Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
39 
Məftunun və Bəhmən Mirzənin təzkirəsi tarixilik baxımın-
dan XIX əsrə aiddirsə də, tərtib prinsiplərinə görə XVIII əsr təzki-
rəçilik  ənənəsinin  davamı  kimi  görünməkdədir.  Ümumiyyətlə, 
XVIII əsr Azərbaycan təzkirələri Yaxın və  Orta ġərq təzkirəçilik 
ənənəsinin  uzunmüddətli  təcrübəsinin  bir  çox  cəhətlərini  ehtiva 
edən elmi-ədəbi yaradıcılıq məhsuludur. 
Azərbaycan  təzkirələri  malik  olduqları  milli-regional 
xarakterik  cizgiləri    ilə  orta  əsr  təzkirələrindən  fərqlənir.  Artıq 
XVIII əsrdə divan ədəbiyyatı öz yerini xalq yaradıcılığı üslubuna 
verməyə baĢlamıĢdı. Türk ədəbiyyatında bu ədəbi prosesə Məhəl-
liləĢmə  cərəyanı  adı  verilmiĢdir.  Nihad  Sami  Banarlı  Mə-
həlliləĢmə  cərəyanının  mahiyyətini  belə  açıqlayır:  «Bu  cərəyan 
aĢıq tərzi üslubunun Ģəhərlərdə inkiĢaf edən xalq dilinin və divan 
tərzi üslubunun birləĢməsindən doğan bir hərəkətdir. XVIII əsrdə 
Ġstanbul Ģairi Nədim ilə ən qüdrətli təmsilçisini yetiĢdirən bu üslub 
XIV əsrdən bəri divan Ģairlərinin  əsərlərində  görünür.  O dövrdən 
bəri  yeri  gəldikcə  nəsr  dilində  də  bu  sadəliklər  və  sadələĢmə 
təmayülləri  ilə  birlikdə  bu  cərəyana  hər  hansı  bir  xarici  təsirə 
qapılmadan  öz  daxili  inkiĢafından  və  getdikcə  yerliləĢməsindən 
doğan bir hərəkat demək də eyni ölçüdə doğrudur» [97. 830]. 
Nihad  Sami  Banarlı  MəhəlliləĢmə  cərəyanının  türk 
ədəbiyyatındakı rolunu çox yüksək qiymətləndirərək  yazır ki, bu 
cərəyan  ancaq  tək  bir  böyük  Ģair  (Nədim  Əhməd  Əfəndi) 
yetiĢdirmiĢ olmasına baxmayaraq əsrin və gələcək əsrin ən gözəl 
və faydalı hadisəsi sayılır [97.748]. Demək olar ki, Molla Pənah 
Vaqifin  Azərbaycan  ədəbiyyatında  gördüyü  iĢi  nədim  Əhməd 
Əfəndi türk ədəbiyyatında görmüĢdür. AĢağıdakı Ģeir ondandır: 
Türkü 
Sevdiyim cəmalın çünki görəməm, 
Çıxmasın hayalin dil-i Ģeydadan. 
Xak-i payə çüki yüzlər sürəməm, 
Atayım peyamın bad-i səbadan. 
Kəbud seĢmi bi-rəhm etdi – nigahın, 
AĢıkları göyə çıkardı ahın. 


Könül  Nəhmətova   
 
 
40 
Sordum gərdənindən zülfi-siyahın, 
Bir cavab vermədi akdan-karadan. 
 
Sevdiyim, bəndənə düĢərsə hizmət, 
Kapunda kul olmak canıma minnət. 
Görə idim səndə buyi məhəbbət, 
Ġstədiyim budur sən bivəfadan. 
 
Nədima hüsnünə olmuĢdur aĢık, 
Öylə bir aĢık ki, kavlində sadık, 
Kərəmə nə kadar deyilsə layık, 
Ar etməz əfəndim, Ģahlər gədadan. 
 
XIX əsrdə  yazılmıĢ son mühüm türk təzkirəsi Davud  Fatin 
Əfəndinin 1852-ci ildə tamamladığı «Xatimətül-əĢ’ar» əsərində də 
məhəlliləĢmə  cərəyanının  təsiri  görünür.  Bu  əsər  1855-ci  ildə 
keyfiyyətsiz bir kağızda nəĢr edilmiĢdir. Yarım ildən sonra əsərin 
Topxaneyi-Amirədə  yenidən  nəĢr  olunacağına  dair  «Cərideyi-
xəvadis»də  bir  elan  dərc  olunmuĢ,  təzkirəyə  Ģeirləri  girmiĢ  və 
girəcək Ģairlərdən bu xüsusda yardım və məlumat istənmiĢdir. Və 
nəhayət, 1863-1864-cü illərdə Fatin təzkirəsi Tənzimat ədəbiyyatı 
banisi  ġinasi  tərəfindən  yeni  bir  üslubla,  yəni  sadə  türk  dilində  
nəĢr olunmuĢdur [97. 843]. 
XIX əsr Azərbaycan təzkirəçiliyində türk dilində ilk təzkirə 
1885-ci ildə Seyid Əzim ġirvani tərəfindən tərtib olunmuĢdur. Bu 
dövrün məhəlliləĢmə  abu-havası Seyid  Əzimin təzkirəsinə  də öz 
təsirini  göstərmiĢdir.  Belə  ki,  giriĢdə  verilən  –  «əgər  çi,  bu 
təzkirədə  əĢ’ari-farsi  zəbtü  rəbt  olunmayacaq  və  lakin  ġirvanda 
olan 
ustadi-mütəqəddimin 
türki 
əĢ’ari 
nəzəri-həqirə 
yetmədiyindən  təbərrükən  hər  birindən  bir  neçə  beyt  mərqun  və 
məstur qıldım» cümləsindən görünür ki, müəllif təzkirəsini yalnız 
türk dilində tərtib edəcəyini qarĢısına məqsəd qoymuĢdur. Əsərdə 
diqqəti  çəkən  ikinci  bir  nöqtə  Sadiqinin  təzkirəsindən  sonra  bir 
çox  təzkirələrdən  fərqli  olaraq  üç  böyük  türk  bölgəsini  əhatə 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
41 
etməsidir.  Türk  mənbələrində  Seyid  Əzim  ġirvaninin  təzkirəsi 
məhz bu cəhətinə görə yüksək qiymətləndirilir ki, bu  «TəzkirətüĢ-
Ģüəra»  yetərli  ölçüdə  olmasa  belə,  üç  böyük  türk  ədəbiyyatı 
dairəsinin aralarındakı əlaqələri göstərməsi baxımından xüsusi bir 
dəyərə sahibdir [14. 346]. 
Seyid  Əzim  ġirvani  öz  təzkirəsinin  quruluĢunu  belə  bəyan 
etmiĢdir:  «Bu  təzkireyi  müxtəriədə  bir  müqəddimə  və  füsali 
ərbəə
*
 var. Dörd fəsil üzrə tərtib və təlif olunmuĢdur: 
Fəsli-əvvəl – ġüərayi-Qafqasi – xüldniĢan; 
Fəsli-sani – ġüərayi-Ġran; 
Fəsli-salis – ġüərayi-Türküstan; 
Fəsli-rabe – ġüərayi-məmaliki-Rum bəyanındadır. 
Təzkirənin  «Dibaçə»sində  yazılma  səbəbi,  Ģeir  və  Ģair 
haqqında müəllifin mülahizələri, əsərin ithaf olunduğu hökmdarın 
–  Ġran  Ģahı  Nəsirəddin  Ģahın  mədhində  qəsidə,  müəllifin 
nəsəbnaməsi və təzkirənin tərtib edildiyi il haqqında bir məsnəvi 
verilmiĢdir. «Dibaçə» bir bənd Ģeirlə baĢlayır: 
 
Bu təzkirə kim, məcməi-Ģe’ri-Ģüaradır,  
Hər səfası gülzar kimi ruhfəzadır. 
Qoymaz yerə əldən onu zövq əhli görəndə, 
Kim, canə fərəh çeĢmə ziya, qəlbə Ģəfadır. 
 
Seyid Əzim təzkirədə özü haqqında lazım olan məlumatları 
oxucusuna çatdırmaq məqsədi ilə yazmıĢdır: 
 
Nəsəbim xətmi-ənbiyayə yetər, 
Həsəbim Ģahi-lafətayə yetər. 
Hacı Seyid Əzimdir adım, 
Nəzmdə ruhi-qüds ustadım. 
Ustadım Bahari-vəhykəlam – 
Kim, onun nəzmidir mülki-niham. 
                                                           

Dörd fəsil. 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə