Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə2/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   2   3   4   5   6   7   8   9   ...   86


 
 
GiriĢ 
 
Azərbaycan  Respublikasının  müstəqilliyinin  ilk  dövrlərin-
dəki  vəziyyət  özünün  qeyri-sabitliyi  ilə  fərqlənmişdir,  belə  ki, 
1991 - 1993-cü illərdə ölkədə iqtisadi idarəetmə sistemi və təsər-
rüfat  fəaliyyəti  əslində  yox  səviyyəsində  olmuş,  iqtisadiyyatda 
hərcmərclik hökm sürmüş, bir-birinə zidd qərarlar qəbul edilmiş
xalqın  sərvəti  dağıdılmış  və  israfçılığa  əlverişli  şərait  yaradıl-
mışdır. XX əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanda iqtisadi 
tənəzzülün  sürətlənməsi  ilə  səciyyələnmişdir.  İstehsal  həcminin 
azalması və inflyasiya həddinin sürətinin yüksək olması iqtisadi 
böhranın, səbatsız maliyyə siyasətinin nəticəsi kimi cəmiyyətdə 
sosial-iqtisadi və siyasi gərginliyin şiddətlənməsinə zəmin yarat-
mışdır. İstehsal sahələrinin  və təsərrüfat  subyektlərinin bir-biri-
nin  ardınca  böhranı  və  müflisləşməsi  dövlət  büdcəsində  ciddi 
uyğunsuzluqların  əmələ  gəlməsinə  və  iqtisadi  qanunlara  tama-
milə  əks  olan  nəticələrə  gətirib  çıxarmışdır.  Digər  tərəfdən  isə, 
bu  dövrdə  baş  verən  siyasi,  sosial-iqtisadi  tənəzzülün  sürətlən-
məsinə erməni işğalçılarının Azərbaycan ərazisinin 20% -ni zəbt 
etməsi, bir milyon soydaşımızın yaşadığı ərazidən zorla qovula-
raq məcburi köçkünə və qaçqına çevrilməsi faciəsi əsaslı şəkildə 
təsir  göstərmişdir.  1993-cü  ilin  ikinci  yarısından  başlayaraq  öl-
kədə  həyata  keçirilən  ardıcıl  tədbirlər  Azərbaycanın  ictimai-
siyasi həyatında stabilliyin təmin olunması üçün əməli imkanlar 
yaratmağa başladı. Eyni zamanda, həyata keçirilən fəal daxili və 
xarici  siyasət,  sosial  və  iqtisadi  islahatlar  beynəlxalq  aləmdə 
Azərbaycanın nüfuzunun yüksəlməsinə, bir çox dövlətlərlə yük-
sək  səviyyədə  əlaqələrin  qurulmasına,  ölkənin  siyasi  imicinin 
yaxşı mənada dəyişməsinə səbəb olmaqla, ölkədə bugünkü müs-
bət  nailiyyətlərin  təmin  olunmasına  əsas  yaratmışdır.  Xüsusilə, 
neft  sektoru  ilə  yanaşı,  qeyri-neft  və  özəl  sektorun,  yerli  təsər-
rüfat  subyektlərinin  inkişafı  istiqamətində  həyata  keçirilməkdə 



 
olan  əməli  tədbirlər  bu  sahədə  irəliləyişlərin  əldə  olunmasına 
zəmin yaradır. 
        Qədim dünya tarixindən başlayaraq müasir dövrədək möv-
cud olan ictimai-iqtisadi formasiyalarda, cəmiyyətin inkişafında 
öz forma və quruluşunu dəyişən istehsal və əmək fəaliyyəti daim 
xüsusi  əhəmiyyət  kəsb  etməsi  ilə  fərqlənir.  Bu  fəaliyyət  daim 
vəhdət  təşkil  etməklə,  insanların,  dövlətin  formalaşmasına, 
mövcudluğuna və inkişaf meylinə öz təsirini göstərmiş, iqtisadi 
sistemin  təkmilləşməsində  önəmli  rol  oynamışdır.  Müasir  dün-
yada baş verən qlobal proseslər, iqtisadi inkişafın sürətlənməsi, 
ciddi  rəqabət  mühitinin  yaranması,  son  dövrdə  baş  verən,  təsir 
qüvvəsini  itirməyən  maliyyə  və  iqtisadi  böhran  artıq  təsərrüfat 
subyektlərinin, istehsal sahələrinin fəaliyyətinin daim təkmilləş-
dirilməsini,  dəyişən  bazar  tələblərinə  uyğunlaşdırılmasını  ön 
plana çəkməkdədir.   
   Azərbaycan  Respublikasının  iqtisadiyyatından  da  yan 
keçməyən  bütün  bu  proseslər,  ölkənin  sosial-iqtisadi  inkişafın-
da mühüm rol oynayan təsərrüfat subyektlərinin fəaliyyətinə da-
ha  təkmil  və  müasir,  nəzəri  və  praktik  cəhətdən  əsaslandırılmış 
bazar  tələbləri  baxımından  yanaşmanı,  onların  daxili  və  xarici 
bazarlardakı  mövqeyini  möhkəmləndirmək  üçün  daha  ciddi 
iqtisadi  islahatların  keçirilməsini,  bu  sahədə  qarşıda  duran  bir 
çox mühüm problemlərin həllini və həmin subyektlərin səmərəli 
fəaliyyət  göstərməsi  üçün  əlverişli  mühitin  təmin  olunması 
məsələsini aktuallaşdırır.  
       Müəssisə və təsərrüfat subyektlərinin fəaliyyətinin təşkili və 
onların  istehsal  münasibətlərinin  tədqiqi  ilə  bağlı  aparılan 
tədqiqatlar  öz  tarixiliyi  və  inkişaf  xüsusiyyətlərinə  görə  rənga-
rəngliyi,  əhəmiyyətliliyi  ilə  fərqlənir.  Xüsusilə,  klassik  iqtisad-
çılardan  müasir  iqtisadçılaradək  bir  çoxunun  nəzəri-konseptual 
baxışları  bu  baxımdan  öz  əhəmiyyətliliyi  ilə  nəzərə  çarpır.  Bu 
tədqiqatçılar  müvafiq  sahə  üzrə  makro  və  mikro  səviyyədə,  tə-
sərrüfat  fəaliyyətinin  tənzimlənməsi,  istehsal-əmək  münasi-
bətləri  ilə  bağlı  araşdırmalar  aparmışlar  ki,  onların  əsərləri  də-



 
yişən  mühit  və  bazar  tələbləri  şəraitində  müvafiq  problemin   
daha geniş tədqiqinə öz təsirini göstərmişdir. Həmçinin, keyns-
çilik,  neoklassik,  monetarist,  institusional-sosioloji  və digər nə-
zəri  yanaşmalarda,  xarici  iqtisadçı-alimlərin  əsərlərində  də  tə-
sərrüfat  subyektlərinin  fəaliyyəti  üçün  əhəmiyyət  kəsb  edən 
nəzəri-konseptual yanaşmalar öz əksini tapmaqdadır.  
   Müraciət olunan mövzu ilə bağlı seçilən rus iqtisadçı alim-
lərindən  Abalkin  V.İ.,    Arxipov  A.İ.,    Bulatov  A.S.,  Fatxuti-  
nov R.A., Şeremet A.D., Prido A.D., Morozov M., Bıstrov Q.V., 
Safronov M.K. və digərlərinin  əsəsrləri, fikir və baxışları ciddi 
maraq doğurur.  
Azərbaycanlı iqtisadçı-alimlərdən olan Nadirov A.A., Hüsey-
nov T.Ə., Ələsgərov A.K., Muradov Ş.M., Səmədzadə Z.Ə., Nu-
riyev  Ə.X.,  Quliyev  T.Ə.,    Axundov  M.,    Alıyev  İ.H.,  Yüzba-
şova  G.Z.,  Cəbiyev    R.M.,  Sultanova    R.P,  Abdullayev    Z.  S., 
Nağıyev  Ə.N., Axundov  Ş.Ə.  və digərləri bu sahədə nəzəri və 
praktik cəhədən xüsusi əhəmiyyət kəsb edən müxtəlif istiqamətli 
tədqiqatlar  aparmışdır.  Bütün  bu  araşdırma  və  tədqiqatlarla  ya-
naşı, qlobal və sürətli dəyişkənliyi ilə nəzərə çarpan müasir şə-
raitdə Azərbaycan Respublikasında fəaliyyət  göstərən  təsərrüfat 
subyektlərinin,  əsasən  də    istehsal  yönümlü  subyektlərin  fəa-
liyyətində  perspektiv  inkişafın  müəyyənləşdirilməsində,  meto-
doloji əsasların, maliyyə təminatı sisteminin, yüksək ixtisaslı və 
peşəkar  kadr  hazırlığı  mexanizminin,  idarəetmə  sisteminin  və 
digər bu kimi sahələrin mühüm tələblər baxımından inkişafında 
hələ ki, ciddi problemlər öz həllini gözləməkdədir. 
 
 
 
 
 
 
 
 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə