Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   2   3   4   5   6   7   8   9   ...   44

 
 
 
10 
güman  etmək  olar  ki,  Herodotun  «Tarix»ində  (e.ə.  V  əsr)  adları 
çəkilən altı Midiya tayfası lingua franca‘ya malik olmuşlar. 
İranşünasların  fikrinə  görə,  e.ə.  V-III  əsrlərdə  Atropatenada 
fəaliyyət  göstərən  İran  dili  İberiyada  danışılan  İran  dilinə  yaxın 
olmuşdur.
8
 
Atropatena ilə Albaniya sıx əlaqəli olmuşdur. Azərbaycanın bu 
iki  vilayəti  nəinki  mədəniyyət,  eləcə  də  etnik  mənada  bir-birinə 
yaxın idi. Bu ərazilərdə təmsil olunan İran dialektlərinin iki qohum 
dilin  dialektləri  olması  fikri  irəli  sürülür.  Hər  halda  İran  dillərinin 
qəbul  olunmuş  bölgüsündə  Midiya  dialekt  massivi  şimal-qərb 
qrupu, qədim fars dili isə cənub-qərb qrupu İran dillərinə aid edilir.
9
 
İran  dillərinin  müasir  dialekt  qruplarından  bir  neçəsi,  o  cümlədən 
talış dili də bir sıra xüsusiyyətlərinə görə Midiya dilinin, daha dəqiq 
desək, Midiya dialekt massivinin qalığı hesab edilir.
10
 
Talış  dilinin  bir  çox  fonetik,  morfoloji  və  sintaktik 
xüsusiyyətlərinə görə Azərbaycan və İran ərazisindəki fars, tat, kürd 
və  digər  İran  dillərindən  fərqləndiyi  artıq  sübut  olunmuşdur. 
Tədqiqatçılar  talışları  bu  ərazidə  mövcud  olan  digər  irandilli 
etnoslardan  fərqləndirən  ayrı  faktorları  da  qeyd  edirlər.  Onlardan 
biri  talışların  əsrlərdən  bəri  qapanıb  qaldığı  ərazi  bütövlüyüdür. 
Bunu  nəzərə  alaraq  S.Ə.Kəsrəvi  talışları  Əhəmənilər  dövründən 
Azərbaycanın  şimal-şərq  dağlarında  yaşayan  qədim  kadusilərin 
nəsilləri sayır.
11
 
Kadusilər  (kaduslar)  haqqında  ilk  məlumata  Herodotda  rast 
gəlirik.  O,  kadusilərin  Əhəmənilərin  XI  satraplığı  tərkibində 
olmasını  qeyd  edir.
12
  Sonralar  kadusilər  haqqında  digər  antik 
müəlliflər də məlumat verirlər. Kadusilər müasir talışların əcdadları 
olmuşdur  və  onların  məskunlaşdığı  ərazi  Atropatenaya  aid 
                                                 
8
 Bu haqda V.B.Henninqə istinadən N.X.Məmmədov bəhs edir.  –Bax: Мамедов 
Н.Х. 
Исторические 
корни 
азербайджанско-иранских 
языковых 
взаимоотношений // СТ, 1990, № 1, стр.53. 
9
 Оранский И.М. Иранские языки в историческом освещении, стр.38-39. 
10
 Миллер Б.В. Талышский язык. М., 1953, стр.229; Касумова С.Ю. Южный 
Азербайджан в III-VIII вв. Баку, 1983, стр.40. 
11
 Kesrevi S.A. Nameha-ye Şehrha ve dehha-ye İran. Teheran, 1956, s.20-41. 
12
  Гейбуллаев  Г.А.  К  этногенезу  азербайджанцев  (историко-этнографи-
ческое исследование). Т.I. Баку, 1991, стр.360. 


 
 
 
11 
edilmişdir.
13
  Diqqəti  cəlb  edən  faktlardan  biri  də  odur  ki, 
kadusilərin  yaşadığı  yerlər  haqqında  antik  müəlliflərin  verdiyi 
məlumatlarla ərəb müəlliflərinin «at taylasan»lar (talışlar) barədəki 
məlumatları üst-üstə düşür, uyğun gəlir.
14
 
Talışlara  xüsusi  məqalə  həsr  etmiş  Ə.Rəcəbov  də  müxtəlif 
mənbələrə  əsaslanaraq  qeyd  edir  ki,  kadusilər  talışların 
əcdadlarıdır.
15
 
Talışların  və  talış  dilinin  mənşəyinə  dair  tədqiqatçıların  
fikirlərini təhlil edən N.X.Məmmədov bu dilin V əsrdə müstəqil dil 
kimi  mövcud  olduğu  qənaətinə  gəlir.
16
  Tarixi  və  linqvistik  faktlar 
bu  fikri  qəbul  etməyə  və  eyni  zamanda  Azərbaycan-talış  dil 
əlaqələrinin  həmin  dövrdən  başlanması  qənaətinə  gəlməyə  əsas 
verir. 
İrandilli  tatların  Azərbaycan  ərazisinə  gəlməsi  haqqında 
tədqiqatçılar  müxtəlif  fikirlər  irəli  sürürlər.  Bəzi  müəlliflərə  görə, 
tatların  bir  qrupunun  Azərbaycana  köçürülməsi  hadisəsi  İran  şahı 
Keykavusun nəvəsi I Keyxosrov dövründə baş vermişdir.
17
 Bəziləri 
daha qədimə gedərək yazırlar ki, tatlar e.ə. 700-cü ildə Azərbaycana 
gəlmiş  ari  tayfalarındandır.
18
  Başqaları  tatların  Azərbaycan 
ərazisinə  gəlişini  eramızın  II-VII  əsrlərinə  aid  edirlər.
19
  Bu 
tədqiqatçıları  birləşdirən  ümumi  fikir  ondan  ibarətdir  ki,  tatlar 
Azərbaycana  köçürmə  siyasəti  nəticəsində  gəlmişlər.  «Sasani 
hökmdarları  Albaniyanı  öz  hakimiyyətləri  altında  saxlamaq  və 
orada  özlərinə  dayaq  yaratmaq  üçün  Albaniyaya  İran  dillərində 
danışan əhali köçürürdülər. Onlar Sasanilər üçün strateji əhəmiyyət 
kəsb  edən  rayonlarda  yerləşdirilirdi.  Bu  əhali  Abşeronun,  indiki 
                                                 
13
 Yenə orada, s.360. 
14
  Vəlixanlı  N.V.  IX-XII  əsr  ərəb  coğrafiyaşünas-səyyahları  Azərbaycan 
haqqında. Bakı, 1974, s.16. 
15
 Rəcəbov Ə.Ə. Talışlar // «Tolışi sədo» qəzeti, 1992, № 1, 2. 
16
  Мамедов  Н.Х.  Исторические  корни  азербайджанско-иранских  языковых 
взаимоотношений // СТ, 1990, № 1, стр.54. 
17
 Hacıyev M.İ. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, s.23-24. 
18
  Алиев  К.  К  вопросу  языков  на  территории  Азербайджана  //  Труды 
Института Истории АН Азерб.ССР, т.XIV, 1960, стр.47. 
19
 Əhmədov T.M. Azəri dili ilə tat dilinin qarşılıqlı əlaqəsinə aid bəzi qeydlər // 
ADU-nun «Elmi Əsərləri», dil və ədəbiyyat seriyası, 1965, № 6, s.81. 


 
 
 
12 
Şamaxı,  Dəvəçi,  Quba  və  başqa  rayonlarının  ərazisində  məskən 
salırdılar. Onların qalıqları indi də bu yerlərdə yaşamaqdadır».
20
 
«Sasani  çarları  Qubad  və  onun  oğlu  Xosrov  Ənuşirvanın 
dövründə  Abşeron  yarımadasından  başlayaraq  Azərbaycan 
ərazisinin  Xəzəryanı  zolağına  irandilli  əhalinin  yeni  dəstəsi 
köçürüldü… «Tat» adlandırılmış bu irandilli köçkünlərin kütləviliyi 
və  onların  Azərbaycanın  şimal-şərqində  –  Şirvanda,  Dəvəçi-Quba 
və  Abşeron  yarımadasında  –  bir-birinə  yaxın  ərazilərdə 
yerləşdirilməsi, bununla yanaşı öz dillərini uzun müddət saxlaması 
səbəbindən  həmin  zona  –  indiyə  qədər  sıx  irandilli  onomastika  ilə 
örtülmüşdür».
21
 
İrandan  köçürülmüş  əhali  və  onların  qalıqları  haqqında  A.Ba-
kıxanov  XIX  əsrdə  yazırdı:  «Şamaxı  və  Qudial  (Quba)  şəhərləri 
arasında  yerləşən bütün  mahalların əhalisi,  Şirvan qəzasının Göüz, 
Lahıc və Qoşunlu, Quba qəzasının Barmaq, Şeşpara, Buduqun aşağı 
hissəsi  və  Bakı  qəzasının  hamısı,  tərəkəmə  və  ya  türkmənlərin 
yaşadığı  altı  məntəqə  istisna  olmaqla  tat  dilində  danışır  ki,  bu  da 
onların fars mənşəli olmasını göstərir».
22
 
Sasanilərin  köçürmə  siyasəti  nəticəsində  qeyd  edilən  ərazidə 
Qərbi  İran  etnik  elementinin  nəzərə  çarpacaq  dərəcədə  artması  tat 
dilinin formalaşmasına əlverişli zəmin yaratdı. 
Sasanilərin  hərbi-strateji  məqsədlərlə  bağlı  həyata  keçirdikləri 
bu  köçürmə  zamanı  irandilli  əhali  imperiyanın  ayrı-ayrı 
rayonlarından  və  müxtəlif  vaxtlarda  köçürüldü.  Belə  hesab  etmək 
olar  ki,  indi  tatlar  arasındakı  dil  fərqləri  o  zamankı  qəbilə-tayfa 
fərqlərinin  nəticəsidir.  «Bu  fərqlər  elə  o  zamandan  –  köçürmə 
dövründən  əvvəl  mövcud  olmuş  və  indi  də  öz  xüsusiyyətini 
saxlamaqdadır».
23
 
IV  əsrdən  başlayaraq  Sasanilər  Albaniyanın  şimal  sərhədlərini, 
xüsusilə  Çul-Dərbənd  istiqamətindəki  sərhədlərini  möhkəmlən-
dirməyə  diqqət  yetirirlər.  Şimaldan  türkdilli  tayfaların  kütləvi 
                                                 
20
 Azərbaycan tarixi. I c., Bakı, 1961, s.98. 
21
  Сумбатзаде  А.С.  Азербайджанцы  –  этногенез  и  формирование  народа. 
Баку, 1990, стр.73-74. 
22
 Бакиханов А. Гюлистани-Ирам. Баку, 1991, стр.24. 
23
 Əhmədov T.M. Azəri dili ilə tat dilinin qarşılıqlı əlaqəsinə aid bəzi qeydlər // 
ADU-nun «Elmi Əsərləri», dil və ədəbiyyat seriyası, 1965, № 6, s.83. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə