Азярбайъан милли елмляр академийасы



Yüklə 0,98 Mb.
səhifə6/7
tarix12.03.2018
ölçüsü0,98 Mb.
#31248
1   2   3   4   5   6   7

YAS MƏRASİMİ
Colan Türkmanların yas mərasimi İslamı dəyərlərə da­yansa da, İslamdan öncəki əski Türk inanclarının bəzilərini də özündə qoruyub saxlayır. Ölənin cəsədini çox saxlamazlar. Cəsədi ya həməm gün, ya da səhəri gün dəfn etməyə çalı­şırlar.

Ölü olan evdə sakitliyə riayət etməyə çalışırlar. Uca səslə ağlamaq, hay-küy salmaq yaxşı qarşılanmaz. Öləni həzin, ürəkdağlayıcı bir səslə ağlayarlar. Mərhumu ağ kəfənə büküb, təzə və təmiz xalca, palaz içərisində çənazəyə qoyurlar və məscidə qədər çiyinlərdə aparırlar. Məsciddə ölən üçün Quran oxunar. Çənazəni son mənzilə kişilər yola salar. Uşaq­ları və qadınları həmin gün qəbiristanlığa getməyə qoymazlar. Cəsədi qəbirə sağ çiyni ustə, yönü qibləyə tərəf qoyarlar.



Ölünü dəfn etdikdən sonra qəbirstanlıqdan çıxmağa tə­ləsməzlər. Adətən ləng tərpənərlər ki, hamıdan sonra qəbris­tanı tərk etsinlər. Dəfn mərasimində adətən dualar oxunar və oxunan dualar diqqətlə dinlənilər. Dəfnə gələnlərə çay, kofe və suxurat verilər. Adamlar ölənin ailəsinə başsağlığı vermə­yə əsasən ilk üç gündə saat 6-dan 8-ə qədər gələrlər. Həmin vaxt gələ bilməyənlər mərhumun yeddisi günü də başsağlığı verməyə gəlirlər. Adamların əksəriyyəti çalışır ki, dəfn məra­simində iştirak etsinlər. Uzaqda olanlar isə üzüntülərini tele­qramla, telefonla da bildirirlər.
Yas mərasimi yazısı aşağıdakı sayt əsasında hazırlanmışdır: http://halapturkmen.blogcu.com/-/11247082

COLAN TÜRKMANLARINDA YEMƏKLƏR
Colan Türkmanları xörək hazırlayarkən dənli bitkilər­dən, ət-süd məhsullarından, tərəvəzlərdən, zeytun yağından, ədviyyatlardan, limon suyundan geniş istifadə edərlər. Ənə­nəvi yeməklərə ələnmiş buğdadan (bulqurdan) hazırlanan sı­yıqlar, arpa və buğda unundan kökələr (“xobz”), süd məhsul­larından (“lyabne”), içi doldurulmuş badımcan (“makdus”), gö­yərti, zeytun və qoyun ətindən bişirilən yeməklər aiddir. Ma­saya hər zaman “falafel”, “şavarma”, qəlyanaltılardan “xum­­mus”, “mutabbal”, “baba-qanuş”, “ful”, tərəvəz və gö­yərtilər “tabbule”, müxtəlif pendirlər, mərci şorbası, qızar­dılmış çörəkdən və tərəvəzlərdən hazırlanmış “fatuş” təqdim olunur. Ət yeməklərinə aşağdakılar aiddir: düyü və qozdan hazırlanmış bütöv quzu “mensaf”, yerkökülü ətli plov, kişmiş və ədavalı “kabsa”, düyü və qoz içlikli toyuq “djadj maxşi”, köz üzərində hazırlanan balıq “samak meşui”, döyülmüş qoyun əti “kastaleta”, kabab, qoyun əti ilə üyüdmüş bugdadan “kibbe”, köz üzərində çevrilmiş qoyun “meşvi”, qara gavalılı və badamlı qoyun əti, kəllə-paça “makkadem”, köz üzərində qızardılmış quzu əti ilə göyərti “kafta”, “dolma” və ya “tol­ma”. Şirni süfrəsi üçün isə qat-qat xəmirdən ətli börək, gö­yərti və pendirli “burak”, paxlava, “şərbət”, “kuafə”, yar­ma­dan pudinq “mxalabie”, börəklər və meyvə hazırlanır. Po­pulyar içkilərdən – tünd Ərəb qəhvəsi, çay, müxtəlif şirələr, kişmiş kompotu “djelab” və süd məhsullarından “ayran”.
Colan Türkmanlarının mətbəxi yazısı aşağıdakı sayt əsasında hazırlandı: http://halapturkmen.blogcu.com/-/11247082
COLAN TÜRKMANCASINDA İŞLƏNMİŞ ƏSKİ SÖZLƏRDƏN SEÇMƏLƏR


Colan Türkmancası ilə

Azərbaycan Türkçəsi ilə







İNSAN GÖGDƏSİ ÖGƏLƏRİ

İNSANIN BƏDƏN

ÜZVLƏRİ

ağız

ağız

axrıq

bəlğəm

alın, annı

alın

am

am, amcıq

arqa

arxa

avuç

ovuc

ayak, eylek

ayaq

ayrık

iki bığın arası

azı

azı

bacak

bacaq

bağ

çatma (qasları bir-birinə bağlanmış. Çatma qaş)

bağır

bağır (qara çiyər)

bağırsak, bağırsalıq

bağırsaq

bahla

gözü böyük

baldır

baldır

barmak

barmaq

barmakizi

barmaq izi

baş

baş

bél

bel

beng

xal, bənəg

béyrək

böyrək

bıyık

bığ

bilək

bilək

boğaz

boğaz

bommaq

Qırmızı yanaq

boyun

boyun

bögri, bögür

böyür, yan

burru

burun

büzzük

büzdüm

qasıq

qasıq

can

can

ciger

ciyər

çaplak

şapalaq

çatal

iki qıçın arası

çatal

iki barmağın arası

çəñə, çenge

çənə

çiñ, çing

çiyin

çizgilər

çizgilər (üz və bədəndəki xətlər)

çopur

çopur

damar

damar

dəpə

təpə (başın ən yüksək hissəsi)

dəri

dəri

dırnak

dırnaq

dil

dil

dirsək

dirsək

diş

diş

diz

diz

dölyatağı

uşaqlıq

döş

döş

dudak

dodaq

düşükdiş

mırıq (düşən diş)

əmzik

əmzik

ən

əl

gəbəlik

hamiləlik

göbək

köbək

gögdə

gövdə, bədən

gögis

köks

göt

göt

göz

göz

gözbébegi

göz bəbəyi

gözğabağı

göz qapağı

ğafa

baş

kalça

qılça

ğan

qan

ğanat

qanat

ğarrın

qarın

ğaş

qaş

ğıç

qıç, ayaq

ğıl

qıl

ğocak

qoçaq

ğol

qol

ğoltuk

qoltuq

ğoltukaltı

qoltuqaltı

ğovık

qovuq, sidik kisəsi

ğoyın

qoyun (qucaq)

ğulak

qulaq

ğursak

qursaq, mədə, kəklik

kəkil

kəkil

kelle

kəllə

kiprik

kirpik

kök

kök

memek

məmə

omırğa

onurğa

osrık

osduraq

ökçe

daban

saç

saç

saya

aya, əlin içi, ovuc

semizlik

kök

sırt

sırt, arxa

sik

sik

sigil

ziyil

siñir

sinir

solık

soluq, nəfəs

sumsuk

təpik, dümsük

südük

sidik

sümük

sümük

süt

süd

ter

tər

tommak

toppuş

tommuk

toppuş

topık

topuq

tormık

buxov

tüfrik

tüpürcək

tükrik

bəlğəm, tüpürcək

uc

uç (barmaqların uçu)

us

ağıl, huş

xappaz

qapaz

yağ

yağ

yaka

yaxa

yaş

yaş (göz yaşı)

yég




yumrık

yumruq

yüklilik

hamiləliyin başlangıcı

yürək

ürək

zülüf

saç, tük


TABİƏT


TƏBİƏT


akanyıldız

axan ulduz, meteor

arık

arx

ay

ay

aytutulumu

ay tutulması

bulut

bulud

çağlayan

çağlayan, şəlalə

çamır

palçıq, çamır

çay

çay

dağ

dağ

daş

daş

dəñiz

dəniz

dəpə

təpə

dərə

dərə

gög

göy

gögerti

göyərti, yaşıllıq

göl

göl

gölək

gölməçə

gün

gün

Gün, Günəş

Gün, Günəş

güntutulumu

gün tutulması

kaya

qaya

kayır

çınqıl (kiçik daşlar)

ğum

qum

ırmak

irmaq, nəhr, böyük çay

şimşək

şimşək

yağmır

yağış, yağmur

yér

yer

yıldırım

ildırım

yıldız

ulduz

yol

yol


HACATLAR


GEYİMLƏR


Erkekler için

Kişi geyimləri

ayakğabı 

 ayaqqabı

babuç

papış

béz

bez

demir

dəmir

çıb

cib

çorab

corab

edik

çəkmə

əllik

əlçək

ém, şalcar

şalvar

göncüklük

cibli geyim

göynek

köynək

ğayış

qayış , kəmər

ğurşak

qurşaq

işlik

içlik, alt geyim

kəmər

kəmər

köncük

cib

kuşak

qurşaq

lekəlik

corab

ros - tağlık




sekö

palto

talık




terrik

tərrik, şap-şap, çəkələk


AVRAT İÇİN


QADIN GEYİMLƏRİ


ansalıp

üz boyası, makyaj (ansalıp = kökü yandırılıb bibər və paxla ilə qarışdırılaraq üz boyası hazırlanan bir bitki)

ayakğabı

ayaqqabı

dəmir

dəmir

don

don

dögin

döymə

gezi

boyunbağı 

gümüşbiləzzik

gümüş bilərzik

ğına

xına

kapkap

taxtadan düzəldilən tərlik,

şap-şap


midəs

tərlik 

poşu/puşu

bəzək üçün geyimə taxılan qumaş

sürmə

sürmə

təntən

bəzək üçün geyimə taxılan qumaş

ünek

önlük

yağlık

yaylıq

yüzzik

üzük


GENÇTEN ÖTRÜ


GƏNÇ ÜÇÜN


bılağı

qolçaq, bilərzik  

déynək

 

fasğır




ğemmez

alt paltarı

işligi

köynək, qısa çəpkən

pafta göynek

bafta göynək 

şerval, şalvar

şalvar

xancar

 xənçər

yəmənî

yəməni, xəncərin, qəmənin qını


DİNÎ SÖZLER


DİNÎ SÖZLƏR


aptaz almak

abdəst almak

camı

məscid

gög

göy, səma

kenise

kilisə

musurman

Müsəlman

namaz ğılmak

namaz qılmaq

oruc tutmak

oruç tutmaq

péyxəmbər

peyğəmbər

tañrı

Tanrı - Allah

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə