Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə5/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   2   3   4   5   6   7   8   9   ...   86

14 
 
siyasının başlıca istiqamətlərini müəyyən etmişdir. O, əsərlərin-
də iqtisadi nəzəriyyəni  Smitin mürəkkəb və  öz dövrü üçün zid-
diyyətli  fikirlərindən  azad  etməyə  çalışmışdır.  Belə  ki,  Sey  is-
tehsal, bölgü və istehlakın müstəqil kateqoriyalar üzrə bölməklə, 
bölgü  və  istehlakı  istehsaldan  asılı  olmaması  fikrini  irəli  sür-
müşdür.  O,  “əmək  dəyər  nəzəriyyəsinin”  “faydalılıq”  nəzəriy-
yəsi  ilə  əvəz  olunmasını  zəruri  sayaraq,  dəyəri  bir  növ  faydalı-
lığın ölçü və ya qiymətləndirmə vasitəsi kimi qəbul edirdi. Seyin 
nəzəriyyəsinə görə əmtəənin dəyəri ona çəkilmiş xərclərlə deyil, 
onun  faydalılığı  ilə  müəyyən  edilməlidir.  Bu  baxışlarda  əm-
təənin  faydalılığı  yüksəldikcə  onun  qiymətinin  artması  fikri  öz 
əksini  tapır  (6,  с.  238).  Lakin,  bazar  münasibətlərinin  inkişafı 
göstərirdi ki, faydalılıq dəyəri həmişə əmtəənin qiymətinin yük-
səkliyini  təmin  edə  bilmir.  “Faydalılıq”la  bağlı  konsepsiya  və 
nəzəriyyələr  sonradan  digər  iqtisadçılar  tərəfindən  inkişaf  etdi-
rilsə də, onlar faydalılıq amilini istehsal fəaliyyəti və münasibəti 
ilə əlaqələndirməyi önəmli hesab etmişlər. 
  İngiltərədə  sənaye  sahələrinin  dirçəlişi  dövrünün  məşhur 
iqtisadçı  alimi  olan  David  Rikardo  bir  sıra  iqtisadi  qanunauy-
ğunluqların  yaradıcısı  kimi  tanınır.  Belə  ki,  onun  dəyər  nəzə-
riyyəsi və pul, əmək haqqı və mənfəət, torpaq rentası, kapital və 
onun  təkrar  istehsalı  ilə  bağlı  konseptual  nəzəri  yanaşmaları 
xüsusi  maraq  doğurmaqdadır.  David  Rikardo  öz  əsərlərində, 
həmçinin,  A.Smitin  iqtisadi  görüşlərini  təkmilləşdirmiş və  inki-
şaf etdirmişdir. O da cəmiyyətin inkişafının və tərəqqisinin  ye-
ganə  hərəkətverici  qüvvəsini  insanların  şəxsi  mənafeyi  hesab 
edirdi,  bu  mənafeyin  təmin  olunma  mənbəyi  kimi  onların  is-
tehsal,  əmək  və  intellektual  fəaliyyətinin  daim  inkişafda  olma-
sını zəruri sayırdı (7,s.178). D.Rikardo pul tədavülü, kredit, ver-
gi,  renta,  beynəlxalq  əmək  bölgüsü  və  s.  iqtisadi  kateqoriyalar 
haqqında da qiymətli fikirlər söyləmişdir.  
İqtisad elminin inkişafında marksist məktəbi də mühüm yer 
tutur  və  bu  məktəb  XIX  əsrin  ortalarında  meydana  gəlmiş  və 
XX  əsrdə  sosialist  təsərrüfatı  ölkələrində  hökmran  olmuşdur. 


15 
 
Məktəbin  fərqləndirici  cəhəti  iqtisadi  hadisə  və  prosesləri  ma-
hiyyətdən  təzahürə  doğru  zəhmətkeş  sinfin  nöqteyi-nəzərindən 
izah etməkdir. Marks “Kapital”  əsərində kapitalist  istehsal üsu-
lunun  əmələ  gəlib  inkişaf  etməsi  və  fəaliyyət  mexanizmini təd-
qiq  etmişdir.  K.Marks  özünün  iqtisadi  nəzəriyyəsində  bir  çox 
hallarda klassik məktəbin  əmək-dəyər nəzəriyyəsinə  əsaslanmış 
və  onu    inkişaf  etdirmişdir.  Belə  ki,  o,  əməyin  ikili  xarakterini 
kəşf etməklə dəyərin yaranması və artması prosesini elmi cəhət-
dən əsaslandırmışdır. Bu əsərdə kapitalizmin hərəkətverici qanu-
nu - izafi dəyər qanununun mahiyyəti və onun təzahür formaları, 
təkrar  istehsal  prosesi,  məcmu  məhsulun  reallaşdırılması  nəzə-
riyyəsi  ətraflı şərh olunur. Proletariatın  mütləq və  nisbi  yoxsul-
laşması,  kapitalın  dövranı  və  dövriyyəsi,  kapitalın  mərkəzləş-
məsi  və  təmərküzləşməsi,  səhmdar  cəmiyyətlər,  torpaq  rentası 
və  s.  kimi  iqtisadi  kateqoriyalar,  qanunlara  olan  yanaşmalar  da 
əsərdə geniş şərh olunmuşdur.  
Marksizmə  görə  istehsal  amilləri  maddi  və  şəxsi  amillərə 
ayrılır. Maddi amillər dedikdə maddiləşmiş təbiət maddələri, is-
tehsal  vasitələri,  şəxsi  amil  dedikdə  isə  onları  hərəkətə  gətirən 
işçilər nəzərdə tutulur. Marks göstərirdi ki, istehsalın ictimai xa-
rakteri  necə  olursa  olsun  istehsal  vasitələri  və  iş  qüvvəsi  isteh-
salın zəruri şərtləridir. Canlı iş qüvvəsi cansız təbiət maddələrini 
canlandırır,  onları  hərəkətə  gətirir  və  insanlar  üçün  lazım  olan 
şəklə, formaya salır. İş qüvvəsi məhsuldar qüvvələrin daha fəal, 
daha önəmli ünsürüdür (7, s. 212). 
K.Marks  istehsal  fəaliyyəti  ilə  bağlı  xərclərin  mahiyyətini 
əmək-dəyər  nəzəriyyəsi  baxımından izah  edərək,  onları  məhsul 
istehsalına sərf olunmuş canlı və maddiləşmiş əməyin məcmusu 
kimi müəyyənləşdirir. O, fərdi və ictimai istehsal xərclərini bir-
birindən  fərqləndirir.  Fərdi  istehsal  xərcləri  dedikdə  ayrı-ayrı 
müəssisələrdə məhsul istehsalına çəkilən xərclər nəzərdə tutulur 
və  onlar  əmtəənin  maya  dəyərini  təşkil  edir.  İctimai  istehsal 
xərcləri  isə  ölkədə  əmtəə  istehsalına  sərf  olunan  xərcləri  ifadə 
edir. O, bütünlükdə bunların əmtəənin dəyərini təşkil etməsi fik-


16 
 
rini  əsaslandırmaqla  xərclərin  quruluşuna  görə  istehlak  edilmiş 
istehsal  vasitələrinin  dəyərindən  və  canlı  əməyin  sərf  olunması 
nəticəsində  yeni  yaradılmış  dəyərdən  ibarət  olduğunu  göstər-
mişdir (7,s.219-220). Marksın əsas fikirlərindən biri də əmtəənin 
dəyəri  ilə  istehsal  xərcləri  arasında  olan  fərqin  izafi  məhsul 
yaratması  və  onun  mülkiyyət  sahibləri  tərəfindən  mənimsənil-
məsidir. 
       Bütün  bunlara  baxmayaraq,  Karl  Marks  və  onun  tərəfdar-
ları  bazar  münasibətlərini  inkar  etməklə,  sosialist  iqtisadi  mü-
nasibətlərinin,  iqtisadi  və  siyasi  idarəetmə  sisteminin  qurulma-
sını əsaslandırmağa çalışmışlar. Bu sistemin makro və mikro iq-
tisadi  inkişaf  səviyyəsində  məhz  sosializm  prinsipləri  bərqərar 
olmuşdur. Mövcud ideologiya əmək və istehsal münasibətlərin-
də ictimai mülkiyyətin təşəkkül tapmasını, istehsal fəaliyyətinin 
təşkilinin  və  onun  nəticələrinin  bilavasitə  dövlətə  və  cəmiyyətə 
aid olmasını gündəmə gətirmişdir. K.Marksın “Kapital” əsəri və 
digər marksistlərin, o cümlədən, Leninin çoxsaylı əsərləri məhz 
sosialist  idarəetməsinin,  iqtisadi,  istehsal  və  əmək  münasibətlə-
rinin  qurulmasına  xidmət  etmişdir.  Sosializm  nəzəriyyəsi  ilə 
müqayisədə özünü daha çox doğruldan və sınaqdan keçmiş qa-
nunauyğunluqlara  əsaslanan  bazar  münasibətləri  son  nəticədə  
üstünlükləri ilə fərqlənmişdir. Belə ki, sosializmdə istər istehsal 
münasibətlərinin, fəaliyyətinin, istərsə də əmək münasibətlərinin 
son  nəticəsi  ictimai  əsaslara  söykənməklə,  dövlətin  nəzarətində 
olur.  Məhz  istehsal  və  əmək  fəaliyyətinin  praktik  nəticələrində 
konkret  maraqların,  stimul  və  qiymətləndirmənin  qeyri-mütə-
şəkkil  təşkili  bu  fəaliyyətlərin  məhsuldarlığını  minimum  həddə 
endirməklə,  istehsal  fəaliyyətində  təkmil  idarəetmə-menecmen-
tin, sağlam rəqabətin və istehlak üçün yüksək keyfiyyətli məhsul 
istehsalının təşəkkülünə nail olmaq imkanlarını get-gedə zəiflət-
mişdir.  Sosializm  prinsipləri  ilə  yaşayan  və  fəaliyyət  göstərən 
cəmiyyət və dövlətlərin böyük əksəriyyətinin dağılması da məhz 
iqtisadi-idarəetmə  sistemində,  istehsal  fəaliyyətində  və  əmək 
münasibətlərində getdikcə özünü qabarıq şəkildə göstərən ciddi 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə