7
A.Çaqarelinin
redaktəsi ilə nəşr edilmiş digər sənədlər toplusu isə iki
hissədən ibarətdir (128). Bu sənədlərdə XVIII əsrin 60- cı illərin sonu- XIX
əsrin əvvəllərinə aid İrəvan xanlığının siyasi vəziyyəti, onun Kartli-
Kaxetiya
çarlığı, Rusiya, Qacar İranı və Osmanlı dövlətləri ilə münasibətləri
ilə bağlı xeyli məlumatlar vardır.
İrəvan xanlığına aid bir çox arxiv materialları 1936-cı ildə nəşr
olunmuş topluda öz əksini tapmışdı (184). Bu iki cildlik topluda digər
Azərbaycan xanlıqları ilə yanaşı İrəvan xanlığının dövlət quruluşu, hərbi
qüvvələri, torpaq mülkiyyəti formaları, vergi sistemi, əhalinin silki quruluşu
haqqında müəyyən məlumatlar vardır.
1960-
cı ildə Tbilisidə çap olunmuş sənədlər külliyatının da mövzunun
tədqiqində böyük əhəmiyyəti olmuşdur (195). Külliyatda Kartli-Kaxetiya
çarlığının Qafqaz xalqları ilə siyasi və ticarət münasibətlərindən bəhs
edilməsinə baxmayaraq, sənədlərdə İrəvanla bağlı hadisələr də öz əksini
tapmışdı. Burada Hüseynəli xanın (1759-1783) vəfatından sonra İrəvanda
baş vermiş hadisələr, onun oğlanlarının- Qulaməli xanla Məhəmməd xanın
hakimiyyətə gəlməsi ilə bağlı məlumatlar təsvir edilmişdi.
İrəvan xanlığına aid dörd cilddən ibarət arxiv sənədlərinin xeyli
hissəsi «Erməni-rus münasibətləri» adı ilə müxtəlif illərdə nəşr olunmuşdur
(69; 70; 71). Külliyyatda RMDHTA,
RİXSA, və Matenadarandan toplanmış
zəngin məlumatlar vardır. Burada rus zabilərinin İrəvan xanlığı haqqında
kəşfiyyat məlumatları, irəvanlılara xəyanət edən ermənilərin qeyri-rəsmi
məktubları toplanmışdı. Bu sənədlərdə İrəvan xanlığının qonşu xanlıqlar və
ölkələrlə siyasi münasibətləri, əhali haqqında məlumat öz əksini tapmışdır.
Lakin toplunun
adından göründüyü kimi, müəlliflər bu arxiv sənədlərini
ermənilərin adına çıxmışlar.
«
Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi» adlı digər sənədlər
toplusunda
isə 1801-1813 cü illərdə baş verən hadisələrlə bağlı arxiv
sənədləri toplanmışdır (326). Topluda RMDHTA, Gürcüstan Respublikası
MDTA
və Ermənistanda Matenadarandan çıxarılmış sənədlər nəşr
olunm
uşdu. Sənədlər içərisində İrəvan xanlığının Rusiya, İran və Osmanlı
dövlətləri ilə siyasi münasibətlərinə aid arxiv materialları da vardır.
Toplunun
adından görünür ki, çap edilən sənədlərdə yalnız İrəvan
xanlığından söhbət getdiyi haldı, ermənilər bu xanlığı heç bir əsası olmadan
Şərqi Ermənistan kimi qələmə vermişlər.
İ.Şopenin «Rusiya imperiyasına birləşdiyi dövrdə Erməni vilayətinin
tarixi
abidələrinin vəziyyəti» əsəri (415) İrəvan bölgəsinin tarixi, tarixi
coğrafiyası və əhalisini öyrənmək üçün ən mühüm mənbədir. Statistik
məlumata söykənən bu əsər işğaldan sonra çar icra orqanları tərəfindən
8
həyata keçirilən siyahıyaalınma nəticəsində tərtib edilmişdi. Belə ki, İrəvan
xanlığının işğalını həyata keçirən rus qoşunlarının baş komandanı qraf
Paskeviçin
təşəbbüsü ilə bu bölgəni Rusiyanın xammal bazarına çevirmək,
gəlir mənbələrini dərindən öyrənmək üçün 1829-cu ilin aprelindən
siyahıyaalınma keçirilməyə başlanmış və 1832-ci ilin mayında
tamamlanmışdır. Əsərin «Erməni vilayəti» adlanmasi Rusiyanın işğaldan
sonra
Cənubi Qafqazda apardığı inzibati-ərazi dəyişikliyi ilə bağlı idi. Belə
ki,
İrəvan və Naxçıvan xanlıqları işğal edildikdən sonra 1828-ci il martın
21-
də çar I Nikolayın xüsusi fərmanı ilə bu iki xanlığın ərazisində «Erməni
vilayəti» adlı inzibati-ərazi vahidi yaradılmışdı. Əsərdə İrəvan bölgəsinin
siyasi tarixi,
coğrafiyası, iqlimi, iqtisadiyyatı, kənd təsərrüfatı, sənətkarlığı,
məişəti, adətləri, suvarma sistemi, bitkiləri, yerli çəki və ölçü vahidləri,
vergilər, inzibati-ərazi bölgüsü, əhalinin sayı, etnik və dini tərkibi və s.
haqqında zəngin statistik məlumatlar toplanmışdı. Lakin işğaldan sonra
həyata keçirilən bu siyahıyaalınmaya ehtiyatlı yanaşmaq və digər
mənbələrlə müqayisə etmək lazımdır. Çünki işğal prosesində İrəvan
xanlığının ərazisi və əhalinin əksəriyyətini təşkil edən Azəri türkləri çoxlu
itkiyə məruz qalmış, erməni əhalisi əksinə rusların köçürmə siyasəti
nəticəsində çoxaldılmışdı. Digər tərəfdən İrəvan bölgəsinin siyasi tarixinə
toxunan
müəllif erməni mənbələrinin təsirinə düşmüş və onun tarixini
ermənilərlə bağlamışdı.
Tədqiq etdiyimiz mövzu ilə bağlı Azərbaycanda olmuş ayrı-ayrı rus
məmurlarının xatirələri də sanballı faktlar verir. Bunlardan biri 1783-1787-
ci
illərdə Rusiyanın Kartli-Kaxetiya sarayında nümayəndəsi olmuş, rus
səyyahı və diplomatı S.D.Burnaşovun «İranda Azərbaycan əyalətinin təsviri
və onun siyasi vəziyyəti» əsəridir (82). Bu əsərin əhəmiyyəti ondan ibarətdir
ki,
müəllif İrəvan da daxil olmaqla bütün xanlıqların yerləşdiyi ərazini
«Adrebijan»
yəni Azərbaycan adlandırır. Bu faktın özü İrəvan xanlığının
Şərqi Ermənistan adlandıran erməni müəlliflərinə tutarlı bir cavabdır.
Əsərdə İrəvan xanlığının qonşu xanlıqlar ilə siyasi münasibətləri, hərbi
qüvvələri, sərhədləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi, sayı
haqqında qısa da olsa məlumat verilmişdir. S.D.Burnaşovun bu əsərində
maraq
doğuran məlumatlardan biri də Makunu İrəvan xanlığının tərkib
hissəsi kimi təqdim etməsidir.
Bundan
əlavə, S.D.Burnaşovun müxtəlif illərdə P.S.Potyomkinə
yazdığı məktubları A.A.Çaqareli tərəfindən «1783-1787-ci illərdə
Gürcüstanda
olmuş S.D.Burnaşovun tərcümeyi-halı və fəaliyyəti üçün yeni
materiallar»
adı altında Sankt Peterburqda nəşr edilmişdir (83). Əsərdə
Dostları ilə paylaş: |