funksional və test sistemli
diaqnostikaları
fərqləndirirlər.
Funksional sistem obyekt özü işlədiyi zaman, test sistemi isə obyektin müxtəlif
qurğular vasitəsilə (imitasiya avadanlığı ilə) işlədilərkən aparılan diaqnostikaya deyildir.
Bir neçə diaqnostika prosesi üçün olan sistem
universal,
bir diaqnostik prosesi nəzərdə
tutan sistem isə
xüsusi
diaqnostika sistemi adlanır.
Ümumi diaqnostika sistemində element bütövlükdə, diaqnostika obyekti kimi
qəbul edilir və onun texniki vəziyyəti, istismara yararlılığı baxımından təyin edilir.
Lokal diaqnostika sistemində isə elementin tərkib hissələri (aqreqat, sistem, mexanizm)
diaqnostika edilir.
Diaqnostika avadanlığının idarə olunma xarakterinə görə diaqnostika sistemi
avtomatik və əl ilə idarə edilən tipli olurlar.Diaqnostika prosesi periodik və fasiləsiz
aparıla bilər. 1-cisi müəyyən yürüşlərdən sonra texniki qulluqdan,həmçinin avtomobilin
cari təmirindən əvvəl xarici avadanlıqla ,2-cisi isəhərəkət tərkibinin istismarı prosesində
daxili texniki vasitələrlə yerinə yetirilir.
Elmi texniki tərəqqinin nailiyyətlərinin Avtomobil sənayesinə tətbiqi ilə əlaqədar
müasir avtomobillərin konstruksiyalarının təkmilləşdirilməsi nəticəsində onların
dinamikliyi, etibarlılığı, məhsuldarlığı və digər istismar xüsusiyyətləri, kəskin
yüksəlmişdir. Bununla yanaşı, müasir avtomobillərin konstruksiyaları kifayət qədər
mürəkkəbləşib,onların qiyməti artıb və eyni zamanda hərəkət təhlükəsizliyi tələblər
yüksəlib. Bütün bunları müasir şəraitdə avtomobillərin texniki vəziyyətinin daha
səmərəli idarə edilməsinin təşkil edilməsi üçün operativ nəzarətin tətbiqini
normallaşdırır. Avtomobillərin texniki vəziyyətindən operativ nəzarəti texniki qulluq və
təmir sahələrindəki diaqnostika avadanlıqları vasitəsilə təşkil etmək, iqtisadi və təşkilatı
cəhətdən səmərəli deyil və mürəkkəb prosesdir. Ona görə də avtomobilin texniki
vəziyyətinə operativ nəzarəti təmin etmək məqsədilə konstruksiyada quraşdırılan
diaqnostika vasitələri daha geniş tətbiq edilir.
Bu səbəbdən hazırda dünyanın aparıcı avtomobil firmaları avtomobilin
konstruksiyalarında quraşdırılan diaqnostika vasitələrinin tətbiqinə yüksək diqqət
yetirirlər.
8
Funksional tələbatına görə, diaqnostika vasitələri 2 qrupa bölünürlər. 1-ci qrup
bütövlükdə avtomobilin və ya onun bir sıra aqreqatlarının diaqnostika edilməsi üçün
nəzərdə tutulan diaqnostik vasitələri kompleksindən ibarətdir. 2-ci qrup isə avtomobilin
elementlərinin dərin diaqnostikası üçün olan işçi və xüsusi diaqnostika vasitələri
daxildir.
Avtomobilin diaqnostika avadanlığı ilə əhatə edilmə dərəcəsi baxımından diaqnostika
vasitələri 3 hissəyə bölünürlər:
-avtomobilin bütövlükdə diaqnostikasının ümumi sisteminə daxil olan vasitələr;
-avtomobilin ayrı-ayrı aqreqat, sistem, mexanizm və qovşaqlarının lokal sisteminə
daxil olan vasitələr;
-ayrılıqda tətbiq edilən diaqnostika vasitələri.
Idarə olunmanın avtomatlaşdırma dərəcəsinə görə diaqnostika vasitələri
avtomatlaşdırılmış, yarımavtomat, avtomatlaşdırılmamış və kombinə edilmiş olur.
Diaqnostika vasitələri istifadə edilən enerji növünə görə təsnif olunurlar.Rabitə
kanalında siqnal daşıyıcıların enerji növünə görə diaqnostika vasitələri elektrik, maqnit,
mexaniki, optik, pnevmatik, hidravlik, elektron, kombinə edilmiş və s.olur.Enerji
mənbəyinə görə isə diaqnostika vasitələri:avtomobilin elektrik şəbəkəsindən ,xarici
elektrik şəbəkəsindən mexaniki və pnevmatik tipli enerji ilə qidalanan olur.
Avtomobilin onun hər hansı elementinin texniki vəziyyəti diaqnostika proqramına
daxil olan əməliyyatların müəyyən ardıcıllıqla yerinə yetirilməsi nəticəsində
qiymətləndirilir. Proqrama daxil olan əməliyyatlar ilə xarakterik xüsusiyyətlərə malik
olmalıdır ki,alınan nəticəyə əsasən, obyektin texniki vəziyyəti haqqında düzgün
mühakimə yürüdülsün.
Avtomobildə baş verən imtina və nasazlıqların müəyyənləşdirilməsi obyektiv
xarakter daşımalıdır. Obyektiv xarakter dedikdə, operatorla(diaqnostika işçisi ilə)
avadanlığın birlikdə fəaliyyəti başa düşülür.
Dostları ilə paylaş: |