Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

korrozion-mexaniki

 yeyilmə deyilir. 

Havanın  oksigeni  təsirindən  detalların  səthlərində    oksid  təbəqəsi  əmələ  gəlir  ki,buda 

mexaniki sürtünmə nəticəsində silinir.Korrozion–mexaniki yeyilmə mühərrikin silindr-

porşen  qrupu  detallarında  müşahidə  olunur(yanacaqlarda  kükürdlü  və  üzvi  turşuların 

olması hesabına korroziya əmələ gəlir). 



 

 

 

 



 


 

13 


                            Yeyilmənin təyin olunma üsulları 

Detalların  yeyilmə  dərəcəsini  kəmiyyətcə  qiymətləndirmək  üçün  onun  ədədi  ölçüsünü 

aşağıdakı üsullarla təyin edirlər.

 

1.Mikrometr və birbaşa müşahidə üsulları. 

2.Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma üsulu. 

3.Detalların çəkilərinin təyin olunma üsulu 

4.Süni bazalar yaratmaq üsulları. 

5.Radioktiv izotoplar üsulu. 

      Bu  üsulların  içərisində  mikrometr  üsulu  öz  sadələyi  ilə  fərqlənir.Bu  üsulun 

mahiyyəti ondan ibarətdir ki, detalların ölçüləri sınaqdan qabaq və sonra ölçülür.Təyin 

edilmiş ölçülər arasındakı fərq detalların yeyilmə dərəcəsini göstərir. Bu üsulun mənfi 

cəhəti odur ki,ölçülər yüksək dəqiqliklə təyin edilə bilmir,çünki mikrometr dəqiq cihaz 

deyil,  həm  də  bu  üsul  mexanizmlərin  sökülüb  yığılmasını  tələb  edir.Mexanizmlər  hər 

dəfə yenidən yığıldıqda isə detallar uyuşma dövrünə müvafiq xarakterlə yeyilir ki, bu da 

yeyilmənin mütləq qiymətinin təhrif olunmasına səbəb olur.  

       Bir  sıra  hallarda  mexanizm  və  aqreqatlarda  sökmə  yığma  işlərini  aparmaq  üçün 

mikrometr üsulunun təkmilləşmiş formasından – birbaşa müşahidələr üsulundan istifadə 

edilir.  Bu  üsulda  sinaqdan  keçirilən  detalın  üzərində  nəzarət  deşiyi  açılır.  İşləmə 

prosesində  həmin  deşik  kip  bağlanır.  Detalın  yeyilmə  dərəcəsi  optik  cihaz  vaistəsilə 

ölçülür. Bunun üçün nəzarət deşiyi vaxtaşırı açılır. 

     Çəki  üsulu  ilə  avtomobilin  kiçik  detallarının  yeyilmə  dərəcəsinin  təyin  edilməsində 

istifadə edilir. Bunun üçün detalları sınaqdan qabaq və sonra çəkilir.  

     Yeyilmə  məhsullarının,  ya  da  miqdarının  təyin  olunma  üsulu,  yüksək  keyfiyyətli 

yağlama  materiallarının  seçilməsində  daha  çox  istifadə  edilir.  Bu  üsulun  köməyi  ilə 

aqreqatların mexanizmlərin maksimum yeyilmə dərəcəsi təyin olunur. Hər hansı aqreqat 

işlədikdə  yeyilmə  məhsulları  yağın  içərisində  yayılmış  vəziyyətdə  olur.  Yağlama 

sistemində dövr edən yağın miqdarının və yağın vahid həcmində yeyilmə məhsullarının 

miqdarını bilərək detallardan  qopan metalın çəkisini hesablayıblar. Bu miqdara görə də 

aqreqatın  yeyilmə  tempi  haqqında  mühakimə  yürüdülür,  daha  doğrusu,aqreqatın 

yeyilmə şiddəti  

qiymətləndirilir.  Bu  üsul  yüksək  dəqiqliyə  malik  olsada,aqreqatı  təşkil  edən  detalların 

ümumi  yeyilmə  dərəcəsini  təyin  etməyə  imkan  verir.  Burada  müxtəlif  materiallardan  

hazırlanmış  detalların  ayrı-ayrılıqda  yeyilmə  miqdarını  təyin  etmək    mümkün 

deyil.Buna  görə  də  göstərilən  üsulun  yeni  variantından  spektral  analiz  üsulundan 

istifadə edilir.  

    Spektral  analiz  üsulunda  xüsusi  qurğuda-spektroqrafda  yeyilmə  məhsullarının 

miqdarı  spektral  analiz  vasitəsilə  müəyyən  edilir.  Bu  üsul  yüksək  həssaslığa 

malikdir,kimyəvi  tərkibinə  görə  detalların  ayrılıqda  yeyilmə  dərəcəsini  təyin  edir. 

Bunun üçün aqreqatlarının və mexanizmlərinin sökülməsi tələb edilmir.  

Bir  sıra  hallarda  avtomobil  detallarının  yeyilməsini  təyin  etmək  üçün  radioaktiv 

izotoplar  üsulundan  da  istifadə  edirlər.  Bunun  üçün  mexanizm  və  ya  birləşmə 

sökülür,yeyilməsi  təyin  ediləcək  detalın  üzərinə  radioaktiv  maddə  çəkilir.    İşləmə 

prosesində detal yeyilmə sürəti və kəmiyyəti təyin edilir. 

Bu  üsulun  müsbət  cəhətləri:yeyilmə  prosesinin  qrafiki  yazıla  bilir,  yüksək  dəqiqliklə 

yeyilmənin miqdarı təyin edilir,prosesi az vaxt tələb edir.  



 

14 


Bununla yanaşı bu üsulun mənfi cəhətləri də var: 

-radioaktiv indikatorları qoymaq üçün aqreqat  sökülməlidir; 

-mürəkkəb konstruksiyalı qurğu tələb edir; 

təhlükəsizlik  texnikası cəhətdən əlverişli deyil.  

     Avtomobillərin  texniki  istismarında  ən  çox  istifadə  olunan  yeyilmənin  təyin  üsulu 

süni bazalar yaratmaq üsuludur. Bu üsulun 2 variantı mövcuddur:  

a)iz salma üsulu; 

 b)oyuq açma üsulu. 

    İz  salma  üsulunda  sınaqdan  keçirilən  detalın  səthində  almaz  piramida  ilə  iz 

salınır.Piramidanın həndəsi forması elə qəbul edilir ki,onun dioqnalının hündürlüyə olan 

nibəti  7-yə  bərabərdir.Salınan  izin  ölçülərinin,  xüsusən  dərinliyin  sınaqdan  sonra 

dəyişməsi  detalın  yeyilmə  dərəcəsini  təyin  etməyə  imkan  verir.Bu  üsulda  yeyilmənin 

mütləq qiyməti diaqonalların sınaqdan əvvəl və sonrakı qiymətləri arasındakı fərqin 7-

yə  bölünməsi  kimi  təyin  edilir  (şəkil2.2a).  Bu  üsulun  mənfi  cəhəti  odur  ki,  almaz 

pramida  ilə  iz  saldıqda  onun  forması  təhrif  olunur.Bunu    aradan  götürmək  üçün  oyuq 

açma üsulundan istifadə edilir. 

Oyuq  açma  üsulun  iz  salma  üsulunun  təkmilləşdirilmiş  formasıdır.Burada  sınaqdan 

keçrilən  səthin  üzərində  fırlanan  kəski  ilə  50-75  mkm  dərinliyində  və  2-3  mm 

uzunluğunda oyuq açılır.İşləmə prosesində səth yeyildikcə oyuğun ölçüləri kiçilir (şəkil 

2.2b).  


    Oyuq açma üsulunda yeyilmənin mütləq qiyməti aşağıdakı riyazi ifadə ilə hesablanır: 

 

 



 

a)

 



iz salma;   b) oyuq açma 

Burada 


𝑙

1

və 



𝑙

2



 oyuğun sınaqdan qabaq və sonrakı uzunluğudur 

r- kəsikin fırlanma radiusu  




 

15 


Yuxarıda  göstərilmiş  yeyilmənin  təyin  üsullarının  hər  hansı  tətbiq  edilməsi,  sınaqdan 

keçirilən  detalın  üsula  müvafiq  gəlmə  dərəcəsindən  yeyilmənin  təyin  olunma 

dəqiqliyindən, sınaqların aparılma xarakterindən və s.asılıdır.  

 

 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə