Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə30/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

94 
 
kildə  təkmilləşdirilməlidir.  Müəyyən  olunmuşdur  ki,  korporativ 
idarəetmə  və  kapital  bazarları  haqqında  qanunlar  beynəlxalq 
standartlara  “çox  az  cavab  verir”,  müflisləşmə  haqqında  qanun 
isə  bu  standartlara  “az  cavab  verir”.  Bəzi  iqtisadi  qanunlar,  xü-
susən  də  kommersiya-təhlükəsiz  əməliyyatlar  haqqında  qanun-
vericiliyin  ayrı-ayrı  müddəaları  öz  aralarında  əlaqələndiril-
mədiyindən  bu  amil  hüquqi  və  biznes  mühitində  çaşqınlığa  sə-
bəb  olur.  Bundan  əlavə,  Azərbaycanın  keçid  dövrünü  yaşayan 
digər  ölkələrlə  bir  ortaq  cəhəti  də  onun  mövcud  qanun  və 
qaydaları tam ədalətli və düzgün şəkildə tətbiq edə bilməməsidir 
ki,  bu  da  bir  sıra  digər  səbəblərlə  yanaşı,  həmçinin,  məhkəmə 
sisteminin qeyri-təkmil fəaliyyəti ilə bağlıdır. 
İqtisadi idarəetmə sistemi və maliyyə sektoru üzrə mövcud 
olan  nəzarətin  keyfiyyəti  yaxşılaşdırılmalıdır,  lakin  bu  proses 
hələ  ki,  gözlənilən  tələblər  üzrə  getmir.  Əsas  maneələrdən  biri 
kimi,  iqtisadi  idarəetmə  sisteminin  səmərəli  fəaliyyətini  müəy-
yən  edən  hüquqi  əsasların  və  bank  sektoru  üzrə  məcəllənin  ha-
zırlanması ilə bağlıdır. Sığorta sektorunda kifayət qədər dövriy-
yə kapitalı yoxdur, bu sektor kifayət qədər təkmil tənzimlənmir. 
İqtisadi  ehtiyatlar,  minimum  kapital  tələbatı,  ödəmə  qabiliyyəti 
nisbəti,  hesabat  vermə  və  auditə  dair  qaydalar  kimi  sığorta  şir-
kətinin  maliyyə  sabitliyinə  zəmanət  vermək  üçün  “Sığorta  haq-
qında”  Qanunda  müddəalar  vardır,  lakin  onların  təkmil  tətbiq 
mexanizminin təkmilləşdirilməsinə ehtiyac artmaqdadır.  
Azərbaycanda  qiymətli  kağızlar  bazarını  tənzimləyən  əsas 
qanun “Qiymətli Kağızlar haqqında”  Qanundur.  Avropa Yeni-
dənqurma və İnkişaf Bankı (AYİB)  Azərbaycanın qiymətli ka-
ğızlar  bazarı  sisteminin  Qiymətli  Kağızlar  haqqında  IOSCO 
Qaydalarının məqsəd və prinsipləri ilə müqayisəsini aparmışdır. 
Ölkənin  göstəriciləri “ən aşağı  uyğunluq” nəticəsini verərək bu 
sahədə  köklü  islahatlara  ciddi  ehtiyacın  olduğunu  nümayiş  et-
dirmişdir  (43).  Milli  Məclis  2000-ci  ilin  iyun  tarixində  “Qiy-
mətli  Kağızlar  Bazarında  İnvestorların  Hüquq  və  Maraqlarının 
Qorunması haqqında” yeni qanunu təsdiq etmişdir. Qanunda bir-


95 
 
ja qanunlarını pozan brokerlərə qarşı cərimələrin tətbiq edilmə-
sinin mümkünlüyünün faktiki müəyyən edilməsinə baxmayaraq, 
cərimənin özü müəyyən edilməmişdir.  
 Müflisləşmə  və  borcunu  ödəyə  bilməmə  məsələləri  “Müf-
lisləşmə  və  iflas  haqqında”  Qanunla  tənzimlənir.  Bu  qanun 
AYİB-in  apardığı  Borcu  Ödəyəbilməmə  Sektorunun  Qiymət-
ləndirilməsi  təhlilində  beynəlxalq  standartlarla  müqayisədə  “az 
uyğunluq nümayiş etdirmişdir” və müvafiq qanunun bir çox sa-
hələrdə çatışmazlıqları mövcuddur  (43).   
Sənaye  məhsulları  üçün  texniki  qayda  və  standartlara    gəl-
dikdə  isə,  “Standartlaşdırma  haqqında”  Qanun  Azərbaycanda 
bütün icra və yerli idarəetmə orqanları, təsərrüfat subyektləri və 
təşkilatlar, sahibkarlar, eləcə də ictimai birliklər üçün icbari olan 
standartlaşdırmanın  hüquqi  və  iqtisadi  əsasını  müəyyən  etmə-
lidir. Standartlaşdırmaya dair normativ sənədlərdə müəyyən edi-
lən tələblər bu sahədə mövcud olan beynəlxalq standartlara, nor-
malara, qaydalara və tövsiyələrə, digər dövlətlərin qabaqcıl milli 
standartlarına,  müasir  elmi  və  texnoloji  nailiyyətlərə  əsaslan-
malıdır.  
Azərbaycanın Dövlət Statistika Komitəsi (DSK) - BMT-nin 
rəsmi  statistika  üzrə  fundamental  prinsiplərinə  əsaslanan  1994-
cü il tarixli statistika qanunvericiliyinə əsasən fəaliyyət göstərir. 
Beynəlxalq  təcrübədə  və  Avropa  Birliyində  tətbiq  olunan  stan-
dartlara  xüsusi  əhəmiyyət  verməklə,  ölkə  statistika  sisteminin 
beynəlxalq standartlara uyğunlaşması və daha da inkişaf etməsi 
üçün  əlavə  yardıma  və  islahatlara  ehtiyac    vardır.  Hazırda  bir 
çox  təsərrüfat  subyektləri  hər  zaman  Dövlət  Statistika  Komi-
təsinin  məlumat  göndərilməsi  ilə  bağlı  tələblərinə  riayət  etmir-
lər.  Digər  tərəfdən  isə,  işsizlərin  əksəriyyəti  qeydiyyatdan  keç-
məkdə  maraqlı  olmadıqlarına  görə  (işsizliklə  bağlı  verilən  yar-
dımların  miqdarı  həddindən  artıq  azdır),  qeydiyyatdan  keçmiş 
işsizlərin sayı real vəziyyəti əks etdirmir. 
Rəqabət  sahəsində    yeganə  qanunvericilik  sənədi  1993-cü 
ilin “Anti-inhisar fəaliyyəti haqqında” Qanundur ki, bu da inhi-


96 
 
sarçı  fəaliyyətinin  qarşısının  alınması  baxımından  ən  iri  dövlət 
(bütün  səviyyələrdə,  respublikadan  başlamış  rayon  səviyyəsi-
nədək)  və  özəl  müəssisələrin  fəaliyyətini  tənzimləyir.  Qanunda 
təsbit  olunmuş  müddəaların  çox  hissəsinin  praktik  həyatda  tət-
biqi və tənzimlənməsi  mexanizmi reallığı  əks  etdirmir. Hazırda 
beynəlxalq  təcrübədə  tətbiq  olunan  mexanizmə  uyğun  ölkədə 
dövlət  subsidiyaları  üzərində  vahid  müşahidə  və  ya  nəzarət 
rejimi də zəifdir. 
Azərbaycan Respublikasında “Dövlət Satınalmaları haqqın-
da”  Qanun  fəaliyyət  göstərməkdədir.  Qanunda  yerli  tədarükçü-
lərə  üstünlüyün  verilməsi  və  tender  iştirakçılarının  milliyyətinə 
dair məhdudiyyətlərin nəzərdə tutulmasına baxmayaraq, onların 
tətbiq edilə biləcəyi şərait aydın qeyd edilməmişdir. Belə tələb-
lər yalnız məhdud hallarda tətbiq edilə bilər, onlar isə qanunve-
ricilikdə öz ifadəsini tam və dolğun şəkildə verməlidir.  
Təəssüfləndirici  haldır  ki,  ölkədə  hal-hazıradək  innovasiya 
fəaliyyəti və innovasiya  siyasəti ilə  bağlı  hüquqi-normativ baza 
qəbul  edilməmişdir.  Nəzərə  almaq  lazımdır  ki,  adı  çəkilən  hü-
quqi sənədlər kifayət qədər lokal və fraqmental xarakter daşıyır. 
Təbii ki, bütün bunlar da son nəticədə elmi-texniki tərəqqinin ən 
yeni  nailiyyətlərinin  ənənəvi  şəkildə  istifadə  edilməsini  stimul-
laşdırmır,  həm  də  yerli  təsərrüfat  subyektlərinin,  istehsalçıların 
və istehlakçıların müdafiəsini təmin etmir. 
Dünya  ölkələrinin  təcrübəsində  olduğu  kimi,  Azərbaycan-
da bazar iqtisadi münasibətləri təkmilləşməkdə,  ölkə iqtisadiy-
yatına daxili və xarici mənbələr hesabına investisiya cəlbinə tə-
ləbat  artmaqdadır. Müasir və perspektiv dövr baxımından ölkə-
nin  sosial-iqtisadi  inkişafı,  qəbul  olunan  dövlət  proqramlarının 
icrası  bu mühüm amillə sıx bağlıdır. Məhz bu baxımdan Azər-
baycan  Respublikasında  investisiya  fəallığının  artırılması  bu 
sahədə  qəbul  olunan  hüquqi-normativ  sənədlərin  təkmilləşdiril-
mə zərurətini gündəmə gətirməkdədir. 
Azərbaycanda  investisiya  fəaliyyətini  tənzimləyən  əsas  qa-
nunlar “Xarici  investisiyaların  qorunması haqqında” və  “İnves-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə