Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
  1   2   3   4   5   6   7   8   9   ...   44


AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 
NƏSĠMĠ ADINA DĠLÇĠLĠK ĠNSTĠTUTU 
 
 
 
 
 
ĠLHAM  TAHĠROV     
 
 
 
 
 
 
D
D
İ
İ
A
A
L
L
E
E
K
K
T
T
 
 
 
 
L
L
E
E
K
K
S
S
İ
İ
K
K
A
A
S
S
I
I
N
N
D
D
A
A
 
 
 
 
A
A
L
L
I
I
N
N
M
M
A
A
 
 
 
 
S
S
Ö
Ö
Z
Z
L
L
Ə
Ə
R
R
 
 
(Ģərq qrupu dialekt və Ģivələrinin materialları üzrə) 
 
 
                                                                             
                                                                                      
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – «Nurlan» – 2004 


 
 
 

 
Azərbaycan MEA Nəsimi adına                        
Dilçilik İnstitutu Elmi Şurasının  
30 iyun 2004-cü il (protokol № 5) 
 qərarı ilə çap olunur. 
 
Azərbaycan dialektologiyası – 8 
 
Redaksiya heyəti: 
A.A.Axundov,  Azərbaycan  MEA-nın  müxbir  üzvü,  Əməkdar  elm 
xadimi,  filologiya  elmləri  doktoru,  professor;  Q.ġ.Kazımov
filologiya  elmləri  doktoru,  professor;  M.Ə.Mahmudov,  filologiya 
elmləri doktoru; S.M.Behbudov, filologiya elmləri namizədi 
 
Redaktor: Novruzəli Məmmədov 
                    filologiya elmləri namizədi 
    
Rəyçilər:   Mirzə Rəhimov 
                    Filologiya elmləri doktoru, professor 
                     
                    Fazil Əhmədov 
                    filologiya elmləri namizədi 
 
 
Ġlham  Tahirov.   
  
Monoqrafiyada    Azərbaycan  və  İran  dillərinin  qar-
şılıqlı  əlaqələri  Azərbaycan  dilçiliyində  ilk  dəfə  olaraq 
dialekt  və  şivələr  səviyyəsində  tədqiqata  cəlb  edilmiş,  
dialekt  leksikasının  zənginləşməsində  müxtəlif  İran 
dillərinin  rolu  araşdırılmış,    həmin  dillərdən  alınma 
sözlərin  fonetik,  qrammatik  təbiəti  və  leksik-semantik 
xüsusiyyətləri  üzə  çıxarılmış,  imkan  daxilində  İran 
dillərindən qədim alınma sözlər layı aşkar edilmişdir 
Əsər  elmi  ictimaiyyət  və  təhsil-tədris  sistemi  üçün 
nəzərdə tutulmuşdur.
 
 
 


 
 
 

ÖN SÖZ 
 
Müasir  dilçilik  ədəbiyyatında  alınma  sözlərin  öyrənilməsinin 
aktuallığı  və  zəruriliyi  dönə-dönə  qeyd  edilmişdir.  Azərbaycan 
dilçiliyində  də  bu  problem  ədəbi  dil  səviyyəsində  kifayət  qədər 
işlənmişdir,  lakin  Azərbaycan  dilinin  dialekt  və şivələrində  alınma 
sözlər, o cümlədən  İran mənşəli alınma sözlər geniş tədqiqata cəlb 
olunmamışdır.  Bu  sahəyə  ara-sıra  tədqiqat  əsərləri,  məqalələr  həsr 
olunsa  da,  ümumiyyətlə,  müəyyən  dialekt  və  şivələr  qrupunda 
alınmalara həsr edilmiş monoqrafik tədqiqat işi yoxdur. 
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinin əhatə etdiyi 
ərazidə  müxtəlif  dilli  xalqlar  yaşayır.  Onlar  əsrlər  boyu  qonşuluq 
şəraitində  yaşayaraq  müxtəlif  siyasi,  iqtisadi,  mədəni  əlaqələr 
saxlamışlar.  Şübhəsiz,  bu  əlaqələr  onların  dillərinə  təsir  etməyə 
bilməzdi.  Bu  ərazidə  yaşayan  xalqlar  arasında  ümumünsiyyət 
vasitəsi  olmuş  Azərbaycan  dili  onların  dillərinə  təsir  etdiyi  kimi, 
özü də qarşılıqlı təsirə məruz qalmışdır. 
Şərq  qrupu  dialekt  və  şivələrində  Azərbaycan  dilinin  qarşılıqlı 
əlaqədə olduğu  İran (fars, tat, talış) dillərinin təsiri özünü göstərir. 
Lakin  bu  təsir  eyni  səviyyədə  deyil.  Bu  dialekt  və  şivələrin  əhatə 
etdiyi  bütün  ərazidə  qədim  yazı  ənənəsinə  malik  fars  dilinin  təsiri 
görünürsə, tat və talış dillərinin təsiri ancaq həmin dillərin yayıldığı 
ərazidə hiss olunur. 
Qeyd  edilən  dialekt  və  şivələrdə  Azərbaycan  və  İran  dillərinin 
qarşılqlı 
əlaqələrinin 
araşdırılması 
təkcə 
Azərbaycan 
dialektologiyası  üçün  deyil,  ümumi  dilçilik  və  dil  əlaqələrinin  bəzi 
nəzəri problemlərinin həlli üçün də mühüm əhəmiyyət kəsb edir. 
Müstəqillik  qazanmış    Azərbaycan  respublikasında  milli 
münasibətlərin  inkişafının  daha  da  mühüm  əhəmiyyət  kəsb  etdiyi, 
Azərbaycanın  Avropaya  və  dünyaya  inteqrasiya  olunduğu  bir 
zamanda  belə  bir  mövzuya  müraciət  edilməsi  xüsusilə  zəruridir. 
Milli münasibətlərin ayrılmaz tərkib hissəsi kimi dil əlaqələrinin və 
onların tarixinin öyrənilməsi həmin dillərin daşıyıcıları olan xalqlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə