Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə4/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   2   3   4   5   6   7   8   9   ...   86

11 
 
(Tableau  Economique)  ona  və  tərəfdarlarına  yalnız  kənd  təsər-
rüfatının  iqtisadiyyat  üçün zəruri  “xalis məhsul” istehsal etmək 
fikrini  yürütməyə  əsas  vermiş,  onlar  sənayeni  qeyri-məhsuldar 
sahəyə  aid  edərək, onun  iqtisadi  baxımdan  yeni  dəyər  yaratma-
yan  sahə  olması  fikrini  əsaslandırmağa  çalışmışlar  (3,  s.  142).  
Kene,  həmçinin,  kənd  təsərrüfatının  əsas  aparıcı  sahə  olduğunu 
qeyd  etməklə,  Adam  Smit  kimi  dövlətin  iqtisadiyyatı  tənzim-
ləməsi əleyhinə çıxmışdır. Kenenin iqtisadi təhlil vasitəsilə fəhlə 
və  kəndlilərin  istehsal  etdiyi  izafi  dəyər  və  məhsulun  müəyyən 
olunması, onun bu insanların yaşayış minimumuna hansı səviy-
yədə  aid  edilməsi,  nəticədə  yeni  işçi  qüvvəsinin  yaradılması 
fikirləri Marksın gələcək tədqiqatlarında təsirli rol oynamışdır. 
İqtisadi  nəzəriyyənin  inkişafında  önəmli  rol  oynayan  klas-
sik məktəbin görkəmli nümayəndələri Ulyam Petti, Adam Smit, 
David Rikardo və digərləri istehsal münasibətlərinə və fəaliyyə-
tinə  bilavasitə  bazar  iqtisadiyyatı  çərçivəsində  yanaşmaları  ilə 
fərqlənirlər. Uilyam Petti  ilk dəfə olaraq kapitalist istehsal mü-
nasibətlərinin  və  fəaliyyətinin  daxili  qanunauyğunluqlarını  təh-
lili  edərək,  onun  inkişafının    əsaslarını  tədqiq  etmişdir.    Petti 
“Vergilər və rüsumlar haqqında traktat” əsərində vergilərin mən-
bələrini  və  rolunu  tədqiq  edərək,  onların  istehsal-təsərrüfat  fəa-
liyyəti, əmək, dəyər, əmək haqqı, renta və digər iqtisadi kateqo-
riyalarla üzvi surətdə bağlı olduğunu əsaslandırmışdır(4, s. 254). 
Bu əsərin əsas məqsədi hakimiyyətin vergi daxilolmalarının artı-
rılması istiqamətlərinin müəyyən edilməsidir və müvafiq yanaş-
mada müəllif eyni  zamanda, sənaye və istehsal  müəssisələrinin 
fəaliyyəti  üçün  münbit  zəminin  yaradılmasına,  istehsal  münasi-
bətlərinin inkişafının təmin edilməsinə xüsusi diqqət yetirməklə, 
vergi daxilolmalarının həcminin artımında bu amilin zəruriliyini 
əsaslandırmağa  çalışmışdır.  Məhz  kapitalın  istehsal  sahəsinə 
nüfuz etməsi ilə iqtisadiyyatda ciddi dəyişikliklərin baş verməsi 
fikrinin  əsasını  qoyan  iqtisadçılardan  biri  də  bu  şəxs  olmuşdur. 
Pettinin  əsər  və  yanaşmaları  həyatda  tədricən  özünü  doğrult-
duqca ondan sonrakı iqtisadçıların fikir və yanaşmalarında da bu 


12 
 
istiqamətdə  önəmli  dəyişikliklər  baş  vermişdir.  Pettinin  iqtisadi 
baxışlarının  formalaşmasına  İngiltərədə  kapitalist  istehsal 
münasibətlərinin  sürətli  inkişaf  amili  önəmli  təsir  göstərmiş  və 
bu  baxımdan  onun  “Vergi  və  ödənişlər  anlayışı  haqqında”, 
“Müdriklik anlamı”, “Siyasi hesab”, “Pul haqqında müxtəliflik” 
əsərləri xüsusi əhəmiyyət kəsb edir.   
Məşhur ingilis  iqtisadçısı  Adam  Smit  “sərbəst  rəqabət” nə-
zəriyyəsinin  əsasını qoymaqla, sözün  əsil mənasında bazar iqti-
sadiyyatının  təməlini  möhkəmlətmiş,  iqtisadiyyatın,  sənayenin 
və  təsərrüfat  müəssisələrinin  bazar  münasibətləri  şəraitində 
inkişaf  istiqamətlərinin  müəyyən  edilməsi  sahəsində  ciddi  ad-
dımlar atmışdır. Smitin nəzəriyyəsinin  əsasını iqtisadiyyatda li-
beralizmin  təmin  olunması,  dövlətin  bazar  münasibətlərini  tən-
zimləməsinin  minimum  həddə  endirilməsi,    tələb  və  təklif  əsa-
sında  sərbəst  qiymətlər  vasitəsilə  bazarın  özünü  tənzimlənməsi 
təşkil edir. Müvafiq nəzəriyyə bazar münasibətlərinin inkişafının 
ilkin dövrləri üçün xüsusi əhəmiyyət kəsb edərək, sənaye sahələ-
rinin,  istehsal  fəaliyyətinin  və  münasibətlərinin  möhkəmlənmə-
sində mühüm rol oynamışdır. O, bu sahədə ciddi tədqiqatlar apa-
raraq  belə  nəticəyə  gəlmişdir  ki,  pulun  yaranma  mənbəyi  və 
istifadəsi  iqtisadi  inkişafa  əsaslı  şəkildə  təsir  göstərir.  Xüsusilə, 
belə  yanaşma  XIX  və  XX    əsrlərdəki  iqtisadçı  alimlərin  tədqi-
qatlarına, onların  iqtisadi  inkişafda istehsal fəaliyyəti və müna-
sibətləri ilə bağlı baxışlarına öz təsirini göstərmişdir. Həmçinin, 
Smit dəyər nəzəriyyəsinin yaranmasında mühüm rol oynayaraq, 
gəlirlər, məhsuldar və qeyri-məhsuldar əmək, kapitalın təkrar is-
tehsalı və siyasi iqtisad nəzəriyyələrinin formalaşmasına və inki-
şafına  da  öz  töhfəsini  vermişdir.  İqtisadçı  istehsal  fəaliyyətinin 
təşkilində  işçi  qüvvəsinin  mobilliyi,  onun  peşə-ixtisas  səviyyə-
sinin  seçim  və  təkmilləşdirilməsində  sərbəstliyin,  əlverişli  mü-
hitin  yaradılmasına  xüsusi  diqqət  yetirmişdir.  Eyni  zamanda, 
onun  nəzəri  yanaşmasında  istehsal  fəaliyyətinin  genişlənmə-
sində sərbəst rəqabətin, ticarətin, kapitalın səmərəli təşkili və bu 
sahədə  dövlət  səviyyəsində  qadağaların  minimum  həddə  endi-


13 
 
rilməsi önəmli yer tutur. Smitin nəzəri yanaşmasında dövlətin və 
cəmiyyətin sərvətinin  artımı  iki amillə  əlaqələndirilirdi:  əməyin 
məhsuldarlığı  və  məhsuldar  əməklə  qeyri-məhsuldar  əmək  ara-
sındakı  nisbət.  Xüsusilə  o,  istehsal  fəaliyyətindəki  məhsuldar 
əməyin üstünlüyünü zəruri sayaraq, onun dövlətin və cəmiyyətin 
iqtisadi  əsaslarının  möhkəmlənməsində  mühüm  rol  oynadığını 
göstərirdi. Mövcud nəzəri yanaşması ilə Smit aşağı, bazar müna-
sibətləri  səviyyəsində  tənzimlənmənin  faydalarının  yüksələrək 
dövlətin  bu  sferadakı  artıq  yükünün  azalmasına  və  iqtisadi  in-
kişafının təmin olunmasına ciddi təsir edəcəyini   əsaslandırırdı. 
Əmək bölgüsünün dərinləşməsinin məhsuldarlığın artmasına, is-
tehsal fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə və milli gəlirin 
həcminin  genişlənməsinə  ciddi  təkan  verəcəyini  qeyd  etmişdir. 
Əmək  münasibətlərinin  tənzimlənməsində  və  əmək  məhsuldar-
lığının artırılmasında əməyin dəyərinə xüsusi diqqət yetirərək, o, 
işçilərin maddi, mədəni,  işgüzarlıq səviyyəsinin  və iş  şəraitinin 
düzgün  təşkilinin  xüsusi  qiymətləndirilməsini,  əmək  haqqının 
istehsal fəaliyyəti ilə birbaşa bağlılığının təmin olunmasını əsas 
sayırdı (5,s.90-91).  Smit  “Xalqların sərvətinin  təbiəti  və səbəb-
ləri  haqqında  traktat”  əsərində  belə  bir  fikri  əsaslandırır  ki,  cə-
miyyətin sərvəti istehsalda tətbiq olunan əməyin miqdarından və 
əmək məhsuldarlığından asılıdır. Eyni zamanda, o əmək məhsul-
darlığı ilə ictimai əmək bölgüsü arasında sıx bağlılığın olduğunu 
göstərmişdir (5. s. 97). 
        Təbii  ki,  XYIII  və  XIX  əsrin  birinci  yarısınadək  bazar 
münasibətlərinə bu nəzəri baxışların tamlıqla əhəmiyyətini qeyd 
etmək zəruridir, lakin bu münasibətlərin çoxşaxəli və daha yük-
sək inkişaf mərhələsinə  qədəm qoyması müvafiq konsepsiya və 
yanaşmada  nəzərəçarpacaq  ziddiyyətlər  üzə  çıxarmaqla,  onun 
təkmilləşmə zərurətini gündəmə gətirmişdir. Fransada XIX əsrin 
əvvəllərində Jan Batist Sey yeni iqtisadi nəzəri məktəbin  əsasını 
qoymuşdur.    Onun  əsas  əsəri  sayılıb,  1803-cü  ildə  nəşr  olunan 
“Siyasi  iqtisadın  əsasları  və  ya  sərvətin  yaranması,  istehlakı, 
istifadəsinin  sadə açıqlama vasitəsi” Seyin  yanaşma və konsep-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə