Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   2   3   4   5   6   7   8   9   ...   44
    Bu səhifədəki naviqasiya:
  • Qabağ

 
 
 
16 
div, əjdaha və s.)
39
 Azərbaycan dilində işlənməsi yüz illərlə ölçülür. 
Onların Azərbaycan dilinə keçməsi Sasanilər dövrünə aid edilir 
40

Azərbaycan və fars dillərinin qarşılıqlı əlaqələrinin qədimliyini 
Azərbaycanda  və  İranda  onlarla  paleotoponimlər,  xüsusilə 
paleooykonimlər,  türk  və  İran  mənşəli  söz  və  topoformantların 
köməyi  ilə  əmələ  gələn  düzəltmə  və  mürəkkəb  toponimlər  də 
təsdiqləyir 
41

Azərbaycan  dilinə  ərəb  dilindən  bilavasitə  söz  alınması  şübhə 
doğurmur. İndinin özündə belə Azərbaycan dilində işlənən ərəb və 
fars  sözlərinin  nisbətini  nəzərdən  keçirdikdə  ərəb  sözlərinin 
üstünlük  təşkil  etməsi  açıq-aşkar  görünür.  Bu  faktın  doğruluğuna 
əmin olmaq üçün  «Ərəb və fars sözləri lüğəti»ndə sadə hesablama 
əməliyyatı aparmaq kifayətdir. Bu barədə bəzi tədqiqatçılar da qeyd 
edirlər
42
. Şübhə yoxdur ki, bu məsələdə həlledici rolu din amili oy-
namışdır.  Ərəb  sözlərinin  də  əksəriyyətini  dinlə  bağlı  leksik 
vahidlər  təşkil  edir.  Bununla  belə  ərəb  sözlərinin  hamısının  Azər-
baycan  dilinə  bilavasitə  ərəb  dilindən  keçmədiyi  haqqında  fikir 
mövcuddur.  Belə  ki,  Azərbaycan  dilində  işlənən  ərəb  sözlərin  də 
«ə»ləşməyə  və  «e»ləşməyə  meyl  daha  çox  özünü  göstərir.  Bu  hal 
klassik  mətnlərdə çox müşahidə edilir. Tədqiqatçıların fikrincə, bu 
bir daha göstərir ki, ərəb sözlərinin əksəriyyəti dilimizə fars dili və 
fars  dilində  yazıb-yaratmış  azərbaycanlı  müəlliflərin  əsərləri 
vasitəsilə keçmişdir 
43

Azərbaycan və ayrı-ayrı İran dillərinin istər ədəbi dil, istərsə də 
dialekt  səviyyəsindəki  qarşılıqlı  əlaqələrini  tədqiq  edən  alimlərin 
                                                 
39
 
Асланов  А.М.  Азербайджанский  язык  в  орбите  языкового 
взаимодействия. Баку, 1989, стр.32. 
40
 Yenə orada, s.32. 
41
  Bu  barədə  bax:  Axundov  A.  Torpağın  köksündə  tarixin  izləri.  Bakı,  1983; 
Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, 1991; Гейбуллаев Г.А. 
Топонимия Азербайджана (историко-этнографическое исследование). Баку, 
1986 və s. 
42
  Ə.  Dəmirçizadə  «Kitabi  Dədə  Qorqud»  dastanlarında  350  ərəb,  136  fars 
mənşəli sözün işləndiyini qeyd edir. Bax: Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili 
tarixi. I hissə, Bakı, 1979, s.125. 
43
 Payizov M.K. Klassik mətnlərdə alınma sözlərin transkripsiyası problemlərinə 
dair // Böyük Oktyabr sosialist inqilabının 70 illiyinə həsr edilmiş «Klassik mətn 
və  transkripsiya  məsələləri»  elmi-nəzəri  konfransının  məruzələrinin  tezisləri, 
Bakı, 1987, s.25. 


 
 
 
17 
gəldiyi  nəticələr  göstərir  ki,  türk  dillərinin  qədim  və  orta  dövrünə 
aid bir çox fonetik, qrammatik və semantik hadisələr İran dillərində 
bu  günə  qədər  mühafizə  olunmuşdur.  Azərbaycan  dilinin  qədim 
dövrü üçün xarakterik olan, indi isə arxaikləşmiş və ya ədəbi dildən 
çıxmış  çoxlu  sayda  leksik  vahidlər  bu  ərazidə  yaşayan  qeyri-türk 
xalqlarının  dillərində  relikt  halında  qorunmuşdur.  Həmin  sözlərin 
qədim  forması  türk  dillərinin  özünə  nisbətən  daha  etibarlı, 
dəyişilməz halda saxlanmışdır. Misallara müraciət edək. 
Azərbaycan  ədəbi  dilində  işlənməyən,  onun  dialekt  və 
şivələrində fonetik və ya semantik cəhətdən müəyyən dəyişikliklərə 
uğrayaraq işlənən qəylə, çəkürkə, toğay, bünq, ülqi//ülqü, ğatığ və 
s.  qədim  türk  sözləri  talış  dilində  etibarlı  şəkildə  qorunmuşdur. 
Həmin sözlərin talış dilində işlənən formaları VI-VII əsrlərdəki türk 
variantlarına daha yaxındır
44

Qabağ//qəbəğ  «alın»,  qəjğun//qəzğan  «qazan»,  dəğmə 
«damğa», ğeyğülü//qayğulu «yuxulu», sürt «yoxuş» və s. sözlər tat 
dilində  bugün  də  işlənir 
45
.  Türk  dillərinin  qədim  fonetik 
hadisələrindən  sayılan  d  ~  c  //  t  ~  c  əvəzlənməsinin  izləri  müasir 
Azərbaycan  dilində  də  qalmışdır.  Bu  qədim  fonetik  hadisə  tat 
dilindəki türkizmlərdə saxlanmışdır 
46

İran  dillərində  işlənən  qədim  türk  sözləri  Azərbaycan-İran 
əlaqələrinin  qədimliyini  təsdiqləyən  linqvistik  faktlardır.  Məhz  bu 
faktlar  əsasında  tədqiqatçılar  Azərbaycan  dilinin  yazıyaqədərki 
dövrünə aid müəyyən məqamları üzə çıxarır, ayrı-ayrı sözlərin ilkin 
semantik  strukturunu  bərpa  edir 
47
,  Azərbaycanda  səlcuqlardan 
əvvəl  Azərbaycan  dilinin  fəaliyyət  göstərdiyini,  sonralar 
                                                 
44
  Мамедов  Н.Х.  Азербайджанско-талышские  языковые  связи  на  уровне 
лексики  //  AFM,  II  buraxılış,  Bakı,  1984,  s.111-116;  Yenə  onun.  Отражение 
древнетюркских лексических элементов в талышском языке // СТ, 1980, № 
3, стр.57-68. 
45
  Ахмедов  Т.М.  Некоторые  древнетюркские  слова  в  татском  языке  //  СТ, 
1971, № 6, стр.69-79. 
46
  Ахмедов  Т.М.  Лексические  взаимоотношения  азербайджанского  и  татс-
кого языков. АКД, Баку, 1969, стр.8. 
47
  Мамедов  Н.Х.  Значение  данных  талышского  языка  в  изучении  истории 
азербайджанского языка дописьменного периода // СТ, 1984, № 6, стр.15-22. 


 
 
 
18 
Azərbaycan dilinin bu ərazidə yaşayan tayfalar və xalqlar arasında 
ümumi ünsiyyət vasitəsi olduğunu qeyd edirlər 
48

Azərbaycan dilinin tarixi üçün əvəzedilməz əhəmiyyətə malik olan 
belə faktlara İber-Qafqaz dillərindən udin 
49
, ləzgi 
50
, saxur 
51
, gürcü 
52

şahdağ qrupu dillərində 
53
 rast gəlmək olar. 
Nəhayət,  elmi  ədəbiyyatda  özünə  az-çox  mövqe  qazanmış  bir 
fikrə də münasibət bildirmək  yerinə düşər.  Bu məsələnin  türk-İran 
əlaqələrinin,  o  cümlədən  həmin  əlaqələrin  tərkib  hissələrindən  biri 
kimi  Azərbaycan-İran  dil  əlaqələrinin  tarixi  ilə  əlaqədar  prinsipial 
əhəmiyyəti vardır. 
Qəbul  edilmiş  ümumi  fikrə  görə,  «Orta  Asiya  və  daha  sonra 
ondan qərbə (o cümlədən Zaqafqaziya və Azərbaycana  – T.İ.) türk 
dilinin  yayılması  şimal-şərqi  və  Mərkəzi  Asiyanın  köçəri 
tayfalarının  eramızın  əvvəlində  başlanan,  gah  zəif-  ləyərək,  gah 
güclənərək  bütün  sonrakı  əsrlər  boyu  böyük  yerdəyişmələri  ilə 
bağlıdır»
54
.  Bununla  yanaşı  elə  gümanlar  və  fərziyyələr  də 
mövcuddur  ki,  guya  qeyd  edilən  dövrdən  əvvəl  türk-İran  qarşılıqlı 
dil əlaqələrindən danışmaq əbəsdir. Lakin tarixi və linqvistik faktlar 
bu fikri təkzib edir. 
                                                 
48
  Рагимов  М.Ш.  Значение  неродственных  языков  на  территории  Азербай-
джана  в  сравнительно-историческом  изучении  тюркских  языков  огузской 
группы // СТ, 1971, № 2, стр.50-58. 
49
  Гукасян  В.Л.  Взаимоотношения  азербайджанского  и  удинского  языков. 
АДД, Баку, 1973; Yenə onun. Древние тюркизмы в удинском языке // «Извес-
тия»  АН  Азерб.ССР,  серия  литературы,  языка,  истории, 1978,  №  2,  стр.66-
80. 
50
 Кубатов А.Б. Лексическое взаимоотношение азербайджанского и лезгинс-
кого языков: на материале кубинских говоров. АКД, Баку, 1973. 
51
 Асланов А.М. Взаимоотношения азербайджанского и цакурского языков: 
на материале закатальско-кахских говоров. АКД, Баку, 1965. 
52
  Алиева  Ф.Г.  Тюркизмы  в  средневековых  грузинских  источниках  (на  основе 
грузинской  летописи  «Картлис  цховреба»).  АКД,  Баку,  1992;  Гукасян  В.Л.  Об 
азербайджанско-грузинских языковых контактах // СТ, 1980, № 4, стр.22-33. 
53
  Кубатов  А.Б.  Взаимоотношения  азербайджанского  языка  и  шахдагско-
лезгинской группы языков: на материале литературных языков и диалектов. 
АДД, Баку, 1992. 
54
 Основы иранскогоязыкознания. Древнеиранские языки. М., 1979, стр.45-46. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə