Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

 
 
 
24 
adlar»
79
  və  «Lənkəran  şivələri  qrupunda  saitləri  əvəzlənməsinə 
dair»
80
  məqalələrində  Azərbaycan  və  talış  dillərinin  qarşılıqlı 
əlaqələrindən bəhs edən M.Talışlı qohum olmayan dillərin əlaqələri 
nəticəsində  Lənkəran  şivəsində  baş  verən  bəzi  fonetik  hadisələri 
qeyd edir, bir neçə toponimik adın mənşəyinə dair öz mülahizələrini 
irəli sürür. 
Azərbaycan  və  talış  dillərinin  qarşılıqlı  əlaqələrinə  həsr  etdiyi 
iki  məqaləsində  İ.H.Abdullayev  Lənkəran  şivəsində  talış  dilinin 
təsiri ilə baş verən fonetik, morfoloji və leksik hadisələri şərh edir. 
Məqalədə  talış  (tolış),  qolış  etnik  terminlərinin  mənşəyinə  dair 
müəllifin mülahizələri söylənilir
81

Azərbaycan  və  talış  dillərinin  qarşılıqlı  əlaqələri  probleminə 
N.X.Məmmədovun bir sıra araşdırmaları həsr edilmişdir. Müəllif bu 
araşdırmalarında əsasən talış dilinin leksik sistemində Azərbaycan-
türk  layının  aşkar  edilməsinə  səy  etmişdir.  Bununla  belə, 
Azərbaycan  dialekt  və  şivələrində  bəzi  İran  alınma  sözlərinə  aid 
araşdırmaları maraq doğurmaya bilməz. Müəllifin talış-Azərbaycan 
əlaqələrinin  ictimai-tarixi  köklərinin  üzə  çıxarılmasına  həsr 
olunmuş  «Talışca-Azərbaycanca ikidilliliyin  ictimai kökləri  barədə 
bəzi qeydlər» məqaləsi xüsusi maraq doğurur. Dilxarici və dildaxili 
amilləri və bunlarla bağlı  əldə etdiyi faktik materialları təhlil edən 
müəllif  bu  ikidilliliyin  yaranmasında  və  inkişafında  mühüm  rol 
oynamış üç mərhələni qeyd edir: 1) Səfəvilərin hakimiyyəti dövrünə 
qədər  olan  mərhələ;  2)  Səfəvilərin  hakimiyyəti  dövründən  oktyabr 
inqilabına  qədər  olan  mərhələ;  3)  Oktyabr  inqilabından  müasir 
dövrə  qədər  olan  mərhələ
82
.  Şübhəsiz,  bu  mərhələlər  şərti 
götürülməlidir,  çünki  hər  bir  mərhələnin  özündə  ictimai-siyasi 
                                                 
79
 Talışlı M. Lənkəran şivəsində toponimik adlar // ADU-nun «Elmi Əsərləri», dil 
və ədəbiyyat seriyası, 1966, № 6, с.61-66. 
80
 Talışlı M. Lənkəran şivələri qrupunda saitlərin əvəzlənməsinə dair // ADU-nun 
«Elmi Əsərləri», dil və ədəbiyyat seriyası, 1971, № 2, s.62-67. 
81
  Abdullayev  İ.H.  Azərbaycan  dilinin  Lənkəran  şivəsinə  talış  dilinin  təsiri 
haqqında: Fonetik və morfoloji təsir // Azərb.SSR EA «Xəbərləri», ədəbiyyat, dil 
və  incəsənət  seriyası,  1967,  №  2,  s.57-64;  Yenə  onun.  Lnəkəran  şivəsinə  talış 
dilinin  leksik  təsiri  //  Azərb.SSR  EA  «Xəbərləri»,  ədəbiyyat,  dil  və  incəsənət 
seriyası, 1968, № 1, s.38-44. 
82
 Məmmədov N.X. Talışca-Azərbaycanca ikidilliliyin ictimai kökləri barədə bəzi 
qeydlər // Nitq mədəniyyəti məsələləri, II buraxılış, Bakı, 1992, s.70.  


 
 
 
25 
vəziyyətin  xarakterindən  asılı  olaraq  müəyyən  ləngimə  və 
sıçrayışlar  prosesi  ilə  bağlı  yarımmərhələlər  də  vardır  ki,  onları 
nəzərdən qaçırmaq olmaz. 
Azərbaycan  dilinin  Lənkəran  şivələrini  tədqiq  edən 
A.B.Məcidova da tədqiq etdiyi  şivələrdə işlənən  talış  sözlərinə aid 
müəyyən  qeydlər  etmişdir
83
.  Lakin  göstərmək  lazımdır  ki,  müəllif 
əsərdə  sözlərin  mənalarını  izah  edərkən  qeyri-müəyyənliyə, 
qüsurlara yol vermişdir. 
Tədqiq  olunan  problemin  müasir  vəziyyəti  haqqında  yuxarıda 
edilən  qeydlər  onun  öyrənilməsinin  hansı  mərhələdə  olmasını 
təqribi də olsa göstərir. Bu yöndə aparılan hər bir tədqiqat işi, atılan 
hər bir addım problemin tam şəkildə həlli üçün, Azərbaycan və İran 
dillərinin  qarşılıqlı  əlaqələrinin  inkişaf  qanunauyğunluqlarının  üzə 
çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. 
 
                                                 
83
  Məcidova  A.B.  Azərbaycan  dilinin  Lənkəran  şivəsi.  Namizədlik  diss.,  Bakı, 
1970. 


 
 
 
26 
II   FƏSĠL 
 
ALINMA  SÖZLƏRĠN  FONETĠK-MORFOLOJĠ  
XÜSUSĠYYƏTLƏRĠ
 
 
Hər  bir  dilin  özünəməxsus  fonetik  sistemi  və  qrammatik 
strukturu var. Fonetik sistemin və qrammatik strukturun özünəməx-
susluğu,  sabitliyi  hesabına  hər  birdil  ona  kənardan  olan  təsirlərə 
müqavimət  göstərir.  Alınma  sözlər  də  həmin  müqavimətə  rast 
gələrək  keçdiyi  dilin  daxili  qanunauyğunluqlarına  uyuşur.  Başqa 
sözlə  desək,  alınma  sözün  keçdiyi  dildə  mənimsənilməsi  prosesi 
gedir.  A.İ.Smirnitskinin  obrazlı  ifadəsi  ilə  desək,  alınma  söz  «söz  
alan  dilin  sistemində  və  onun  vasitələri  ilə  yeni  forma  alan  leksik 
materialın  formasız  parçasıdır»
84
.  Sözalan  dildə  bu  «formasız 
parça» az və ya çox dərəcədə mənimsənilmə hadisəsinə məruz qalır. 
Bir  qayda  olaraq,  alınma  söz  dilin  fonetik,  morfoloji,  leksik-
semantik,  qrafik,  normativ-stilistik  və  b.  səviyyələrində  mənim-
sənilir.  Onların  mənimsənilmə  dərəcələri  dilin  müxtəlif  səviyyə-
lərində  eyni  deyildir.  Məsələn,  dildə  fonetik  səviyyədə  mənimsə-
nilmə ilə leksik-semantik səviyyədəki uyğunlaşma müxtəlif şəkildə 
ola  bilər  və  ya  morfoloji  mənimsənilmə  ilə  normativ-stilistik 
səviyyədə dəyişikliyə uğrama eyni dərəcədə ola bilməz. 
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində işlənən İran 
mənşəli alınma sözlər də bu dilə keçdikdə, təbii olaraq dilimizin daxili 
qanunauyğunluqlarına  müvafiq  surətdə  mənimsənilmə  prosesinə 
məruz  qalır.  İran  mənşəli  alınma  sözlərin  forma  və  məzmunca 
dəyişməsi  Azərbaycan  dilinin  daxili  inkişaf  qanunları  ilə  müəyyən 
olunur  və  leksik-semantik  səciyyəsi  həmin  dilin  qanunlarına  əsasən 
dəyişir. 
 
2.1. Alınma sözlərin fonetik mənimsənilməsi 
 
Dil əlaqələrinin əsas aspektlərindən biri alınma sözlərin fonetik 
cəhətdən mənimsənilməsi məsələsidir. Bu hadisə bir dildən digərinə 
                                                 
84
  Sitat  üçün  bax:  Пейсиков.  Л.С.  Лексикология  современного  персидского  языка. 
М., 1975, стр.60 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə