AzTarix Metodik+ Layout 1



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   2   3   4   5   6   7   8   9   ...   34

Digər şagird: Mənə elə gəlir ki, o dövr insanları daha hündür və iri olmuşlar.
Çünki Azıx mağarasından tapılan əmək alətləri iri, kobud çapma alətlər olmuşdur.
Başqa şagird: Mənə elə gəlir ki, o dövr insanları sağ qalmaq üçün mağarada ya şa -
mış və bu əmək alətlərindən ovladıqları heyvanların ətini kəsmək üçün istifadə etmişlər.
Dərsin 2-ci mərhələsi: Tədqiqatın aparılması
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə
qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti
ortaya çıxır. Buna şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə
aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək
etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması ge di -
şində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqat sualı: Daş dövrünün öyrənilməsində Qarabağ abidələrinin əhəmiyyəti
nədən ibarətdir?
Fərziyyənin yoxlanılması
İrəli sürülmüş fərziyyələri təsdiq və ya təkzib edən faktların tapılması.
Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, qruplarda, cütlük şəklində
və fərdi şəkildə aparıla bilər. Lakin interaktiv təlim anla yışının özü ənənəvi təlimdə
tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş formalarının
mövcudluğunu ehtiva edir. Təlimin interaktiv xarakteri qruplarda və ya cütlər şəklində
aparılan işlərdə daha qabarıq formada təzahür edir.
Qruplara («Azıx», «Zar», «Buzeyir», «Tağlar») tapşırıqlar verilir:
I qrup: Daş dövrünə xas xüsusiyyətləri maddi mənbələr əsasında müəyyən edin.
II qrup: Azıx mağarasından əldə olunmuş tapıntılar əsasında Azıx adamının
məişətini tədqiq edin.
III qrup: «Qədim insanın – Azıxantropun izləri Qarabağdadır» – təqdimat edin.
IV qrup: Azərbaycanın Daş dövrünə aid abidələrin yerləşdiyi məkanları xəritədə
müəyyən edin və onlara aid kiçik hekayə qurun.
Şagirdlər tədqiqat aparır. Təqdim edir.
Dərsin 3-cü mərhələsi: İnformasiya mübadiləsi
Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni
informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti
9
Problem
Fərziyyə 2
Fərziyyə 3
Fərziyyə 1
 Çap üçün deyil


10
tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və
xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat – həmin bilikləri qaydaya
salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab
tapmaq zərurəti yaranır.
Dərsin 4-cü mərhələsi: İnformasiyanın müzakirəsi və təşkili
Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün
müx təlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasi -
litasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş fakt -
la rın məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. İnformasiyanın
təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistem ləş -
dirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın se -
çil məyə başlayır. Məlumat sxem, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
Tədqiqatın hazırlanmış cavabı oxunur, müzakirə olunur, əlavələr edilir və me-
yarlar əsasında qiymətləndirilir.
Dərsin 5-ci mərhələsi: Nəticə, ümumiləşdirmə
Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nə ti -
cəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird nəinki əldə
olu nan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu nəticə
həmin suala cavab verirmi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında düzgün
olanı varmı?) müstəqil olaraq tutuşdurmalıdır. Bu, çox mühüm məqamdır. Dərsin
kul minasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları
bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir. 
Şagirdlər ən qədim insanların Qarabağda məskunlaşmasının səbəbini təbii coğrafi
şəraitlə əlaqələndirir, qədim Azərbaycan ərazisində mövcud olan Paleolit dövrü insan
məskənləri, onların istifadə etdiyi daş əmək alətləri, ocaq yerləri, o dövr ovlanmış
nəsli kəsilən heyvanlar haqqındakı biliklərə yiyələnirlər.
Dərsin 6-cı mərhələsi: Yaradıcı tətbiqetmə
Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhə miyyətini uşağa açıb
göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar su-
allara cavab tapmaq üçün qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar. Əgər yaradıcı
tətbiqetmə dərhal mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu sona
qədər (model üzrə tətbiqdən baş la mış yeni şəraitdə tətbiqə qədər) keçmək tələb olu -
nursa, deməli, bu yolu keçmək lazımdır. Lakin son nəticədə yaxşı olar ki, şagirdlərə
onların kəşf etdikləri bilgilərin ya radıcı surətdə tətbiqinə dair çalışma verilsin. Bu
halda həmin bilgi onların şüurunda həmişəlik həkk olunar. Bu mərhələ vaxt etibarilə
 Çap üçün deyil


11
yalnız bir akademik dərslə məh dud laşdırılmaya da bilər, yəni onun həyata keçirilməsi
sonrakı dərslərdə də mümkündür.
«Azərbaycan ərazisində mövcud olan ən qədim insan məskənləri» məlumat top la yın.
Ev tapşırıqları
Azərbaycanda ən geniş yayılmış sərbəst iş forması dərsdə alınmış bilik, bacarıq
və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən ev tapşırıqlarıdır. Lakin ev
tapşırıqlarının reproduktiv (təkraredici) xarakter daşıması, yəni tapşırıqlarda müstəqil
tədqiqat və yaradıcılıq xarakterinin olmaması nə ti cəsində onların istifadəsi lazım olan
sərbəst və yaradıcı düşünmə qabiliyyəti keyfiyyətlərini inkişaf etdirməyə imkan ver-
mir. Ev tapşırıqları, bir qayda olaraq, özünütəhsil vərdişləri yaradır  və onların
tədris prosesində xüsusi çəkisi çox kiçik olur.
Bununla belə, əgər məqsəd yaradıcı, inkişaf edən şəxsiyyət tərbiyə et məkdirsə,
təlimin sərbəst, fərdi formasının əhəmiyyəti danılmazdır. Bu məqsədlə təlimin bu
formasına münasibət aşağıdakı kimi dəyişməlidir:
Orta və Üst Paleolitə aid məlumat toplayın.
• ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı
işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşmə və s.) ilə zənginləşdirilməlidir;

lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri
nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə
etmək lazımdır;
• şagirdlər yuxarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi
artırılmalıdır.
Ev tapşırığı: Orta və Üst Paleolitə aid məlumat toplayın.
Dərsin 7-ci mərhələsi: Qiymətləndirmə və ya refleksiya
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexa -
nizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək,
uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləş -
dir mək vacibdir. Şagirdlərin təlim fəaliyyətini qiymət ləndirmə və refleksiya prosesləri
məhz bu məqsədə xidmət etməlidir.
Yuxarıda göstərildiyi kimi, fəal təlimin mühüm xüsusiyyətlərindən biri şagirdlərin
müstəqil təlim (öyrənməyi öyrənmək), müstəqil özünüinkişaf vərdişlərinə yiyələn -
məsinə imkan yaratmaqdır. Dərs başa çatdıqdan sonra göstərilmiş fəaliyyətlərdən
birini – qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə pro -
seslərinin nəzərdən keçirilməsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin
təkmilləşdirilməsi məqsədəuyğun olardı.
Özünüqiymətləndirmə vərdişlərini formalaşdırmaq məqsədilə bütün sinfin və
müəllimin qarşısında şagirdlərin özlərinə qiymət verməsi təc rübəsindən, habelə
qarşılıqlı qiymətləndirmədən istifadə etmək olar. Bundan əlavə, qiymətləndirmə me-
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə