AzTarix Metodik+ Layout 1



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   2   3   4   5   6   7   8   9   10   ...   34

w Nəticəyönümlülük – yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas
prin siplərdən biridir. Bu prinsipə görə fənnin zəruri məzmunu nəticələr
formasında verilir.
w Qiymətləndirmə standartı – təhsil alanların nailiyyət səviyyəsinə verilən
dövlət tələbləri.
w Qiymətləndirmə meyarları – şagirdlərin bilik və bacarıqlarının qiymətlən di -
ril məsi üçün məzmun standartları əsasında hazırlanmış tələblər.
w Portfolio – şagirdin fəaliyyəti ilə bağlı olan sənədlər, o cümlədən diaqnostik,
formativ qiymətləndirmə məlumatlarının qeydə alındığı  xüsusi qovluq.
w Rubrik – şagirdlərin fəaliyyət və nailiyyətlərini meyarlar əsasında ölçən qiy -
mətləndirmə şkalası.
6-cı SİNİF AZƏRBAYCAN TARİXİ FƏNN KURİKULUMUNUN 
MƏZMUN STANDARTLARI
6-cı sinfin sonunda şagird:
w mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir
və zaman oxun da təsvir edir;
w maddi mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsa -
sında tədqiqatlar aparır;
w insanların birgəyaşayış formalarını fərqləndirir;
w qədim insanların həyat tərzini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə
əlaqələndirir və ilk insan məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri
xəritədə müəyyənləşdirir;
w Azərbaycanda qədim dövlətlərin yaranmasını, daxili və xarici siyasətini izah
edir;
w qədim dövlətlərin yaranması və inkişafında tarixi şəxsiyyətlərin rolunu də -
yər ləndirir;
w Azərbaycan mədəniyyətinin inkişafını, müxtəlif xalqların mədəniyyətləri ilə
qarşılıqlı əlaqələrini izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəy yən ləş -
di rir.
1.1.2.  Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.
1.2.  Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.
1.2.2. İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır.
24
 Çap üçün deyil


25
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların birgəyaşayışının müxtəlif formalarını fərqləndirir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təza -
hür lərlə  əlaqələndirir.
2.1.1. Qədim insanların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin
təbii-coğrafi şəraiti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini, dövlət qurumları
və qədim dövlətlərin yerini müəyyənləşdirir.
3. Dövlət 
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı
bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə
olunmasını, sosial-iqtisadi münasibətlərini təsvir edir;
3.1.2. Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir;
3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlu mat lar
toplayır, təqdimat hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, To -
miris, Atropat, Oroys) rolunu dəyərləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Sivilizasiyayaqədərki və sivilizasiya dövrünün mədəniyyətlərini izah edir.
5.1.2. Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı
əlaqələrini izah edir.
5.1.3.  Mədəni əlaqələrə dair cədvəllər tərtib edir.
 Çap üçün deyil


26
1.  Tarixi zaman
Standartlar
Məzmun
Açar sözlər
1.1.1. Mühüm
hadisə, proses və
təzahürlərin
xro no loji  çərçi -
və lə ri ni
müəyyən ləşdirir.
Şərti olaraq qəbul edilmişdir ki, İsanın yer üzün -
də dünyaya gəlməsi ilə tarixdə yeni era başlan -
mış dır. Bu hadisə müsəlman aləmində «Milad»
(anadan olma) adlanır. Həmin ildən bu günə
qədər olan dövr bizim era (b.e.), bundan əvvəl
olan dövr isə – bizim eradan əvvəl (b.e.ə.) kimi
qəbul edilmişdir. Dünya öl kələri nin əksəriy yə -
tində, həmçinin hal-hazırda Azər bay canda da bu
təqvimdən istifadə edilir. Hə min təqvimlə hər
han 
sı  mühüm bir tarixi hadisə, proses və
 təz a   hü rün  başlanğıc  və  sonu nu  bil mək lə  onun
xro noloji  çərçi vəsi  müəy yənləşdirilir.  Nəzərə
almaq la zım dır ki, Azər baycanda uzun müddət
Hicri  təqvi m dən  isti fadə  olunmuşdur. 
Miladi tarix,
Hicri, bizim
era, bizim
era dan  əvvəl,
təq vim.
1.1.2. Mühüm
hadisə, proses və
təzahürləri
zaman oxunda
təsvir edir. 
Eradan əvvəlki tarixlər milada yaxınlaşdıqca ki -
çilir, miladdan sonra bu günümüzə yaxınlaş dıq -
ca çoxa lır.  Miladdan əvvəlki dövrdə böyük olan
bir tarix (b.e.ə. V əsr), sayca kiçik olan tarixdən
(e.ə. III-dən) daha qə dimdir,  miladdan sonrakı
xət də olan hər bir kiçik rə qə min böyük olan rə -
qəmdən daha qədim olmasını təs  vir edir. Belə
ki, zaman oxunda, bir qayda olaraq, bö yük rə -
qəm lər (1900, 2000, 2011) yaxın zamanları gös -
tərir.
Zaman oxu,
onun təsviri,
istifadə qay -
daları. 
1.2.1. Dövrün
öyrənilməsində
maddi və yazılı
mənbələrin ro -
lunu izah edir. 
Azərbaycanın qədim tarixi arxeoloji, etnoqrafik,
an tro poloji və yazılı qaynaqlar əsasında öyrəni -
lir. Belə ki, arxeoloji qazıntılar zamanı aşkar
edil miş əşyalar Azər baycanın maddi mədəniyyət
tarixini, tarixi qaynaq lar və ekspedisiyalar za ma nı
topla nan etnoqrafik ma teriallar  adət-ənənələri
Arxeologiya,
etnoqrafiya,
antropo logi -
ya, mad di
mənbələr,
yazılı mən -
bələr.
STANDARTLARIN AÇILIŞI
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə