AzTarix Metodik+ Layout 1


15. Ulu icmaya aid deyil



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə34/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   ...   26   27   28   29   30   31   32   33   34

115
15. Ulu icmaya aid deyil:
a) bu kollektivlər daimi olmurdu; tez-tez dağılırdı
b) dəstə-dəstə kiçik qrup halında yaşayırdılar
c) daimi yaşayış yerləri var idi
d) əmlak bərabərsizliyi yox idi
16. Alt Paleolit abidəsidir:
a) Lerikdə Buzeyir mağarası
b) Qazaxda Daşsalahlı mağarası
c) Qarabağda Azıx mağarası
d) Naxçıvanda Oğlanqala
17. Quruçay dərəsinin yüksəkliyində yerləşən mağara:
a) Tağlar mağarası
b) Zar mağarası
c) Azıx mağarası
d) Buzeyir mağarası
18. Daha əvvəl baş vermişdi
a) dairəvi formada evlər qurulmağa başlandı
b) toxa əkinçiliyi yarandı
c) Quruçay mədəniyyəti formalaşdı
d) istehsal təsərrüfatına keçidin əsası qoyludu
19. Azıx ocağı aiddir:
a) eramızdan 1700 il əvvələ
b) eramızdan 700 min il əvvələ
c) eramızdan 1,5 min il əvvələ
d) eramızdan 350 min il əvvələ
20. 1968-ci ildə Azıx mağarasında tapılmışdı:
a) üzəri cızılmış ayı kəlləsi
b) qədim insanın alt çənə sümüyü
c) ətrafı daşla qurulmuş ocaq qurğusu
d) gildən düzəldilmiş qab
21. Mezolit dövründə:
a) qəbilə icması yarandı
b) süni od əldə olundu
c) istehsal təsərrüfatına keçidin əsası qoyuldu
d) at əhliləşdirildi
 Çap üçün deyil


116
22. İnsanlar ox və kamanı kəşf etdilər:
a) Qədim Daş dövründə
b) İlk Tunc dövründə
c) Orta Daş dövründə
d) Yeni Daş Dövründə
23. Ox və kamanın əhəmiyyəti:
1. Uzaq məsafədən heyvanları ovlayır, təhlükəsizliyi təmin edirdi
2. Ox və kamanla daha çox heyvan ovlayırdılar
3. Heyvanların qovularaq ovlanmasına son qoyuldu
4. Pusqu qurub heyvanları ovlamaq artıq həyata keçirilmirdi
a) 3,4    b) 1,2      c) 2,4
24. Mezolit dövrünə aid deyil:
a) ilkin əkinçiliyin əsası qoyuldu
b) ox, kaman ixtira edildi                   
c) ilkin toxuculuq yarandı 
d) xış əkinçiliyi formalaşdı
25. Xronoloji ardıcıllığı müəyyən edin:
1. qəbilə icması yarandı
2. ox, kaman ixtira olundu
3. oddan istifadə formalaşdı
4. istehsal təsərrüfatına keçidin əsası qoyuldu
a) 4,3,1,2
b) 3,2,4,1
c) 3,4,2,1
d) 1,2,4,3
26. Mezolit dövrü abidəsidir:
a) Qobustan, Damcılı           
b) Qaraköpəktəpə, Günəştəpə           
c) Sərkərtəpə, Üzərliktəpə
d) Əliköməktəpə, Daşsalahlı
27. İbtidai incəsənət inkişaf etmişdi:
a) Qobustan abidəsində, Gəmiqayada
b) Göytəpə abidəsində, Üzərliktəpədə
c) II Kültəpə abidəsində, Qaraköpəktəpədə
d) Zarda, Tağlarda
28. İy uclarından istifadə edirdilər:
a) metalişləmədə, tunc emalında
b) əkinçilikdə, yerin yumşaldılmasında 
c) toxuculuqda, geyimlərin hazırlanmasında
d) ovçuluqda, dəri aşılanmasında
 Çap üçün deyil


117
29. Ataxaqanlığı anaxaqanlığını əvəz etmişdi:
1. Dulusçuluğun yüksək inkişafı ilə
2. Xış əkinçiliyinin yaranması ilə
3. Metalişləmə sənətinin inkişafı ilə 
4. Tayfaların ağsaqqallar tərəfindən idarə olunması ilə
a) 2,3          b) 1,2           c) 3,4 
30. Mezolit dövründə insanlar ixtira etdilər:
a) daşdan kəsici alətləri, ağac xışı
b) harpunu, daş toppuzları
c) ox və kamanı, kiçik ölçülü daş alətləri 
d) misdən hazırlanan əmək alətlərini
31. Hadisələri xronoloji ardıcıllıqla yazın:
1) birinci böyük əmək bölgüsü yarandı
2) od əldə olundu
3) qəbilə icması yarandı
4) ox və kaman ixtira olundu
32. Mezolit dövründə:
1) ox və kaman ixtira olundu           
2) ibtidai maldarlığın əsası qoyuldu            
3) ilk əkinçilik vərdişləri yarandı
4) ulu icma hakim idi
5) Homo sapienslər yaşadı
6) ilkin toxuculuq yarandı
33. Xronoloji ardıcıllığı müəyyən edin:
1. süni od əldə olundu
2. ilk metal mis kəşf olundu
3. ox və kaman ixtira olundu
4. xış əkinçiliyi formalaşdı
a) 1,2,3,4
b) 4,3,1,2
c) 1,3,2,4
d) 2,3,4,1
34. Xronoloji ardıcıllığı müəyyən edin:
1) Azıx adamı yaşadı
2) istehsal təsərrüfatına keçildi
3) qəbilə icması yarandı
4) neandertal insan formalaşdı
a) 1,3,4,2
b) 2,4,3,1
c) 1,4,3,2
d) 2,1,3,4
35. Tunc dövrünün əmək aləti idi:
a) ox və kaman
b) harpun və dəyənək
c) toxa, mikrolitlər
d) xış, həvəngdəstə
 Çap üçün deyil


118
36. Azərbaycan ərazisində yaşamamışlar:
a) lullubilər, kutilər, sular
b) hetlər, franklar, qotlar
c) qarqarlar, naxçlar, utilər 
d) kaspilər, kadusilər, qarqarlar
37. Tunc dövrü əkinçiliyi adlanırdı:
a) sümük alətin istifadə edilməsi ilə toxa əkinçiliyi
b) ağac xışın tətbiqi ilə xış əkinçiliyi
c) bol yağışların düşməsi ilə dəmyə əkinçiliyi
d) tunc alətlərin istifadəsi ilə əkinçilik
38. Orta Tunc dövründə formalaşmışdır:
a) Quruçay mədəniyyəti
b) Boyalı qablar mədəniyyəti
c) Kür-Araz mədəniyyəti
d) Mustye mədəniyyəti
39. Azərbaycanın cənub ərazilərində ilk dövlət qurumları yaranmışdı:
a) e.ə. IV minillikdə
b) e.ə. I minillikdə
c) e.ə. III minillikdə
d) e.ə. II minillikdə
40. Daha əvvəl baş vermişdir:
a) «Boyalı qablar mədəniyyəti» formalaşdı
b) toxa əkinçiliyi yarandı
c) əkinçilik maldarlıqdan ayrıldı
d) tayfa ittifaqı yarandı
41. Manna Assur münasibətlərinin pozulmasına səbəb oldu:
a) Assur hökmdarlarının Mannaya yürüşləri
b) Assurların Mannadan xərac tələb etməsi
c) İskit və sakların Manna ilə sıx əlaqə yaratması
d) Manna canişinlərinin Urartu ilə əlaqə saxlaması
42. Azərbaycanda dövlət qurumlarının yaranmasından neçə min il sonra
Manna dövləti yaranmışdı?
a) 2000 il              
b) 4000 il         
c) 3000 il
d) 1000 il
 Çap üçün deyil


119
43. Manna dövləti Azərbaycanın hansı hissəsində yaranmışdı?
a) Araz çayından cənubda 
b) Urmiya və Van gölü arasında
c) Van gölü ətrafında 
d) Urmiya gölü ətrafında
44. II Sarqonun Mannaya yürüşlərinin məqsədi var idi:
1. Mannada Assur dövlətinin nüfuzunu möhkəmləndirmək 
2. Mannadan Assur xəzinəsinə xərac göndərilməsini təmin etmək
3. Mannanı Urartudan qorumaq 
4. Mannada müdafiə qalaları tikdirmək
5. Manna torpağını öz torpaqlarına qatmaq
6. Başqa dövlətlərin Manna ilə əlaqələrinə mane olmaq
a) 1,2,3
b) 2,3,4
c) 2,4,5
45. Ullusunu  yazılı abidə qoydurdu:
a) öz qələbələri şərəfinə
b) II Sarqonun şərəfinə
c) I Rusanın şərəfinə
d) Azanın şərəfinə
46. Assur hökmdarı II Sarqon Mannaya yürüş edəndən neçə il sonra Manna
dövləti süqut etdi?
a) 160 il 
b) 116 il
c) 55 il
d) 124 il
47. Manna və İskit padşahlığının tarixində oxşar cəhət:
a) Midiya tərəfindən süquta uğradılmaları
b) Assur tərəfindən süquta uğradılmaları
c) Urartu tərəfindən süquta uğradılmaları
d) Əhəmənilər tərəfindən süquta uğradılmaları
48. Manna hökmdarı Ullusununun dövrünə aiddir:
a) Manna dövləti süqut etdi
b) işğal edilmiş torpaqlar azad edildi
c) Assur dövləti ilə müttəfiqliyi pozdu 
d) Manna güclü dövlətə çevrildi
 Çap üçün deyil


120
49. Daha əvvəl baş vermişdir:
a) Parfiya Atropatenanın əsarəti altına aldı
b) Selevkilər Roma ilə döyüşdə məğlub oldu
c) Mannanın müstəqilliyinə son qoyuldu
d) Ərdəşir Babəkan şahənşah elan olundu
50. Assurlarla ittifaqı pozmuş Manna hökmdarı:
a) Aza
b) Ullusunu
c) Ahşeri
d) İranzu
51. Mannanın müstəqilliyi sona çatmışdı:
a) Midiya dövləti tərəfindən e.ə. 590-cı ildə
b) Urartu hücumları ilə e.ə. 593-cü ildə
c) Assur hücumları ilə e.ə. 591-ci ildə 
d) Dövlət özü süqut etmişdi e.ə. 600-cü ildə
52. Daha əvvəl baş vermişdi:
a) Ullusununun taxta çıxması
b) II Sarqonun Mannaya yürüş etməsi 
c) Ahşerinin Assur dövləti ilə ittifaqı pozması
d) Manna vilayətlərinin mərkəzi hakimiyyətə tabe olması
53. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Manna dövləti yarandı
2. Ahşeri üsyan zamanı öldürüldü
3. Lullubi dövlət qurumu yarandı
4. Ullusunu hakimiyyətə gəldi
a) 3,2,4,1
b) 1,2,3,4
c) 3,1,4,2
d) 2,4,1,3
54. Hadisələri xronoloji ardıcıllıqla müəyyən edin:
1. II Vaçe hakimiyyətə gəldi
2. Məzdək hərəkatına divan tutuldu
3. Mömin Vaçaqan məktəblər açdırdı
4. Albaniyada xristianlıq qəbul olundu
a) 4,2,3,1
b) 1,2,4,3
c) 2,3,4,1
d) 4,2,1,3
55. Manna və Atropatena dövlətlərinə aiddir:
a) Urmiya gölü ətrafında yaranmışdı
b) Eyni dövrdə yaranmışdı
c) Paytaxtı İzirtu olmuşdur
d) Araz çayından cənubda yaranmışdı
 Çap üçün deyil


121
56. Əhəməni ordusunun tərkibində Makedoniyalı İskəndərə qarşı vuruşurdu:
a) alban tayfaları
b) kimmerlər, iskitlər
c) müqlər, maqlar
d) mannalılar, lullubilər
57. Manna dövlətinin süqutundan neçə il sonra Əhəmənilər dövləti süqut
etmişdi?
a) 260 il
b) 360 il
c) 250 il
d) 368 il
58. Hadisələrin xronoloji ardıcıllığını müəyyən edin:
1. İskit ağalığına son qoyuldu
2. Manna dövləti süqut etdi
3. II Kir Əhəməni dövlətinin əsasını qoydu
4. Astiaq I Kambizlə qohumluq əlaqəsi yaratdı
a) 1,2,3,4
b) 1,2,4,3
c) 4,3,2,1
d) 3,4,2,1
59. Əhəmənilər imperiyasının dağılmasından neçə il sonra Makedoniyalı
İskəndər imperiyası süqut etmişdi?
a) 17 il
b) 5 il
c) 3 il
d) 11 il
60. Atropatena şəhəri deyil:
a) Qəbələ, Şamaxı
b) Aqnazana, Fanaaspa
c) Qazaka, Fraaspa
d) Tavres, Ordbil
61. Atropatın nüfuzu yüksəlmişdir:
1. Bariaksı İskəndərə təhvil verdikdən sonra
2. Atropat satrap təyin olunandan sonra
3. Makedoniyalı İskəndərin ölümündən sonra
4. İskəndərin sərkərdəsi Perdikki ilə qohum olduqdan sonra
a) 1,2
b) 2,3
c) 1,4
d) 2,4
 Çap üçün deyil


122
62. Satrap deyilir:
a) əkinçiyə
b) canişinə
c) od saxlayana
d) kahinə
63. Atropatenada yaşamamışdır:
a) maqlar, kaspilər
b) müqlər, kadusilər
c) utilər, qarqarlar
d) kassitlər, turukkilər
64. Atropatena əhatə edirdi:
a) Azərbaycanın cənub torpaqlarını, Şimali Azərbaycanın bəzi cənub rayonlarını
b) Cənubi Azərbaycanı və Fars körfəzinə qədər torpaqları
c) Azərbaycanın cənub torpaqlarını və Ani, İberiyaya qədər qərb torpaqlarını 
d) Cənubi Azərbaycanı və Şimali Azərbaycanın bəzi cənub torpaqlarını
65. Maq adlanırdı:
a) atəşpərəstlik dininin kahini
b) hökmdar ilxısına baxan insan 
c) hökmdar təsərrüfatına baxan şəxs
d) ordu başçısı
66. Azərbaycan ərazisində vahid türkmənşəli xalq yaranmağa baş la mışdı:
a) e.ə. IV əsrdə
b) e.ə. II əsrdə
c) e.ə. IV minillikdə
d) eramızın II əsrində
67. Hadisələri xronoloji ardıcıllıqla müəyyən edin:
1. Maqneziyada romalıların Selevkiləri məğlubiyyətə uğratması 
2. Roma sərkərdəsi Antoninin Parfiyaya hücum etməsi
3. Romalıların parfiyalılara məğlub olması
4. Atropatenanın Parfiyanın əsarəti altına düşməsi
a) 1,3,2,4
b) 1,2,4,3
c) 2,3,1,4
d) 3,4,2,1
68. Atəşpərəstlik dininə görə mübarizə gedirdi:
a) Gecə ilə gündüz arasında
b) Qaranlıqla işıq arasında
c) Xeyirlə Şər arasında
d) Odla su arasında
 Çap üçün deyil


123
69. Atropatenada ən qədim pullar kəsilmişdir:
a) Atropatın adından
b) Makedoniyalı İskəndərin adından
c) İranzunun adından
d) İskəndərin sərkərdəsi Perdikkinin adından
70. E.ə 223-cü ildə Atropatenaya hücum etmişdi:
a) Roma sərkərdələri Lukull
b) Roma sərkərdəsi Antoni
c) Selevkilər hökmdarı III Antiox
d) Roma sərkərdəsi Pompey
71. Romalılar selevkiləri məğlubiyyətə uğratdılar:
a) e.ə. 190-cı ildə baş vermiş Maqneziya döyüşündə
b) e.ə. 65-ci ildə Qanıx yaxınlığında baş vermiş döyüşdə  
c) e.ə. 66-cı ildə Kür çayı sahilində baş vermiş döyüşdə  
d) e.ə. 53-cü ildə Lukull və Pompeyin şərqə yürüşü zamanı
72. Atropatena və Parfiyanı yaxınlaşdırmışdı:
a) Romaya qarşı mübarizə
b) Urartuya qarşı mübarizə
c) Assura qarşı mübarizə 
d) Selevkilərə qarşı mübarizə
73. Daha əvvəl baş vermişdir:
a) Atropatenanın Parfiyanın hakimiyyəti altına düşməsi
b) Atropatın Midiyanın satrapı təyin olunması
c) Manna dövlətinin Midiyanın əsarəti altına düşməsi
d) Mesopotamiyada Qavqamel adlı yerdə döyüşün baş verməsi
74. Atropatenada şəhərlər salınırdı:
1) karvan yolları üzərində
2) əlverişli, alınmaz məkanlarda
3) hündür təpələr üzərində
4) böyük məbədlərin ətrafında
a) 1,2
b) 2,4
c) 1,4
d) 3,4
75. Atropatena Selevkilərdən asılı halda qaldı:
a) 42 il 
b) 30 il c) 33 il   d) 35 il
76. Xristianlıq dini hansı ərazilərdə yayıldı?
a) Albaniyanın bəzi dağlıq ərazilərində
b) Kür və Araz çayları arasında
c) Albaniyanın şimal hissəsində 
d) Xəzər dənizinin şimal və qərb sahillərində
 Çap üçün deyil


124
77. Albaniya dövlətinə aid deyil:
a) Öz əlifbası olması
b) Paytaxtının İzirtu olması
c) Paytaxtının Qəbələ olması
d) Kirəmit və şüşədən istifadə
78. Parfiya dövləti yaranmışdı:
a) Selevkilər dövlətinin parçalanması nəticəsində
b) Makedoniyalı İskəndər imperiyasının süqutu nəticəsində
c) Əhəmənilər imperiyasının dağılmasından sonra
d) Romalıların Şərqə yürüşü nəticəsində
79. Qədim alban memarlığına aid deyil:
a) evlərin inşasında çiy və bişmiş kərpicdən istifadə
b) yonulmuş daş materialından istifadə 
c) evlərin üst örtüyündə kirəmitdən istifadə
d) evlərin dirəklərində betondan istifadə
80. «Midiya yağı» yataqları yerləşirdi:
a) Atropatena ərazisində
b) Parfiya ərazisində
c) Albaniya ərazisində
d) Aralıq dənizi sahillərində
81. Atropatena və Albaniya dövlətləri hansı şəraitdə yaranmışdır:
1. Makedoniyalı İskəndərin ölümündən sonra
2. Maqneziya döyüşündə Selevkilərin məğlubiyyətindən sonra
3. Əhəməni imperiyasının parçalanmasından sonra
4. Pompey və Lukullun hücumlarından sonra
a)  1,4
b) 1,3
c) 2,4
d) 3,4
82. Əhəmənilər imperiyası dağıldı:
a) Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində
b) Əhəmənilərə qarşı baş vermiş üsyanlar nəticəsində
c) Böyük Əhəməni ordusunun zəifləməsi nəticəsində
d) Qavqamel adlı döyüşdən sonra
83. Albaniya dövləti yaranmışdı:
a) e.ə. III əsrin axırı – II əsrin əvvəli
b) IV əsrin axırı – III əsrin əvvəli
c) b.e.ə. IV əsrin axırı – III əsrin əvvəli
d) Qavqamel adlı döyüşdən sonra
 Çap üçün deyil


125
84. Albanların yunan yazısı ilə tanış olduğunu göstərir:
1. Oroysla Roma sərkərdəsi Pompeyin məktublaşması
2. Qobustandan tapılmış daş kitabə
3. Şəkinin Böyük Dəhnə kəndində tapılan daş kitabə
4. Karvan yolları üzərində şəhərlərin salınması 
a) 1,4
b) 1,3
c) 2,4
d) 3,4
85. Albaniya dövlətinin ərazisi əhatə edirdi:
a) Araz çayından cənubdakı torpaqları
b) Dağıstandan Urmiya gölünə qədərki əraziləri
c) İberiyadan Xəzər dənizinə qədər torpaqları
d) İberiyadan Qızılüzən çayına qədərki əraziləri
86. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Haylandur hunlarının Albaniyaya hücumu 
2. Sasani–Bizans müqaviləsi bağlandı
3. Albaniyada sasani mərzbanlığı dövrü mövcud idi
4. Albaniyada kilsə məclisi çağırıldı
a) 2,4,1,3
b) 1,2,4,3
c) 3,4,1,2
d) 1,4,3,2
87. Daha əvvəl baş vermişdir:
a) Albaniya Sasanilərdən asılı hala düşdü
b) Dzirav döyüşü baş verdi
c) Albaniyada xristianlıq qəbul olundu
d) Atropatena Sasani dövlətinin əyalətinə çevrildi
 Çap üçün deyil


126
ИСТИФАДЯ ОЛУНМУШ 
ЯДЯБИЙЙАТ
1. Azərbaycan tarixi. Yeddi cilddə, I cild (Ən qədimdən – b.e. III əsri), Bakı,
«Elm», 1998.
2. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnsti-
tutu. Azərbaycanda arxeoloji tədqiqatlar – 2008. Bakı, 2008.
3. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnsti-
tutu. Azərbaycanda arxeoloji tədqiqatlar – 2009. Bakı, 2010.
4. Azərbaycan tarixi. AMEA-nın Tarix İnstitutu. III–XI əsrin I rübü. II cild,
Bakı, 2007.
5. Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək). I cild. Bakı, 1994.
6. Babayev İ.M., Əhmədov Q.M. Qəbələ. Bakı, «Elm», 1981.
7. Bahşaliyev Veli. Nahçıvan Arkeolojisi: The Archaeology of Nakhichevan.
İstanbul, 1997.
8. Bünyadov T.Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı, «Elm», 1960.
9. Cəfərov Əsədulla.  Quruçay dərəsində. Azərbaycan Dövlət Nəşriyyatı.
Bakı, 1990.
10. Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı I minilliyin əvvəllərində
(Qarabağın Qarqarçay və Tərtərçay hövzələrinin materialları əsasında).
Bakı, «Elm», 2000.
11. Cəfərzadə İ.M. Qobustan. «Elm» nəşriyyatı, Bakı, 1973.
12. Əliyev V.H. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti.
Bakı, «Elm», 1977.
13. Əliyev V.H. Gəmiqaya abidələri. Bakı, 1992.
14. Əliyev V.H. Qədim Naxçıvan, Bakı, 1979.
15. Göyüşov R.B. Azərbaycan аrxeologiyası, Bakı, 1986.
16. Göyüşov R.B., Martınov A.İ. SSRİ arxeologiyası, «Maarif» nəşriyyatı,
Bakı, 1990.
17. Həbibullayev O.H. Kültəpə arxeoloji qazıntıları, Bakı, 1959.
 Çap üçün deyil


127
18. İsmayılov Q.S. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət
izləri, Bakı, «Elm», 1981.
19. Məmmədova Aidə. Azərbaycanın Tunc dövrü mədəniyyətinin öyrənilməsi
tarixi və onun problemləri. Bakı, 2001.
20. Məmmədova Fəridə. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi
coğrafiyası. Bakı, 1993
21. Muradova F.M. Qobustan Tunc dövründə, Bakı, 1979.
22. Müseyibli Nəcəf. Gəmiqaya rəsmləri. Bakı, 2002.
23. Rüstəmov C.N. Qobustan dünyası, Bakı, 1994.
24. Səfərov Y. Qədim Azərbaycan; nə bilirik, Bakı, 1989.
25. Yusifov Y. Qədim Şərq tarixi, Bakı, 1993.
Rus dilində
26. Академия наук СССР. Труды Азербайджанской экспедиции. М., 1965,
МИА № 125.
27. Алиев В.Г. Петроглифы Гемигая. Из серии «Памятники материаль-
ной культуры Азербайджана», Баку, 1985.
28. Пассек Т.С., Латынин Б.А. Очерк об истории Северного Азербай-
джана. ИООИА, № 3, 1926.
29. Таваккул Расулоглы. Циклопические сооружения на территории
Азербайджана. Баку, 1993.
30. Мещанинов И.И. Ассирийская вотивная бусина из Азербайджана.
ИООИА, № 2, Баку, 1926.
31. Мещанинов И.И. Циклопические сооружения Закавказья. ИГАИМК,
т. XIII,  вып. 4–7, 1931.
İtalyan dilində
32. Anati E. Cobustan Azerbaiyan. Wara Archives Edizioni Del Centro. Italy,
2001.
 Çap üçün deyil


ÀÇßÐÁÀÉÚÀÍ ÒÀÐÈÕÈ 6
Öìóìòÿùñèë ìÿêòÿáëÿðèíèí 6-úû ñèíôè ö÷öí 
Àçÿðáàéúàí òàðèõè ôÿííè öçðÿ äÿðñëèéèí
ÌÅÒÎÄÈÊ ÂßÑÀÈÒÈ
Òÿðòèá÷è ùåéÿò:
Ìöÿëëèô
Àèäÿ ßêáÿð ãûçû Ìÿììÿäîâà
Ðåäàêòîð 
Ýöëÿð Ìåùäèéåâà
Áÿäèè âÿ òåõíèêè ðåäàêòîð
Àáäóëëà ßëÿêáÿðîâ
Äèçàéíåðëÿð
Ñÿáèíÿ Ìÿììÿäîâà, Òÿùìàñèá Ìåùäèéåâ
Êîððåêòîðëàð
Íàòÿâàí Èñìàéûëîâà, Öëêÿð Òàüûéåâà
Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí ãðèô íþìðÿñè:
2017-021
© Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè — 2017
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, 
elektron informasiya vasitələri ilə yaymaq qanuna  ziddir.
Ùåñàá-íÿøðèééàò ùÿúìè 7,88.  Fiziki ÷ap vÿrÿqi 8,0. Ôormatû 70x100 
1
/
16
.  
Ñÿùèôÿ ñàéû 128.  Îôñåò êàüûçû. Ìÿêòÿá ãàðíèòóðó. Îôñåò ÷àïû.
Tiraj 7800. Ïóëñóç. Áàêû—2017.
«Òÿùñèë Íÿøðèééàò-Ïîëèãðàôèéà»
Áàêû, 
ÀÇ 1052, 
Ô.Õîéñêè êö÷., 121
À
 Çap üçün deyil

Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə