Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

Könül  Nəhmətova   
 
 
36 
Ədəbiyyat tarixçiliyimiz üçün əhəmiyyətli təzkirələrdən biri 
də «Nigaristani-Dara»dır. «Nigaristani-Dara» təzkirəsi Məftun tə-
xəllüslü  Əbdürrəzzaq  bəy  Dünbüli  tərəfindən  1825-ci  ildə  yazıl-
mıĢdır. Bu əsər FətəliĢah dövründəki (1797-1834) Ģairlərin tərcü-
meyi-halına və onların yaradıcılığına aiddir. 
Məftunun  tərcümeyi-halı  və  yaradıcılığı  «DaniĢməndani-
Azərbaycan»  təzkirəsində  ətraflı  öyrənilməmiĢdir.  M.Tərbiyət 
Məftunun  bioqrafiyasını  belə  iĢıqlandırır:  «Əbdürrəzzaq  bəy 
Dünbüli h.q.1176 (1762)-ci ildə Xoy Ģəhərində anadan olmuĢdur. 
O,  on  yaĢında  ikən  atası  onu  böyük  oğlu  Fəzləlibəyin  əvəzinə 
ġiraz  hökmdarının  yanına  girov  göndərmiĢdir.  Əbdürrəzzaq  bəy 
ġirazda  on  dörd  il  ev  dustağı  qalmıĢ,  bu  müddətdə  elm  və  bilik 
öyrənməklə vaxtını keçirmiĢdir. Əlimuradxan Kərim xan Zəndin 
qardaĢı Sadıqxanın əleyhinə qoĢun çəkib doqquz ay vuruĢduqdan 
sonra  ġirazı  almıĢ  və  ġirazda  Azərbaycandan  girov  saxlanmıĢ 
adamları Ġsfahana göndərmiĢdir. H.q. 1199-cu il rəbi-əl əvvəl ayı-
nın 14-ündə (1785, 25 yanvar) Əlimuradxan vəfat etdikdən sonra 
Ağa Məhəmməd Ģah Ġsfahana gedib Azərbaycandan girov alınmıĢ 
adamlara,  o  cümlədən,  Məftuna  Azərbaycana  qayıtmaq  icazəsi 
vermiĢdir. Məftun h.q. 1241 (1825)-ci ildə Məkkəyə gedib qayıt-
mıĢ və h.q. 1243 (1827)-ci ildə Təbrizdə vəfat etmiĢdir [88. 204]. 
«DaniĢməndani-Azərbaycan»  əsərindən  məlum  olur  ki, 
Məftun çox məhsuldar yaradıcılığa malik bir Ģəxsiyyət olmuĢdur. 
O,  fars  və  ərəb  dillərində  nəzm  və  nəsrdə  əsərlər  yaratmıĢ,  ərəb 
Ģairlərinin və rəvayətçilərinin yaradıcılıq incəliklərini öyrənmiĢdir. 
O,  çox  vaxt  mütaliə  və  tədqiqatla  məĢğul  olaraq  ömrünü  əsərlər 
yazmaqla baĢa çatdırmıĢdır. Məftunun «Nigaristani-Dara» təzkirə-
sindən baĢqa bioqrafik səciyyə daĢıyan digər əsərləri də vardır ki, 
onlar aĢağıdakılardır: 
1.
 
«Hədaiqül-cinan» (BehiĢt bağları) əsərində Məftu-
nun ġirazda baĢına gəlmiĢ macəralar, o Ģəhərdə olan müasir Ģairlər 
və ədəbiyyatçıların tərcümeyi-halı, eləcə də, Ağa Məhəmmədxan 
hökmdar olan zamanadək Kərimxan Zəndin tərcümeyi-halı verilir. 
2.
 
«Təcrübətül-əhrar və təsliyətül-əbrar» (Sərbəst adamlara 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
37 
təcrübə  və azad adamlara təsəlli) əsəri. Bu əsərdə müəllif Dünbü-
lülər sülaləsindən qısaca danıĢdıqdan sonra bir sıra alimlərin, Ģair-
lərin  və  görkəmli  Ģəxsiyyətlərin  tərcümeyi-halını,  eləcə  də,  öz 
mənzum və mənsur yaradıcılığının bir hissəsini verir. O, bu əsəri 
h.q.1228 (1813)-cü ildə bitirmiĢdir. 
3.
 
«Hədiqə» (Bağ) əsəri. Bu əsər ərəb Ģairlərinin tərcümeyi-
halına və onların bir sıra Ģeirlərinin izahına həsr edilmiĢdir. 
4.
 
«Rövzətül-adab  və  cənnətül-əlbab»  (Ədəbiyyat  bağı  və 
həqiqətlər behiĢti) əsəri. Bu əsər də ərəb Ģairlərinin tərcümeyi-halı-
na  və  onların  nadir  Ģeirlərinə  və  yaradıcılığına  aiddir.  Əsər 
h.q.1224 (1809)-cu ildə bitmiĢdir. 
5.
 
«Həqayiqül-ənvar»  (ĠĢıqların həqiqəti)  əsəri.  Bu əsər  fars 
dilində, ərəb, eləcə də əcəm Ģairlərinin tərcümeyi-halı və çətin ba-
Ģa düĢülən sözlərin izahı haqqındadır. Əsər h.q.1230 (1814)-cü il-
də yazılmıĢdır. 
6.
 
«Hədaiqül-üdəba» (Ədib bağları) əsəri. Bu əsər fars dilin-
də  olub  23  hədiqədən  (fəsildən)  ibarətdir  ki,  onda  ərəb  və  əcəm 
Ģairlərinin yaradıcılıqları, fikirləri və bədii sözləri, eləcə də, Ģahla-
rın  siyasəti,  vəzirlərin  rəftarı,  dini,  əxlaqı  və  tutduqları  mövqe, 
bunlardan əlavə tarix və dilçilik məsələləri və sairə haqqında mə-
lumat verilir. Müəllif bu əsəri h.q.1232 (1816)-cı ildə Abbas Mir-
zə Naibüssəltənənin adına yazmıĢdır. 
Əbdürrəzzaq  bəy  Dünbülünin  «Nigaristani-Dara»  təzkirə-
sində Əsir, Nüsrət Sultan Hüseynbəy TalıĢi, Sabit Xalxali, Mirzə 
Əbdürrəhim Sağər, Mirzə Ələkbər Səbur, Sədrəddin Məhəmməd 
Təbrizi,  Səhab,  Mirzə  Məsum  Xavəri,  Ağa  Hüseynqulu  Heyrət, 
Hüseyn Küzəkünani, Hüseynquluxan Çakər, Molla Rza ġəfa və s. 
Azərbaycan Ģairləri haqqında məlumat verilmiĢdir. 
«Təzkireyi-MəhəmmədĢahi»  əsərinin  müəllifi  Bəhmən 
Mirzə  Naibüs-səltənə  Abbas  Mirzənin  oğlu,  FətəliĢah  Qacarın 
nəvəsi idi. O, 1811-ci ildə anadan olmuĢ və saraya məxsus yüksək 
təhsil almıĢdır. Bəhmən Mirzə 1843-cü il may ayının 12-də Lən-
kəran paraxodu ilə Bakıya gəlir, 20-də isə Tiflisdə olur. O, 1851-ci 
il oktyabrın 4-də Tiflisdən ġuĢa Ģəhərinə köçüb. Məlikbəylərovun 


Könül  Nəhmətova   
 
 
38 
evini satın alıb, ömrünün sonunadək orada yaĢayıb [74. 77]. 
Bəhmən Mirzənin «Təzkireyi-MəhəmmədĢahi» əsərinin ya-
zılma tarixi dəqiq məlum deyildir. Məlum olan ancaq budur ki, bu 
təzkirə Məhəmməd Mirzənin Ģahlıq dövründə (1834-1848) yazıl-
mıĢdır.  Əsərin  AMEA-nın  Əlyazmalar  Ġnstitutunda  saxlanılan 
nüsxəsinin müqəddiməsində onun yazılma səbəbi belə izah olunur 
ki, Bəhmən Mirzə bir gün Məhəmməd Ģahın hüzurundaykən söh-
bət əsnasında Ģah ona deyir ki, yaxĢı olardı ki, bir adam söz sənət-
karlarının müntəxabatını yazaydı. Bu sözdən sonra Bəhmən Mirzə 
fikrini fars dilində belə izah edir: «Elə ki, mərhəmətli Ģah bu mə-
sələni dedi, bu iĢ üçün mən kəmərimi bağladım» [74. 80]. 
Əlifba  quruluĢu  sistemində  yazılan  bu  təzkirə  üç  riĢtədən 
ibarətdir: 
1.
 
Mütəqədimlər haqqında; 
2.
 
Bəzi  Ģahzadələr,  görkəmli  tacirlər,  əmirlərdən  olan 
Ģairlər haqqında; 
3.
 
Bəhmən Mirzənin öz müasirləri olan Ģairlər haqqında. 
Bəhmən  Mirzə  təzkirədə  biblioqrafik  məlumatlardan  çox 
Ģeir nümunələrinə yer vermiĢdir. 
M.Məmmədova  «MəhəmədĢahi»  təzkirəsinin  «AtəĢkə-
də»nin  təsiri  ilə  yazıldığını  iddia  edirək  yazır:  «Lütfəli  bəydən 
sonra Məhəmməd Ģah təzkirə yazdırmaq istəyərkən yeni yaradıla-
caq  əsərin  «AtəĢkədə»dən  üstün  olmasını  arzu  etmiĢsə  də,  Bəh-
mən  Mirzə  həmin  sifariĢi  yerinə  yetirərkən  «AtəĢkədə»dən  irəli 
gedə bilməmiĢ və əksər məlumatları Lütfəli bəydən götürmüĢdür» 
[59. 71]. 
Salman Mümtaz isə Bəhmən Mirzənin öz təzkirəsini tama-
milə Məftunun «Nigaristani-Dara» əsərindən iqtibas etməsi fikrini 
irəli sürmüĢdür [67.33]. Bu fikirlərdən hansının daha doğru olma-
sını təsdiqləmək  üçün isə hər  üç təzkirə müqayisəli tədqiq olun-
malıdır. Bəhmən Mirzənin təzkirəsi «Nigaristani-Dara»dan bir qə-
dər sonra yazılmıĢdır. Ərazi və tarix baxımından hər iki təzkirənin 
yaxın  olması  faktı  Salman  Mümtazın  qənaətinə  Ģərik  olmamıza 
əsas verir.  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə