Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   2   3   4   5   6   7   8   9   ...   44

 
 
 

I  F Ə S Ġ L 
 
AZƏRBAYCAN VƏ ĠRAN DĠL ƏLAQƏLƏRĠNĠN 
TARĠXĠ KÖKLƏRĠ
 
 
Azərbaycan  ərazisində  tarix  boyu  müxtəlif  xalqlar  yaşamış  və 
yaşayırlar.  Azərbaycanın  etnik  rəngarəngliyi  haqqında  qədim 
yunan, erməni, gürcü, ərəb və fars mənbələri məlumat verir.
1
 
Azərbaycan  özünün  çox  zəngin  etnik,  mədəni,  siyasi  tarixi  ilə 
birlikdə bu ərazidə fəaliyyət göstərən dillərin qarşılıqlı əlaqələrinin 
öyrənilməsi  baxımından  maraqlı  tədqiqat  obyekti  kimi  də  diqqəti 
çəkir. Çox qədim zamanlardan özünün çoxdilliliyi ilə tədqiqatçıların 
diqqətini  cəlb  edən  Azərbaycan  ərazisində  müxtəlif  dil  ailələrinə 
mənsub  olan  yazılı  və  yazısız  dillər  təmsil  olunmuşdur.  Bu  dillər 
dildaxili  və  dilxarici  faktorların  təsiri  ilə  inkişaf  edir,  bir-birini 
zənginləşdirirlər. 
Çoxəsrlik  türk-İran  dil  əlaqələrinin  öyrənilməsi,  onların 
fonetika,  morfologiya,  sintaksis  və  xüsusilə  leksika  sahəsində  bir-
birilərini  qarşılıqlı  zənginləşdirmələrinin  tədqiq  edilməsi  həm 
türkologiya, həm də iranşünaslıq və eləcə də ümumi dilçilik və dil 
əlaqələri problemi üçün əvəzsiz əhəmiyyət kəsb edir. 
Türk-İran dil əlaqələrinin bütün geniş spektrinə toxunmadan və 
bunu qarşıya məqsəd qoymadan qeyd etmək olar ki, türk dillərinin, 
o  cümlədən  Azərbaycan  dilinin  də  daxil  olduğu  oğuz  qrupu 
dillərinin  tarixi  leksikologiyasının  bir  sıra  mühüm  problemlərini 
İran  dilləri  ilə  qarşılıqlı  əlaqələri  nəzərə  almadan  düzgün  şəkildə 
başa düşmək və həll etmək olmaz. Bununla  yanaşı,  türk dillərinin, 
eləcə  də  İran  dillərinin  bir  sıra  dialekt  və  şivələrinin  formalaşması 
tarixini  türk-İran  etnodil  əlaqələrini  nəzərə  almadan  tədqiq  etmək 
düzgün olmazdı və mümkün deyil. 
                                                 
1
  Bu  barədə  bax:  Алиев  К.  Античные  источники  по  истории  Азербайджана. 
Баку,  1986;  Гусейнов  Р.А.  Сирийские  источники  XII-XIII  вв.  об 
Азербайджане. Баку, 1960; Ибн Хордадбек. Книга путей и стран. Баку, 1986; 
Мамедов  Т.М.  Албания  и  Атропатена  по  армянским  источникам  (IV-VII 
вв.).  Баку,  1977;  Vəlixanlı  N.  IX-XII  əsr  ərəb  coğrafiyaşünas-səyyahları 
Azərbaycan haqqında. Bakı, 1974 və s. 


 
 
 

Türk-İran  dil  əlaqələri  heç  də  dünənin,  bugünün  hadisəsi 
deyildir. Bu əlaqələrin çox dərin tarixi kökləri vardır. 
Həm türk, həm də İran dilləri üçün onların qarşılıqlı əlaqələrinin 
əhəmiyyəti  haqqında  tcrkoloqlar,  iranşünaslar  qeyd  etmişlər.  Türk 
dillərinin  tarixi  məsələlərinə  dair  çox  dəyərli  fikirləri  olan  akad. 
A.N.Kononov  yazırdı:  «Türkdilli  xalqların  mədəni  əlaqələrinin 
tarixi üçün  bir tərəfdən, ərəb və İran dillərindən türk dilərinə, digər 
tərəfdən,  türk  dillərindən  ərəb  və  İran  dillərinə  alınmaların 
araşdırılması Çin və Soqdi dillərindən qədim leksik alınmaların öy-
rənilməsi qədər böyük maraq və əhəmiyyət kəsb edir».
2
 
«İran dilləri, görünür, türk dilləri ilə ən erkən qarşılıqlı əlaqələri 
olan Hind-Avropa dillərindəndir».
3
 
İran  dillərinin  tarixi  inkişafına  dərindən  bələd  olan  görkəmli 
iranşünas  İ.M.Oranski  türk-İran  dil  əlaqələrini  çox  qədim  köklərə 
malik olduğuna işarə edərək yazırdı: «Min ildən yuxarı İran-türk dil 
əlaqələri  nəticəsində  Orta  Asiya,  İran,  Zaqafqaziya  və  Kiçik 
Asiyanın  türk  dillərinə  xeyli  miqdarda  İran  (xüsusilə  fars)  sözləri 
keçmiş  və  əksinə,  İran  dilləri  və  dialektlərinə  çoxlu  türk  (və 
monqol) alınma sözləri daxil olmuşdur».
4
 
Göründüyü kimi, yuxarıda sadalanan fikirlər geniş mənada türk-
İran  əlaqələri  haqqındadır.  Türk-İran  dil  əlaqələrinin  tərkib 
hissələrindən  biri  kimi  Azərbaycan  dilinin  İran  dilləri  –  fars,  tat, 
talış  dilləri  ilə  qarşılıqlı  əlaqələrinin  tarixinə  qısa  şəkildə  nəzər 
salmaq  tədqiq  olunan  problemin  hansı  tarixi  köklərə  söykəndiyini 
açıb  göstərmək,  həmin  problemin  tədqiqat  mövzusu  kimi 
götürülməsinin  heç  də  təsadüfi  olmadığını  sübut  etmək,  xüsusilə 
indiki  şəraitdə  respublikamızda  milli  münasibətlərin  inkişafı  baxı-
mından maraqlı olardı. 
Azərbaycan və İran dillərinin qarşılıqlı əlaqələrinin kökləri çox 
qədimdir.  Belə  bir  müddəa  həm  tarixi,  həm  də  linqvistik  faktlarla 
təsdiqlənir.  
                                                 
2
 Кононов А.Н. Тюркское языкознание в СССР на современном этапе. Итоги 
и  проблемы  //  Проблемы  современной  тюркологии  (Материалы  тюркской 
конференции), Алма-Ата, 1980, стр.19. 
3
 Мусаев К.М. Тюркско-иранские языковые контакты // СТ, 1986, № 6, стр.26. 
4
Оранский И.М. Иранские языки в историческом освещении. М., 1979, стр.72. 


 
 
 

Elmi  mənbələrdə  Azərbaycan  və  İran  dillərinin  əlaqələrini 
təsdiqləyən çoxsaylı tarixi faktlara  rast gəlmək olar. 
Tədqiqatçılar  qeyd  edirlər  ki,  irandilli  tayfaların  şimal-şərqdən 
cənub-qərb  istiqamətindəki  miqrasiyası  prosesində  Talış  zonası 
müstəsna  rol  oynamışdır.  İrandilli  tayfaların  müasir  İran  ərazisinə 
Qafqaz  yolu  ilə  keçməsini  iddia  edən  tarixçilər  bu  zonanı  Qafqaz 
(xüsusilə  Zaqafqaziya)  ilə  İran  arasında  maddi  mədəniyyətin  qapısı 
adlandırırlar.  M.N.Poqrebova  e.ə.  II  minilliyin  sonu  –  I  minilliyin 
əvvəlində  Şərqi  Zaqafqaziya  ilə  İranın  əlaqələrindən  danışarkən 
qeyd  edir:  «Ön  Asiyanın  İran  tipli  xəncərləri  Zaqafqaziyada  Mil 
düzü  və  Naxçıvan  ərazisindən  tutmuş  şimala  –  Şimali  Osetiyaya 
qədər yayılmışdır. Onların biri istisna olmaqla hamısı Qafqazın şərq 
hissəsində  tapılmışdır.  Görünür,  İran-Qafqaz  əlaqələri  bu  halda 
Talış vasitəsilə baş vermişdir. Şərqi Zaqafqaziyada tapılan Ön Asiya 
tipli xəncərlərdən biri bilavasitə talış mənşəlidir».
5
 
Eramızdan  əvvəl  VIII-VII  əsrlərdən  başlayaraq  Azərbaycana, 
xüsusilə  Talış  zonası  da  daxil  olmaqla  Xəzər  sahili  bölgələrə 
irandilli  tayfaların  gəlməsi  intensiv  hal  təşkil  edir.  Azərbaycanın 
cənub-qərbindən  İran  istiqamətində  hərəkət  edən  kimmerilər, 
skiflər, saklar Talış zonasından yan keçə bilməzdilər. 
Tədqiqatçıların  təxmin  etdiyinə  görə,  kimmeri  və  skiflərdən 
başqa, qərbi  İran tayfaları  – midiyalılar, farslar,  saqartilər və b. da 
İrana  Qafqaz  (xüsusilə  Azərbaycan)  yolu  ilə  keçmişlər.
6
  Midiyada 
rəsmi  (ola  bilsin  ki,  tayfalararası)  dil,  şərti  olaraq  «Midiya  dili» 
adlandırılan dil olmuşdur. Həmin dildə yazılı abidələr, mətnlər bizə 
gəlib  çatmamışdır.
7
  Midizmlərə  –  xüsusilə  antroponim  və 
etnonimlərə və eləcə də ayrı-ayrı sözlərə assur, yunan mənbələrində 
və  qədim  fars  qayaüstü  yazılarında  rast  gəlinir.  Buna  baxmayaraq 
                                                 
5
 Погребова М.Н. К вопросу о связях Восточного Закавказья и Ирана в кон-
це  II  –  начале  I  тыс.  до  н.э. //  История  Иранского  государства  и  культуры. 
М., 1971, стр.191. 
6
  Грантовский  Э.Р.  Ранняя  история  иранских  племен  Передней  Азии.  М., 
1970, стр.340. 
7
  İran  dillərinin  gözəl  mütəxəssisi  V.B.Henninqə  görə,  Msxetdə  arami  yazılı 
kitabələrin  biri  Midiya  dilində,  daha  dəqiq  desək,  orta  Midiya  dilində  yazılmış 
mətndən  ibarətdir.  –Bu  barədə  bax:  Алиев  И.Г.  Очерк  истории  Атропатены. 
Баку, 1989, стр.29. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə