11
edilmişdir.
13
Diqqəti cəlb edən faktlardan biri də odur ki,
kadusilərin yaşadığı yerlər haqqında antik müəlliflərin verdiyi
məlumatlarla ərəb müəlliflərinin «at taylasan»lar (talışlar) barədəki
məlumatları
üst-üstə düşür, uyğun gəlir.
14
Talışlara xüsusi məqalə həsr etmiş Ə.Rəcəbov də müxtəlif
mənbələrə əsaslanaraq qeyd edir ki, kadusilər talışların
əcdadlarıdır.
15
Talışların və talış dilinin mənşəyinə dair tədqiqatçıların
fikirlərini təhlil edən N.X.Məmmədov bu dilin V əsrdə müstəqil dil
kimi mövcud olduğu qənaətinə gəlir.
16
Tarixi və linqvistik faktlar
bu fikri qəbul etməyə və eyni zamanda Azərbaycan-talış dil
əlaqələrinin həmin dövrdən başlanması qənaətinə gəlməyə əsas
verir.
İrandilli tatların Azərbaycan ərazisinə gəlməsi haqqında
tədqiqatçılar müxtəlif fikirlər irəli sürürlər. Bəzi müəlliflərə görə,
tatların bir qrupunun Azərbaycana köçürülməsi hadisəsi İran şahı
Keykavusun nəvəsi I Keyxosrov dövründə baş vermişdir.
17
Bəziləri
daha qədimə gedərək yazırlar ki, tatlar e.ə. 700-cü ildə Azərbaycana
gəlmiş ari tayfalarındandır.
18
Başqaları tatların Azərbaycan
ərazisinə gəlişini eramızın II-VII əsrlərinə aid edirlər.
19
Bu
tədqiqatçıları birləşdirən ümumi fikir ondan ibarətdir ki, tatlar
Azərbaycana köçürmə siyasəti nəticəsində gəlmişlər. «Sasani
hökmdarları Albaniyanı öz hakimiyyətləri altında saxlamaq və
orada özlərinə dayaq yaratmaq üçün Albaniyaya İran dillərində
danışan əhali köçürürdülər. Onlar Sasanilər üçün strateji əhəmiyyət
kəsb edən rayonlarda yerləşdirilirdi. Bu əhali Abşeronun, indiki
13
Yenə orada, s.360.
14
Vəlixanlı N.V. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan
haqqında. Bakı, 1974, s.16.
15
Rəcəbov Ə.Ə. Talışlar // «Tolışi sədo» qəzeti, 1992, № 1, 2.
16
Мамедов Н.Х. Исторические корни азербайджанско-иранских языковых
взаимоотношений // СТ, 1990, № 1, стр.54.
17
Hacıyev M.İ. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, s.23-24.
18
Алиев К. К вопросу языков на территории Азербайджана // Труды
Института Истории АН Азерб.ССР, т.XIV, 1960, стр.47.
19
Əhmədov T.M. Azəri dili ilə tat dilinin qarşılıqlı əlaqəsinə aid bəzi qeydlər //
ADU-nun «Elmi Əsərləri», dil və ədəbiyyat seriyası, 1965, № 6, s.81.