AzTarix Metodik+ Layout 1



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   2   3   4   5   6   7   8   9   ...   34

12
yarlar üzrə aparılmalıdır, yəni konkret meyarlara əsaslanmalıdır. Müəllim şagirdləri
öncədən bu meyarlarla tanış edə və ya qiymət verməklə onu əsaslandıra bilər.
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin ref -
leksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən
başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Refleksiyanı həyata ke -
çir mək üçün şagirdlərə onları yeni bilginin kəşfinə gətirib çıxarmış təlim hərəkət lə -
ri nin alqoritmini (addımları) izləməyə kömək edə biləcək bir neçə sual vermək
ki fa   yətdir (məsələn: Biz kəşfə necə gəlib çıxdıq? Biz nə edirdik? Qarşıya qoyulmuş
problemin həllində Sizə nə kömək etdi? və s.). Nəticədə şagird öz tədqiqat fəaliy yə -
tinin əsas mərhələlərini və komponentlərini, nailiyyət qazanmaq üçün amilləri dərk
etmiş olur.
Dərsin «İnformasiya mübadiləsi» mərhələsi barədə bəzi tövsiyələr
Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa
çat dığını bildirir. Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayırlar. Bu
mərhələnin əsas məqsədi bütün şagirdləri yeni faktlar və tapıntılarla tanış etməkdir.
İnformasiya mübadiləsi yalnız o zaman səmərəli ola bilər ki, sinif fəal dinləməyə və
əks-əlaqə  yaratmağa köklənmiş olsun. Bunun üçün müəllim: 

nizam-intizamın yaradılmasına nail olub; 

əgər bu, qrup işidirsə, bütün iştirakçılardan xahiş edir ki, üzlərini təq di matın
keçirildiyi yerə döndərsinlər;
• onları təqdimata öz münasibətlərini, razılıqlarını və ya razı olmadıq la rı nı
bil dirməyə
sövq edir;
• ardıcıllığı müəyyən edir və təqdimatın keçirilməsi, rəylər mübadiləsi və infor -
masi yanın təsdiqlənməsi qaydalarını bəyan edir.
Qədim Daş dövrü
haq qında  məlumat
ve rir,  maddi  mən bə -
lərin rolunu müəy -
yən edə bilmir.
Qədim Daş döv rü -
nün öyrənilməsində
maddi mənbələrin
rolunu çətinliklə
izah edir.
Qədim Daş döv rü -
nün öyrənilməsində
maddi mənbələrin
rolunu əsasən izah
edir.
Qədim Daş döv rü -
nün öyrənilməsində
maddi mənbələrin
rolunu asanlıqla
izah edir.
Materiallar toplayır,
tədqiqat apara bil -
mir.
Daş dövrünə aid çə -
tinliklə tədqiqat
apa rır.
Daş dövrünə aid
əsa sən tədqiqat apa -
rır.
Daş dövrünə aid
asanlıqla tədqiqat
apa rır. 
Daş dövrü abidə lə -
rini sayır, xəritədə
müəyyən edə
bilmir.
Daş dövrünə aid
abi  dələri  xəritədə
çətinliklə müəyyən
edir.
Daş dövrünə aid
abi dələri  xəritədə
əsasən müəyyən
edir.
Daş dövrünə aid
abidələri xəritədə
asanlıqla müəyyən
edir.
 Çap üçün deyil


13
Əgər bu, qrup təqdimatıdırsa, o zaman qrupun bütün üzvlərinin (tərkibində 5
şagirddən çox olan böyük qruplar istisna edilməklə) iştirakı yerinə düşərdi. Bunun
üçün hələ tədqiqatın başlanğıc mərhələsində şagirdlərə təqdimat mərasimindəki vəzifə
bölgüsü barədə təlimat verilməlidir. Qrupların tədqiqat materialı oxşar olarsa, digər
qruplara birinci qrupun təqdimatına yalnız əlavələr etməyi tapşırmaqla vaxta qənaət
etmək olar.
Daha çox şagirdin fəal iştirakını təmin etmək üçün onlara təqdimatı keçirənlərə
sual verməyi təklif etmək olar. Ən yaxşı sualı hansısa şəkildə mükafatlandırmaq olar. 
Təqdimatın mühüm tələblərindən biri də əsas faktların və ideyaların lövhədə qeyd
edilməsidir. İnformasiyanın ifadə edilməsinin mürəkkəbliyindən asılı olaraq bunu həm
şagirdlər, həm də müəllim edə bilər. Yaxşı olar ki, informasiya sxematik, yığcam for-
mada (sxemlər, cədvəllər, rəsmlər, siyahılar və s.) qeyd edilsin. Buna görə təqdimatın
nəticələrinin qeyd edilmə formaları müəllim tərəfindən öncədən planlaşdırılmalıdır.
Əgər təqdimat zamanı iş vərəqlərindən istifadə edilirsə, bunlar lövhədən asılmalıdır. 
Beləliklə, mövcud mərhələnin sonunda təqdimatların əks edildiyi bütün iş
vərəqləri lövhədən asılmalı və ya tapılmış əsas faktlar orada qeyd edilməlidir. Bu,
son rakı mərhələnin – informasiyanın müzakirə və təşkilinin – ilkin məcburi şərtidir. 
QRUPLARLA İŞİN TƏŞKİLİ
Tədqiqat mərhələsində qrup işinin təşkili və aparılması zamanı öncədən 3 əsas
şərtin olması vacibdir:
1. Müəllim və şagirdlər kiçik qrupdakı işin əsas prinsiplərini bilməlidirlər (fəallıq,
ümumi məqsədin əldə edilməsinə canatma, əməkdaşlıq, qarşılıqlı hörmət);
2. Müəllim qrup işinin gedişində öz vəzifəsini bilməlidir;
3. Şagirdlər qrup işinin qaydalarını bilməlidirlər.
1. Qrup işinin təşkili zamanı müəllimin vəzifələri (funksiyaları)
Qrup işinin uğurla həyata keçirilməsi üçün müəllim aşağıdakı qaydalara riayət
etməlidir.
Təşkilati aspektlər:

İşin təşkilini dəqiq ölçüb-biçmək: məqsədləri, planı və işin müddətini müəyyən
etmək (6–10 dəqiqə);

Qrup işi üçün zəruri materiallar (qrup işi üçün tapşırıqlar; iş vərəqləri və s.)
hazırlamaq;

Qruplara bölmə üsulunu dərsin məqsədlərinə uyğun olaraq, öncədən müəyyən
etmək (əla, yaxşı, orta, zəif oxuyan şagirdlər I qrupda olsa «Azıx», «Zar»,
«Qazma», «Buzeyir» uyğun olar);

İştirakçıları qruplara bölmək və yerləşdirmək;
• Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;
• İşin yerinə yetirilməsi üzrə dəqiq təlimat vermək və bunu lövhədə yazmaq;
• İşin yerinə yetirilməsi vaxtını müəyyən etmək (6–10 dəqiqə);
 Çap üçün deyil


14
• Qrup işinin qaydalarını müəyyən etmək (yada salmaq); (səs-küy salmamaq,
pıçıltı ilə əməkdaşlıq etmək)
• Qrup işinin nəticələrinin mübadiləsi mərhələsi üçün şərait yaratmaq;
• Qiymətləndirmə meyarını iştirakçıların diqqətinə çatdırmaq (meyarlar cədvəli
tərtib etmək).
Davranış aspektləri:
• Qrupların işini müəyyən etmək və ona nəzarət etmək;
• Zərurət yarandıqda şagirdlərin işinə müdaxilə etmək; qrup işi prosesində
yaranan problemləri vaxtında aşkar etmək, şagirdlərin diqqətini buna cəlb
etmək və həmin problemlərin həllinə köməklik göstərmək;
• Şagirdlərə yönəldici suallar vermək, onları axtarışa istiqamətləndirmək;

Şagirdlərin suallarına cavab vermək, zəif şagirdlərə daha çox diqqət yetirmək;
• Qrup üzvlərinin suallarına cavab vermək, çətinlik olanda kömək etmək;
• Şagirdlərin və qrup işinin gedişinin müsbət və mənfi cəhətlərini qeyd etmək və
qiymətləndirmə zamanı bunu müzakirə etmək. Şagirdlərə kömək göstərmək.
Qruplara bölünmə texnikaları 
Fəal (interaktiv) təlimdə qruplarda iş formasından daha çox istifadə edilir.
Müəllimlərdə tez-tez suallar yaranır: Sinfi kiçik qruplara necə bölmək olar?
Qruplara bölünməyi şagirdlərin öz ixtiyarına verdikdə, bu qruplar, adətən, dost
və həmkarlardan ibarət olur. Bu da şagirdlərin sinfin digər nümayəndələri ilə qarşılıqlı
fəaliyyət təcrübəsini əldə etmək imkanı yaratmır. 
Şagirdləri qruplara bölməyin müxtəlif yolları var.
Aşağıda onlardan bəziləri qeyd olunub:
«Say». Şagirdlərdən «1»dən «5»ə kimi saymaq xahiş olunur. Eyni rəqəmli
iştirakçılar (bütün «birlər», bütün «ikilər» və s.) bir qrupda birləşirlər. 
«Ad günləri sırası üzrə say». Əvvəl şagirdlərə təklif olunur ki, onlardan yanvar
və dekabr aylarında doğulanlar lövhəyə çıxsınlar. Sonra başqalarından xahiş olunur
ki, onlar öz ad günlərinə müvafiq olaraq yanvar və dekabr arasında olan aylar üzrə
ardıcıllıqla bir sıraya düzülsünlər. Sonda alınan sırada şagirdlər 1-dən 5-ə kimi sayırlar.
Eyni rəqəmli iştirakçılar (bütün «birlər», bütün «ikilər» və s.) bir qrupda birləşirlər.
«Ümumi xüsusiyyət». Şagirdləri adlarının başladıqları ilk hərfə, anadan olduqları
il, ay, bürc və s. görə qruplarda birləşdirmək olar. Lakin bu metodun bir nöqsanı var.
Kiçik qrupların təşkili zamanı bu yollardan istifadə etməzdən əvvəl, müəllim şagirdlər
haqqında müəyyən məlumat toplamalıdır. Əks halda, qruplar eyni sayda təşkil olun-
maz (misal üçün, sizdə 8 «Şir» və 1 «Qız» ola bilər).
«Püşkatma».  Müəllim şagirdlərin adlarını balaca vərəqlərdə yazır, qat la yır,
paketə qoyur, qarışdırır və paketdən çıxararaq şagirdlərin sayına görə hər masanın
üstünə qoyur. Kağızlar açılır və şagirdlərin adları oxunur.
Həmin qayda ilə şagirdlər paketdən müxtəlif rəngli vərəqləri çıxara bilər.
Rənglərin sayı və hər rəngdən olan vərəqlərin sayı qrupların sayına və kiçik qrupun
nümayəndələrinin sayına görə planlaşdırılır.
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə