Азярбайъан милли елмляр академийасы а



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/164
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32211
  1   2   3   4   5   6   7   8   9   ...   164


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
A.A.BAKIXANOV ADINA 
TARİX İNSTİTUTU 
 
 
 
 
 
 
ELÇİN QARAYEV 
 
 
 
 
 
 
İRƏVAN XANLIĞI 
(1747-1828) 
 
 
 
 
 
 
 
 
BAKI 2010 
 


 

 
Elmi redaktor: Yaqub Mahmudov 
AZ-2                
Əməkdar elm xadimi,  
Q-21                    AMEA-
nın müxbir üzvü, professor 
 
        
Rəyçilər: Güntəkin Nəcəfli 
                        tarix 
elmləri namizədi 
                        Ramil 
Niftəliyev 
                        tarix 
elmləri namizədi 
 
 
        Qarayev  E.T. 
İrəvan xanlığı (1747-1828). Bakı, «Avropa»  nəşriyyatı 
2010, 342 
səh.       
  
        Monoqrafiya XVIII yüzilliyin ikinci 
yarısı- XIX yüzilliyin əvvəllərində 
mövcud 
olmuş Azərbaycanın ən uzunömürlü xanlıqlarından biri olan İrəvan 
xanlığının tarixinə həsr olunmuşdur. Tədqiqat işində ilkin mənbələr və arxiv 
sənədləri əsasında İrəvan xanlığının siyasi, iqtisadi tarixi, tarixi coğrafiyası 
və əhalisi haqqında ətraflı məlumat verilmişdir. Burada həmçinin xanlığın 
ərazisi və siyasi sərhədləri müəyyənləşdirilmiş, onun inzibati ərazi bölgüsü, 
əhalinin etnik, dini və say tərkibi məsələləri işıqlandırılmışdır. 
       Monoqrafiya  tarixçi 
alimlər,  şərqşünaslar,  müəllimlər,  ali  məktəb 
tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.     
 
 
          
  
qrifli nəşr
 
           
«Avropa»  nəşriyyatı 2010 


 

Monoqrafiyanı  ermənilər  tərəfindən 
öldürülmüş  və  vətənlərindən  didərgin 
düşmüş  minlərlə  irəvanlı  soydaşlarımızın 
əziz xatirəsinə ithaf edirəm. 
 
GİRİŞ 
 
Müasir 
dövrdə  Azərbaycanın  tarixi  bölgələrinin  obyektiv  şəkildə 
tədqiq  edilməsi  tədqiqatçılarımızın  qarşısında  duran  mühüm  vəzifələrdən 
biridir. Bu 
baxımdan xanlıqlar dövrü tarixinin öyrənilməsi xüsusi əhəmiyyət 
kəsb  edir.  Azərbaycanın  dövlətçilik  tarixində  özünəməxsus  yeri  olan 
xanlıqlar dövrü tariximizin çox maraqlı və ziddiyyətli dövrlərindən biridir. 
Bu 
dövrdə  Azərbaycan  tarix  səhnəsinə  müstəqil  və  yarımmüstəqil  dövlət 
qurumları formasında çıxmışdı.  
Azərbaycanın  xanlıqlar  dövrü  tarixinin  öyrəniləməsi,  araşdırılması 
müasir 
dövrdə  bir  neçə  səbəbdən  aktualdır.  Birincisi,  xanlıqlar  müstəqil 
dövlət  kimi  fəaliyyət  göstərmiş,  daxili  və  xarici  siyasət  yeritmiş  və  bütün 
dövlət  atributlarını  özündə  birləşdirmişdir.  Xanlıqlar  dövrünü  dövlətçilik 
tarixi 
baxımındın araşdırılması, obyektiv tədqiqi, buraxılan səhvlərin təhlil 
edilməsi  müstəqilliyini  bərpa  etmiş  Azərbaycan  Respublikasının  daxili  və 
xarici 
siyasətində, dövlətlərarası münasibətlərin qurulmasında ibrət dərsi ola 
bilər.  İkincisi,  ayrı-ayrı  xanlıqların  öyrənilməsi  müxtəlif  bölgələrin 
öyrənilməsi  baxımından  əhəmiyyət  kəsb  edir.  Üçüncüsü,  xanlıqlar  dövrü 
tarixinin 
obyektiv 
araşdırılması  ermənilərin  Azərbaycanın  tarixi 
torpaqlarında  dövlət  qurduqlarını,  Ermənistanın  Azərbaycan  torpaqlarını 
işğal  etdiyini,  onların  torpaq  iddialarının  əsassız  olduğunu  bir  daha  sübut 
edir.  
Təqdim  olunan  monoqrafiya  Azərbaycanın  qədim  torpağında 
yaranmış İrəvan xanlığının tarixinə həsr edilmişdir. Qeyd etmək lazımdır ki, 
Azərbaycan  sovet  tarixşünaslığında  müxtəlif  xanlıqlar-  Quba,  Bakı,  Şəki, 
Gəncə,  Şamaxı,  Naxçıvan,  Lənkəran,  Urmiya,  Maku  və  digər  xanlıqların 
tarixinə  həsr  edilmiş  bir  sıra  tədqiqat  əsərləri  yazılsa  da,  İrəvan  xanlığı 
diqqətdən kənarda qalmışdı. Bunun bir sıra obyektiv səbəbləri vardır. Sovet 
tarix 
elmində hökm sürən «konsepsiya»ya görə, İrəvan xanlığı ermənilərin 
uydurduqları  «Böyük  Ermənistan»nın  tərkib  hissəsi  olduğu  qəbul  edilirdi. 
Ona 
görə  də,  erməni  və  eləcə  də  sovet  tarixşünaslığında  İrəvan  əzəli 
Ermənistan  ərazisi  kimi  təqdim  edilmiş,  onun  tarixi,  demoqrafiyası 
hərtərəfli təhrifə məruz qalmışdı. Məhz bu baxımdan İrəvan xanlığı tarixinin 
öyrənilməsini iki mərhələyə bölmək olar:  


 

1. 
İrəvan  xanlığını  Ermənistan  ərazisi  kimi  təqdim  edən  sovet 
tarixşünaslığı;  
2. 
Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  İrəvan  tarixinin 
obyektiv 
tədqiqi.   
Təqdim  olunan  monoqrafiyanın  əsas  məqsədi  XVIII  əsrin 
ortalarından  1827-ci  ilə  qədər  İrəvan  xanlığının  siyasi  tarixini,  dövlət 
quruluşunu, tarixi coğrafiyasını  əhalinin etnik, say və dini tərkibini qərəzsiz 
və olduğu kimi tədqiq etməkdir. Son dövrlərdə İrəvan xanlığının siyasi və 
iqtisadi 
həyatına həsr edilmiş tədqiqat əsərləri meydana çıxsa da, onun tarixi 
coğrafiyası  və  əhalisinin  say  dinamikasının  öyrənilməsi  Azərbaycan 
tarixşünaslığında  yeni  istiqamətlərdən  biri  hesab  edilməlidir.  Ayrı-ayrı 
əsərlərdə İrəvan xanlığının tarixi coğrafiyasına və əhali məsələsinə xronoloji 
nöqteyi-
nəzərindən  ötəri  toxunulsa  da,  ayrıca  xanlıq  şəklində  bu  problem 
kompleks 
tədqiqat  obyektinə  çevrilməmişdi.  İlk  dəfə  olaraq  biz  həmin 
məsələləri  tədqiq  etməyi  qarşımıza  məqsəd  qoymuşuq.  İrəvan  xanlığının 
tarixi 
coğrafiyası onun siyasi sərhədlərinin müəyyənləşdirilməsini, inzibati-
ərazi  bölgüsünü,  iqtisadi  coğrafiyasını,  fiziki-coğrafi  relyefini,  əhalinin 
demoqrafiyası  və  dini  tərkibini,  yerləşməsini,  məşğuliyyətini,  miqrasiya 
proseslərini  və  s.  məsələləri  əhatə  edir.  İrəvan  xanlığının  zəngin  tarixinin 
üzə çıxarılması bu məsələlərin obyektiv şəkildə araşdırılmasını tələb edir və 
Azərbaycan  xanlıqlar  dövrü  tarixinin  ağ  səhifələrinin  doldurulması 
baxımından böyük əhəmiyyətə malikdir.  
Monoqrafiyada arxiv 
sənədləri və ilkin mənbələr əsasında ermənilərin 
İrəvan xanlığının Ermənistan dövləti olması, əhalinin etnik tərkibi baxımdan 
ermənilərin çoxluq təşkil etməsi barədə uydurduqları yalanları ifşa etmək və 
nəhayət, bu xalqın İrəvan ərazisinə gəlmə olduqlarını sübut etməkdir. Məhz 
bu 
baxımdan monaqrafiya elmi-praktiki əhəmiyyətə malikdir. 
Mənbələr 
Monoqrafiyanın yazılmasında müxtəlif səpkili qaynaqlardan istifadə 
olunmuşdur. Bu qaynaqlara yerli, rus, osmanlı, erməni və gürcü qaynaqları 
daxildir.  
İrəvan xanlığının siyasi tarixini öyrənmək  üçün Rusiya Mərkəzi 
Döv
lət  Hərbi  Tarix  Arxivindən  (RMHTA),  Rusiya  İmperiyasının  Xarici 
Siyasət  Arxivindən  (RİXSA),  Rusiya  Elmlər  Akademiyasının  Arxivindən 
gətirilmiş  və  hal-hazırda  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 
A.A.
Bakıxanov  adına  Tarix  İnstitutunun  Elmi  Arxivində  saxlanılan 
sənədlərdən istifadə olunmuşdur (2; 3; 4; 5; 6;7; 8; 9; 10; 11; 12; 13; 14; 15; 
16).  Bu  arxiv 
sənədləri XVIII əsrin 80-ci illərin əvvəllərindən xanlıq işğal 
olunana 
qədər  keçən  bir  dövrü  özündə  əks  etdirir  və  İrəvan  xanlığının 
Rusiya, 
İran,  Osmanlı  dövləti,  Kartli-Kaxetiya  çarlığı,  Xoy,  Qarabağ, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə