Азярбайъан милли елмляр академийасы игтисадиййат институту


I FƏSIL. MÜASĠR TƏSƏRRÜFAT SUBYEKTLƏRĠNDƏ



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə3/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   2   3   4   5   6   7   8   9   ...   86


 
 
I FƏSIL. MÜASĠR TƏSƏRRÜFAT SUBYEKTLƏRĠNDƏ  
ĠSTEHSAL  FƏALĠYYƏTĠNĠN  ĠNKĠġAFININ NƏZƏRĠ-
METODOLOJĠ ƏSASLARI 
 
1.1. Bazar iqtisadiyyatında istehsal fəaliyyətinin inkiĢafına 
nəzəri konseptual baxıĢlar. 
 
       İstehsal  fəaliyyətinin  əsasları ilk baxışda müasir dövr baxı-
mından  qiymətləndirilsə  də,  bu  sahədə  ilkin  münasibətlərin  ya-
ranması və inkişafı  tarixi çox qədim dövrlərə gedib çıxır. İsteh-
sal  fəaliyyəti  və  münasibətləri  ilə  bağlı  nəzəri  -  konseptual  ba-
xışların  əsaslarının  tədqiqinə  və  onların  müqayisəli  təhlilinə 
məhz belə ilkin dövrdən başlamaq daha məqsədəuyğundur. 
    Ksenofont  özünün  “Ev  təsərrüfatı”  əsərində  torpaq  mülkiy-
yətçiliyinə  xüsusi  üstünlük  verərək,  əsas  istehsal  fəaliy-yətinin, 
dəyərin yaranma bazasını bu sahədə görürdü (1, s. 49).  O, digər 
tərəfdən, sənətkarlığa, ticarətə ciddi bir sahə kimi baxmırdı, belə 
ki, bunun üçün onun əsası o dövrün mühiti ilə bağlı idi. Həmin 
antik  dövrdə,  təbii ki,  sənətkarlıq inkişaf etməyə  başlasa da, la-
kin  o,  əməli  və  əhəmiyyətli  dəyər  yaradan  sahəyə  çevrilməmiş, 
buradakı  fəaliyyət  və  münasibətlər  daha  çox  dar  və  qapalı  çər-
çivədə  özünü  büruzə  vermişdir.  Bütün  bunlara  baxmayaraq, 
Ksenofont iqtisadi fikir tarixində ilk dəfə əmək bölgüsünü təhlil 
etmiş, əmtəənin dəyərinə həm istehlak dəyəri, həm də alqı – sat-
qı  zamanı  yaranan  dəyər  kimi  qiymət  vermiş  alim  kimi  qal-
mışdır. 
      Platonun  natural-təsərrüfat  konsepsiyasında  iqtisadi  baxış-
ları öz xarakterik xüsusiyyətləri ilə fərqlənirdi. O, özünün döv-
lət  quruculuğu  yanaşmasında  dövlətin  funksiyasını  insanların 
istehlakının  müxtəlifliyi  ilə  onların  əmək  qabiliyyətliliyi  ara-
sındakı  ziddiyyətin  həll  olunmasında  görürdü.  Platon  xüsusi 
mülkiyyət  sahibi  kimi  siyasi  fəaliyyətlə  məşğul  olan  şəxsləri 
deyil,  əsasən  torpaq  sahiblərini,  torpaq  icarədarlarını,  sənət-



 
karları  və  tacirləri  qəbul  edirdi.  Digər  tərəfdən,  o,  istehsal  və 
əmtəə istehsalı məsələlərinə toxunaraq, belə fikir yürüdürdü ki, 
mübadilə  prosesində  o  dövrün  istehsal  amilləri  iştirak  etsə  də, 
burada  “ölçü    və  uyğunluq”  anlayışı  bu  amillərin  inkişafı  və 
mövcud əmtəə müxtəlifliyinin təmini ilə bağlıdır (1,  s. 76 ).   
       Aristotelin  iqtisadi  nəzəriyyənin  inkişafındakı  əsas  rolun-
dan biri də onun dəyər anlayışının tədqiqi və təhlili ilə bağlı elmi  
cəhətdən  qiymətli  fikirlərlə  çıxış  etməsidir.  O,  da  dövrünün  sə-
ləfləri kimi iqtisadi və istehsal fəaliyyətinə, münasibətlərinə da-
ha geniş müstəvidə yanaşmasa da, lakin, istehsal prosesində ya-
ranan  əmtəənin  ikili  xüsusiyyətinə  və  ticarətin  inkişafına  dəyər 
anlayışının təhlili nöqteyi-nəzərindən qiymət verirdi (1, s. 97).     
      Quldarlıq quruluşunun dağılması və feodalizmin tədricən zə-
ifləməsi  orta  əsrlərdə  ciddi  ziddiyyətlərdən  biri  olan  kapitaliz-
min təməlinin möhkəmlənməsi və geniş ticarət əlaqələrinin inki-
şafı qarşısında olan maneələrin aradan qalxmasında xüsusi əhə-
miyyət  kəsb  etmişdir.  Lakin,  bu  dövrdə  hələ  də  təsərrüfat  fəa-
liyyətində  kənd  təsərrüfatının  və  torpaq  mülkiyyətindən  əldə 
olunan  məhsulun  rolu  üstünlük  təşkil  edir,  xüsusilə  də  torpaq 
sahibləri, zadəganlar istər siyasi, istərsə də iqtisadi arenada yük-
sək  nüfuz  sahibi  kimi  fərqlənirdilər.  Bu  amil  isə  həm  kiçik  və 
orta sənətkarlığın, həm də istehsal müəssisələrinin kifayət qədər 
inkişafına ciddi maneələr törədirdi. İlk dəfə bu dövrlərdə Nider-
landda və sonradan  İngiltərədə  baş  verən burjua inqilabı, sözün 
həqiqi  mənasında  sənayenin,  istehsal  müəssisələrinin  inkişafını 
təmin  etməklə,  dünyada  bu  sistemin  daha  çox  səmərə  və  mən-
fəət gətirdiyini sübut etdi.  
Məhsuldar  qüvvələrin  inkişafı  nəticəsində  XY-XYI  əsrlər-
də  Avropada  bazar  münasibətləri  formalaşmağa,  kapitalist  mü-
nasibətləri təşəkkül tapmağa başlamışdı. Bu dövrdən etibarən is-
tehsal  münasibətləri  yeni  müstəviyə  çıxmış,  əmək  münasibət-
lərində  tədricən  təhkimli  əməyindən  muzdlu  əməyə  keçid 
mümkünləşmişdir. Muzdlu əmək bazar münasibətlərində xüsusi 
əhəmiyyət kəsb etməklə, istehsal və təsərrüfat fəaliyyətində bila-


10 
 
vasitə  məhsuldarlığın  artırılmasında  önəmli  rol  oynayır.  Məhz 
orta  əsrlərdə  iqtisadçıların  istehsal-təsərrüfat  fəaliyyətinin  səna-
ye  və  ya  kənd  təsərrüfatı  sahəsində  üstünlükləri,  səmərəsi  və 
daha  yüksək  dəyər  yaratması,  sərvət  gətirməsi  ilə  bağlı  bir-bi-
rindən  fərqli  konseptual  baxışları  formalaşırdı.  Eyni  zamanda 
əvvəllərdə olduğu kimi, ticarət münasibətlərinin və əlaqələrinin 
xüsusi əhəmiyyət kəsb edərək, bu iki sahədən çox dövlətin, cə-
miyyətin  varlanmasına  təsir  etməsi  fikri  də  bu  dövrlərdə  irəli 
sürülürdü.  Merkantilizm  baxışlarında  ticarətin  qanunauyğun-
luqları,  əhəmiyyətliliyi  bu  baxımdan  xüsusilə  nəzərə  çarpırdı. 
Merkantilizm  nəzəriyyəsinin  əsasını  qoyan  iqtisadçılardan  To-
mas  Mann  və  Antuan  Monkretyen  öz  dövrlərinin  baxımdan  is-
tehsal  və  əmək  münasibətlərinə  özünəməxsus  baxışları  ilə 
fərqlənirlər.  Onların  konseptual  yanaşmalarında  bu  münasibət-
lərə dövlətin sərvətinin artırılması, geniş ticarətin inkişafı və öl-
kəyə pul axınlarının (qızıl və gümüş) həcminin yüksəlməsi kon-
tekstində baxılır. Məhz bu baxımdan onlar ticarətdə, xüsusilə də 
xarici  ticarətdə  iqtisadi  münasibətlərin,  əməyin  inkişafını  üstün 
götürürdülər (2, s. 67). Təbii ki, belə yanaşma ticarətin təşkili və 
qurulması  üçün  ən  önəmli  sahə  olan  məhsul  istehsalı,  bu  pro-
sesdə yaranan əmək bölgüsü və dəyər nəzəriyyəsinin üzərinə bir 
növ kölgə salırdı.      
          Fizokratlar  merkatilistlərdən  fərqli  olaraq  tədqiqat  dairəsini 
mübadilədən  istehsal  sahəsinə  keçirir  və  istehsalda  əsas  üstün-
lüyü kənd təsərrüfatına verirdilər.  Fransada XVIII əsrdə fizok-
ratlar  məktəbinin  görkəmli  nümayəndələri  kimi  Fransua  Kene-
nin  və  Jak  Türqonun  bu  istiqamətdəki  yanaşmaları  daha  aydın-
lığı ilə nəzərə çarpır. Onlar ictimai sərvətin yaranma mənşəyinin 
tədavül  sferasından  istehsal  sferasına  aid  olduğunu  əsaslandır-
mağa çalışmışlar (3, s. 114). Lakin, bu iqtisadçılar öz yanaşma-
larında  yalnız  kənd  təsərrüfatına  və  burada  yenicə  formalaşan 
burjua  münasibətlərinə  üstünlük  verməklə,  sərvətin  əsas  yaran-
ma mənbəyini də bu sferada görmüşlər. Fransua Kenenin yarat-
dığı  möcüzəli  düzxətli  olmayan  diaqram,  “iqtisadi  cədvəl” 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə