Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
45 
Qarabaği kimi Ģairlərin də Ģeirlərinə rast gəlirik. 
N.Qarayev  «Təzkireyi-Ziyai»  əsərinin  Azərbaycan  ədəbiy-
yatĢünaslığındakı  yerini  belə  qeyd  edir:  «XIX əsrin  ikinci  yarı-
sında  Ərdəbil  və  qismən  də  Təbrizdə  yaĢayıb-yaratmıĢ  səksənə 
yaxın Ģairin həyatı haqqında qısa da olsa, məlumat və əsərlərindən 
nümunələr verdiyi üçün bu təzkirə  xüsusi əhəmiyyətə malikdir» 
[31. 83]. 
Akademik H.Araslı «XVII-XVIII əsr Azərbaycan ədəbiyya-
tı  tarixi»  və  akad.F.Qasımzadə  «XIX  əsr  Azərbaycan  ədəbiyyatı 
tarixi» kitablarının  yazılmasında yeri gəldikcə Mirzə Ġsa Ziyainin 
təzkirəsinə müraciət etmiĢlər. 
XIX əsrdə Azərbaycanda yazılan təzkirələr bir çox cəhətdən 
orta  əsr  mənbələrindən  fərqlənirdi.  Belə  ki,  bu  təzkirələrin  bir 
çoxu məhəlli xarakter daĢıdığından, adı yaĢadığı qəzadan kənarda 
tanınmayan  Ģairlər  də  orada  öz  əksini  tapa  bilirdi.  Məsələn, 
Nəvvabın öz təzkirəsinə daxil etdiyi səksəndən artıq Ģairin hamısı 
keçən  əsrdə  ġuĢa  və  onun  ətraf  kəndlərindəndir.  Əlbəttə,  bu 
Ģairlərin  çoxunu  ġuĢadan  kənarda  tanıyan  yox  idi.  Bu  dövr 
təzkirələrinin  xüsusi  cəhətlərindən  biri  də  xalq  Ģeiri  üslubunda 
yazanları da əhatə etməsidir. 
Bu  dövrədək  tərtib  olunan  mənbələrdə  Yaxın  ġərqin 
müxtəlif  xalqlarının  nümayəndələrinə  rast  gəldiksə,  XIX  əsrin 
ikinci yarısında yazılan bir çox təzkirələrdə, demək olar ki, ancaq 
Azərbaycan sənətkarları haqqında məlumat verilir [31. 79]. 
Məhəlli  xarakterli  təzkirələrin  bariz  nümunəsi  olan  «Təz-
kireyi-Nəvvab»  nəinki  Mir Möhsün  Nəvvabın  əsərləri içərisində, 
həmçinin  ədəbiyyat  tarixçiliyimizdə  də  xüsusi  əhəmiyyət  kəsb 
edir. Bu təzkirənin yazılması XIX əsr Azərbaycan, ən əsas isə ġu-
Ģa  ədəbi mühiti  ilə  sıx bağlı olub.  Bu  dövrdə ġuĢa Ģəhərində iki 
ədəbi  məclis  -    «Məclisi-üns»  və  «Məclisi  fəramuĢan»  fəaliyyət 
göstərirdi. Mir Möhsün Nəvvab da «Məclisi fəramuĢan»a rəhbər-
lik  etmiĢdir.  Klassik  irsin  araĢdırılması,  poeziya  və  ədəbi 
nümunələrin  təhlili,  baĢqa  ədəbi  məclis  üzvləri  ilə  ĢeirləĢmə,  bu 
ĢeirləĢmələrin  nəticələrinin  təhlili  «Təzkireyi-Nəvvab»  kimi  bir 


Könül  Nəhmətova   
 
 
46 
əsərin  meydana  gəlməsinə  səbəb  olur.  Mir  Möhsün  Nəvvab 
təzkirənin  müqəddiməsində  etiraf  edir  ki,  bu  əsəri  yaxın 
dostlarının  təhriki  ilə  1891-ci  ildə  yazmağa  baĢlamıĢ  və  1892-ci 
ildə bitirdikdən sonra da üzərində iĢləmiĢdir. Bunu təzkirədə olan 
qeydlər və boĢ buraxılmıĢ səhifələr də subut edir. 
Təzkirənin bütün nəsr hissəsi və Ģeirlərinin böyük qismi fars 
dilindədir. Əsər iki hissədən ibarətdir. Birinci  hissədə Vaqif, Vi-
dadi, Kərbəlayi ġəfi Vazeh, Qasım bəy Zakir, Cəfərqulu xan Arif 
Nəva, Məhəmməd bəy AĢiq, AĢıq Pəri, Abdulla bəy Asi və baĢqa-
ları  daxil  olmaqla  otuz  beĢ,  ikincisində  isə  Natəvan,  Mehdiqulu 
xan  Vəfa,    Fatma  xanım  Kəminə,  Həsənəli  xan  Qarabaği,  Mirzə 
Rəhim Fəna, Məmo bəy Məmai, Mirzə Həsən YüzbaĢov, Mir Ab-
bas  Ağah,  Mir  Mehdi  Xəzani  və  baĢqalarından  ibarət  əlli  səkkiz 
Ģair haqqında məlumat verilir. Bu Ģairlərin birinci qismi müəllifin 
zamanında artıq öz dünyasını dəyiĢmiĢdi. Ġkinci qismini isə Nəv-
vab  yaxından tanıyırdı,  onlarla Ģəxsi  və  ədəbi  əlaqəsi  var  idi.  Bu 
Ģairlər  müasirləri  idilər.  Təzkirənin  sonunda  verilən  qısa  qeydlər 
və adlar isə onu göstərir ki, müəllif təzkirəyə Qarabağdan kənarda 
olan Ģairlər haqqında bir fəsil də daxil etmək fikrində olmuĢdur. 
Nəsrəddin Qarayev təzkirədə olan mühüm bir məsələyə öz 
münasibətini  bidirərək  yazır:  «Burada  diqqəti  cəlb  edən  baĢlıca 
məsələ Nəvvabın Vidadi haqqında qeydidir. O, yazır: «Mirzə Vəli 
Bayram  xan  oğlu  Baharlıdır.  Baharlı  isə  Qarabağın  ġuĢaya  tabe 
olan  bir  kəndinin  adıdır.  O,  Baharlıda  anadan  olmuĢdur.  Tərəkə-
mədir və Molla Pənah Vaqifin müasiri idi. Məlum olduğuna görə, 
Molla  Vəli  Qarabağın  hakimi  mərhum  Ġbrahim  xan  CavanĢirin 
sarayında  ona  yaxın  adamlardan  biri  idi.  Təsadüfən  Ġbrahimxəlil 
xan bir  iĢ üçün  onu  Ġrana,  Fətəli Ģahın hüzuruna  göndərir.  Molla 
Vəli  Fətəli  Ģahın  hühurunda  sərt  danıĢır.  ġah  onun  sözlərindən 
qəzəblənir,  fərman  verir  ki,  Molla  Vəlini  topun  ağzına  bağlayıb 
atəĢ  açmaqla  öldürsünlər.  Molla  Pənahla  rəqib  idilər,  həmiĢə 
onunla müĢairə etmiĢ və bir-birinə həcv etmiĢlər…». Doğrudan da 
Vaqif Ġbrahim xanın sarayında baĢ vəzir olanda Baharlı kəndindən 
Mirzə Vəli  bir  neçə  elçi ilə  Fətəli Ģahın sarayına  göndərilmiĢ  və 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
47 
orada  qətlə  yetirilmiĢdir.  Lakin  Molla  Pənah  Vaqif  Baharlı 
kəndindən olan Molla Vəli ilə yox, öz həmyerlisi – qazaxlı Molla 
Vəli  Vidadi  ilə  ĢeirləĢmiĢdir.  Molla  Vəli  Vidadinin  Ģeirlərini 
Baharlı Molla Vəliyə aid etməkdə səhvə yol vermiĢdir» [31. 84]. 
Təzkirənin maraqlı, diqqətəlayiq cəhətləri çoxdur. Məsələn, 
bir çox Ģeirlərin nə münasibətlə yazılması o dövrün ədəbi prosesi-
ni izləmək, Ģairlərin həyat və yaradıcılığını ətraflı öyrənmək baxı-
mından  olduqca  dəyərlidir.  «Təzkireyi-Nəvvab»ın  diqqətəlayiq 
cəhətlərindən biri də indiyədək təzkirələrin heç birində rast gəlmə-
diyimiz avtoqraf toplamaqdır. Təzkirəni  yazarkən müəllif bir çox 
Ģairləri yanına dəvət etmiĢ və Ģeirlərini xatirə olaraq avtoqraf kimi 
həmin kitaba yazdırmıĢdı. Bu  mümkün olmadıqda isə Ģairlərdən 
avtoqraf vərəqləri alaraq təzkirəsinə tikmiĢdir. 
Əkrəm  Bağırov  isə  təzkirəni  sənətkarlıq  baxımından  belə 
xarakterizə  edir:  «Nəvvabın  gözəl  müĢahidə  qabiliyyəti,  təhlil 
bacarığı imkan vermiĢdi ki, o, öz təzkirəsində hər bir Ģəxsin qısa, 
lakonik  ədəbi  portretini,  görüĢ  və  maraq  dairəsini  çox  məharətlə 
təsvir edib əsərinə qiymət verə bilsin» [15.5]. 
Azərbaycan  təzkirəçiliyi  tarixinə  öz  yeniliyi  ilə  daxil  olan 
əsərlərdən biri də Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aĢi-
qin»  təzkirəsidir.  1912-ci  ildə  Ġstanbulda  çap  olunmuĢ  «Riyazül-
aĢiqin»  təzkirəsinin orijinal əsər və ya tərcümə olması barədə də 
fikir  ayrılığı  mövcuddur.  Məhəmmədəli  Tərbiyətin  «DaniĢmən-
dani-Azərbaycan»  əsərində  bu  təzkirənin  «Təzkireyi-Nəvvab»ın 
türk  dilinə  tərcüməsi  olması  fikrini  irəli  sürməsi  tədqiqatçıların 
nəzərini  hər  iki  əsərin  ortaq  və  fərqli  xüsusiyyətləri  üzərinə 
yönəltmiĢdir.  Aljira  Topalova  «Riyazül-aĢiqin»  təzkirəsinin 
tədqiqinə həsr olunmuĢ namizədlik dissertasiyasında bu məsələni 
aydınlaĢdırmağa  çalıĢaraq  yazır    ki,  hər  iki  təzkirəni  müqayisə 
etdikdə  məlum  oldu  ki,  təzkirələrdə  yalnız  otuz  beĢ  müĢtərək 
Ģairin  bioqrafiyası  özünə  yer  almıĢdır.  Gətirilən  Ģeir  nümunələri 
arasında da xeyli fərqlər vardır. Nəvvabın təzkirəsində doxsan bir 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə