Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Dizel  yanacaqları.

Bu  yanacaqların  mühərrikin  detallarının  yeyilmə  şiddətində  təsir 

edən  əsas  istismar  parametrləri  aşağıdakılardır:yanacağın  özlülüyü,öz-  özünə  alışma 

qabiliyyəti,  fraksiya  tərkibi,  yanacağın  tərkibində  kükürdlü,  qətranlı  mexaniki 

qarışıqların olması,suyun miqdarı. 

       Dizel  mühərriklərində  işçi  qarışığının  hazırlanmasında  və  yanmasında  yanacağın 

özlülüyü  əsas  rol  oynayır.  Özlülük  yanacaq  nasosu  və  forsunkanın  ömür  uzunluğuna 

təsir edir . 

        Yanacağın    özlülüyü  normadan  kiçik  olduqda  şırnağın  bonus  bucağı 

artır,yanacağın  yanma  kamerasına  nüfuzetmə  qabiliyyəti  azalır.  Forsunka  və  yanacaq 

nasosunun birləşmələrindən sızmalar meydana çıxır,detallarının yeyilməsi artır. Yüksək 

özlülüyə  malik  dizel  yanacağından  istifadə  etdikdə  isə  onun  püskürmə    qabiliyyəti 

pisləşir,  müəyyən  hissəsi  qurumun  əmələ  gəlməsinə  səbəb  olur,  işçi  qarışığının 

hazırlanma  prosesi  pisləşdiyi  üçün  yanacaq  sərfi  artır,  işlənmiş  qazlar  tüstülü 

çıxır.Yanacaq özlülüyü ilə əlaqədar olan zərərli proseslərin qarşısını almaq üçün onun 

kinematik    özlülüyü normallaşdırılır.  Müasir dizel  yanacaqlarının kinematik    özlülüyü 

(20C)1.5-6 sst arasında dəyişir.  

      Dizel  yanacağının  əsas  istismar  keyfiyyətlərindən  biri  onun  öz-  özünə  alışma 

qabiliyyətidir  alışdırma  mənbəyi  olmadan  yanacağın  alışma  xüsusiyyətinə  onun  öz 

özünə  alışma  qabiliyyətideyyilir.  Mühərrikin    normal  işləməsi  üçün  yanacaq  vaxtında 

alışmalı  səlis  yanmalı  silindrlərdə  təzyiq  müntəzəm  artmalıdır.  Ancaq  bu  halda 

mühərrik  müntəzəm  işləyə  bilər.  Yanacaq  vaxtında  alışmasa  mühərrik  sərt  rejimdə 

işləməli olur ki, bu da karbüratorlu  mühərriklərdə detonasiya ilə yanmanı xatırladır. 



 

21 


      Dizel yanacağını öz özünə alışma qabiliyyəti, setan ədədi ilə qiymətləndirilir. Setan 

ədədi  bir  silindirli  mühərrikdə  sınaq  üsulu  ilə  təyin  edilir  Etalon  yanacaq  kimi  iki 

karbohidrogenin qarışığı götürülür ki, onlardan biri (setan - 

𝐶

16  



⋅ 𝐻

34  


) asan, digəri isə 

(

𝛂



- metilnaftalin) çətin  alışır.  

       Göstərilən  2  karbohidrogen  qarşığındakı  setanın  %-lə  miqdarı  yanacağın  setan 

ədədini göstərir ki, bu da verilmiş yanacağın öz -özünə alışma qabiliyyətinə bərabərdir. 

    Setan  ədədi  yanacağın  tərkibində  olan  karbohidrogenlərin  sinfindən  asılıdır.  Parafin 

karbohidrogenləri  olan  yanacaqların  setan  ədədi  ən  böyük,  aromatik  karbonhidrgenləri 

olan dizel yanacaqlarının setan ədədi isə ən kiçik olur. Naften karbohidrogenləri aralıq 

hal təşkil edirlər.  

    Mühərrikin  işə  salınma  anında  yeyilmələri  azaltmaq  üçün  setan  ədədi  yüksək 

olmalıdır ki,  soyuq havalarda mühərrik asanlıqla işə düşsün. Setan ədədi xüsusi aşqarlar 

vasitəsilə  yüksəldilir.  Yüksək  oktanlı  aşqar  kimi  ən  çox  izopropilitrat  istifadə  edilir. 

Lakin  setan  ədəninin  normadan  böyük  olması  həm  texniki,  həm  də  iqtisadi  cəhətdən 

əlverşli  deyil.  Belə  ki,setan  ədədi  60-  dan  çox  olduqda,  yanacaq  silindrə  düşən  kimi 

sürətlə  buxarlanaraq  hava  ilə    tam  qarışa  bilmir.  Bunun  nəticəsində  natamam  yanma 

gedir,mühərrikin qənaətcilliyi təmin edilmir.  

       Dizel  yanacaqlarının  fraksiya  tərkibi,  onun  buxarlanma  qabiliyyətini  xarakterizə 

edir.  Yüngül  fraksiya  tərkibinə  malik  dizel  yanacaqlarının  buxarlanma  qabiliyyəti 

yüksəkdir.  Ağır  fraksiya  yanacağının  buxarlanma  qabiliyyəti  yaxşı  olmadığı  üçün 

alışma  vaxtında  getmir,mühərrik  aşağı  temperaturlar  da  çətin  işə  düşür.  Dizel 

yanacaqlarının  fraksiya  tərkibini  xarakterizə  etmək  üçün  onların  10,50,90,96  və  98%-

nin qovulma temperaturlar verilir.  

     Mühərrikin  detalların  yeyilməsinə  təsir  edən  əsas  amillərdən  biri  yanacağın 

tərkibində kükürdün olmasıdır. Xüsusən, soyutma sistemində temperatur aşağı olduqda 

bu xüsusiyyət özünü daha çox biruzə verir. Tədqiqatlar göstərir ki,  soyutma sistemində 

suyun temperaturu 70C-dən 35C-ə düşdükdə və detalların yeyilmə dərəcəsinin təxminən 

4dəfə  artır.    Bu  cəhətdən  mühərrikin  optimal  temperatur  rejimi  gözlənilməlidir  ki, 

korrozion-mexaniki yeyilmələr azalsın.Kükürdün qətranların, mineral və üzvi turşuların, 

yanacaqların  tərkibində  olmaları,  yanğın  köhnəlmə  prosesini  sürətləndirir.  Qurum  və 

çöküntülər  əmələ  gətirir,  biricinlsi  isti  qarşığının  alınmasına  müqavimət  göstərir  və 

ümumiyyətlə, mühərrikin normal işləməsini pozur.  

      Dizel  yanacaqlarında  suyun  və  mexaniki  qarışıqların  olması  mənfi  temperaturlarda 

da buz kristallarının yaranmasına süzgəclərin tutulmasının səbəb olur,detalların yeyilmə 

səviyyəsini yüksəldir və s.kimi mənfi təsirlərə gətirib çıxarır.  




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə