Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
  1   2   3   4   5   6   7   8   9   ...   40


AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI 
NİZAMİ  ADINA  ƏDƏBİYYAT  İNSTİTUTU 
 
 
 
 
KÖNÜL  NƏHMƏTOVA   
 
 
 
 
 
 
 
 
MƏHƏMMƏDƏLİ TƏRBİYƏTİN 
 «DANİŞMƏNDANİ-AZƏRBAYCAN» 
ƏSƏRİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2012 
 
 
 


Könül  Nəhmətova   
 
 

 
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat 
İnstitutu Elmi Şurasının 31 oktyabr 2012-ci tarixli 6 saylı iclas 
protokoluna əsasən çap olunur. 
 
 
 
Elmi redaktor:          Azadə Musayeva 
 
filalogiya üzrə elmər doktoru                        
 
Rəyçilər:                   Alxan Bayramoğlu  
filalogiya üzrə elmər doktoru                        
 Səadət Şıxıyeva 
   
filalogiya üzrə elmər doktoru  
 
 
 
 
Könül    Nəhmətova.  Məhəmmədəli  Tərbiyətin  «Danişməndani-
Azərbaycan» əsəri. Bakı, “Elm və təhsil”, 2012, 132 səh. 
 
 
Kitabda  Azərbyacan  təzkirəçilik  ənənəsinin  inkiĢaf  mərhələləri 
nəzərdən  keçirilir.  M.Tərbiyətin  “DaniĢməndani-Azərbaycan”  əsəri  bu 
ənənənin  davamı  kimi  öyrənilərək  ədəbiyyat  tarixçiliyimizdəki  yeri  və 
əhəmiyyəti müəyyənləĢdirilir. 
 
 
 
2012
098
4603000000

N
 
грифли няшр
 
                       © 
«Elm və təhsil», 2012
 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 

 
 
 
 
 
 
 
 
 
 
Elm pilləsində ilk ustadım, elmi rəhbərim   
Əflatun Saraclının əziz xatirəsinə ithaf edirəm.  
Əflatun müəllim mənə yaxşı müəllim oldu. 
 Doğru və ya yanlış olmasından asılı olmayaraq öz fikrimi 
cəsarətlə söyləməyi mənə məhz O öyrətdi.  
Elm, həqiqətən də, ilk növbədə cəsarət tələb edirmiş... 
 
“Pis müəllim şagirdlərə həqiqəti çatdırır, 
yaxşı müəllim isə onu tapmağı öyrədir.” 
 
  A.Disterveq 


Könül  Nəhmətova   
 
 

 
 
 
 
 
 
 
G İ R İ Ş 
 
 XX əsrin əvvəllərində Azərbaycanda baĢ verən ictimai-siyasi 
dəyiĢikliklər  ədəbiyyat  tarixçiliyimizə  də  təsir  göstərərək  yeni 
meyarların  və  dəyərlərin  üzə  çıxmasına  səbəb  oldu.  Ədəbiyyat-
Ģünaslığımız  klassik  irsimizin  öyrənilməsində  milli  kök  və 
qaynaqlara  söykənmək  Ģansı  qazandı.  Bu  qaynaqlardan  ən 
mükəmməli təzkirələrdir. KeçmiĢ sovet rejimi dövründə ədəbiyyat 
tarixi  kitablarında  adı  çəkilməklə  kifayətlənilən  və  ikinci  dərəcəli 
qaynaq  rolunu  oynayan,  ehtiva  etdiyi  bilgilərə  daha  çox  Ģübhə  ilə 
yanaĢılan təzkirələrin klassik estetik-bədii irsimizin öyrənilməsində-
ki  rolu  və  əhəmiyyətinin  üzə  çıxarılması  bu  gün  ədəbiyyatĢünas-
lığımızın qarĢısında aktual məsələlərdən biri kimi durmaqdadır. 
«Təzkirələr  Azərbaycan  ədəbiyyatĢünaslığının  ilk  nümu-
nələridir və klassik irsin toplanması,  yayılması və təbliği, ayrı-ayrı 
yazıçılar haqqında müxtəlif xarakterli məlumatların qorunub saxla-
nması  sahəsində  böyük  iĢ  görmüĢdür.  Təzkirə  -  Azərbaycan  ədə-
biyyatĢünaslığının ən uzun ömürlü və həm də ən kütləvi Ģəkillərin-
dən biridir» [97. 155]. Görkəmli alim akademik Kamal Talıbzadəyə 
məxsus  bu  fikri  sovet  ədəbiyyatĢünaslığında  bir  çox  hallarda 
əhəmiyyəti azaldılan təzkirənin qazandığı ilk bəraət kimi qəbul edə 
bilərik. Çünki K.Talıbzadənin «Azərbaycan ədəbi tənqidinin tarixi» 
(1984) əsərinə qədər ədəbiyyatĢünaslıqda təzkirələr «tənqidəlayiq» 
əsərlər  kimi  qiymətləndirilmiĢdir.  K.Talıbzadənin  bu  əsərindən 
sonra  təzkirələr  Azərbaycan  ədəbiyyatĢünaslığında  yeni  bir 
istiqamətdə öyrənilməyə baĢlamıĢdır. 
Yaxın və Orta ġərq ədəbiyyatĢünaslığında klassik ədəbi-bədii 
irsi  toplayıb  saxlayaraq  əsrlərdən-əsrlərə,  nəsillərdən-nəsillərə  ötü-
rən əsərlər çoxdur. Bunlar təzkirə, hədiqə, dəhvə, səfinə, töhfə, cüng 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 

və fayat, sicil, məcmuə kimi adlar daĢıyır. 
Saydığımız  bu  adlar  içərisində  yalnız  təzkirələr  deyil,  bu 
janrların  hər  biri  ədəbi irsin tədqiqində elmi  əhəmiyyətə malikdir. 
Yuxarıda  adı  çəkilən  janrlar  içərisində  təzkirə  ədəbiyyat  tarixi  və 
ədəbi  tənqidin  vəzifəsini  daha  çox  yerinə  yetirdiyinə  görə  bu  gün 
ədəbiyyatĢünaslığın tədqiqat obyektinə çevrilmiĢdir. 
Sami  Sam  Mirzənin  «Töhfeyi-Sami»  (1550)  əsəri  ilə  baĢla-
yan Azərbaycan təzkirəçiliyi tarixində orijinallığı ilə seçilən təzkirə-
lər quruluĢuna və xarakterinə görə bir-birindən fərqlənir.  Lakin bu 
əsərlərin  hamısını  birləĢdirən  ümumi  bir  məziyyət  onlarda  milli 
mənsubiyyətin  qabarıq  ifadəsidir.  «SoydaĢı  Sam  Mirzədən  fərqli 
olaraq  «GülĢənüĢ-Ģüəra»  müəllifi  türk  (Azərbaycan)  dilində  yazıl-
mıĢ  ədəbi  əsərlərdən  nümunə  verməklə,  artıq  milli  təzkirəçilik 
ənənəsinin  baĢlanğıcını  qoyur.  Sadıq  bəy  ƏfĢar  öz  əsərində  isə 
«Ģairləri türk və tacik Ģairlərinə bölür ki», bu, ədibin yaĢadığı dövr-
də milli Ģüurun varlığından xəbər verir. «AtəĢkədə»nin bir bölməsi 
ümumən Azərbaycana, onun coğrafi mövqeyinə, burada baĢ vermiĢ 
tarixi  hadisələrə,  onun  Ģairlərinə  həsr  edilib.  M.M.Nəvvabın 
təzkirəsi  yalnız  Azərbaycan  Ģairlərini  əhatə  edən  ilk  təzkirədir. 
«Lütfi bəy Azərdən fərqli olaraq M.Ə.Tərbiyət «Azərbaycan adını 
kitabın  sərlövhəsinə  çıxarmıĢ,  ümumən  Azərbaycan  ədəbiyyatı 
tarixi  gediĢini  (klassik  prosesi)  və  nümayəndələrinin  yaradıcılığını 
(XX əsrədək) ətraflı iĢıqlandıra bilmiĢdir. 
Azərbaycan təzkirəçiliyi tarixində təzkirə ənənəçiliyinə gətir-
diyi bir sıra yeniliklərinə görə görkəmli yerlərdən birini tutan «Da-
niĢməndani-Azərbaycan»  əsərinin  müəllifi  Mirzə  Məhəmmədəli 
Tərbiyət  (1875-1940)  Cənubi  Azərbaycanın  qabaqcıl  və  müasir 
düĢüncəli,  alovlu  vətənpərvər,  maarifçi  alimlərindən  olmuĢdur. 
Ömrünün sonunadək doğma Azərbaycan xalqının milli-demokratik 
hərəkatı,  düĢüncə  və  istəkləri  ilə  sıx  bağlı  olmuĢ  M.Tərbiyət  elmi 
yaradıcılığına  görə  də    çox  məhsuldar  bir  alim  idi.  M.Tərbiyətin 
elmi-ədəbi  yaradıcılığı  Cənubi  Azərbaycanın  görkəmli  ədib  və 
alimləri - Etizadülməmalik, Məhəmməd Həsənxan Etimadüssəltnə, 
DaniĢ  Mirzə  Rzaxan,  DaniĢ  Hacı  Nəcəfəlixan,  DaniĢ  Ağa  Mirzə 
Lütfəli,  Məzhər  Mirzə  Abbasquluxan  Xoylu,  Ağa  Mirzə  Əliağa 
Siqətülislam    və  b.-nın  öz  maarifçilik  fəaliyyətləri  ilə  yaratdıqları 
elmi  zəmin  üzərində  təĢəkkül  tapmıĢdır.  Onun  Azərbaycan 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə