Aзяр Cəfərov azərbaycanda diNLƏr və MƏZHƏBLƏr biR Ümumi DİN İŞIĞinda bakı -2011



Yüklə 0,7 Mb.
səhifə9/9
tarix02.10.2017
ölçüsü0,7 Mb.
#2948
1   2   3   4   5   6   7   8   9
§ 9. Bəhai dini
Tarixi məlumat. 1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəm­məd adlı gənc Özünü şiələrin on ikinci imamı Mehdi Sahib-əz-Zaman elan edərək “Bab” (ərəbcə “qapı” deməkdir) ad­landırır. Bildirir ki, Onun əsas məqsədi insanları Allahın tezliklə zühur etdirəcəyi Kəsi qəbul etməyə hazırlamaqdır. Bununla belə, Babın bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. Hərəkat səkkiz il sonra çətinliklə yatırılır. Bab edam edilir. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli - Bəhaullah (ərəbcə “Allahın Nuru” deməkdir) həbsxanaya salınır. Sonra həbsxana İraqa sürgün ilə əvəz olunur. Bağdadda 1863-cü ilin baharında Bəhaullah Özünü Babın vəd etdiyi İlahi Zühur elan edir. Bəşəriyyətə Allahdan Yeni İlahi təlimin nazil olduğunu bildirir. Ədirnədə və sonralar Əkkada O, Avropa hökmdarlarına məktub yazaraq, onları Yeni Dini tanımağa çağırır.

Həzrət Bəhaullah 40 il məhbəs və sürgün həyatını yaşadıqdan sonra 1892-ci ildə dünyasını dəyişir. Ölümündən əvvəl O, böyük oğlu Həzrət Əbdül-Bəhanı Əhdin Mərkəzi təyin edir. Həzrət Əbdül-Bəhanın dövründə Bəhai dininin ardıcılları artıq dünyanın 37 ölkəsində var idi. Həzrət Əbdül-Bəha 1921-ci ildə dünyasını dəyişir. Həzrət Əbdül-Bəhanın Vəsiyyətinə uyğun olaraq Dinin rəhbərliyi nəvəsi Həzrət Şövqi Əfəndiyə (1897-1957), 1963-cü ildən isə Həzrət Bəhaullahın Yazılarına uyğun olaraq “Uca Ədalət Evinə” verilmişdir.

Azərbaycanda artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərirdi. Stalin rejımı dövründə bəhai dini ardıcıllarına qarşı aparılan təqiblər yüzlərlə fəal üzvün öldürülməsi, minlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bəhai icmalarının fəaliyyətinə qoyulmuş qadağalar XX əsrin 90-cı illərinə kimi qüvvədə qalmışdı.

Təşkilatı. Bəhai dini dünya dinləri arasında ən cavanıdır. O, bu gün dünyanın 234 ölkəsində yaşayan 2100-ə qədər millət, xalq və etnik qrupa mənsub 7 milyondan çox insanı bir­ləşdirir. Onlar vahid təşkilatda - Bəhailərin Beynəlxalq Birli­yində birləşmişlər. Bu Birlik planetimizdə sülhü, qlobal eko­logiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidəki Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir.

Bəhai dininin inzibati quruluşunda Ali İnzibati və Ruhani orqan “Uca Ədalət Evi”dir. Bu Ali orqanın iqamətgahı və mərkəzi təsisatları İsrailin Hayfa şəhərində yerləşmişdir. Uca Ədalət Evinin 9 nəfərdən ibarət tərkibi hər 5 ildən bir keçirilən Bəhailərin Beynəlxalq Qurultayında Milli Şuraların üzvləri tərəfindən seçilir. Uca Ədalət Evi Milli Şuralar vasitəsilə Bəhai icmalarına rəhbərlik edir, bütün planet üzrə bəhai prinsiplərinin və qanunlarının həyata keçirilməsinə dair tövsiyyələr verir.

Bəhailərin Beynəlxalq və Milli təsisatları ilə yanaşı, onların yerli səviyyələrdə fəaliyyət göstərən və ildə bir dəfə (ap­rel ayında) seçkilər vasitəsilə formalaşdırılan (üzvlərinin sayı 9 nəfərlən ibarət) yerli Şuraları da vardır.

Bəhai dinində peşəkar ruhanilik qadağandır. Ruhani təbəqənin (molla, keşiş və s.) olmaması, yerli, milli və beynəlxalq səviyyələrdə inzibati qurumların ən mükəmməl demokratik qaydalarla seçilməsi və hər bir bəhainin bu qurumlarda iştirakı üçün imkanların açıq olması, başqa dinlərdən fərqli olaraq Bəhai dinində təriqətçilik və parçalanma imkanlarını heçə endirmişdir. Dinlərin tarixində analoqu olmayan belə monolit beynəlxalq dini ruhani-inzibati sistemin yaradılması Həzrət Bəhaullahın tarixdə ilk dəfə olaraq dini-ruhani təlim ilə forma və məzmunca yeni tipli inzibati idarəetmə və demokratik seçki sistemini birləşdirməsi hesabına mümkün olmuşdur. Bəhai ruhani-inzibati sisteminin möhkəmliyinə təsir göstərən ən əhəmiyyətli amil isə hər bir möminin bu qurumların nüfuzuna ehtiramla yanaşması, müqəddəs sayması və danışıqsız tabe olmasıdır.



Teoloji əsasları. Bəhai dininin teoloji əsaslarını təşkil edən təlimlər aşağıdakılardan ibarətdir:

  • Allah və fövqəltəbii varlıqlar haqqında təlim;

  • Dünyanın və insanın yaradılışı haqqında təlim

  • Müqəddəs kitablar haqqında təlim;

  • Dinlərin (Bir Ümumi Din) və Peyğəmbərlərin birliyi haq­qın­da təlim;

  • İlahi Vəhyin ardıcıllığı və sonsuzluğu təlimi;

  • Bəşəriyyətin Birliyi haqqında təlim

  • Ruh haqqında təlim;

  • İbadət haqqında təlim;

  • Axirət həyatı haqqında təlim;

  • Bəşəriyyətə xidmət haqqında təlim.

Allah və fövqəltəbii varlıqlar haqqında təlim. Bəhai təliminə görə, Allah – Kainatda yeganə fövqəltəbii varlıqdır. Allahdan başqa heç bir fövqəltəbii varlıq yoxdur. Allah görünən və görünməz dünyaların Xaliqidir. Mütləq Xeyir, Ədalət, Mərhəmət və Məhəb­bət və digər keyfiyyətlərin daşıyıcısı kimi Allah “İblis və ya Şeytan”, “cinlər və ya murdar ruhlar” adlı varlıqları yaratmayıbdır. Onlar mövcud deyillər. Mülk (maddi dünya) və Mələkut (ruhani dünya) dünyasında yalnız bir qüvvə, Allahın yaradıcı qüvvəsi vardır. Bəhai təlimində İblis və cinlərin varlığı inkar edilsə də, “şeytan”, “iblis”, “cin” anlayışlarından insanın aşağı fiziki ma­hiyyəti və ya nəfsi ilə bağlı məsələləri ifadə etməkdən ötrü istifadə olunur. Həzrət Bəhaullah buyurur:

Şeytan o kəsdir ki, insan övladının ruhani tərəqqisinin yüksəlişinə mane olur və onu saxlayır

“Mələk” anlayışı da Bəhai təlimində rəmzi mənada, yəni dünyası dəyişmiş və ruhani dünyalarda yaşayan pak və kamil ruhları ifadə edir.

Allah – fövqəltəbii varlıq kimi, bütün kamilliklərə və məziyyətlərə malikdir: O, təkcə dünyanı yaratmayıb, həm də onu idarə edir. Bəhai təliminə görə, insanın məhdud şüuru Allahı heç zaman dərk edə bilməz. Allahın mahiyyəti insan təfəkkürü üçün əlçatmazdır. Lakin insan Allahın keyfiyyətləri və atributlarını Onun peyğəmbərlərinin sözləri və əməlləri vasitəsilə öyrənə bilər.

Allahın adları çoxdur. Onu həmçinin Vişna, Yahova da adlandırmaq olar. Lakin ona peyğəmbərlərin adı ilə, Krişna, Budda, İsa deyə müraciət etmək olmaz. Allaha həmçinin Rəbb, Xaliq, Sultan, Pərvərdigar, Rəhman, Mərhəmətli, Ata və s. adlar ilə də müraciət edilə bilər.

Dünyanın və insanın yaradılışı haqqında təlim. Bəhai təliminə görə maddi dünya (materiya) məkanca sonsuz, zaman etibarilə əbədidir. Onun nə vaxtsa “yoxluqda yaradılması” və ya nə vaxtsa zamanın sonunda “yox edilməsi” anlayışı yalnış tə­səvvürdür. Allah Əbədi və Əzəli olduğu kimi, Onun xilqəti də əbədi və əzəlidir. Həzrət Bəhaullah yazır:

Bil ki, xilqət əzəldən olub və həmişə də olacaq. Onun əvvəlinin başlanğıcı və axırının sonu yoxdur... Allah əzəldən olub və həmişə də olacaq. Xilqət də həmçinin...”Xaliq” adı özlüyündə “məxluq”un olmasını tələb edir...”.

Həzrət Əbdül-Bəha materiyanın əbədi və əzəli olmasına aşağıdakı açıqlamanı vermişdir:

Bilin ki, xilqətsiz Xaliq qeyri-mümkündür və qəyyumluq altında olan olmasa, Qəyyum da olmaz, çünki Allahın bütün adları və atributları varlıqların olmasını tələb edir. Əgər heç bir məxluqatın mövcud olmadığı bir zamanı təsəvvür etmək müm­kün olsaydı, onda belə təsəvvür Allahın Özünü inkar etmək olardı...Tək olan Allahın Mahiyyəti, yaxud Xaliqin mövcud­luğu əbədi və əzəlidir, yəni Onun nə əvvəli, nə də sonu vardır, deməli, varlıq aləminin də nə əvvəli, nə sonu var...”.

Bəhai təlimində Allahın insanı xəlq etməsi anlayışı da Yəhudi, Xristian və İslam dinlərindən fərqlənir. Təbiətdəki digər canlılar kimi insan növü də Allahın İradəsi ilə milyon-milyon illər ərzində çox bəsit formadan inkişaf edərək mürəkkəbləşmiş və müasir insan formasına düşmüşdür. İnsan embrionu ana bətnində, özünün ilkin inkişaf mərhələlərində balıq və ya sürünən canlının əlamətlərini daşısa da, o balıq və ya sürünən deyil, insan olduğu kimi, insan növü də miyon-milyon illər ərzində inkişafının müxtəlif dövrlərində zahirən başqa canlılara bənzəsə də, Allahın İradəsi ilə anlaşılmaz gizli qüvvəyə malik xüsusi növ idi. Bəhai təlimindəki bu müddəa Darvinin insanın təbii seçmə yolu ilə meymundan yaranması nəzəriyyəsindən əsaslı şəkildə fərqlənir. Bu məsələyə açıqlıq gətirən Həzrət Əbdül-Bəha yazır:

İnsan öz mənşəyinin başlanğıcında Yer bətnində, ana bətnindəki embrion kimi yavaş-yavaş böyümüş və inkişaf etmiş, bir formadan başqa formaya keçərək, indiki gözəlliyinə və kamilliyinə, indiki quruluşuna və qüdrətinə gəlib çatmışdır. İnsanın Yer üzündə mövcud olduğu ən ilkin vaxtlardan onun müasir vəziyyətinə, quruluşuna və formasına çatana qədər, şübhəsiz ki, uzun müddət lazım olmuşdur. Lakin öz mənşəyinin lap başlanğıcında da insan xüsusi növ olmuşdur ”.

İnsanın yaradılışı ilə bağlı əvvəlki dinlərin teoloji əsas­larında xüsusi yeri olan Adəm və Həvva hekayətinə Həzrət Əbdül-Bəha belə izahat vermişdir:

Əgər biz bu hekayəni camaatın anladığı hərfi mənada qəbul etsək, onda bu son dərəcə qeyri-adi hekayədir. Ağıl onu nə anlaya, nə təsdiq edə, nə də təsəvvür edə bilər, çünki məsələnin belə qoyuluşu, bu cür təfərrüat, belə davranış və məzəmmət düşüncəli adama, xüsusilə də bu sonsuz Kainatı belə mükəmməl formada və bu ucsuz-bucaqsız dünyanı belə mütləq qanunauyğunluqda, belə ciddi nizamla və mükəmməlliklə yaradan Allah-taalaya xas deyildir. Buna görə də qadağan olmuş ağacın meyvəsini yeyib Cənnətdən qovulan Adəm və Həvva haqqında hekayəni rəmzi mənada qəbul etmək lazımdır. İlahi sirləri özündə saxlayan bu hekayənin böyük mənası var və o, heyrətamiz şərhlərə malik ola bilər”.



Müqəddəs Kitablar haqqında təlim. Bəhai Dinində Mü­qəd­dəs Yazılar dörq qrupa bölünür:

Birinci qrupa Həzrət Bəhaullah və Həzrət Babın Yazıları daxildir. Bu qrupdan olan Yazılar Vəhylə bağlı olduğundan daha əhəmiyyətli, mükəmməl, səhvsiz və qüsursuz sayılırlar;

İkinci qrupa Həzrət Əbdül-Bəha və Şövqi Əfəndinin Yazıları aid edilir. Bu qrupdan olan Yazılar Vəhy daşıyıcısı olmasa da, İlahi İlhamdan qaynaqlandığına görə səhvsiz və qüsursuz hesab olunurlar;

Üçüncü qrup Uca Ədalət Evinin Yazılarıdır (müraciətləri və şərhləri). Bu qrupdan olan Yazılar da İlahi İlhamdan qaynaqlandığına görə qüsursuz və səhvsiz sayılırlar;

Dördüncü qrupa başqa dinlərin Müqəddəs kitabları (Qurani-Kərim, Bibliya, Bhaqavat- Qita, Avesta və s.) daxildir. Bu kitablar Vəhy kitabları hesab olunsa da, onlara dini hökmlərin mənbəyi kimi müraciət olunmur. Dini hökmlərin mənbəyi kimi Həzrət Bəhaullahın nazil etdiyi “Kitab-Əqdəs” və digər Yazılar hesab olunur.

Dinlərin (Bir Ümumi Din) və Peyğəmbərlər birliyi haq­qında təlim. Bəhai təliminə görə, dünyanın böyük dinləri ilahi mənşəyə malikdirlər. Onların hamısı müxtəlif yerlərdə və vaxt­larda xalqların ehtiyac və imkanlarına uyğun olaraq Allahın Vəhy vasitəsilə çatdırılmışdır. Heç bir dövr İlahi rəhbərliksiz qalmamışdır və Bəşəriyyət durduqca bu rəhbərlik də davam edəcəkdir. Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər Onun tarixi mərhələləridir. Bu Din tarix boyu kamilləşmə yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Qurani –Kərim və s.) isə bir İlahi Kitabın səhifələridir. Bu Din daim inkişafdadır. Həzrət Krişna və Musanın təlimində tumurcuğu, Həzrət İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Onların hər biri öz dövründə zəruri və faydalı idi, onlarsız meyvə yetişə bilməzdi. Eyni proseslər Peyğəmbərlərin təlimlərində də baş verir; onların xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur, onlar Vahid Dinin müxtəlif tarixi mərhələləridir.

Allah bəşəriyyəti kamil və qüsursuz şəxslər olan Peyğəmbərlər vasitəsilə idarə edir. Peyğəmbərlərə Allahın zühurları kimi də baxmaq mümkündür. Onlar Allah deyillər, lakin mükəmməl güzgütək Onun işığını insanlara əks etdirirlər. Peyğəmbərlər Allahla Bəşəriyyət arasında vasitəçidirlər. Peyğəmbərlərin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş bir neçə Peyğəmbərin adı məlumdur: Krişna, İbrahim, Zərdüşt, Musa, Budda, İsa, Məhəmməd, Bab və Bəhaullah. Onların hər biri yeni Dinin əsasını qoymuş və müstəqil mədəniyyətlərin inkişafına təkan vermişlər.

Bəhai təliminə görə, hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dinlər arasında tam harmoniya mövcuddur. Fərq yalnız sosial qanunlarda, dini mərasim və ayinlərdə müşahidə olunur. Dinin sosial qanunları əbədi ola bilməz, cəmiyyət dəyişdikcə, onlar da dəyişməlidir.

Bütün Peyğəmbərlər bir Dinə xidmət edir və Bir İlahi Planı mərhələ-mərhələ həyata keçirdikləri üçün onların təlimlərindəki ardıcıllığı görməmək mümkün deyildir. Ona görə də dinləri birindən ayırıb qarşı-qarşıya qoymaq, həqiqi və saf, digərini səhv və natəmiz hesab etmək yanlışdır. Bütün dinlər və müqəddəs Yazılar öz əsaslarında həqiqi, bütün Peyğəmbərlər Allahın Zühurlarıdırlar. Həzrət Bəhaullah buyurur: “Əgər onlara diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər”.



İlahi Vəhyin ardıcıllığı və sonsuzluğu təlimi. Bu təlim əvvəlki təlimin davamı kimi çıxış edir. Bəhai təlimi Vəhy və Peyğəmbərlərin gəlişinin sonsuzluğu mövqeyindən çıxış edir. “Bəhaullah Əhdi” də Onun Öz sözlərinə görə Bəşəriyyətin ruhani təkamül prosesində yekunlaşdırıcı və yaxud sonuncu mərhələ deyildir. Həzrət Bəhaullah bildirir ki, Allah Elçilərinin ardıcıl sırası dünya durduqca davam edəcəkdir: “Allah öz Müjdəçilərini Musa və İsanın ardınca getməyə göndərmişdir və bu Onun tərəfindən sonu olmayanın sonunadək davam edəcəkdir...”.

İlahi Əhdlər ardıcıldır və onları təmsil edən Peyğəmbərlər Allah tərəfindən müəyyənləşdirilmiş dövrlərdə zühur etmiş və bu gələcəkdə də baş verəcəkdir. Allah Kainatı Nəhəng Vəhy Tsikllərı vasitəsilə idarə edir. Artıq bir tsikl (“Adəm” tsiklı) başa çatmış, ikinci tsikl (“Bəha” tsikli) Həzrət Bəhaullahın zühuru ilə Öz tarixi missiyasına başlamışdır. “Adəm” tsikli Adəm Peyğəmbərin zühuru ilə başlamış və Həzrət Məhəmməd (s) ilə sona yetmişdir. Bu dövr ərzində Yerə çoxlu sayda (124 min) Peyğəmbərlər (nəbilər və rəsullar) göndərilmiş, Müqəddəs Kitablar nazil olmuşdur. Bu tsikl dövründə Bəşəriyyət bir-birilə rəqabət aparan dinlərə, millətlərə, dövlətlərə parçalanmışdır.

“Bəha” tsikli Həzrət Bab və Bəhaullahın zühuru ilə başlamışdır. Bu tsikldə, 500 min il ərzində çoxlu sayda Peyğəmbərlərin gəlişi gözlənilir. Həzrət Bəhaullah Ondan sonrakı növbəti Peyğəmbərin 1000 ildən tez olmayaraq gələcəyini müjdələmişdir. O, yazırdı: “Düz min il tamam olmamışdan qabaq bir Əmr iddiasında olan kəs yalançı və iftiraçıdır...” “Bəha” tsiklinda Yerdə İlahi Sivilizasiyanın qurulmasından ötrü insan cəmiyyətində dərin ruhani, ictimai, siyasi, iqtisadi, mədəni və psixoloji dəyişikliklər baş verəcək. Həzrət Bəhaullah bildirir ki, Onun Əhdinin təsiri altında hərəkətə gətirilmiş qüvvələr köhnə Sivilizasiyanı dağıtmağa və yerində Ədalət və Sülh cəmiyyəti olan İlahi Sivilizasiyanı yaratmağa başlamışdır.

Bəşəriyyətin Birliyi haqqında təlim. Bəhai dini təlimində Bəşəriyyətin Birliyi prinsipi mərkəzi mövqedə durur. Həzrət Bəhaullah yazır:Şübhəsiz ki, irqindən və dinindən asılı olmayaraq dünyanın bütün insanları Vahid səma mənbəyindən ilham alırlar və onların hamısı Tək olan Allahın təəbələridir”

İnsan bədəni təkamül prosesində fiziki inkişafın müxtəlif mərhələlərindən keçdiyi kimi Bəşəriyyət də özünün sosial inkişafı prosesində müxtəlif mərhələlərdən keçir. Qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar, sonradan bu qruplar qə­bilələrə çevrilmiş, daha sonralar şəhər- dövlətlər, xalqlar və nəhayət XIX-XX əsrlərdə müasir millətlər və dövlətlər yaranmışdır. Həzrət Bəhaullah öyrədir ki, Bəşəriyyətin Birliyi kamillik yolunda so­nuncu sosial mərhələdir. O, izah edirdi ki, Onun gəlişində əsas məqsəd insanların birliyini mümkün etməkdir. O, yazırdı: “Həqi­qətən, Biz Yerdə yaşayanların hamısını birləşdirməkdən və ayrılmaz etməkdən ötrü gəlmişik” .

Həqiqi birlik, hər bir insan ayrılıqda Bəşəriyyətin Birliyini əsas ruhani prinsip kimi qəbul etdiyi zaman əldə ediləcəkdir. Bəşəri Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edil­məyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insan­ların onun vətəndaşı olmasını dərk edənə kimi o insan şüurunda tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə görünməmiş dəyişikliklərə səbəb olacaqdır. Belə birliyin əsası ruhani olsa da, Bəhai təlimində dünya xalqlarının bu istiqamətdə atacağı bəzi konkret addımlar da göstərilmişdir. Bunlar aşağı­dakılardır:

- Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu, onların ümumi mənafeyini qorumaq, planetdə əmin-amanlığı və sülhü təmin etmək məqsədilə Dünya Parlamentinin və Dünya Federativ Dövlətinin yaradılması, Dünya vətəndaşlığının təsis edilməsi;

- Dünyanın təbii sərvətlərindən Dünya Federativ Dövlətinin nəzarəti altında Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi;

- Dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini və millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;

- Dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi;

- Həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.

Həzrət Əbdül-Bəha yazır:“Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur...”.

İlahi Sivilizasiyanın Yerdə qurulması və Kainata yayılması təkcə Bəşəriyyətin deyil, bütün Kainatın inkişafında yeni Tarixi mərhələ olacaqdır. İlahi Sivilizasiyada bütün bəlaların, xəstəlik və təbii fəlakətlərin, yoxsulluq və səfalətin, zülm və haqsızlığın sonu çatacaqdır. Hər yerdə məhəbbət, xoşbəxtlik, sağlamlıq, firavanlıq, azadlıq, yüksək ruhanilik və əxlaqi paklıq bərqərar olacaqdır. Yer Kürəsi Cənnətə çevriləcək və çiçəklənən bağa bənzəyəcəkdir. Həzrət Əbdül-Bəha buyurur:

Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müha­ribənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və ədavət aparan millətlər bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.

Ruh haqqında təlim. Bu təlim ruh haqqında Yəhudi, Xristian və İslam təlimlərindən fərqlənmir. Bu təlim daxilində ruh haqqında həmin beş ideya durur: ruh – insanın mahiyyətini təşkil edən fövqəltəbii hissəsidir, ruh bədəndən asılı deyildir, ruh tam törəmədir, hər bir insanın ruhunu Allah xəlq etmişdir, bütün insanların ruhu ölməzdir. Bununla belə, ruhun mahiyyəti insan üçün dərk edilməzdir. Həzrət Bəhaullah yazır:

“...ruh Allahın əlamətidir və elə bir səmavi cövhərdir ki, bütün elm sahibləri onun mahiyyətini dərk etməkdə və bütün irfan əhli onun sirrini anlamaqda acizdir.Ruh –yaradıcısı olan Allahın ucalığından söz açan, Onun cəlalını etiraf edən, Onun həqiqətindən yapışan və Ona səcdə edən ilk şeydir”.

Ruh mahiyyəti etibarilə Allahın əlamətlərindən biri və Onun sirləri içərisində bir sirrdir. Onda elə bir şey gizlənib ki, hazırki aləm onu dərk etmək qabiliyyətinə malik deyildir”.

İbadət haqqında təlim. Bəhai təlimində Allaha ibadət daha daha geniş anlamdadır. Bəşəriyyətə xidmət, cəmiyyətdə saf əxlaq və xeyirxahlıqlar nümayiş etdirmək, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq, hətta gündəlik adi işlərin (həkimlik, müəllimlik, elmi tədqiqat və s.) vicdan və fədakarlıqla yerinə yetirilməsi də Allaha ibadət hesab olunur. Bununla belə fərdin Allaha ibadətinin aşağıdakı formaları da müəyyən olunmuşdur:


  • Həzrət Bəhaullah, Həzrət Bab və Həzrət Əbdül-Bəhanın nazil etdiyi duaların gündəlik oxunması;

  • Müqəddəs Yazıların səhər və axşam oxunması;

  • Namaz;

  • “Allahu-Əbha” ifadəsinin 95 dəfə zikri;

  • Oruc

Gündəlik dualara (şəfa, ehtiyac, kömək, bağışlanma və s.) sərf edilən vaxt, oxunan duaların sayı fərdin ehtiyacından və ruhani yanğısından asılıdır. Bəhai dinində namazların sayı üçdür. Ən qısa bir ayədən ibarətdir və günorta vaxtı, orta namaz gündə üç dəfə, səhər, günorta və axşam, böyük namaz isə 24 saatda bir dəfə qılınmalıdır. Mömin bu üç namazdan istənilən birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur.

Axirət həyatı haqqında təlim. Bu orginal təlimdir. Möv­cud dinlərin təlimlərindən fərqlənir. Dinlərin teoloji əsaslarında “Zamanın Sonu”, “Qiyamət” və “Dirilmə” ilə bağlı təsəvvür­lərin xüsusi yeri vardır. Həzrət Bəhaullah “İqan” kitabında izah edir ki, “Günəşin qaralması”, “Ayın parçalanması”, “ulduzların tökülməsi”, göydə və yerdə baş verən digər əlamətlər haqqında söylənmiş bu xəbərlər rəmzi məna daşıyırlar. Peyğəmbərlər ilk növbədə bunları fiziki deyil, ruhani anlamlara aid etmişlər. Onlar Qiyamət Günü ilə əlaqədar olaraq Günəş barəsində danı­şarkən Həqiqət Günəşini, yəni Peyğəmbəri nəzərdə tuturlar. Günəş ən böyük işıq mənbəyidir. Həzrət İsa xristianlar üçün və Həzrət Məhəmməd müsəlmanlar üçün belə Günəş olmuşdur. Allahın hər bir Zühurunun gəlişi Qiyamət Günüdür. “Dünyanın Sonu” ifadəsi Qiyamət Günü gələn kimi dünyanın dağılması demək deyildir. Bu ifadənin düzgün tərcüməsi “Əsrin başa çatması və ya Dövrün sonu” deməkdir. Bəhai təliminə görə Həzrət Bəhaullahın gəlişi bizim yaşadığımız bütün dünya üçün ən böyük Qiyamət Günüdür.

Peyğəmbərlər deyəndə ki, Günəş qaralacaq, bu, o de­məkdir ki, bu Mənəvi Günəşlərin saf təlimləri yalançı təsəv­vürlərlə, yanlış anlayışlar və xurafatlarla bulandırılacaqdır. Dini rəhbərlər və ruhanilər kiçik işıq mənbəyi olan Ay və ulduzlar kimi adamları ruhlandırmalı və onlara düzgün yol göstərməlidirlər. Deyəndə ki, Ay işığını itirəcək və qana dönə­cək və ulduzlar göydən yerə töküləcəklər, bu, o deməkdir ki, ruhanilər – mollalar, kilsə başçıları hörmətdən düşəcək, dini və siyasi çəkişmə və münaqişələrə qoşulacaq, ruhani niyyətlərdən uzaqlaşaraq, dünyəvi qayğılarla məşğul olcaqlar.

Qiyamət Günü, həm də Dirilmə Günüdür- ölülərin dirilə­cəyi gündür. Bəhai təliminə görə, “Dirilmənin” kobud fiziki bədənlə heç bir əlaqəsi yoxdur. Əgər bədən ölmüşsə, deməli, artıq onun işi bitmişdir. Dirilmə- Peyğəmbərlər vasitəsilə nazil olmuş İlahi Kəlam sayəsində insanın mənəvi həyata doğul­masıdır. Onun dirilib ayağa qalxdığı qəbir – nadanlıq və Allaha etinasızlıq, cəhalət qəbridir. Dirilmə Günü iyirmi dörd saatdan ibarət olan gün deyil, o Həzrət Bəhaullahın gəlişi ilə başlamış və hal-hazırkı dünya dövrünün bitəcəyi vaxtadək davam edən bütöv bir eradır. O indiki sivilizasiyanın bütün izlərinin Yer üzündən silinməsinə və İlahi Sivilizasiyanın qurulmasına qədər davam edəcəkdir. Həzrət Bəhaullah buyurur:

Qəbirlərdən qalxın, nə vaxta qədər yatacaqsınız? Bu, ikinci Sur səsidir, kimi gözləyirsiniz? Bu sizin mərhəmətli Rəbbinizdir, siz isə Ondan üz döndərirsiniz...”

Cənnət və Cəhənnəm yer, məkan deyil, haldır. Cənnət Allaha yaxınlıq, Cəhənnəm isə Ondan uzaqlıqdır. Bu hal Yerdəki və ölümdən sonrakı o biri həyatda da mövcuddur. İnsanın ana bətnindəki həyatı doğumdan sonrakı həyatından fərqləndiyi kimi, axirətdə də (ruhani dünyalarda) ruhun həyatı da bu dünyadakı həyatından kəskin şəkildə fərqlənir. Bədəndən azad olmuş ruh qəfəsdən azad olmuş quş kimi öz inkişafını və Allaha doğru hərəkətini davam etdirir. Bizim o biri dünyadakı inkişafımız bizim indi ruhani yüksəliş üçün sərf etdiyimiz cəhdlərdən asılıdır.

Bəşəriyyətə xidmət haqqında təlim. Bu təlim Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəha tərəfindən formalaşdırılmış bəhainin ailə və cəmiyyətdə bir sıra əxlaq və davranış qaydalarından ibarətdir. Həzrət Bəhaullah buyurur: “Dünyəvi arzuların arxasınca düşən və bu dünyanın şeylərindən yapışan kəs Bəha əhlindən deyil. Mənim həqiqi bəndəm o kəsdir ki, əgər qızılla dolu vadiyə daxil olsa, ondan bulud kimi yan ötüb keçər və dönüb arxaya baxar, nə də dayanar. Bilin ki, o mütləq Mənə mənsubdur. Səma sakinləri onun libasından müqəddəslik ətri duyar...” Bəhai etikasının və davranış qaydasının prinsipləri aşağıdakılardan ibarətdir:

bəhai öz həyatından hər cür milli, irqi, etnik, dini və sosial mövhumat və xurafatı silib atmağa çalışır – “Özünüzə rəva görmədiyinizi insanlara rəva görməyin və özünüz üçün istəmədiyiniz şeyi başqası üçün istəməyin”. O, bütün bəşəriyyəti sevir – “O kəs fəxr etməsin ki, vətənini sevir, fəxr etsin o kəs ki, dünyanı sevir”, Dinin əsas prinsipini – Bəşəriyyətin Birliyi prinsipini uca tutur və Ümumdünya sülhünə çalışır – “Ey Allah adamları, öz hayınızda olmayın, dünyanı islah etmək və insanları paklaşdırmaq barədə dü­şünün. Dünyanın yaxşılasması pak və xeyrxah əməllər, təqdirəlayiq və layiqli davranış sayəsində əldə oluna bilər. Əməllər - əmrin köməkçisi, əxlaq isə onun yardımçısıdır. Ey Bəha əhli! Paklıq yolu ilə gedin!. Hər cür dini, siyası, milli, iqri təəsübkeşliklər ona yaddır – “İnsana layiq olan işlər mərhəmət, məhəbbət, şəfqət və bütün aləm əhlinə qarşı dözümlü olmaqdır”;

bəhai hər hansı bir formada siyasi hərəkatlara qoşulmur. O, yaşadığı ölkənin hökumətinə və dövlətin konstitusiyasına sidq ürəklə itaət edir və ona səmimi hörmət bəsləyir – “Bu gün insanlara lazım olan şey hökumətə itaət etmək və hikmətdən yapışmaqdır”;

bəhai əxlaqi saflıq prinsipini gösləyir – “Biz, həqiqətən, Öz Kitabımızda əxlaqsızlıqdan üz döndərib paklıq yolunu tutanlara çoxlu mükafat müəyyən etdik. Həqiqətən, O, mükafatlandıran və səxavətlidir. O, nigahdan əvvəl və nigahda ismətliliyi qoruyub saxlayır – “Paklıq və ismət Allahın kənizləri üçün ən böyük bəzək olub və olacaq. Allah Mənə şahiddir! İsmət nurunun parıltısı öz işığını ruh dünyalarına səpir və onun ətri hətta Ən Yüksək Cənnətə yayılır. Allah isməti, həqiqətən, Öz kənizlərinin başlarına tac etmişdir. Bu böyük məqama çatan kənizin xeyir-duası böyükdür”, hamı ilə nə­zakətli, hörmətcil və qonaqpərvərdir – “Allahın bütün dost­larına bu sözləri vəsiyyət etmişik: müqəddəs ətəyi qadağan olunan əməllərin palçığına və bəyənilməyən xasiyyətlərin tozuna bulaşdırmayın. Ey Haqqın dostları, nəfs və ehtirasın dar biyabanından çıxıb müqəddəs Birlik fəzalarına tələsin və paklıq və qüdsiyyət bağçasında məskən salın1 Qoy sizin əməllərinizin ətrindən bütün yer üzərində olanlar şərəfli Birlik dənizinə üz tutsunlar”;

bəhai cəmiyyətdə və ailədə kişi və qadın bərabərliyini tanıyır – “Qadınlar yer üzündə kişi ilə bərabər hüquqa malikdirlər; dində və cəmiyyətdə onlar çox vacib ünsürlərdir. Nə qədər ki, qadınların öz yüksək imkanlarını əldə etməsinin qarşısı alınır, kişilər də özlərinin çata biləcəyi böyüklüyə yetişə bilməyəcəklər”, təknigahlıqdan başqa heç bir nigah formasını qəbul etmir – “Allahın qanunu altında izdivac sualına dair: əvvəlcə sən könlünə yatan birisini seçməlisən və sonra bu məsələyə görə ata və ananın razılığı alınmalıdır. Sən seçim etməmişdən əvvəl onların müdaxilə etmək hüququ yoxdur”;

bəhai təhsil alır, peşə öyrənir, dolanışıq üçün vəsait qazanır və bəşəriyyətə xidmət edir – “bundan qəbahətli bir iş ola bilməz ki, Haqqın adından insanlar arasında dilənçilik edəsən. Xoş o yoxsulun halına ki, səbr edər və öz yoxsulluğunu gizli saxlar və o varlının halına ki, varını möhtaca verər və onları özündən üstün tutar. Allahın köməkliyi ilə yoxsullar da çalışmalı və həyatları üçün ruzi qazanmalıdırlar...”;

bəhai Bir Ümumi Din konsepsiyasını təbliğ etməklə dinlər və məzhəblər arasında dostluq, əməkdaşlıq və birliyin yaradılmasına çalışır - “Bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyətdə olun”;

bəhai qeybətdən, mübahisədən, yalan, ixtilaf və nara­zılıq­dan uzaqdır – “Dostlara dönə-dönə tövsiyə etmişik və edirik ki, fəsad qoxusu gələn şeylərdən uzaqlaşsınlar, xeyr, qaçsınlar. Biz bir tərəfdən insan övladları arasında ixtilaf, fəsad və nifaq doğuran şeyləri Allahın müqəddəs Kitabından sildik, digər tərəfdən isə ora ülfətə, anlayışa və birliyə səbəb olan şeyləri təsbit etdik”



IV FƏSİL. DİNLƏRİN ƏZƏLİ BİRLİYİ VƏ BİR ÜMUMİ DİN KONSEPSİYASI
Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin

birliyi mümkündür. O zaman ki, insanlar həqiqəti axtarmağa

başladılar, aşkar edəcəklər ki, birləşmişlər”

Həzrət Əbdül-Bəha
Dinşünaslığın ən əhəmiyyətli problemlərindən biri Dinlərin Əzəli Birliyi və Bir Ümumi Din konsepsiyasını həm elmi, həm də teoloji faktlarla sübuta yetirməkdir. Şübhə yoxdur ki, Dünyada hazırda mövcud olan dinlər İlahi mənşəyə malikdirlər və Bir Mənbədən qaynaqlanırlar. Buradan belə bir nəticəyə gəlmək olar ki, Yerdə Allahın bir Dini mövcuddur, bütün dinlər bu Dinin tarixi mərhələləridır. Bu Din tarix boyu kamilləşmək yolu ilə inkişaf etmişdir. Peyğəmbərlərin gətirdikləri Müqəddəs Kitablar (Bhaqavat-Qita, Tövrət, Avesta, İncil, Qurani-Kərim, Kitabi–Əqdəs) isə bir İlahi Kitabın səhifələridir. Bu Din cansız deyildir. Əksinə, o daim inkişafdadır. Həzrət Krişna və Musanın təlimində tumurcuğu, Həzrət İsa və Məhəmmədin təlimində çiçəyi görürüksə, Həzrət Bəhaullahın təlimində o, artıq yetişmiş meyvədir. Tumurcuq düşməlidir ki, çiçək açsın, çiçək tökülməlidir ki, meyvə yetişsin. Tumurcuq və çiçək töküldükləri üçün faydasız sayılmamalıdırlar. Onların hər biri öz dövründə zəruri və faydalı idi, onlarsız meyvə yetişə bilməzdi. Əslində “tökülən” dinin zahiri (sosial qaydalar, mərasimlər və s) cəhətləridir. Onun ruhani əsasları qalır və növbəti dinə “ötürülür”. Həzrət Bəhaullah yazır: “Bu, Allahın dəyişməz Dinidir, keçmişdə əzəli, gələcəkdə əbədi”.

Beləliklə, Peyğəmbərlərin gətirdikləri təlimlərin xarici forması əsrdən-əsrə dəyişir, hər yeni Vəhy əvvəlkini tamamlayır. Belə söyləmək olar ki, onlar arasında fikir ayrılığı və uyğunsuzluq yoxdur. Allahın dini yerdə təkamül etdikcə, onun cəmiyyətin sosial quruluşu, insanlararası münasibətlər və digər sosial qanunlarla bağlı qaydaları da dəyişir, kamilləşir və insanın ruhani mahiyyətinə, maddi və mənəvi ehtiyaclarına daha çox cavab verir.

Bir Ümumi Din konsepsiyasının təhlilinə keçməzdən öncə biz “Əhd” anlayışı üzərində bir qədər düşünməliyik. “Əhd” anlayışı bütün dinlərdə, xüsusən də İbrahimi dinlərdə ön planda görünür. Bibliya və Qurani-Kərim mətnlərinə istinad etsək, Əhd – iki tərəfin, Allah və insanın (bəşəriyyətin) öz üzərlərinə götürdükləri öhdəliklərdən ibarət razılaşma və ya müqavilədir. Allah Yaradan, Qüdrətli və Müdrik olub, Əhdin müəllifidir. O, Əhdin şərtlərini insanın köməyi olmadan müəyyən etmişdir. Əhdə Allahın rolu insanınkından fərqlənir. Allah həyatın həyatverici qüvvələrini və Vəhyi azad edir, insan isə onları könüllü surətdə qəbul edir və sidqi-ürəklə Onun Əhdinin arxasınca gedir. Əhdin şərtlərinə görə Allah yerdə və Göydəki sərvətləri insanın sərəncamına verməklə onun fiziki tələbatını ödəməli, digər tərəfdən isə Öz Peyğəm­bərlərini (Zühurlarını) göndərməklə onun ruhani inkişafını təmin etməlidir.

Beləliklə, Əhdin şərtlərinə uyğun olaraq, Allah insanın həm maddi rifahını təmin edəcəyinə, həm də Peyğəmbərləri vasitəsilə onu ruhani kamilliyə çatdıracağına zəmanət verir. İnsanlar isə öz növbəsində iki şərtə əməl edəcəklərinə, birincisi, təlimlərini qəbul etməklə İlahi Zühurları tanımağa və ikincisi, Onların qanun və hökmlərinə uyğun olaraq öz həyatlarını qurmağa söz verirlər.

Allahın təyin etdiyi bu iki şərtə əməl etməklə insanlıq özünün ruhani inkişafına və həqiqi maddi tərəqqiyə nail olur. Demək, Əhddə Allahın ali məqsədi bəşəriyyəti ən yüksək kamilliyə çatdırmaqdır. Kamilləşmənin yeganə yolu isə “Bəşəriyyətin Müəllimləri” vəzifəsini yerinə yetirən Peyğəmbərlərin insanlara çatdırdıqları Müqəddəs Yazılara əməl etməkdir.

Əhdlə bağlı diqqəti cəlb edən cəhət, Allahın insanlar tərəfindən Peyğəmbərlərin qəbul edilməsi məsələsinə çox böyük tələbkarlıqla yanaşmasıdır. Bu şərtə görə Elçilərini tanımaqla insanlar Allahın özünü tanımış olurlar. “Kitabi-Əqdəsdə” (Bəhai Dini) buyurulur:

Allahın bəndələr üçün yazdığı birinci vəzifə - Onun Vəhyinin məşriqini və Əmrinin Şəfəqini (yəni Onun göndərdiyi Peyğəmbərləri – qeyd müəlliflər) tanımaqdır ki, bu Kəs əmr və xilqət aləmlərində Onun Özü məqamındadaır. Buna nail olan kəs bütün xeyirlərə yetişər, bundan məhrum olan kəs isə bütün yaxşı əməllərə sahib olsa belə, yolunu azmışlardan sayılar. Bu yüksək məqama və uca üfüqə yetişən hər bir kəs Məqsud tərəfindən əmr edilənlərə tabe olmalıdır. Bu iki vəzifə bir-birindən ayrılmazdır və biri digərsiz qəbul olunmaz. İlham mənbəyinin hökmü belədir...”

Allahın insan üzərinə qoyduğu bu hökm Qurani-Kərim və İncil Yazılarında da aşkar görünür:

Mənim tərəfimdən sizə doğru bir yol göstərən gəldiyi zaman Mənim yol göstərənimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar” (Əl-Bəqərə, 38) .“O kəslər ki, Allahla Əhd bağladıqdan sonra onu pozur, məhz belələri ziyana uğrayanlardır” (Əl-Bəqərə, 27) .“Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur” (Ən-Nisa, 80).“Mənə iman edən, Mənə yox, Məni Göndərənə iman edir” (Yəhya Müjdəsi, 12:44)

Əhdin şərtlərinə uyğun olaraq, Allah Öz Peyğəmbərlərini bir-birinin ardınca yerə göndərərək, Onların vasitəçiliyi ilə insanlarla Əhd (“İbrahim Əhdi”, “Musa Əhdi”, “İsa Əhdi”, “Məhəmməd Əhdi”, “Bəhaullah Əhdi” və s.) bağlayaraq, bəşəriyyəti sonu görünməyən gələcəyə doğru aparır. Əhd haqqında Tövrət, İncil və Qurani-Kərim Yazılarında da məlumat verilmişdir. Qurani-Kərimdə deyilir:

Xatırla ki, Biz bir zaman Peyğəmbərlərdən Əhd almışdıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da. Biz Onlardan möhkəm bir Əhd almışdıq”(Əl-Əhzab,7)

Allahın Tövrətdə Nuh, İbrahim, Musa və başqa peyğəmbərlər, İncildə isə İsa Məsih ilə bağladığı Əhddən danışılır. Nuh Əhdində bütün canlıları məhv etmiş daşqın qurtardıqdan sonra Allah Nuha və Onun oğullarına xeyir-dua verib deyir:

Mən sizinlə və sizdən sonra gələn nəslinizlə sabit bir Əhd kəsirəm; bir daha tufanla bütün canlılar məhv edilməyəcək, yer üzünü viran qoyan tufan olmayacaqdır. Mən göy qurşağımı buludların arasına qoyuram və o, Mənimlə yer arasındakı Əhdin bir rəmzi olacaqdır. Mən ona baxıb, yer üzündə yaşayan bütün canlılarla kəsdiyim əbədi Əhdi xatırlayacağam. Budur, mənim yer üzündəki bütün canlılarla kəsdiyim Əhdin rəmzi” ( Varlıq, 8:18-22).

Allah Elçilərinin gətirdikləri Əhdlər dörd əsas tərkib hissədən ibarətdir:



I. Yeni İlahi Əhdin məqsədlərini insanlara bəyan etmək və öncə göndərilmiş Peyğəmbərlərin və Müqəddəs Kitabların həqi­qiliyini təsdiq etmək;

II. Unudulmuş Allah həqiqətlərini və ruhani prinsipləri bərpa etmək, insanları yeni İlahi biliklərlə zənginləşdirmək və Dinin dövrün tələblərinə cavab verməyən sosial qanunlarını yeniləri ilə əvəzləmək;

III. Gələcək Peyğəmbərin müjdəsini insanlara çatdırmaq;

IV. Peyğəmbərin öz canişinin təyin etməsi, yəni Kiçik Əhdi bağlanması;

İstənilən Əhdin bu tərkibdə insanlara çatdırılması bütün Vəhy dövrlərində olmuş və gələcəkdə də belə olacaqdır. Əhdin ən əhəmiyyətli tərkib hissəsi və ya İlahi Zühura tapşırılmış ən məsul vəzifə- gələcək Peyğəmbər və ya Zühur haqda müjdənin insanlara çatdırılmasıdır. Həzrət Bab yazır:

Aləmlərin Rəbbi olan Allah bütün insanlarla qabaqcadan Əhd bağlamadan, onları növbəti Vəhyi və növbəti Kitabı qəbul etməyə çağırmadan öz tərəfindən Peyğəmbər göndərməmiş və Kitab açmamışdır”.

Həzrət Babın sitatından məlum olur ki, İlahi Zühurların özlərindən sonrakı Zühurların gəlişini müjdələməsi Əhdin ən əsas şərtidir. Həzrət Əbdül-Bəha bu haqda yazır:

Həzrət İbrahim Həzrət Musa haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini gətirdi. Həzrət Musa Vəd olunmuş Həzrət İsa Məsih haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş xəbərini dünyaya çatdırdı. Həzrət İsa Məsih Həzrət Məhəmməd ə.s. haqqında Əhdi təyin etdi və Onun Zühurunu xəbər etdi. Həzrət Məhəmməd ə.s. Həzrət Bab haqqında Əhdi təyin etdiyi üçün Həzrət Bab Həzrət Məhəmmədin Vəd etdiyi Kəsdir, çünki Həzrət Mə­həmməd ə.s. Onun haqqında xəbər gətirmişdi. Həzrət Bab Həzrət Bəhaullah haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini verdi, çünki Həzrət Bəhaullah Həzrət Babın Vəd etdiyidir. Həzrət Bəhaullah min və ya çox min illər sonra Zühur edəcək Kəs haqqında xəbəri çatdırdı. Bu Zühur Həzrət Bəhaullahın Vəd etdiyi Kəs olacaq və O, min və ya çox min illər sonra gələcək...” .

“Bəhaullah Əhdi” də Onun Öz sözlərinə görə Bəşəriyyətin ruhani təkamül prosesində yekunlaşdırıcı və yaxud sonuncu mərhələ deyildir. Həzrət Bəhaullah bildirir ki, Allah Elçilərinin ardıcıl sırası dünya durduqca davam edəcəkdir:

Allah öz Müjdəçilərini Musa və İsanın ardınca getməyə göndərmişdir və bu Onun tərəfindən sonu olmayanın sonunadək davam edəcəkdir...”.

Allah Elçisinin Yerdə görünməsi çox nadir hadisə olduğu üçün bəşəriyyətə din gətirmiş və müstəqil mədəniyyətlərin inki­şafına təkan vermiş yalnız bir neçə İlahi Zühurun adı məlumdur: Krişna, İbrahim, Zərdüşt, Musa, Budda, İsa, Məhəmməd, Bəhaullah. Onlar bəşəriyyətin həqiqi müəllimləri idilər. Onların məqsədi insanları bir-birinə yaxınlaşdırmaq, insan sivilizasiyasının tərəqqisinə nail olmaq idi. Əgər Allah dünyanı vahid Vəhy kon­sepsiyası əsasında idarə edirsə və vaxtaşırı yerə peyğəmbərlər göndərməklə Bəşəriyyəti gələcəyə doğru aparırsa, bəs nə üçün Dini təlimlər bu qədər bir-birindən fərqlənir və bəzən tamam ziddiyyət təşkil edir ? Bunu bir qədər araşdırmağa çalışaq.

Hər bir din iki hissədən ibarətdir: ruhani təlim və sosial təlim. Ən yüksək ruhani səviyyədə bütün dünya dinləri arasında tam harmoniya mövcuddur. Fərq yalnız sosial səviyyədə müşahidə edi­lir. Bu özünü dini mərasim və ayinlərdə, qanun və sərəncamlarda göstərir. Dinin sosial cəhətləri əbədi ola bilməz, dövrdən dövrə cəmiyyət dəyişdikcə, onlar da dəyişməlidirlər. Həzrət Əbdül-Bəha yazır:

Hər İlahi Vəhy iki hissədən ibarətdir. Birincisi əsas olub əbədidir. O İlahi həqiqətlərin və başlıca prinsiplərin şərhidir. O, bütün dinlərdə vahid və dəyişməzdir. İkinci hissə praktiki həyata, qarşılıqlı və işgüzar münasibətlərə aid olub, onun məzmunu insanın təkamülünə və Peyğəmbərin dövrünün tələblərinə uyğun şəkildə dəyişir. Məsələn, Həzrət Musanın dövründə ən adi oğurluğa görə əli kəsirdilər. Lakin bu qanunlar İsanın dövrünə uyğun gəlmirdi və O onları ləğv etdi. Eynilə boşanmaların geniş hal alması, nigah qanununun laxlaması səbəbindən İsa boşanmanı da qadağan etdi.



Dövrünün tələblərinə uyğun olaraq Musa ağır cinayətlərə görə “On qanun” müəyyən etdi. O zamanlar bu kəskin qanunlar olmadan icmanı müdafiə etmək, onun ictimai təhlükəsizliyini qorumaq mümkün deyildi, çünki İsrail övladları Tih səhrasında yaşayırdılar. Orada nə məhkəmə, nə də həbsxanalar var idi. Lakin İsanın dövründə bu qanunlara ehtiyac olmadı. Beləliklə, yerin və zamanın adət-ənənələrinə aid edilən dinin ikinci hissəsi o qədər də əhəmiyyətli deyildir, lakin Allah Dininin əsasını təşkil edən birinci hissə isə vahiddir və Həzrət Bəhaullah onu bərpa etdi...”

Dinlər arasında fərq insanların İlahi təlimlərə süni əlavələr etməsi nəticəsində də yaranır. Beləliklə, təlimlərin saflığı ardıcılları tərəfindən zaman - zaman təhrif olunur. Hər dinin zahiri, maddi cəhətləri - yaranma, yüksəlmə və tənəzzül mərhələlərindən keçir. Zaman keçdikcə insanlar dinin ruhaniy­yətilə bağlı hissəsini unudub, onun zahiri, maddi cəhətlərindən (ayin, mərasim və s.) möhkəm yapışır, onları mütləq həqiqətə çevirirlər. Lakin insan cəmiyyəti bir yerdə durmur, o daim inkişafdadır. Biliklər artdıqca və ictimai-iqtisadi münasibətlər təkmilləşdikcə, insanların dünyagörüşü dəyişir və kamilləşir. Bu zaman inkişaf etmiş cəmiyyət dinin dondurulmuş sosial qanunlarına sığmır. Bu da fərdlərin və bütövlükdə cəmiyyətin dindən uzaqlaşmasına, ruhaniyyətin və əxlaqın aşağı düşmə­sinə səbəb olur. Tənəzzül mərhələsi yüksək həddə çatanda Allah Yerə yeni Peyğəmbər göndərir, insanların ürəyinə yeni inam toxumu atılır, unudulmuş ruhani prinsiplər yenidən bərpa edilir, inkişaf etmiş yeni cəmiyyətin tələblərinə uyğun qanun və hökmlər elan edilir və bununla da növbəti yüksəliş başlayır. Həzrət Bəhaullah yazır:

Yenə də dinlərin mahiyyəti barədə yazmışdınız. Müdrik­lər dünyanı insan bədəninə bənzətmişlər. İnsan bədəninə geyim lazım olduğu kimi, dünyanın bədəninə də ədalət və bilik libası gərəkdir. Deməli, Allahın dini dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmin dövrə uyğun şəkildə zahir və aşkar olur..”

Həzrət Krişna “Bhaqavat-Qita”da deyir: “Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm zahir oluram... Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm”.

Beləliklə, Dini yaranma, yüksəliş və tənəzzül mərhə­lələrindən keçən, yəni təkamül həyatını yaşayan istənilən mad­di obyekt və ya proseslə müqayisə etmək mümkündür. Dinləri tədqiq edərkən onların müxtəlif inkişaf mərhələlərində yaran­ma, yüksəliş və ya tənəzzülə uyğun olaraq onun müəyyən cəhət­lərinin üzə çıxmasının şahidi oluruq. Əgər dinin yaranma mərhələsində ruhani cəhətlər–birlik, qardaşlıq, əxlaq və mənəviyat, xeyirxahlıqlar daha çox qabarırsa (bu mərhələdə əksər dinlərdə ayinçilik demək olar ki, nəzərə çarpmır), yüksəliş mərhələsində fəlsəfi, mə­dəniyyətyaradıcılıq (incəsənət, memarlıq və s.) cəhətləri, sönmə mərhələsində ayinçilik, mərasimçilik, möcüzə axtarışına və mis­tikaya meyllilik özünü daha çox göstərir.

Bütün peyğəmbərlər bir Dinə xidmət etdir və bir İlahi Planı mərhələ - mərhələ həyata keçirdikləri üçün onların təlimlərindəki ardıcıllığı görməmək mümkün deyildir. Ona görə də dinləri bir-birindən ayırıb qarşı-qarşıya qoymaq, birini həqiqi, saf, digərini səhv və natəmiz hesab etmək səhvdir. Bütün dinlər və müqəddəs Yazılar öz əsaslarında həqiqidirlər və bütün Peyğəmbərlər isə Allahın zühurlarıdırlar. Həzrət Bəhaullah yazır: “Əgər onlara diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadrda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər”.

Qurani-Kərimdə deyilir: “Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər, “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər – bütün bunlar, həqiqətən, kafirdirlər. Biz kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq ! Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Öz mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir !” (Ən-Nisa, 150-152)

Hər dəfə Peyğəmbər gələndə, Ondan əvvəlkilər tərəfindən başlanmış təlimin qurulması prosesi davam etdirilir, yeni Müjdə gətirilir və gələcək Zühurun gəlişi üçün əsas qoyulur. Peyğəmbərlər Öz mahiyyətlərinə görə bir-birindən fərqlənmirlər. Lakin Allahın Onlara tapşırdığı vəzifələrdən, İlahi yükün ağırlığından və məsuliyyətindən asılı olaraq onlar fərdi məqamlara malikdirlər. Həzrət Bəhaullah yazır: “Əlbəttə Allahın bütün Peyğəmbərləri Onun sevimliləridirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir nəfər kimi Onun adını daşıyır və Onun mükəmməlliyini təcəssüm etdirirlər. Onları bir-birindən ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaqlığı fərqləndirir” .

Bir Ümumi Din konsepsiyasının əleyhinə səslənən arqumentlərdən biri də odur ki, Vəhylə gəlmiş dinlər arasındakı fərqlər o qədər fundamentaldır ki, onları həqiqətin vahid bir sisteminin mərhələləri kimi təqdim etmək faktlara zidd görünə bilər. Göstərilən faktlar ayin və ehkam kateqoriyalarına aiddir. Həzrət Bəhaullah təsdiq edir: “Bu prinsiplər və qanunlar, bu möhkəm bərqərar olmuş və qüdrətli sistemlər, bir Mənbədən gəlmişdir və bir İşığın şüalarıdır. Onların birinin digərindən fərq­lənməsi onların bəyan edildikləri dövrün müxtəlif tələbatlarına görədir.”

Ona görə də, tənzimləyici qaydaların, ayinlərin və başqa dini ibadətlərin fərqlərinin, nazil olmuş dinlərin mahiyyət etibarilə birliyinə əhəmiyyətli bir əks arqument olmasını sübut etməyə çalışmaq, bu qanunların xidmət etdiyi məqsədi yaddan çıxarmaq deməkdir. Bu cür baxış dinin funksiyasının əbədi və müvəqqəti elementləri arasındakı fundamental fərqləri nəzərə almır. Dinin əsl missiyası dəyişməzdir. Bu, Həzrət Bəhaullahın sözləri ilə desək, “Allahın dəyişməz dinidir, keçmişdə əzəli və gələcəkdə əbədi”.

Dinin sosial rolunu başa düşmək üçün bu prinsip çox fundamental prinsipdir. Həzrət Bəhaullah göstərir: “Dünyanın bu günkü xəstəlikləri üçün lazım olan dərman heç vaxt sonrakı dövrün tələb etdiyi ilə eyni ola bilməz,” “Yaşadığınız dövrün ehtiyaclarının qayğısına qalın, öz fikirlərinizi onun kəskin ehtiyacları və tələbləri üzərində cəmləşdirin.”

Bu mənada, bütün yazılar bir səslə danışır: dinin hədəfi bəşərin “bir yerə toplanacağı”, “bir sürü, bir çoban” olacağı günə çatmaqdır.

Şübhəsiz ki, Allahın hər bir Zühurunun işi hər hansı qiymətləndirmədən yüksəkdə duran müstəqilliyə və səlahiyyətə malikdir. Hər Allah Elçisinin gəlişi Gerçəkliyin sonsuz açılışının bir mərhələsidir. Bu proses sadəcə təkrarlama deyil, hər dəfə artan istiqamətdə gedir və yalnız bu kontekstdə baxıldıqda tam başa düşülə bilər.

İnsan irqi bütün müxtəlifliyinə rəğmən vahid növ olduğu üçün, Allahın müdaxiləsi də vahid bir prosesdir. Bu prosesin bü­tün qəhrəmanları və övliyaları bu mübarizənin bütün mər­hə­lələrinin qəhrəmanları və müqəddəsləridir. Geniş mənada, bəşə­riyyətin geniş dini tarixi salnaməsi “Əhd”in yerinə yetməsini göstərir.



Dinlərin birliyindən danışmaq vacibdir, lakin bu anlayışın başa düşülməsi daha mühümdür. Ən dərin səviyyədə, Həzrət Bəhaullahın vurğuladığı kimi, Yer kürəsində ancaq Bir Ümumi Din var.

Rəbbin bütün dünyanın sa­ğal­ması üçün müəyyən etdiyi ən təsirli dərman və ən güclü vasitə - bütün dünya xalqlarının bir ümumi Əmrdə, Vahid bir Dində birləşməsidir.

Həzrət Bəhaullah
Sən Ey Mehriban Allah! Bütün insanları birləşdir. Qoy dinlər razı­lığa nail olsunlar, millətləri bir millət eylə, ta ki, onlar bir-birlərinə bir ailə kimi baxsınlar və bütün yer üzünü bir vətən saysınlar. Qoy onların ha­mısı ən mü­kəmməl uyğunluq içəri­sin­də birgə yaşasınlar. Ey Allah! Bə­şərin birlik bayrağını ucalt. Ey Allah! Ən Böyük Sülhü bərqərar elə. Ey Allah! Ürəkləri bir-birinə möhkəm bağla.

Həzrət Əbdül-Bəha

Ədəbİyyat sİyahısı


  1. Din əxlaqa aparan yol. Bakı, 2004.

  2. Fəridə Məmmədova. Qafqaz Albaniyasında xristianlıq. Bakı, 2003.

  3. Əsgərov E.M., Rəhimov N.Ə. İslamın əsasları: fəlsəfə, tarix və əxlaq baxımından. Bakı. 2007.

  4. Qurana dair 101 sual. Bakı, 1992.

  5. Masse A. İslam. Bakı, 1992.

  6. Surə Rzayeva. Panteizm. (www.edebiyyat.az)

  7. Əhmədov Ə. İslamın əsasları. Bakı, 1996.

  8. Elmi ateizm. Bakı, 1978.

  9. Quliyev Şahlar.İsa: İnamın yolu açıqdır. Bakı, 2009.

  10. Həzrət Bəhaullah. Yazılarından seçmələr. Bakı. 2009.

  11. Həzrət Bəhaullah. Kəlimət- i Məknunə, Bakı. 2000.88 s.

  12. Bahà'u'llah. Gleanings from the Writings of Bahà'u'llah. Wilmette, III.:Baha'i Publishing Trust.1976, p.254.

  13. Bahà'u'llah. The book of Certitude. Wilmette, III.: Baha'i Publishing Trust.1985.

  14. Bahà'u'llah. Tablets of Bahà'u'llah Revealed after the Kitab-I Aqdas. Haifa:Baha'I World Centre, 1982.

  15. Abdul-Baha'. Selections from the Writings of 'Abdul-Baha'. Haifa: Baha'I Wold Centre, 1978,p.291.

  16. Shoghi Effendi. Baha'i Administration: Selected Messaqes 1922-1932.Wilmette, III.:Baha'i Publishing Trust.1972.

  17. Baha'i Edication (A Compilation from Baha'i Writings). London: Baha'I Publishing Trust, 1976.

  18. Lights of Guidance. A Baha'I Reference File. New Delhi: Baha'i Publishing Trust.1988.

  19. Ateistin cib lüğəti. Bakı. Azərnəşr. 1987.

  20. Həzrət Əbdül-Bəha. Bəzi suallara cavablar. Bakı, 2005.

  21. Con Ebenezer Esslemont. Bəhaullah və Yeni Era. Bakı, 2000.

  22. Kатолицизм (словарь атеиста). М. 1991.

  23. Протестантизм (словарь атеиста). М. 1991.

  24. Никитин В.Н.,Обухов В.Л. Религиоведение. Санкт-Петербург.1999.

  25. Библия. Книги Ветхого и Нового Заветов. М., 1980.
    Донини А. У истоков христианства. М., 1979.

  26. Крывелев И. История религий. Т. 1, 2. М., 1975.

  27. Мень А. История религии. М., 1992. Т. 1.

  28. Мень А. Сын человеческий. М., 1992.

  29. Энгельс Ф. Бруно Бауэр и первоначальное христианство Энгельс Ф. Книга откровения //Маркс К, Энгельс Ф. Соч. Т. 21.

  30. Uca Ədalət Evi. Bir Ümumi Din. Bakı, 2005.

  31. Uca Ədalət Evi. Dini liderlərə müraciət. (www. bahai.az).





MÜNDƏRİCAT




Сящ.

MÜQƏDDİMƏ…………………………………………..

3

I FƏSİL. DİN ÜÇ TƏLİMİN PREDMETİ KİMİ……..

11

§ 1. Cəmiyyətdə ilahiyyat, ateizm və dinşünaslığın rolu…..

11

§ 2. İlahiyyat………………………………………………

22

§ 3. Ateizm……………………………………………….

27

§ 4. Dinşünaslıq…………………………………………..

41







II FƏSİL. AZƏRBAYCANDA DİNLƏR VƏ DİNİ MƏZ­HƏBLƏRİN BİR ÜMUMİ DİN PRİZMA­SIN­DAN TƏSNİFATI…………………………..…………..

47








III FƏSİL. AZƏRBAYCANDA DİNLƏR VƏ DİNİ MƏZHƏBLƏR…………………………………………..

61


§5. Krişna şüuru cəmiyyəti………………………..……….

61

§6. Yəhudilik………………………………………………

69

§7. Xristianliq……………………………………………..

79

Alban-Udi килсяси…………………………………………..

89

Pravoslavlıq………………………………………………

92

Katolisizm…………………………………………..……..

102

Protestantlıq………………………………………….……

110

Lüteranlıq……………………………………………..…..

111

Baptizm…………………………………………..…..……

117

Yeddinci günün adventistləri……………………………....

122

Əllincilər…………………………………………………..

129

Yahova şahidləri…………………………………………...

133

§8.Islam…………………………………………………...

141

§9.Bəhai Dini……………………………………………...

156







IV FƏSİL. DİNLƏRİN ƏZƏLİ BİRLİYİ VƏ BİR ÜMUMİ DİN KONSEPSİYASI……………………..…

171


Ədəbiyyat siyahısı………………………………………..

181



Жяфяров Азяр Бящлул оьлу

Щцсейнов Щцсейн Исэяндяр оьлу



Йыьылмаьа верилиб: 20.10.11. Чапа имзаланыб: 26.10.11

Формат 60х84 1/16. Ф.ч.в. 11,5. Сифариш №103.

Каьыз яла нюв. Тираъ 200 нцсхя. Гиймяти мцгавиля иля




ТИ-МЕДИА” ширкятинин мятбяяси


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə