Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   2   3   4   5   6   7   8   9   10   ...   44

 
 
 
19 
İranşünaslıqda  qəbul  edilmiş  bölgüyə  əsasən 
55
  qədim  İran 
dilləri  qrupuna  aid  edilən  Avesta  dilində 
56
  bi  sıra  türk  mənşəli 
sözlərin işləndiyi göstərilir 
57

Avestada  türkizmlərə  misal  göstərilən  sözlər  sırasında  k
ā
ra 
diqqəti  cəlb  edir.  Bu  söz  «xalq,  kütlə,  qara  camaat»  mənasında 
işlənmişdir 
58
.  K
ā
ra  sözü  qədim  fars  dilində  yuxarıda  göstərilən 
mənadan  əlavə  «ordu»  anlamında  da  işlənmişdir 
59
.  Midiya  tarixi 
üzrə  mütəxəssislər  «ordu»  mənasının  bilavasitə  «xalq»  mənası  ilə 
bağlı  olduğunu  qeyd  edirlər,  çünki  «k
ā
ra  termini  altında  ordunun 
ancaq qara camaatdan təşkil edilmiş hissəsi başa düşülürdü»
60
.  Bəzi 
alimlər isə onların üst-üstə düşdüyünü qeyd edirlər. «Midiya xalqı» 
və  «Midiya  qoşunu»  anlayışları,  görünür,  əsasən  biri-birinə  uyğun 
gəlirdi.  Silahlı  xalq  –  icma  üzvləri  –  eyni  zamanda  qoşun  idi»
61

Analoji  hala  türk  dillərində  də  rast  gəlinir
62
.  Türk  dillərində,  o 
cümlədən  Azərbaycan  dilində  həmin  sözün  məna  dairəsi  çox 
genişdir.  «Qara  qədim  İran  dilinə  türk  dillərindən  keçmişdir. 
Dilimizdə  qara  sözü  rəng  mənasından  başqa  «nəhəng»,  «iri» 
(qarayazı),  «xalq  kütləsi»  (qara  camaat),  «iri  buynuzlu  heyvan» 
(mal-qara  və  ya  qara  mal),  «kabus»  (qara  basmaq)  və  s.  mənalar 
verir. Dilçilikdən yaxşı məlumdur ki, alınma sözün bu qədər geniş 
məna dairəsi və saysız-hesabsız derivatları ola bilməz»
63

                                                 
55
 Оранский И.М. Иранские языки в историческом освещении. М., 1979, с.10-11. 
56
  «Авестийский»  (авестский)  язык  –  под  этим  термином  понимают  язык 
авесты – собрания священных зороастрийских текстов. Bax: [54, s.12]. 
57
  Aslanov  V.İ.  XII  əsrə  qədərki  Azərbaycan  dili  haqqında  //  AFM,  I  buraxılış, 
Bakı,  1983,  s.78;  Hüseyni  Ə.  «Avesta»da  qədim  Azərbaycan  sözləri  //  AFM,  I 
buraxılış, Bakı, 1983, s.137-138. 
58
  Aslanov  V.İ.  XII  əsrə  qədərki  Azərbaycan  dili  haqqında  //  AFM,  I  buraxılış, 
1983, s.78. 
59
 Tolman H.C. Ancient Persian Lexicon and texts. Nashville, 1908, p.80. 
60
  Мамедов  Н.Х.,  Мамедов  И.Т.  Об  относительной  хронологизации 
тюркско-иранских языковых контактов // СТ, 1987, № 3, стр.45. 
61
  Алиев  И.Г.  Мидия  –  древнейшее  государство  на  территории 
Азербайджана  //  Очерки  по  древней  истории  Азербайджана,  Баку,  1956, 
стр.145.  
62
 Древнетюркский словарь. Л., 1969, стр.423. 
63
  Aslanov  V.İ.  XII  əsrə  qədərki  Azərbaycan  dili  haqqında  //  AFM,  I  buraxılış, 
Bakı, 1983, s.78-79. 


 
 
 
20 
Türk  və  İran  dillərində  eyni  məfhumu  bildirən  sözlərin  identik 
semantik  inkişafı  müşahidə  edilir.  Bu  faktın  özü  bir  daha  həmin 
dillərin tarixi əlaqələrinin qədimliyinə sübutdur. Çünki dildə identik 
semantik  inkişaf  hadisəsi  eyni  regionun  (ərazinin)  xalqlarının 
əsrlərlə  qonşuluq  şəraitində  yaşamağının  nəticəsi  kimi  meydana 
çıxır.  Bu  zaman  dillərin  qohum  və  ya  qeyri-qohumluğu  nəticəyə 
təsir göstərmir. Bu baxımdan görkəmli monqolşünas Q.D.Sanjeyev 
çox düzgün olaraq qeyd edir: «Bunu da nəzərə almamaq olmaz ki, 
müxtəlif  regionlara  nisbətən,  eyni  bir  ərazinin  dillərində  onların 
qohum  və  ya  qohum  olmayan  dillərlə  əlaqələrinin  xarakterindən 
asılı  olmayaraq  oxşar  proseslər  baş  verir.  Bu  və  ya  digər  dillərin 
əlaqələrinin  öyrənilməsində  belə  proses  və  hadisələrin  nəzərə 
alınması  nəinki  lazımdır,  hətta  çox  vacibdir»
64
.  Misallara  müraciət 
edək. 
Bəy  sözünün  inkişafını  izləyən  tədqiqatçılar  onun  türk  və  İran 
dillərində  oxşar  semantik  proseslər  keçirdiyini  göstərirlər:  «İran 
(baga-,  baγa  «dövlət,  var,  sərvət»  (Avesta)  və  baga  «allah,  tanrı, 
ağa»  (qədim  fars)  və  türk  dillərinin  (bay  «varlı,  zəngin»,  bayat 
«tanrı, ağa») materialları göstərir ki, bütün hallarda tamamilə oxşar 
«var, dövlət, qismət, səadət» → (xoşbəxtlik, səadət verən) → «tanrı, 
ağa»  semantik  modelinin  ifadəsi  baş  verir»
65
.  Bu  dillərdə  bəy 
sözünün ümumi leksik arxaizmlərə malik olduğu da qeyd edilir
66

Eyni  semantik  hadisə  türk  ala  və  İran  pisə  sözlərində  də 
müşahidə edilir
67
. Belə hallar çoxdur. Görünür, belə sözlərin oxşar 
semantik  inkişafının  nəticəsidir  ki,  dialekt  və  şivələrimizdə,  bəzən 
ədəbi  dildə  də,  eyni  mənalı  vahidlər  calaqlanmış,  hibrid  halda 
işlənməkdədir. 
Bu faktlar türk-İran dil əlaqələrinin tarixi barədə yuxarıda qeyd 
edilən fikri  təkzib  edərək göstərir ki, onlar (türk-İran dil əlaqələri) 
heç  də  elmi  ədəbiyyatda  artıq  təsbit  olunmuş  kanonik 
                                                 
64
 Санжеев Г.Д. О тюркско-монгольских лингвистических параллелях // СТ, 
1973, № 6, стр.73. 
65
  Мамедов  Н.Х.,  Мамедов  И.Т.  Об  относительной  хронологизации 
тюркско-иранских языковых контактов // СТ, 1987, № 3, стр.45. 
66
 Yenə orada, s.46. 
67
  Оранский  И.М.  Этимологические  заметки  //  Вопросы  иранской  и  общей 
филологии (к 70-летию проф. В.И.Абаева), Тбилиси, 1977, стр.216-221. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə