

 

 



20% 

 

Hər bir maliyyə ilinin sonunda aktivlərin qitmətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən 



dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və 

zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərə qədər silinir. 

 

Qeyri-maddi aktivlər və amortizasiya 

 

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır: 

 



 



Bu aktiv fiziki formaya malik olmayan qeyri-monetar aktiv olmalıdır; 

 



Ayrıca tanına bilməlidir; 

 



Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır; 

 



Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır; 


 

 



Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı olmalıdır; 

 



Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir 

 

 



Bu meyarlardan hər hansı yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün xərcləri kimi tanınır. Qeyri-maddi 

aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Cəmiyyət ilkin tanınmadan sonra qeyri-maddi aktivi amortizasiya çıxılmaqla ilkin dəyər 

ilə  uçota  alır  (“ilkin  dəyər  modeli”).  Qeyd  etmək  lazımdır  ki,  faydalı  istifadə  müddətinə  malik  qeyri-maddi  aktivlər  amortizasiya  oluna  bilərlər, 

faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. Cəmiyyət faydalı istifadə müddətinə malik 

qeyri-maddi aktivlərə amortizasiyanı “düz xətt metodu” ilə hesablayır. Bundan əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərlə müqayisə edilməli 

və ədalətli dəyər balans dəyərindən əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən 

düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir. 

 

Ehtiyatlar 



 

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirilir. 

 

 

Vergilər 



 

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır. 

 

 

Mənfəət vergisi 



 

Mənfəət vergisi xərcləri cari vergilərdən və təxirə salınmış vergilər üzrə xərclərdən ibarətdir. 

 

Cari mənfəət vergisi – balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə dövr üzrə gözlənilən vergiyə cəlb olunan mənfəət 

əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə (müvəqqəti fərqlər) və bəzi maddələrin heç 

bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə (daimi fərqlər) vergi mənfəəti hesabatdakı mənfəətdən fərqlənir.  

 

 




 

Təxirə salınmış mənfəət vergisi – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi 

nəticələridir. Təxirə salınmış vergi elə mühasibat qeydidir ki, müvəqqəti fərqlər üzrə nəticələnə biləcək uçot mənfəəti və vergi mənfəəti arasında 

mövcud olan əlaqə ilə bağlı istənilən təhrifin aradan qaldırılmasını təsvir edir.  

 

Təxirə salınmış vergi öhdəlikləri  -  vergi tutulan  müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisinin məbləğidir. Vergi 

tutulan müvəqqəti fərqlərin mövcud olduğu  yerlərdə vergi xərci nəzərdə tutulan gələcək vergi xərci vasitəsilə artırılır və öhdəlik kimi mühasibat 

balansında tanınır.  

 

Təxirə  salınmış  vergi  aktivləri    -    çıxılan  müvəqqəti  fərqlərin  nəticəsi  kimi  yaranan  və  gələcək  dövrlərdə  əvəzi  alınmalı  olan  mənfəət  vergisi 

məbləğləridir. 

 

 

Təxirə salınmış vergi aktivləri  və öhdəliklərinin qiymətləndirilməsi – aktivin realizasiya olunacağı və ya öhdəliyin yerinə yetiriləcəyi dövrə tətbiq 



edilməsi  gözlənilən  balans  hesabatı  tarixinə  qüvvədə  olan  vergi  dərəcələri  əsasında  qiymətləndirilməlidir.  Lakin  balans  hesabatı  tarixinə 

hökumət gələcək illərdə vergi dərəcəsini dəyişəcək qanunvericilik aktlarını qəbul edərsə, bu zaman gələcəkdə qüvvədə olacaq dərəcə istifadə 

olunmalıdır. 

 

Birbaşa səhmdar kapitalına təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa mənfəət və ya zərər hesabında əks 



etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər səhmdar kapitalında öz əksini tapır. 

 

İnvestisiyalar 



 

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən 

daha az olan dəyərlə tanınır. 

 

Ödəniş tarixinədək saxlanılan investisiyalar 

 

Adətən aşağıdakı beş meyara uyğun olduğu zaman investisiyalar “ödəniş müddətinə qədər saxlanılan investisiyalar” kimi təsnifləşdirilir: 



 

qeyri-törəmə aktivlərdir; 



 

sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir; 



 

sabit ödəmə müddətinə malik olmalıdırlar; 



 

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır; 




 

 



müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malikdir. 

 

Qiymətləndirilmiş öhdəliklər  

 

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik qiymətləndirilmiş öhdəlik kimi tanınır. 



 

Sığorta əməliyyatları 

 

Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə 

tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 

 

Baza sığorta haqqı – sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqından həmin müqavilənin bağlanması üzrə göstərilən vasitəçilik xidməti üçün 

komisyon muzdu (hesablanmış sığorta haqqının 15%-dən çox olmamaqla) çıxıldıqdan sonra qalan məbləğdir. 

 

Qazanılmamış  sığorta  haqqı  –  sığorta  haqqının  sığorta  təminatının  qüvvədə  olma  müddətinin  hesablama  tarixindən  sonrakı  dövrünə  aid  olan 

hissəsidir. 

 

Qazanılmış  məcmu  sığorta  haqları  –  hesabat  dövrü  ərzində  bağlanmış  sığorta  (təkrarsığorta)  müqavilələri  üzrə  hesablanmış  məcmu  sığorta 

haqlarının və hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatını çıxdıqdan sonra qalan məbləğdir. 

 

Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə 

kompensasiyasıdır. 

 

 

Sığorta ehtiyatları 

 

Qazanılmamış sığorta haqları ehtiyatı – Sığorta mükafatının qazanılmayan hissəsi üçün ehtiyat balans hesabatı tarixinə qüvvədə olan və müddəti 

bitməyən qaydaların şərtləri ilə əlaqəli dövrdə qəbul olunmuş və vaxtaşırı hesablanan sığorta mükafatlarının bir hissəsini ifadə edir. 

 

Zərərlər ehtiyatı – yekun zərərlər üçün hesablamaları əks etdirir. Zərərlər ehtiyatına bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE) və 

baş  vermiş,  lakin  bildirilməmiş  zərərlər  ehtiyatı  (BVBZE)  daxildir.  İddialarla  bağlı  xərclərin  tənzimlənməsi  üzrə  hesablamalar  hər  iki  ehtiyata 

(BTZE) və (BVBZE) daxil edilir. BTZE sığortaçıya bildirilmiş, lakin hesabat tarixinə qədər tənzimlənməmiş hər bir tələb üzrə hesablalnır. BVBZE 



 

verilmiş sığorta ödənişlərinə əsasən hesabat  tarixinə üçbucaq metodu ilə hesablanmış BVBZE, hesabat  tarixinə hesablanmış BTZE-nin  50%-i  və 

hesabat  tarixindən  əvvəlki  4  rüb  ərzində  qazanılmış  məcmu  sığorta  haqlarının  10%-nin  böyük  olanı  əsasında  hesablanır.  Yekun  düzəlişlər 

yarandıqları dövr üzrə mənfəət və zərər haqqında hesabatda əks olunur. 



 

 

 

Təkrarsığorta 

Təkrarsığorta  sığortaçının  sığorta  müqaviləsi  üzrə  sığortaladığı  və  ya  təkrarsığortaladığı  risklərin  bütövlükdə,  yaxud  bir  hissəsinin  sığorta 

qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  təkrarsığortaçı  ilə  bölüşdürülməsi  və  ya  təkrarsığortaçıya  ötürülməsidir.  Cəmiyyət  biznesin  normal 

gedişində  təkrarsığorta  üzrə  riskləri  digər  şirkətə  verir.  Lakin,  risk  və  təkrarsığortanın  digər  tərəfə  verildiyi  təkrarsığorta  müqavilələri  Cəmiyyəti 

sığortalanan şəxslər qarşısındakı öhdəliklərindən azad etmir. Aktivlərin təkrarsığortasına ödənilmiş iddialar üçün təkrarsığorta şirkətlərindən debitor 

borcları,  o  cümlədən,  zərərləri  tənzimləyən  iddialar  və  Cəmiyyətə  verilən  sığorta  mükafatları  daxildir.  Təkrarsığorta  üzrə  kreditor  borclar 

təkrarsığortaçıya  təkrarsığorta  ödənişlərinin  köçürülməsi  üzrə  Cəmiyyətin  öhdəliyidir  və  Cəmiyyətin  təkrarsığorta  halları  ilə  bağlı  iddialarındakı 

payıdır. Təkrarsığortalar tərəfindən ödəniləcək vəsaitlər təkrarsığorta siyasəti ilə bağlı iddia öhdəliyinə münasib şəkildə hesablanır. Sığorta riskini 

digər tərəfə verməyən təkrarsığorta müqavilələri birbaşa balansda əks edilir və digər alınacaq vəsaitləri va ya ödəniləcək vəsaitləri maddəsinə daxil 

edilir. Depozit aktivlər və ya öhdəliklər ödənilmiş və ya alınmış məbləğdən dəqiq müəyyənləşdirilmiş sığorta haqları və ya təkrarsığortalanan şəxs 

tərəfindən tutulmalı haqlar çıxılmaqla tanınır.  

 

Xalis əldə etmə gəlirləri 

Cəmiyyət  qəbul  edilmiş  yeni  sığortalara  görə  komissiyalar  ödəyir  və  təkrarsığortaçıya  verilən  riski  köçürülmüş  sığorta  mükafatlarına  görə 

komissiyalar alır. Bu növ, komissiya mənfəət və zərər haqqında hesabatda sığorta fəaliyyəti bölməsində qeydə alınır.   



 

Sığorta fəaliyyəti ilə bağlı olmayan xidmətlər 

 

Sığorta  ilə  bağlı  olmayan  xidmətlər  birbaşa  balansda  hesabat  edilərək  riskin  köçürülmədiyi  əməliyyatları  əks  etdirir.  Aktiv  və  ya  öhdəlik  geri 

ödənilmiş məbləğlər və tutulmuş hər hansı komissiyalar çıxılmaqla alınmış məbləğlər ilə tanınır. 

 

Xarici valyuta əməliyyatı  

 

Cəmiyyətin  əməliyyat  valyutası  manatdır.  Xarici  valyutada  olan  monetar  maddələr  (kassa  qalığı,  hesab  qalığı,  debitor  borclar,  kreditor  borclar, 



öhdəliklər  və  s.)  Cəmiyyətin  balans  hesabatının  bağlandığı  tarixə  (31  dekabr)  olan  valyuta  məzənnəsindən  istifadə  etməklə  hesabat  verdiyi 

valyutaya  dəyişilir.  Xarici  valyutada  olan  maya  dəyəri  ilə  qiymətləndirilən  qeyri-monetar  maddələr  tanınmış  maya  dəyəri  nəticəsində  ilkin 

əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər ilə qiymətləndirilən (və 



 

ya yenidən qiymətləndirilmiş) qeyri-monetar maddələr ədalətli dəyər müəyyən edilən (və ya yenidən qiymətləndirilmə aparılan) günə olan valyuta 

məzənnəsi istifadə olunmaqla çevrilir. 

 

Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsilə mühasibat 



uçotuna daxil edilir. Qeyri-monetar maddələrlə  bağlı digər mənfəət  və  ya zərərin mənfəət  və zərər haqqında hesabat  vasitəsilə tanındığı  hallarda 

yaranan  məzənnə  fərqləri  də  həmçinin  bu  hesabatlara  daxil  edilir.  Mənfəət  və  ya  zərərlər  kapital  vasitəsilə  tanındığı  hallarda  müvafiq  olaraq, 

məzənnə fərqləri də həmçinin kapital vasitəsilə tanınır.  

 

Xarici valyuta balansında istifadə olunan əsas dərəcə Azərbaycan Respublikası Mərkəzi Bankının (“ARMB”) rəsmi məzənnələri əsasında aşağıda 



göstərilib: 

                                                                                                   31.12.2010                   31.12.2009       



 

AZN/ 1 ABŞ dolları                                                                    0.7979                             0.8031 

 

AZN/ 1 Avro                                                                               1.1056                            1.1499 



 

Əvəzləşdirmə  

 

Maliyyə aktivləri və öhdəlikləri yalnız o zaman əvəzləşdirilir ki, qarşılıqlı əvəzləşdirmənin həyata keçirilməsi üçün qanuni hüquq mövcud olmalı, 



iki alətin qarşılıqlı əvəzləşdirilməsi niyyəti və hər iki müqavilənin eyni zamanda reallaşdırılması  niyyəti olsun. 

 

İşçi heyəti ilə bağlı xərclər və aidiyyatı ayırmalar 

 

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Cəmiyyət işçilərin əmək haqlarından məcburi sosial sığorta haqları tutur və 



onları Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən 

faizi  kimi  Dövlət  Sosial  Müdafiə  Fonduna    məcburi  sosial  sığorta  haqları  ayırmalarını  nəzərdə  tutur.  Təqaüdə  çıxdıqda  təqaüdlə  bağlı  bütün 

ödənişlər Dövlət Sosial Müdafiə Fondu  tərəfindən yerinə yetirilir. Cəmiyyət Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə  ümumi  əmək  

haqqı  ödənişlərinin faizi  kimi  hesablanmış  işçilər tərəfindən  cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. 

Bundan başqa, Cəmiyyətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir. 

 

Səhmdar kapitalı 

 



 

Səhmdar kapitalı ilkin dəyər ilə tanınır. Səhmdarların pulu vəsait şəklində deyil, aktiv və ya başqa formada kapitala əlavələr etdikdə onların dəyəri 

əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır. 

 

Gəlirlər 

2010-cu il üzrə cəmiyyətin gəlirlərinin açıqlaması aşağıdakı kimi olmuşdur: 

 

 

2010 

2009 

birbaşa sığorta üzrə sığorta haqları üzrə 

15249849,72 

10359249,20 

təkrarsığorta üzrə təkrar sığorta haqları 

334570,16 

384883,21 

sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə 

27391,79 

69675,76 

təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə         11530,82 

267982,47 

investisiya gəlirləri üzrə 

877963,15 

516000,54 

Sair gəlirlər 

31777,16 

60111,68 

 

 

 



Xərclər 

2010-cu il üzrə cəmiyyətin xərclərinin açıqlaması aşağıdakı kimi olmuşdur: 



 

 

2010 

2009 

verilmiş sığorta ödənişləri və sığorta məbləğləri üzrə 

-1375993,78 

-3479776,84 

qaytarılan sığorta haqları üzrə 

-41111,43 

-99194,07 

təkrarsığortaya verilmiş sığorta haqları 

-962783,79 

-2099046,83 



Xalis sığorta ehtiyyatlarının dəyişməsi (müsbət və ya 

mənfi) 

-2886928,82 

-581271,88 

qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə 

-230213,12 

-102756,73 

sığorta fəaliyyəti üzrə sair xərclər 

-58341,06 

-24873,25 

İşlərin aparılması xərcləri 

-4244602,49 

-2983601,21 

Sair xərclər 

-91570,78 

-148597,96 

Mənfəət vergisi hesablanan zamanı nəzərə alınmayan 

xərclər 

-832507,10 

-80474,29 

 



 

 

4. 

İŞLƏRİN APARILMASI XƏRCLƏRİ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



2010 

 

2009 

Əmək haqqı və onunla əlaqəli xərclər 

1,686,333 

 

1,529,613 



DSMF-ə ayırmalar 

369,216 


 

278,957 


Əsas vəsaitlərin köhnəlməsi 

338,828 


 

317,105 


Reklam xərcləri 

154,518 


 

194,878 


Təmir xərcləri 

76,940 


 89,129 

Rabitə xərcləri 

104,117 

 90,428 


Sığorta agentlərinə mükafatlar 

928,811 


 

167,672 


Yanacaq xərcləri 

73,608 


 56,547 

Dəftərxana ləvazimatı 

18,618 

 15,101 


Blank xərcləri 

100,869 


 50,628 

İcarə xərcləri 

66,684 

 29,892 


Bank xidməti 

28,830 


 38,697 

Tədris xərcləri 

27,744 

 21,814 


Sair xərclər 

269,486 


 

103,140 


 

 

 

 

 

4,244,602 



 

2,983,601 


 

 

 



 

 

 



 

 

 



 

 

 



5. 

ƏSAS VƏSAİTLƏR 

 

Əsas vəsaitlər aşağıdakılardan ibarətdir: 

 

Bina və 

tikililər 

 

Maşın və 

avadanlıqlar 

 

Nəqliyyat 

vasitələri 

 

Mebel və sair 

avadanlıqlar 

 

 

CƏMİ 

Dəyəri: 

 

   



 

 

 



 

 

 



31 Dekabr 2009-cu il 

238,655 


 

210,464 


 

884,183 


 

284,480 


 

1,617,782 

Əlavələr 

673,400    

38,467 

 

408,851 



 

20,998 


 

1,141,716 

Silinmələr 

 



 

(204,302) 



 

 



(204,302) 

31 Dekabr 2010-cu il 

912,055 

 

248,932 

 

1,088,732 

 

305,477 

 

2,555,196 

 

 



 

 

 



 

 

 



 

 

Yığılmış amortizasiya 



 

 

 

 

 

 

 

 

 

31 Dekabr 2009-cu il 

46.705 

 

87,612 



 

281,800 


 

97,970 


 

514,087 


Cari il üzrə 

60,907 


 

31,262 


 

214.164 


 

32,619 


 

338,952 


Silinmələr 

 



 

(69,971) 



 

 



(69,971) 

31 dekabr 2010-cu il 

107,612 

 

118,874 

 

425,993 

 

130,589 

 

783,068 

 

 

 

 

 

 

 

 

 

 

Qalıq dəyəri: 

 

 

 

 

 

 

 

 

 

31 Dekabr 2009-cu il 

191,950 

 

122,852 



 

602,383 


 

186,510 


 

1,103,694 



31 Dekabr 2010-cu il 

804,442 

 

130,058 

 

662,739 

 

174,888 

 

1,772,127 


 

12 


 

 

6. 

EHTİYATLAR 

 

 



 

7. 

DEBİTOR BORCLAR 

 

 

 

8. 

PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ 

 

31 Dekabr tarixinə nağd vəsaitlər və onların ekvivalentləri aşağıdakılardan ibarətdir: 

 

 

 

9. 

NİZAMNAMƏ KAPİTALI  

 

31  dekabr  2010-cu  il  tarixinə  Cəmiyyətin  nizamnamə  kapitalı  31  dekabr  2009-cu  il  tarixinə 



643,683.9  manat  bölüşdürülməmiş  mənfəəti  hesabına  artırılaraq,  hər  birinin  nominal  dəyəri 

46,436.83  manat  olmaqla  100  ədəd  adi  adlı  səhmdən  ibarət  olmaqla  4,643,683  manat  təşkil 

etmiş və səhmdarlar tərəfindən tam ödənilmişdir. 

 

 



10. 

ƏLAVƏ KAPİTAL 

 

03  sentyabr  2010-cu  il  tarixində  Cəmiyyətin  Yevlax  şəhərində  yerləşən  iki  mərtəbəli    qeyri  yaşayış  binası 



yenidən  qiymətləndirilərək,  dəyəri  356,442.5  manat  artırılmışdır.  Müvafiq  yazılış  balansın  əlavə  kapital 

maddəsinə edilmişdir. 

 

2010 

 

2009 

Materiallar 

47,776 

 45,971 


Azqiymətli tezköhnələn əşyalar 

15,542 


 11,449 

 

 



 

 

 



63,318 

 

57,420 

 

2010 

 

2009 

Birbaşa sığorta üzrə 

1,270,193 

 

1,276,142 



Təkrar sığortaya qəbul edilənlər üzrə 

63,432 


 43,074 

İşçi heyəti üzrə 

14,300 

 20,335 


Sair debitorlar 

2,796 


  1,237 

 

 



 

 

 



1,350,721 

 

1,340,788 

 

2010 

 

2009 

Kassada yığılan nağd vəsait 

29,263 

 

164,145 



Bankdakı nağd vəsait:  

 

 



 

   AZN 


1,872,608 

 

450,167 



   USD 

655,781 


 68,741 

Bankdakı deposit hesablar 

 

 

 



   AZN 

7,679,000 

 

1,561,000 



   USD  

2,503,726 

 

3,801,256 



 

 

 

 



 

12,740,379 

 

6,045,310 


 

13 


 

11. 

MALİYYƏ ALƏTLƏRİ VƏ ONLARIN ƏDALƏTLİ DƏYƏRİ  

 

Maliyyə  alətləri  bir  müəssisənin  maliyyə  aktivlərinin  və  digər  müəssisənin  maliyyə 



öhdəliyinin  yaranmasına  səbəb  olan  hər  hansı  sənəd  və  ya  müqavilədir.  Bu  ikili  aspekt  hər 

zaman mövcud olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcud deyilsə, onda müqavilə 

maliyyə aləti deyildir. 

 

Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında 



cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst 

katirovkası olan bazar qiymətləri ilə təsdiqlənir. 

 

Maliyyə  alətlərinin  təxmin  edilən  ədalətli  dəyəri  Cəmiyyət  tərəfindən  mövcud  bazar 



məlumatlarından  (əgər  mövcud  olarsa)  və  müvafiq  qiymətləndirmə  metodlarından  istifadə 

etməklə  müəyyən  edilmişdir.  Lakin,  təxmin  edilən  ədalətli  dəyərin  müəyyən  edilməsi  üçün 

bazar  məlumatlarını  şərh  edərkən  peşəkar  mülahizələr  irəli  sürmək    tələb  edilir.  Maliyyə 

alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından 

istifadə edir. 

 

Maliyyə aktivləri  

 

Pul vəsaiti, digər müəssisədə kapital aləti (yəni, bir qayda olaraq səhmlər), digər müəssisədən 



pul  vəsaiti  almaq  üzrə  müqavilə  hüququ,  müəssisənin  əlverişli  şərtlər  əsasında  öz  maliyyə 

aktivlərini  və  öhdəliklərini  mübadilə  etməsi  üzrə  müqavilə  hüququ,  müəssisənin  ödənişi  öz 

səhmlərinin  potensial  olaraq  dəyişən  sayı  formasında  qəbul  etməsini  tələb  edən  müqavilə 

hüququ,  müəssisənin  öz  səhmlərinin  sabit  sayı  üzrə  hesablaşması  ilə  əlaqədar  törəmə 

müqavilə maliyyə aktivləri hesab olunur. 

 

Sığorta  fəaliyyətinə  aid  olan  aktivlər  istisna  olmaqla,  bütün  monetar  aktivlər  müddət 



baxımından  “tələb  edilənədək  və  bir  ildən  az”  kateqoriyasına  daxil  olduğu  üçün,  onların 

ədalətli dəyəri təxminən balans dəyərinə bərabərdir. 

 

Maliyyə öhdəlikləri  

 

Digər müəssisəyə pul vəsaitinin ödənilməsi ilə əlaqədar müqavilə öhdəliyi (kreditor borclar, 



kreditlər), müəssisə üçün əlverişli ola bilməyən maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin 

mübadiləsi ilə əlaqədar olan müqavilə öhdəliyi, müəssisənin ödənişi öz səhmlərinin potensial 

olaraq dəyişən sayı formasında həyata keçməsini tələb edən müqavilə öhdəliyi, müəssisənin 

öz  səhmlərinin  sabit  sayı  üzrə  hesablaşması  ilə  əlaqədar  törəmə  müqavilə  öhdəliyi  maliyyə 

öhdəlikləri hesab olunur. 

 

Sığorta  fəaliyyərinə  aid  olan  öhdəliklər  istisna  olmaqla,  bütün  monetar  öhdəliklər  müddət 



baxımından  “tələb  edilənədək  və  bir  ildən  az”  kateqoriyasına  daxil  olduğu  üçün,  onların 

ədalətli dəyəri təxminən balans dəyərinə bərabərdir. 

 

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri və effektiv faiz 

metodu 

 

Bu iki anlayış maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınma dəyəri üzrə tələb olunan 



hesablamalara  aid  edilir.  Amortizasiya  edilmiş  dəyər  sadəcə  olaraq  müddət  üzrə  pul 

vəsaitlərinin  hərəkətini  deyil,  aktiv  (və  ya  öhdəlik)  müddətində  qazanılmış  real  maliyyə 

gəlirlərini  (və  ya  yaranmış  məsrəfləri)  nəzərdə  tutur.  Effektiv  faiz  dərəcəsi  diskontlaşdırma 



 

14 


 

əmsalı kimi istifadə olunaraq gələcək gəlir axını (investisiyadan gələn) xalis balans dəyərinə 

endirilir. Həmin faiz dərəcəsi sonradan aktivin əldə edildiyi hər bir müddət üzrə əldə olunan 

maliyyə  gəlirlərini  müəyyənləşdirmək  üçün  istifadə  olunur.  İl  ərzində  qazanılan  real  faiz 

dərəcəsini və illik faktiki pul vəsaiti gəlirini müəyyənləşdirdikdən sonra, aktivin balans dəyəri 

hesablanır. 



 

12.  ƏMƏLİYYAT RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ 

 

Cəmiyyətdə  risklərin  idarə  olunması  və  monitorinqi  hayata  keçirilərək  aşağıdakı  əsas  risk 



növləri fərqləndirilir. 

 

Kredit riski 

 

Digər tərəfin müqavilə şərtlərini yerinə yetirmək qabiliyyətinin olmaması və ya müqavilənin 



əsas şərtlərini və ya sığortaçıya münasibətdə digər öhdəlikləri pozması nəticəsində meydana 

çıxan  xərclərin  və  ya  zərərlərin  yaranma  riski,  o  cümlədən  ölkə  xaricindən  ödəmələrin 

köçürülməsi  zamanı  meydana  çıxan  risklər  kredit  riskləri  hesab  olunur.  Rəhbərlik  kredit 

risklərinə müntəzəm nəzarət edir.  

 

Hüquq riski  

 

Sığortaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulması və həyata keçirilən əməliyyatların 



daxili  sənədlərlə,  xaricilərə  münasibətdə  isə  digər  ölkələrin  qanunvericilikləri  ilə 

uyğunsuzluğu  nəticəsində  xərclərin  və  ya  zərərlərin  yaranma  riski  hüquq  riski  kimi 

təsnifləşdirilir. Rəhbərlik hüquq risklərinə vaxtaşırı nəzarət edir. 

 

Əməliyyat riski 

 

Əməliyyat riski    sığortaçı    tərəfindən   daxili nəzarətin təşkilinə dair tələblərin pozulması    



(yerinə  yetirilməməsi),  habelə  informasiya  texnologiyaları  sistemində  əhəmiyyətli 

nasazlıqların  baş  verməsi  nəticəsində  meydana  çıxan xərclərin  (zərərlərin)  yaranma  riskidir. 

Cəmiyyət  tərəfindən  əməliyyat  riskinin  qarşısının  alınması  üçün  qabaqlayıcı  tədbirlər 

görülmüşdür. 

 

Likvidlik riski 

 

Sığortaçının  öz  vəzifələrini  yerinə  yetirməməsi  və  ya  vaxtında  yerinə  yetirməməsi  likvidlik 



riski kimi müəyyənləşdirilir. Likvidlik riski Cəmiyyətin rəhbərliyi tərəfindən idarə olunur.  

 

Bazar riski  

Bazar  riski  bazar  qiymətlərinin  dəyişməsi  nəticəsində  sığortaçının  vəsaitləri  və  gəliri  üçün 

yarana biləcək mövcud və ya gələcək təhlükədir. Bazar riski qiymət, valyuta və faiz risklərinə 

bölünür.  Cəmiyyətin  rəhbərliyi  bazar  risklərini  qarşılamaq  üçün  müntəzəm  olaraq  adekvat 

tədbirlər görür. 

 

Qiymət riski 

 

Maliyyə  bazarlarında  dəyişikliyin  baş  verməsinin  sığortaçının  maliyyə  alətlərinin  bazar 



dəyərinə təsiri nəticəsində xərclərin və ya zərərlərin yaranması riski qiymət riski hesab olunur. 

 

 




 

15 


 

Valyuta riski 

 

Sığortaçının  öz  fəaliyyətini  həyata  keçirməsi  zamanı  müəyyən  beynəlxalq  valyuta 



məzənnəsinin dəyişməsi ilə əlaqədar xərclərin və ya zərərlərin yaranması riski kimi müəyyən 

olunur.  Xarici  valyuta  məzənnəsindəki  dəyişikliklər  Cəmiyyətin  maliyyə  durumuna  və  pul 

vəsaitlərinin  hərəkətinə  təsir  edir.  Dövrün  sonuna  Cəmiyyətin  Azərbaycan  manatı  və  ABŞ 

dolları ilə qalıqları bu maliyyə hesabatlarının müvafiq qeydlərində açıqlanmışdır. 



 

Faiz riski  

 

İnvestisiyalar  üzrə  faiz  dərəcələrinin  dəyişməsi  ilə  əlaqədar  xərclərin  və  ya  zərərlərin 



yaranması riski faiz riski kimi təsnifləşdirilir. 

 

Nüfuz riski 

 

Nüfuz riski mənfi ictimai rəy və sığortaçıya olan etibarın azalması nəticəsində xərclərin və ya 



zərərlərin yaranması riskidir. Rəhbərlik Cəmiyyətin işgüzar nüfuzunun və müştəri etimadının 

yüksək səviyyədə saxlanması üçün tədbirlər həyata keçirir. 

 

Portfel riski 

 

Sığortaçının  likvidliyinin  itirilməsi,  gəlirliyinin  və  vəsaitlərinin  investisiya  qoyulduğu 



qiymətli  kağızların  məzənnəsinin  aşağı  düşməsi,  həmçinin  onların  emitentlərinin  maliyyə 

vəziyyətinin  pisləşməsindən  irəli  gələn  riskdir.  Cəmiyyət  öz  vəsaitlərini  və  sığorta 

ehtiyatlarını  müxtəlif  sahələrə  diversifikasiya  etməklə  portfel  riskini  nəzarətdə  saxlamağa 

çalışır. 

 

Transfer riski 

 

Xarici  ölkənin  və  ya  xarici  şəxsin  ödəmə  qabiliyyətinin  olmaması  və  ya  kredit  risklərindən 



asılı  olmayan  səbəblərdən  sığortaçı  qarşısındakı  öhdəliklərini  yerinə  yetirmək  istəyində 

olmaması  nəticəsində  xərclərin  və  ya  zərərlərin  yaranması  transfer  riski  hesab  olunur. 

Cəmiyyət  transfer  riskləri  ilə  üzləşməmək  üçün  adekvat  addımlar  atmaq  məcburiyyətində 

olur. 


 

Məhkəmə işləri 

 

Vaxtaşırı  olaraq  və  adi  fəaliyyətin  gedişində  müştərilər  və  üçüncü  şəxslər  tərəfindən 



Cəmiyyətə qarşı iddialar irəli sürülür. Cəmiyyətin rəhbərliyi hesab edir ki, bu iddialarla bağlı 

hər  hansı  bir  əhəmiyyətli  zərər  halları  baş  verməyəcəkdir  və  müvafiq  olaraq  maliyyə 

hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı bir ehtiyat fondu yaradılmamışdır. 

 

 



“Az Sığorta” ASC-nin 

 

İdarə heyətinin sədri:                                                           

 BABAYEV A.H. 

 

 

 



Baş Mühasib

  

         



 CAVADOVA G.T.

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə