Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

 
 
 
21 
dövrləşdirmələr  çərçivəsinə  sığışmır.  Bu  əlaqələrin  tarixi  daha 
qədimdir. Ona görə də N.X.Məmmədov və İ.T.Məmmədovun təklif 
etdiyi  «türk-İran  dil  əlaqələri  təkcə  ayrı-ayrı  türk  və  İran  dilləri 
səviyyəsində ancaq müasir dövr üçün deyil, oğuz-türk-İran, qıpçaq-
türk-İran,  daha  sonra  ümumtürk-ümumiran  və  ya  ümumtürk-Hind-
İran  əlaqələri  səviyyəsində  xronoloji  ardıcıllıqla  öyrənilməlidir» 
fikri tamamilə orijinal və təbii görünür
68

Türk-İran əlaqələri nəinki bu xalqların dillərində, siyasi-ictimai, 
iqtisadi  həyatında,  eyni  zamanda  onların  xalq  poeziyasında, 
folklorunda  da  əks  olunmuşdur.  Xalqların  tarixi  əlaqələri  təkcə 
onların  dilində  deyil,  maddi  və  mənəvi  mədəniyyətlərində  də  iz 
qoyur.  «Xalqların  mənəvi  mədəniyyətindəki  əlaqələr  onların 
dilində,  folklorunda,  musiqisində,  mifologiyasında  ümumi 
elementlər şəklində bugünümüzə gəlib çatır»
69
. Orta Asiya, İran və 
Azərbaycan  xalqlarının  eposlarının,  folklorunun  qarşılıqlı 
əlaqələrinə bir neçə sanballı əsər həsr etmiş X.Q.Koroğlu iranlıların 
və  türklərin  qədim  və  sonrakı  epik  abidələrində  çoxlu  paralellərin 
olduğunu  qeyd  edir.  O,  Mitraya  (Günəşə)  sitayiş  edən  Turan 
əhalisinin tərkibinə daxil olan hunlarla, Zərdüşt təlimini qəbul etmiş 
iranlılar  arasındakı  münasibətləri,  hadisələri  əks  etdirən  «Ayatkar 
Zareran»  («Zarer  haqqında  kitab»)  adlı  parfiya  eposunda  türk-
hunların yerli irandilli əhali ilə qarşılıqlı əlaqələrinin tarixi haqqında 
çox qiymətli məlumat olduğunu konkret faktlarla göstərir
70
. Həmin 
eposun  mətni  bəzi  dəyişikliklər  edilməklə  Firdövsinin  «Şah-
namə»sində  əks  edilmişdir.  Müəllif  həmin  parfiya  eposunda 
hunlarla  bağlı  bəzi  detallara  analoji  olaraq  Azərbaycan  «Koroğlu» 
dastanında  rast  gəldiyini  göstərir.  Məsələn:  «Ayatkar  Zareran»da 
hunların  başçısı  Arcasp  öz  döyüşçülərini  Zarerlə  döyüşə  çağırır, 
qələbə  çalana  qızı  Zarstanı  verəcəyini  vəd  edir.  Müqayisə  et: 
«Koroğlu»  eposunda  türk  sultanı  Koroğlunu  öldürənə  və  ya  əsir 
                                                 
68
  Мамедов  Н.Х.,  Мамедов  И.Т.  Об  относительной  хронологизации 
тюркско-иранских языковых контактов // СТ, 1987, № 3, стр.46. 
69
  Мусаев  К.М.  Алтайская  гипотеза  в  свете  контактов  тюркских  языков  с 
языками мира // СТ, 1987, № 4, стр.54. 
70
  Короглы  Х.Г.  Древнетюркские  элементы  в  парфянском  эпосе  «Аяткар 
Зареран»  (К  проблеме  ирано-тюркских  взаимоотношений)  //  СТ,  1981,  №  1, 
стр.49-53. 


 
 
 
22 
tutana öz qızını verəcəyini vəd edir. Belə paralellərə  «Kitabi  Dədə 
Qorqud»da rast gəlinir: Bayandur xanın qızını Qazana verməsi və s. 
Yuxarıda  qeyd  edilənləri  yekunlaşdıraraq  belə  bir  nəticəyə 
gəlmək olar ki, Azərbaycan-İran dil əlaqələri dərin ictimai, iqtisadi, 
siyasi köklərə əsaslanır. 
Hər bir tədqiqat işinə verilən mühüm tələblərdən biri də əvvəllər 
əldə  olunmuş  nəticələrin  nəzərə  alınması  və  onlardan  səmərəli 
şəkildə  istifadə  edilməsidir.  Bu  baxımdan  Azərbaycan  və  İran 
dillərinin  qarşılıqlı  əlaqələrinin  öyrənilməsi  məsələsinin  müasir 
vəziyyətinə diqqət yetirilməsi müəyyən əhəmiyyət kəsb edir. 
Qabağcadan qeyd etmək lazımdır ki, qədim dövrdə Azərbaycan 
ərazisində  baş  verən  dil  əlaqələri  prosesləri  haqqında  elm  aləminə 
hələlik çox az şey məlumdur. Həmin dövrdəki dil əlaqələri məsələsi 
mürəkkəbdir  və  yalnız  ümumi  şəkildə  izah  oluna  bilər.  Həmin 
dövrdə  fars  və  ərəb  dillərinin  təsiri  haqqında  daha  çox  məlumat 
vardır
71

Bu  sahəyə  aid  elmi-nəzəri  ədəbiyyatı  nəzərdən  keçirdikdə 
məlum  olur  ki,  Azərbaycan  və  İran  dillərinin  qarşılıqlı  əlaqələri, 
əsasən iki istiqamətdə öyrənilmişdir. Onlardan birincisi Azərbaycan 
dili  ilə  fars  dilinin  qarşılıqlı  əlaqələrinin  öyrənilməsi,  ikinci 
istiqamət Azərbaycan ərazisində yazısız İran dilləri (tat, talış, kürd, 
xələc)  ilə  Azərbaycan  dili  və  dialektlərinin  qarşılıqlı  əlaqələrinin 
öyrənilməsidir. 
Azərbaycan-İran  dil  əlaqələrinin  öyrənilməsinin  ikinci 
istiqaməti  60-cı  illərdən  başlanmışdır.  Həmin  dövrə  qədər 
«Azərbaycan  ərazisində  İran  və  Qafqaz-İber  dillərinə  Azərbaycan 
dilinin təsiri ayrı-ayrı məqalə və monoqrafiyalarda tədqiq edilmişdi. 
Əks  təsir  məsələsinə  gəldikdə  isə,  yəni  həmin  dillərin  Azərbaycan 
dilinə  təsiri  isə  tamamilə  öyrənilməmiş  qalırdı»
72
.  60-cı  illərin 
ortalarından  başlayaraq  yazısız  İran  dilləri  ilə  Azərbaycan  dili  və 
                                                 
71
 Бу барядя бах: Асланов А.М. Азербайджанский язык в орбите языкового 
взаимодействия.  Баку,  1989,  стр.23;  Aslanov  V.İ.  Azərbaycanda  ikidillilik  və 
çoxdillilik (tarix  və  müasirliyə  ümumi baxış). // Nitq  mədəniyyəti  məsələləri,  II 
buraxılış, Bakı, 1992, s.14-30. 
72
  Ширалиев  М.  Основные  вопросы  взаимодействия  и  взаимообогащения 
языков  народов  СССР  (на  материале  азербайджанского  языка)  //  Взаимо-
действие и взаимообогащение языков народов СССР, М., 1969, стр.117. 


 
 
 
23 
dialektlərinin qarşılıqlı əlaqələri məsələsinə həsr olunmuş məqalələr 
daha  çox  görünməyə  başladı.  Bu  işdə  o  zaman  Akademiyanın 
Ədəbiyyat  və  Dil  İnstitutunda  fəaliyyət  göstərən  «İber-Qafqaz  və 
İran  dilləri»  şöbəsi  böyük  rol  oynadı.  Həmin  şöbədə  Azərbaycan 
dili ilə İber-Qafqaz və İran dillərinin əlaqələri öyrənilirdi. 
Akademik  M.Şirəliyev  çox  düzgün  olaraq  qeyd  edir  ki,  təkcə 
dialekt materialı əsasında Qafqaz-İber və İran dillərinin Azərbaycan 
dilinə  təsirini  aşkar  görmək  olur.  Bu  təsirin  xarakterindən  bəhs 
edərkən,  o  göstərir  ki,  Qafqaz-İber  və  İran  substratı  ümumxalq 
səciyyəsi  daşıyır
73
.  Bu  müddəanın  «müəyyən  düzəlişə  ehtiyacı 
olduğunu»  qeyd  edən  V.L.Qukasyanın  fikri  ilə biz də razılaşırıq
74

Araşdırmalardan  bəlli  olur  ki,  İran  substratı  şərq  və  cənub  qrupu 
dialekt və şivələrində özünü büruzə verir. 
Azərbaycan  və  İran  dillərinin  (xüsusilə  tat  dilinin)  qarşılıqlı 
leksik  əlaqələrinə  dair  bəzi  qeydlərə  M.Şirəliyev
75
,  R.Rüstəmov
76

A.Vəliyev
77
,  G.Vəliyeva
78
  və  başqalarının  tədqiqat  işlərində  rast 
gəlirik. 
Tat dilinin Qonaqkənd ləhcəsini tədqiq edən M.Hacıyev 1966-cı 
ildə  bu  mövzuda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir. 
Tədqiqat  işi  tat  dilinə  həsr  olunsa  da,  müəllif  Azərbaycan 
dialektlərində (Bakı və Quba dialektlərində) işlənən bəzi tat sözləri 
haqqında  məlumat  verir.  Azərbaycan  dilinin  Quba  dialekti  və  tat 
dilinin  Quba  ləhcəsinin  materialları  əsasında  Azərbaycan  və  tat 
dillərinin qarşılıqlı leksik əlaqələri məsələsini tədqiq edən T.Əhmə-
dov  namizədlik  dissertasiyasında  Quba  dialektində  işlənən  tat 
sözlərinə bir bölmə həsr etmişdir. 
Azərbaycan  və  talış  dillərinin  qarşılıqlı  əlaqələri  sahəsində  də 
müəyyən  işlər  göz  qabağındadır.  «Lənkəran  şivələrində  toponimik 
                                                 
73
 Yenə orada, s.117. 
74
  Гукасян  В.Л.  Взаимоотношения  азербайджанского  и  удинского  языков. 
Докторская дисс., Баку, 1973, стр.30. 
75
 Şirəliyev M. Bakı dialekti. Bakı, 1957. 
76
 Rüstəmov R. Quba dialekti. Bakı, 1961. 
77
Vəliyev A.Abşeron yarımadası qərb rayonlarının şivələri.Namizədlik diss., М., 1952. 
78
  Велиева  Г.  Лексика  восточноапшеронских  говоров  азербайджанского 
языка. Кандидатская дисс., Баку, 1984. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə